Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
301 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
dövlətin və partiyanın ədəbi siyasətini təmsil edən qələm 
adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, 
partiyanın baxış nöqtəsini təmsil edən bir hadisə idi. 
Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı 
yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə 
görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin 
çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz tənqidi 
görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin 
ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. 
Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların 
ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi. 
Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist 
realizminin əsas vəzifəsi sovet dövlətinin və kommunist 
partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm etmək 
idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan tələb 
olunurdu. Həmin tələbdən də sosialist realizmi 
ədəbiyyatının şüarlara və plakatçılığa bağlılığı onun 
marksist maarifçilik forması olduğunu ortaya qoyurdu. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
302 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti
kommunist partiyasının siyasətindən gələn bütün 
kampaniyalar ədəbiyyat tərəfindən himayə olunmalı 
böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi təqdim 
edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan 
həyatı inqilabi inkişafda göstərmək tələb olunurdu. Bunun 
üçün xüsusi bir tipiklik konsepsiyası yaradılmışdı. Bir 
milyon fakt qeyri tipik sayıla bilərdi, amma inqilabi 
inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan olunurdu. 
Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı 
zorakılıq idi, çünki o öz bildiyi və duyduğu şeyləri 
ədəbiyyata gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə belə
rəsmi tənqid silahlanıb həmin yazıçını sovet gerçəkliyini 
təhrif etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi 
partiya sənədlərində pislənirdi və bu yolla onların 
nəşriyyatda kitab buraxdırmaq imkanları əldən gedirdi. 
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, 
bu qurumla bağlı olmayan və orada işləməyən adamların 
ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
303 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan 
yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet 
dövründə ədəbiyyatın ideya istiqaməti baxımından 
birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb 
olmuşdur. 
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik 
prinsiplərindən biri sovet həyatının yaxşılığa doğru 
inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan 
insanların obrazlarını yaratmaq idi. Əslində həyatda belə 
adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. 
Partiya və dövlət orqanlarında karyera edən adamların 
əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi. Amma 
partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. 
Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda 
yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən 
məhrum, istehsalatda çalışan fəhlə idi. Bu fəhlənin belə 
heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət 
qəhrəman konsepsiyası sosialist realizmində cəmiyyəti 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
304 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
müsbət planda təqdim etmək üsulu idi. Buna isə sovet 
ədəbiyyatının təsdiq pafosu adı verilmişdi. 
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, 
istedadlı, vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – 
C.Cabbarlı, C.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, 
B.Vahabzadə kimi yazıcılar sovet dövrü Azərbaycan 
ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya 
bilmişlər. Ona görə sosialist realizmi ədəbiyyatının içində 
həqiqi bir milli ədəbiyyat yarandığını da inkar etmək 
doğru deyildir.*Sosialist realizmi termini SSRİ-də 
bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi 
himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il 
Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar 
ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. 
Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni 
mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə 
yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr 
arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
305 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan 
edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin 
tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial 
siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və 
mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar 
ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı 
və sözün hərfi mənasında ədəbiyyatın proletariatın 
inqilabını və hakimiyyətini, daxili siyasətini himayə 
etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı 
inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər 
ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial 
tərbiyə üçün istifadə edirdilər. 
Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları 
tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv 
qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq 
olunurdu. Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi 
ilə dini maarifçilik arasında olan bir hadisə kimi meydana 
çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə