Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
306 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl 
qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci 
tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, 
marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu 
da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı. 
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya 
daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi. 
Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına 
gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı 
əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi 
termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də 
qüvvətləndi. 
Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda 
məddah şairlərin olması ənənəsi olmuşdur. Onlar kralı və 
sultanı tərifləməklə əsasən onun insanlar arasında 
nüfuzunun artmasına və bu yolla hakimiyyətinin 
möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi 
ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
307 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
istedad və daxili istəklərin ikinci dərəcəli olmasıdır. Yəni 
rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul 
qazanır. Onun istedadının əsas əlaməti də bədiilik 
yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda, 
hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına 
maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın 
əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən 
hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar 
İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq 
seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar İttifaqı 
dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 
İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı 
alırdı. İttifaqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir 
və hamıya göz qoyurdu. 
Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-
nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin 
xüsusi güzəştlər sistemindən, xüsusi mağazalardan, 
istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
308 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların 
redaktorları partiyaçı idilər və partiyanın ədəbi siyasətini, 
sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata 
keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda 
dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin 
siyahısına baxıb onu təsdiq edir və çıxan kitabların 
ideoloji təmizliyinə görə cavabdeh idilər. Onlar 
nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz 
yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar 
fondunun 80 faizindən çoxunu təşkil edirdi. 
Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu 
yazıçılar və ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, 
sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri 
də qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid 
dövlətin və partiyanın ədəbi siyasətini təmsil edən qələm 
adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, 
partiyanın baxış nöqtəsini təmsil edən bir hadisə idi. 
Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
309 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə 
görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin 
çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz tənqidi 
görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin 
ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. 
Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların 
ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi. Sovet 
quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin 
əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının 
üstünlüklərini və yaxşılığını tərənnüm etmək idi. Bu təkcə 
poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin 
tələbdən də sosialist realizmi ədəbiyyatının şüarlara və 
plakatçılığa bağlılığı onun marksist maarifçilik forması 
olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və 
V.Leninin şəxsiyyəti, kommunist partiyasının siyasətindən 
gələn bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə 
olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi 
təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
310 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yazıçıdan həyatı inqilabi inkişafda göstərmək tələb 
olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası 
yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bilərdi, 
amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik 
elan olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının 
istedadına qarşı zorakılıq idi, çünki o öz bildiyi və 
duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə 
təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin 
yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. 
Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu 
yolla onların nəşriyyatda kitab buraxdırmaq imkanları 
əldən gedirdi. 
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, 
bu qurumla bağlı olmayan və orada işləməyən adamların 
ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını 
praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan 
yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet 
dövründə ədəbiyyatın ideya istiqaməti baxımından 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
311 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb 
olmuşdur. 
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik 
prinsiplərindən biri sovet həyatının yaxşılığa doğru 
inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan 
insanların obrazlarını yaratmaq idi. Əslində həyatda belə 
adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. 
Partiya və dövlət orqanlarında karyera edən adamların 
əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi. Amma 
partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. 
Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda 
yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən 
məhrum, istehsalatda çalışan fəhlə idi. Bu fəhlənin belə 
heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət 
qəhrəman konsepsiyası sosialist realizmində cəmiyyəti 
müsbət planda təqdim etmək üsulu idi. Buna isə sovet 
ədəbiyyatının təsdiq pafosu adı verilmişdi. Lakin sosialist 
realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
312 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – C.Cabbarlı, 
C.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi 
yazıcılar sovet dövrü Azərbaycan ədəbiyyatında milli bir 
ədəbiyyat xətti yarada və qoruya bilmişlər. Ona görə 
sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli 
ədəbiyyat yarandığını da inkar etmək doğru deyildir. 
 
 
 
Sürrealizm 
 
 (fr.surrerealisme-realizmin fövqü)  
 
XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən 
əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
313 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Yazıçılardan G.Appoliner ("sürrealizm" terminini ilk dəfə 
o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları 
bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər 
instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli 
qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca 
mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmin 
banilərindən birinin fikrincə "ruhi xəstələr əsil 
sürrealistlərdir". Sürrealistlər dünyaya qarma-qarışıq 
hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi 
bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX 
əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə 
uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-
cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, 
M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya 
köçmüşdülər. 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
314 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Transsendentalizm 
 
 1830-1860-cı illərdə ABŞ-da ədəbi-fəlsəfi hərəkat. 
 
1836-cı ildə ABŞ-da Transsendental klubun əsasını 
qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold 
Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker 
(1810-1860), M.Fuller (1810-1850), Henri Devid Toro 
(1817-1862) və başqaları daxil idi. Transsendentalistlər 
sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, 
Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini 
qeyd edirdilər. 
Onların dünyagörüşünə Amerikan puritanizminin etik-
sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – 
C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan 
Jak Russonun baxışları dərin təsir göstərmişdir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
315 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Romantizm və xırda burjua demokratizmi mövqelərindən 
kapitalizmin amansızlığını tənqid etmiş, sosial 
münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə 
diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar. 
Bir çox transsendentalistlər ABŞ-da köhnəliyə qarşı fəal 
çıxış etmişlər. 1841-ci ildə C.Ripli yazıçı H.Qotorn və 
başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" 
(1847-ci ilə qədər mövcud olmuşdur) adlı furyerist 
koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun 
"Təbiət" əsərində tam şəkildə ifadə olunmuş 
transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin 
inkişafında müəyyən iz qoymuşlar. 
 
Tənqidi realizm - ədəbi cərəyan 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
316 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni 
vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir 
vaxtda tənqidi realizmin Stendal və Balzak kimi 
klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada 
realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O 
zaman Avropada realizmə natural məktəb də deyirdilər, 
əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və 
bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da 
ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə 
əsaslanması və bədii uydurmaya verilən yerin azlığı 
mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha 
artıq işlənməyə başladı. 
Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist 
gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın 
bədii təsvirində sentimentalizmin və romantizmin 
nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. 
Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid 
etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
317 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi 
realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi. 
Əlbəttə, böyük tənqidi realistlərin hamısı ilk növbədə, 
müasir insanın obrazını yaratmaqda böyük istedad 
göstərmiş sənətkarlar idilər. Sadəcə onların bu sahədəki 
işində ancaq nisbi yeniliklər var idi və onlar prinsipial 
xarakter daşımırdı. 
Balzak ədəbi proqramını şərh edərkən özünü fransız 
cəmiyyətinin katibi adlandırırdı. Burada katib sözü daha 
çox araşdırıb dəftərə salmaq, cəmiyyətin bütün 
təbəqələrinin və sosial qruplarının obrazlarını yaratmaq 
mənasına gəlirdi. Balzakın əsas əsərləri sosial-psixoloji 
oçerklər xarakteri daşıyırdı. 
Əlbəttə, romantiklərdə də parlaq sosial təsvirlər tapmaq 
olar. Lakin bütünlükdə cəmiyyəti təhlil etmək, onun dərin 
qatlarına, siniflərinə, bütün peşə adamlarına bədii işıq 
salmaq yaradıcılıq məqsədi kimi romantiklər üçün 
maraqsız idi. Onlar üçün həyatın prozası, adiliyi qeyri-


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
318 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
estetik bir material sayılırdı. Lakin romantiklərin qeyri-
estetik, ədəbiyyat üçün maraqsız saydıqları həyat materialı 
realizm epoxasının əsas bədii hədəfi oldu. 
Marksist nəzəriyyədə realizm bir qayda olaraq tipikliklə 
əlaqələndirilir. Şübhəsiz ki, tipiklik romantiklərdə də 
kifayət qədər var idi və onu realist ədəbiyyatın əsas 
əlaməti saymaq olmaz. O biri tərəfdən tipikliyin özü nisbi 
bir anlayışdır. Bir-iki halı da, milyon variantda təkrarlanan 
variantı da tipik adlandırmaq olar. 
Tənqidi realizmin ümumi əlaməti onun bütün böyük 
nümayəndələrinin içində yaşadıqları cəmiyyətə qarşı 
mənəvi (siyasi yox) müxalifətdə olmaları idi. Bu 
müxalifətçilik L.N.Tolstoy, F.M.Dostoyevski, 
İ.S.Turgenev, A.P.Çexov kimi rus tənqidi realistlərində 
daha güclü idi. Bu Rusiya cəmiyyətindəki faciəli 
ziddiyyətlərlə bağlı idi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
319 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Tənqidi realizm epoxası üçün ədəbiyyatın, xüsusilə nəsr 
və dramaturgiyanın tamam tarixilik prinsipinə keçməsi 
səciyyəvi idi. Zaman və məkan konkretliyi, birmənalı 
milli zəmində durmaq realizmin ilkin əlamətlərindən biri 
idi. Ona görə realizm epoxası hər xalqın ədəbiyyatında 
özünə xas tarixi və milli həqiqətləri əks etdirən bir hadisə 
kimi daxil olur, xalqların milli həyatının və tarixinin bədii 
mənzərəsi və salnaməsi kimi meydana çıxır. 
Romantizmdə bədii həqiqətin belə milli konkretliyi 
prinsip səviyyəsində yox idi. 
İntibah, klassisizm, romantizm epoxaları ədəbi obrazın 
məzmunca tarixiləşməsi baxımından ardıcıl bir prosesin 
mərhələləri idilər. Məhz realizm epoxasında ədəbi obraz 
vasitəsi ilə tarixi həqiqətlərin əks etdirilməsinin 
təkmilləşmə prosesi tamamlanır. Realizmin əsas janrı olan 
iri nəsr – roman janrı milli bir janr olmağa və adlanmağa 
başlayır. Milli tarixilik zəminində yazılan romanlarda 
bədii obraz sistemi birmənalı milli və konkret tarixi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
320 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
məzmun daşıdığından roman əsas milli janr hesab 
edilməyə başladı. 
Realist obraz sosial və milli əlamətləri əks etməklə yanaşı 
həm də fərdi həqiqətləri əks etmədə də ədəbi tərəqqinin 
yüksək səviyyəsi oldu. Realizm epoxasına qədər ədəbi 
obrazın fərdiliyi və ədəbi yaradıcılıq üçün prinsipial və 
köklü mənası ən qədimlərdən yazıcı tərəfindən aydın dərk 
olunmayan bir prinsip idi. Yəni realizmə qədər ədəbi 
obrazın fərdi yaddaşla bağlılığı və fərdi yaddaş baxışı 
kimi özünü büruzə verməsi kortəbii, mexaniki şəkildə baş 
verirdi. Lakin realist yaradıcılıqda ədəbi obrazın fərdiliyi 
müəlliflərin şüurlu ədəbi prinsipi kimi özünü büruzə verir. 
 
 
İmressionizm 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
321 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 (fr.impressionisme, impression-təəssürat)  XIX əsrin 60-
70-ci illərində Fransada təşəkkül tapmış incəsənət 
cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX 
əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq 
metoduna malik yazıçıları birləşdirən üslub, məhdud 
mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində 
dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş 
formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili 
vəhdət və əlaqədə verilməsi impressionist üslubun 
səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi 
detallar üzərində qurulmasına baxmayaraq, o, özünün 
"dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi 
parlaqlıq verir. 
 
Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi 
görkəmli nümayəndələri var. Ədəbiyyatda imressionizm 
metodu XX əsrin ortalarında aradan çıxmışdır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
322 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə