Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   10   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
36 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
5- Postmodernizm barəsində danışmağa mənim 
səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi gərəkli 
olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, 
örnəyin Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı 
düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard 
Rorti və Yürgen Habermasda görürəm. Bilirəm 
romantizmin ağlağan insani quruluşçuluq qəbristanlığında 
gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) 
də unun xaçında çarmıxa çkildi. Başqa sözlə, tarixi irəli 
sürüyən insan, toplumun və toplumdakı quruluşların 
əsirinə çevrildi. Mişel Fuko zehnimizi barlandırmaq 
istəyirdi, bizi "həqiqəti qondaran güc" və 
"bağmsızlığımızı hədələyən ideologiya" önündə güllə 
batmaz etmayə çalışirdı. Lakin hərdən şaşıram ki, o 
böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa 
niyə paradoks üzərində qurulmalıdır? Məcazi həqiqət 
(hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi 
bizə dərin bəsirət bağışlasa da, öznənin yenilgisinə gətirib 
çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
37 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı 
savaşına getməsinə bənzəyəcək. 
6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan 
respublikasında postmodernizm baresində gedən ilk ciddi 
məqalə 1997-ci ildə başçılıq etdiyim Cahan dərgəsində 
yer alıb. O zaman bu məqalə vaxstından daha ertə işıq üzü 
gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq 
partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları 
qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə 
gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan 
çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern 
möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya 
onunla anlaşılmaz və gizli ilgilərdə! bulunan bu əsərlər 
çağdaş  bir axımla tanışlıq imkanını əlimizdən aldılar. 
Burda məqsədim H. Herisçinin postmodern damğasını 
daşıyan "Nekroloq" romanı deyil, çünki Azərbaycanda bu 
axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun 
da adını çəkərəm.  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
38 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodeernizm 
fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının 
son elektron mərhələsinin özülündə dayanır. Belə bir 
önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük 
ola bilər. Qərb pratik baxımdan ağır sənaye mərhəsindən 
(yəni modernizmdən) yüngül informasia və bilgisayar 
mərhəsinə (yəni postmodernizmə) addımlamışdı. Bu 
adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə 
tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və 
dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız 
yanaşmaqdır. Açığını deyim: cəhlə etiraf etməyin qorxusu 
bizi pis günə qoya bilər. 
7- vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd 
verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaq 
könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da 
bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o 
qədər də çətin olmayaca. Ancaq postmodernizm kimi 
geniş, çox şaxəli,  dərin və çox anlamlı axıma bir mənalı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
39 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yanaşmaq, və onu gələcəyin düşüncəsi adına təpədən 
dırnağa mənimsəmək olduqca yersiz olacaq. 
  
Bu material E.TAHAnın çapa hazırladığı "Azərbaycan 
toplumu və düşüncə afətləri" başlıqlı kitabından 
qıssaldaraq alınmışdır. Sadələşdirilmiş bu yazıda müəllif 
postmodernizm barədə danışmaq istəmir, onunla ilgili 
yanlışlıqları açıqlamağa çalışır.   
 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2007/09/29/eyvaz-
taha-postmodernizm-ve-arxadan-atilan-dash 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
40 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
Meri Klages 
 
"Postmorernizm" 
 
 
Mürəkkəb, qarışıq, tipoloji termin, yaxud ideyalar 
şəbəkəsi olan postmodernizm akademik elmin tədqiqat 
sahəsi kimi 1980-ci illərin ortalarından meydana gəlib. 
Postmodernizmi müəyyənləşdirmək olduqca çətindir. Ona 
görə ki, o, elmin və incəsənətin müxtəlif sahələrində - 
arxitekturada, musiqidə, filimdə, ədəbiyyatda, 
sosiologiyada, kommunikasiyada, modada, texnologiyada 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
41 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
geniş şəkildə təzahür edir. Onu tarixi baxımdan da 
müəyyənləşdirmək çətindir. Çünki postmodernizmin 
dəqiq nə vaxt meydana gəlməsi aydın deyil. Amma 
postmodernizm haqqında fikirləşməyin ən asan yolu 
modernizm haqqında düşüncələrdən başlayır. Ola bilsin
postmodernizm tədricən ondan törəyərək inkişaf edib, 
yaxud da qəfil meydana çıxıb. Modernizmin izahının iki 
faseti və ya iki modeli var ki, bu iki üsulun da hər biri 
postmodernizmin dərkinə imkan verir.   
   Birinci faset və ya modernizmin izahı öz başlanğıcını 
"modernizm" markalı estetik cərəyandan götürür. Bu 
cərəyan Qərbin XX əsr incəsənət ideyalarına kobud 
surətdə laqeyd mövqe nümayiş etdirir. Özünü XX əsrdə 
geniş şəkildə büruzə verməsinə baxmayaraq, modernizmin 
müstəqillik qazanmış formalarına XIX əsrdə də rast 
gəlmək mümkündür. "Sənət necə olmalıdır, onun 
mahiyyəti hansı prinsiplər üzərində qurulmalıdır, 
istehlakçıya (dinləyiciyə, oxucuya, tamaşaçıya) necə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə