Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
42 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
təqdim edilməlidir" kimi nəzəri sual və müddəaları 
özündə birləşdirən, vaxtı keçmiş Viktoriyan standartlarını 
kəskin surətdə rədd edən modernizm vizual incəsənətdə, 
musiqidə, ədəbiyyatda və dramda yaranmış bir cərəyandır.  
   Təxminən 1910-cu ildən 1930-cu ilədək davam etmiş 
"yüksək modernizm" dövründə XX əsr modernizminin 
baniləri hesab olunan Vulf, Coys, Paund, Stevens, Prust, 
Mellarame, Kafka və Rilk kimi aparıcı simalar "poeziya 
və nəsr necə olmalıdır" suallarının yenidən nəzəri izah və 
şərhində son dərəcə böyük rol oynayıblar. Ədəbiyyat 
açısından modernizmin əsas xarakteristikasına 
aşağıdakılar daxildir:  
   1. Ədəbi əsərdə, habelə vizual incəsənətdə 
impressionizm və subyektivlik ön plana çəkilir; baş 
verənlərin NECƏ qavranılmasına və oxunmasına, ilk 
növbədə ən əsası NƏYİN dərk edilməsinə xüsusi 
əhəmiyyət verilir;  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
43 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
   2. Gerçəkliyin dinamikadan uzaq, hər şeyi bilən 
təhkiyəçi - üçüncü şəxs tərəfindən nəql edilməsi, seçilmiş 
süjetin prizmasından moral mövqenin ümumi şəkildə 
təsvir edilməsi (Folknerin hekayələri modernizmin bu 
aspektinə uyğundur); 
   3. Janrlar arası fərqin pərdələnməsi (bu üzdən də 
poeziya daha çox nəsrə (T.S. Eliotun əsərləri kimi), proza 
isə daha çox poeziyaya oxşayır (Vulfun və Coysun 
əsərləri kimi);  
   4. Fraqment formalardan istifadəyə, təhkiyəni yarımçıq 
qoymağa, bir-biri ilə əlaqəsi olmayan materialları necə 
gəldi birləşdirməyə üstünlük verilməsi;  
   5. Yaradılmış hər bir yeni şeyin xüsusi üsulla istehlakı 
kimi istənilən incəsənət əsərinin də şəxsi statusuna fikir 
verilməsi üçün onu incələmək və dərk etmək 
tendensiyasının formalaşdırılması;  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
44 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
   6. Diqqətlə işlənmiş, hazırlanmış müfəssəl, formal 
estetik nəzəriyyələrin minimalist modellər (Vilyam Karlos 
Vilyamsın poeziyasında olduğu kimi), yaradıcılıqda 
təhtəlşüuri, qeyri-iradi tapıntılar naminə rədd edilməsi;  
   7. "Yüksək" və "aşağı", yaxud populyar mədəniyyət 
arasındakı fərqin, üstünlüyün rəddi; hər ikisindən istifadə 
ilə ortaq incəsənətin yaradılması; nümayiş etdirmə, 
yayınlama metodları ilə incəsənətin istehlakı.  
   Modernizm kimi, postmodernizm də bu prinsiplərin 
əksəriyyətinə riayət edir. Belə ki, o da incəsənətin yüksək 
və aşağı formaları arasında mövcud sərhədi qəbul etmir; 
daşlaşmış, donub qalmış janr üstünlüyünü rədd edir; 
stilizasiyaya, parodiyaya, ironiyaya və məsxərəçiliyə 
xüsusi əhəmiyyət verir. Düşündürmək və özünüdərk, 
fraqmentasiya və xüsusilə təhkiyə, nəql etmə strukturunda 
təhkiyəni, nəqli yarımçıq qoyma, qeyri-müəyyənlik
hadisələrin eyni zamanda baş verməsi kimi modernizmin 
"prinsiplərinə" əməl etməsinə baxmayaraq, postmodern 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
45 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
incəsənət (və düşüncə) destruktiv, desenter, dehumanist 
mövzulara önəm verir. Postmodernizm yuxarıda 
sadalanan bir sıra cəhətlərinə görə modernizmə bənzəyir, 
amma özünün bir çox təmayüllərilə modernizmdən əsaslı 
şəkildə fərqlənir. Misal üçün, modernizm insana fraqment 
münasibətini subyektiv və tarixi prizmadan təqdim edir. 
Amma bu tendensiyanı və fraqmentasiyanı tragik, 
acınacaqlı, dərdli, iniltili fonda nəyinsə itkisi kimi çatdırır. 
Modern əsərlərin əksəriyyəti əsas bir ideyanı müdafiə 
etməyə çalışır: müasir həyatda itirilmiş birliyi, əlaqəni və 
dolğunluğu incəsənət əsərləri yenidən təmin edə bilər; 
insan institutlarının müvəffəq ola bilmədiyinə incəsənət 
müvəffəq ola biləcək. Bundan fərqli olaraq, 
postmodernizm isə fraqmentasiyaya, davamsızlıq və 
əlaqəsizliyə kədərlənmir, bunları dərdə çevirmir, ancaq 
onları kifayət qədər qeyd edir. Eyni zamanda da bildirir 
ki, dünya mənasızdır, gəlin özümüzü aldatmayaq ki, 
incəsənət onu dolğunlaşdıracaq, ona görə də, gəlin sadəcə 
cəfəngiyyatla oynayaq.  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
46 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
   Başqa bir aspektdən modernizmlə postmodernizm 
arasındakı mövcud bağlılığa baxış bəzi fərqləri 
aydınlaşdırmaqda yardımçı rolunu oynayır. Fridrix 
Ceymsona görə, modernizm və postmodernizm 
kapitalizmin xüsusi mərhələlərini müşayiət edən mədəni 
formasiyalardır. Ceymson indiyədək incəsənətin və 
ədəbiyyatın təqdimatı da daxil olmaqla, zorla qəbul 
etdirilmiş mədəni praktikanı əhatə edən kapitalizmin üç 
əsas mərhələsinin konturunu çəkir. Və göstərir ki, birinci 
mərhələ XVIII əsrin sonu və XIX əsrdə Qərbi Avropanı, 
İngiltərəni və Birləşmiş Ştatları əhatə etmiş kapitalizm 
marketinqi mərhələsidir ki, bu birinci mərhələ buxar 
mühərriki ilə intişar tapmış spesifik texnoloji inkişafla 
realizm adlı xüsusi növ estetikanı özündə ehtiva edir.  
   İkinci mərhələ XIX əsrin sonlarından XX əsrin 
ortalarınadək (təxminən II dünya müharibəsinədək) olan 
dövrü əhatə edir; özündə elektrik və yanacaq enerjisi ilə 
hərəkətə gələn mühərrikləri və modernizmi birləşdirir, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə