Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
47 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
getdikcə inhisarçı kapitalizm formasını alır. Üçüncü 
mərhələ isə indi biz içərisində olduğumuz çoxmillətli və 
ya marketinq, satış, istehlak malları üzərində qərarlaşmış 
istehlakçı kapitalizm mərhələsidir. Bu mərhələ də özündə 
nüvə və elektron texnologiyalarını postmodernizmlə 
nisbətdə cəmləşdirir. Məsələyə postmodernizmi termin 
kimi istehsalat və texnologiyalar bucağından 
səciyyələndirən Ceymson tək yanaşsaq, görərik ki, 
postmodernizmin ikinci izahı, yaxud faseti ədəbiyyat və 
incəsənət tarixindən daha çox tarixdən və sosiologiyadan 
gəlir. Belə yanaşma postmodernizmi başdan-başa sosial 
formasiya və ya sosial-tarixi münasibətlər sistemi kimi 
müəyyənləşdirir, daha dəqiq desək, bu yanaşma 
"postmodernlik" ilə "modernliy"i "postmodernizm"lə 
"modernizm"dən daha çox qarşı-qarşıya qoyur. Bəs fərq 
nədir? "Modernizm" məfhumu XX əsrin çoxşaxəli estetik 
cərəyanına məxsusdur, "modernlik" isə fəlsəfi, siyasi və 
etik ideyalar sistemi kimi modernizmin estetik aspektinin 
bazisini təşkil edir. "Modernlik" anlayışı "modernizm"dən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
48 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
qocadır. İlk dəfə "modern" istilahı XIX əsr 
sosiologiyasında indiki eranı (yəni XIX əsri - tərcüməçi) 
əvvəlki - "antik" adlanan eradan fərqləndirmək mənasında 
işlədilib. Adətən alimlər "modern" dövrün dəqiq hansı 
vaxtdan başladığının aydınlaşdırılması, eyni zamanda 
nəyin modern olub, nəyin modern olmadığının 
müəyyənləşdirilməsi ətrafında mübahisə edirlər. Hər dəfə 
tarixçilər bu problemi nəzərdən keçirərkən modern dövrün 
başlanğıc tarixini daha əvvəllərə aparırlar. Amma bütün 
bu tədqiqatlara rəğmən, bir şey danılmazdır ki, "modern" 
eranın yaranması XVIII əsrin ortalarından başlayan 
Avropa maarifçiliyi ilə əlaqədardır. Maarifçiliyin təməl 
ideyaları da humanizmin təməl ideyaları kimi 
cilalanmamış şəkildədir. Ceyn Flaks bu ideyaların ibtidai 
prinsiplərini bir məqaləsində yaxşı xülasə edib (mən onun 
bu xülasəsinə bir neçə şeylər də əlavə etmişəm):  
   1. Burada stabil, sistematik, bilgili "mən" var. Bu "mən" 
şüurlu, rasional, müstəqil və universaldır. Fiziki, cismani 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
49 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
durumlar, yaxud dəyişkənliklər onun idarəsinə substantiv 
təsir göstərmir;  
   2. Bu "mən" özünü və dünyanı rasionalistcəsinə ya 
postulat kimi qəbul edilən yüksək mental (ruhi, əqli) 
funksiyalar formasında, ya da yalnız obyektiv formada 
dərk edir;  
   3. Rasional "mən" tərəfindən təqdim edilmiş dərk etmə 
modelinin mahiyyətini, dərk edənin individual statusunu 
nəzərə almadan dünyada universal həqiqəti təmin edə 
bilən "elm" təşkil edir; 
   4. Elm vasitəsi ilə təqdim edilən bilik "həqiqət" və 
əbədidir;  
   5. Elm vasitəsilə irəli sürülmüş bilik-həqiqət hər zaman 
proqresə və mükəmməlliyə istiqamətləndirir. Bütün insan 
institutları və onların əldə etdikləri təcrübələr elm (səbəb-
obyektivlik) prizmasından analiz edilə bilər;  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
50 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
   6. Son hökmün səbəbi nəyin həqiqət, nəyin düzgün, 
nəyin yaxşı, nəyin leqal və nəyin etik olmasını 
müəyyənləşdirmək üçündür. Azadlıq mühakimə ilə 
müəyyənləşdirilmiş müvafiq qanunlara riayətdən 
ibarətdir;  
   7. Dünya səbəblə idarə olunur. Səbəbsiz heç bir şey baş 
vermir; həqiqət hər zaman öz xoş məramlı, haqlı və gözəl 
keyfiyyətlərini qoruyub saxlayacaq; nəyin haqlı, nəyin 
həqiqət və s. olması arasında konflikt ola bilməz;  
   8. Beləliklə, elm bütün sosial biliklərin faydalı 
təzahürləri üçün örnək olaraq qalır. Elm neytral və 
obyektivdir; bitərəf rasional qabiliyyətləri ilə elmi bilikləri 
təqdim edən elm adamları azad şəkildə elmi 
qanunauyğunluqları izləməli və bundan narahat olanların 
pulundan, gücündən qorxmamalıdır;  
   9. Elmi bilikləri çatdırarkən fikrin ifadə modeli dil də 
elmi olmalıdır; yəni aydın başa düşülməlidir. Onun 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
51 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
vəzifəsi rasional zəka tərəfindən real-dərk olunan 
dünyanın müşahidəsinin təcəssümünü təmin etməlidir. 
Qavranılan obyektlə istifadə edilən sözlər arasında 
davamlı, sabit və obyektiv bağlılıq gözlənilməlidir.  
   Yuxarıda humanizmin və modernizmin bəzi 
fundamental prinsipləri ümumiləşdirilib. Bu prinsiplər 
demokratiya, qanun, elm, etika və estetika da daxil 
olmaqla, bizi əhatə edən bütün sosial strukturlara və 
institutlara haqq qazandırmağa və onları izah etməyə 
xidmət edir.  
    
   Modernlik başlıca olaraq, ağlamüvafiqlik, 
səmərələşdirmə, xaosdan kənar anlamında qaydalar 
sistemi kimi başa düşülür. O, sosial düzənin səviyyəsini 
daima izləyir və bildirir ki, modern cəmiyyətlərin sabitliyi 
hər cür düzənsizlikdən, qarışıqlıqdan mühafizə üzərində 
dayanır. Beləliklə, modern cəmiyyətlər daimi olaraq, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə