Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə2/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dəqiqəyə yaxın zaman ərzində məni diqqətlə dinləyən 



yazar, Ģair, esseistlərdən ibarət yaradıcı gəncliyin fəal 

nümayəndələri ilə neçə min sivilizasiya tarixinə, 

mədəniyyət yoluna, ədəbi-bədii sözün mürəkkəb dövrlərlə 

əhatələnmiĢ proseslərinə baĢ çəkdik, maraqlı ekskurslar 

etdik, qəribə nəticələrə gəldik, bənzərsiz fikirlər irəli 

sürdük. Əslində mən onlara bir qədər də həsəd aparırdım: 

heç kimə sirr deyil ki, dövlətimiz tərəfindən gənc 

yazarlara, ümumiyyətlə, yaradıcı cavanlara xüsusi qayğı 

var, illik Prezident təqaüdü ayrılıb, xüsusi yaradıcılıq 

fakültəsi fəaliyyətə baĢlayıb, AR Mədəniyyət və Turizm 

Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə 

layihəsi kimi Gənc Ədiblər Məktəbi təsis edilib, illik 

gənclər mükafatları verilir, müxtəlif sənət yarıĢmaları 

keçirilir, büdcədən maliyyələĢdirilən ədəbi orqanlarda iĢıq 

üzü görən yazılarına qonorar ödənilir, AR Gənclər və 

Ġdman, eləcə də Mədəniyyət Turizm Nazirlikləri 

tərəfindən ya almanax Ģəklində, ya da ayrıca kitabları nəĢr 

olunur. Mən hələ ictimai və özəl qurumlar, KĠV-lər, 

həmçinin Ġnternet Ģəbəkələrində yaradılan imkanlardan 

yazmıram...  

Yeni ədəbi nəslin nümayəndələrinə isə yalnız əsl sənət 

nümunələri yaratmaq, ədəbiyyatçı kimi tanınmaq, milli 

ədəbi-bədii düĢüncəmizi zənginləĢdirmək, onu dünyada 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yaymaq kimi məsuliyyətli vəzifələri layiqincə yerinə 



yetirmək qalır. Deyəsən, yazımın bu hissəsi çox rəsmi 

alındı, odur, keçirəm əsas mətləbə...  

Bir gün dəli bir istəklə Ġnternetin innovativ imkanlarından 

bəhrələnərək,   “Mədəniyyət” qəzetinin saytında iki ən 

yeni imza sahibinin yazdıqlarına diqqət yetirdim. 

(Əslində, bu yazının qeyri-rəsmi variantında “diqqət 

yetirdim” kəlmələri əvəzinə, “zövqümü zorladım” gedib: 

readktorumuz etiraz etməsə, o cümlənin sonunu hər iki 

variantda verərdim, baxır insafına...) Ġki gənc (oxu: 

ətcəbala) qələm sahibi – Feyziyyə ilə Fəridin yazdığı nəsr 

və poetik əsərləri oxuyarkən, maraqlı nəticələr əldə etdim 

ki, onları oxucularla bölüĢmək fikrinə düĢdüm, yaxud 

fakir mənim beynimə atıldı.  

 Söz yox, əgər Fəridi tanımadığımı yazsam, 

səmimiyyətdən uzaq düĢər: o mənim hazırda ən real 

ədəbiyyatçı dostlarımdan biridir. Daha dəqiq ifadə etsəm, 

təsadüfi – təsadüfimi? – tanıĢlığın axarında (sonunda yox, 

məhz axarında) güldən, bülbüldən Ģeir guppuldadan bu 

qəribə gənc oğlanı, sözün poetik və fəlsəfi mənasında, 

“sındırıb” əsl söz sənəti ilə nəfəs alanların sırasına 

qoĢduğuma görə nə onun kədər hopmuĢ ömrü (atasını tez 

itirib), nə tarix (qağa, XXI əsr ədəbiyyat dövrü deyil!), nə 

də həyat yəqin məni heç vaxt bağıĢlamayacaq. Bunu dəqiq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bildiyimdən, mətləbdən uzaqlaĢmadan əsas məsələyə 



istiqamətlənmək istəyindəyəm...  

Doğrusu, yaĢlaĢdıqca qartımağımdan irəli gəlir, yoxsa 

fəhmim mənim vicdanıma pıçıldayır, bilmirəm, hər halda, 

indiyə qədər yaradıcılıqları barədə xoĢ sözlər iĢlətdiyim, 

hətta bəziləri barədə yazdığım, çox zaman isə ĢiĢirtdiyim 

RövĢən Naziroğlu, Səfa RəĢid, Ramal, Azər Məmmədov 

və daha neçə-neçə ədəbi mühit adlı bağçada artıq çürümüĢ 

yeni qələm pöhrələrindən sonra növbəti gənc nəslin 

istedad saçan nümayəndələrinin bədii-poetik məhsullarını 

reklam etməyi – tərifləməyi, tanıtmağı deyəsən, həqiqətən 

yadırğamıĢam. Sözsüz, haqqına vaxtilə həvəslə yazdığım, 

indinin özündə də hər yeni əsərini ədəbi-kulturoloji 

süzgəcdən keçirərək ədəbi-mədəni ictimaiyyətə tanıtdığım 

Elçin Hüseynbəyli, Qulu Ağsəs, Nərgiz Cabbarlı, Səlim 

Babullaoğlu, ġərif, Həyat ġəmi, Rəsmiyyə Sabir, Ġlqar 

Fəhmi, AqĢin Yenisey, Zahir Əzəmət kimi onlarla 

istedadlı cavan imza sahiblərinin cərgəsində yer almayan 

o kəslərə görə özüm əsər yazan deyiləm ki... 

Olsun, hər halda, bu cavanların istedad qanadlarını örtsəm 

belə, bugünkü oxuduqlarımın enerjisi itməsin deyə, onları 

sözə çevirib hamı ilə paylaĢmaq istəyimi boğa bilmədim... 

 

Feyziyyə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

10 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



Məni anti-genderizmdə suçlamasınlar deyə, ilkcə 

Feyziyyənin “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il 

tarixli sayındakı “Avtomat qəssab bıçağı” qorxulu, yaxud 

da dəhĢət-hekayəsindən baĢlamaq istəyirəm. 

BaĢlamaq heç də asan olmasa da, hərnədirsə, fikirlərimi 

polemikalaĢdırmağa çalıĢıram: əvvəla onu vurğulayım ki, 

bütün dil və üslübi dolaĢıqlığa baxmayaraq, xanım yazarın 

bədii nəsrin ən incə – çətin janrlarından sayılan 

kiçikhəcmli hekayəyə qələm çevirməsi sevindirici haldır.  

“O, konduktor (əlbəttə, qəzetdəki redaktədən sonra 

konduktor əvəzinə bələdçi sözü daha uğurlu alınardı, - 

A.X.) iĢləyirdi. Kabinəsinin (nəyin? - A.X.) – arxa tərəfi 

qara ĢüĢə ilə bağlı olduğundan (yəqin, qapandığından 

ifadəsi daha təsirli səslənərdi) sürücü görünmürdü…” 

Bu minvalla Ģəhərdəki insanları avtobusa mindirib onların 

bədən əzalarını kəsən, qanlarını ĢüĢə qablara yığanlarla 

bağlı hekayətləri oxucu teletamaĢaçı simasında XX və 

XXI əsr ABġ-da istehsal olunmuĢ saysız-hesabsız dəhĢət-

filimlərdə dəfələrlə seyr edib. Bir qədər də dərinə gedib, 

mən hələ Edqard Ponun qorxulu novellalarından tutmuĢ, 

Patrik Züskindin “Ətriyyatçı”sına, ta bizim Çingiz 

Abdullayevin siyasi detektiv romanlarının səhifələrinə 

səpələnmiĢ qan-ölüm qoxusu barədə təmtəraqlı cümlələr 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə