Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə202/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   198   199   200   201   202   203   204   205   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

879 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

onun 1882-ci ildə Kağızman Ģəhərində ikisinifli, rus 



dilində təhsil verən məktəbin təĢkilindəki xidmətlərindən 

və açılıĢındakı rolundan bəhs edilir. 

Əslində, həmin kiçik məktəb regionun azərbaycanlı 

əhalisi üçün təĢkil edilən ilk yeni tipli maarif ocağı idi. Bu 

məktəbin müəllimi də bizə tanıĢdır. O, Qori 

seminariyasının məzunu, milliyyətcə aysor olan Ġosif 

Novruzov idi. Sonralar Ġ.Novruzov Mirzə Cəlillə birlikdə 

Ġrəvan quberniyasının Uluxanlı və BaĢ NoraĢen 

məktəblərində çalıĢmıĢdı. Azərbaycan Ģifahi xalq 

yaradıcılığı nümunələrinin toplanması və nəĢrində 

xidmətləri olmuĢdu. Bir sıra folklor nümunələrimizi ilk 

dəfə yazıya alaraq SMOMPK ("Sbornik po opisaniyu 

mestnostey i plemyon Kafkaza") məcmuəsində dərc 

etdirmiĢdi. 

Qarsın mədəni həyatında Ġ.S.ġahtaxtinskinin adı və 

fəaliyyəti ilə sıx bağlı olan baĢqa bir yenilik isə, 1882-ci 

ilin oktyabrında burada yerli mətbəənin təĢkil edilməsi idi. 

Tezliklə bu mətbəədə azərbaycanlı publisistin 

redaktorluğu ilə rus dilində həftəlik "Kars" qəzeti nəĢrə 

baĢlamıĢdı. 

Nekroloqda bu barədə oxuyuruq: "Ġsa Sultanın xidməti 

fəaliyyəti sözün həqiqi mənasında yorulmaz və qaynar idi. 

Özünün mürəkkəb və çoxsaylı birbaĢa xidməti iĢləri ilə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

880 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yanaĢı, mərhum həftədə bir dəfə çıxan "Kars" qəzetini 



qurmuĢ və ilk redaktoru olmuĢdu. O, eyni zamanda 

gündəlik teleqraf bülletenləri hazırlayıb çap etdirirdi". 

Tiflisdə, daha sonra isə Leninqradda-indiki Peterburqda 

müəyyən axtarıĢlar aparsam da, "Kars" qəzetinin 

komplektini aĢkara çıxarmaq mümkün olmamıĢdır. Təbii 

ki, bu qəzetlə tanıĢlıq Ġsa Sultanın redaktorluq və 

publisistik fəaliyyəti barəsində daha geniĢ materiallar və 

çoxsaylı faktlar əsasında danıĢmağa imkan verərdi. 

Gözdən-könüldən iraq, hələ tərkibinə qatıldığı imperiya 

ilə qaynayıb-qarıĢmayan və əslində, buna çox da can 

atmayan kiçik Qars Ģəhərində qəzet nəĢri ideyası, heç 

Ģübhəsiz" Ġsa Sultana aid idi. Yeni təĢəbbüsü ilə o, özünün 

onsuz da az olmayan iĢlərini daha da artıracağını, necə 

deyərlər, ağrımaz baĢına dəsmal bağlayacağını yaxĢı 

bilirdi. Lakin mətbuata, jurnalist fəaliyyətinə olan sevgi və 

maraq, habelə daxili tələbat qarĢısında həmin çətinliklər 

ona xırda, əhəmiyyətsiz görünmüĢdü. 

"Kars", təbii ki, əyalət qəzeti idi. Burada daha çox vilayət 

hərbi qubernatorluğunun rəsmi əmr və sərəncamları, 

bölgənin inzibati və iqtisadi həyatı ilə bağlı informasiyalar 

və s. çap olunurdu. Lakin mənbələrdəki ayrı-ayrı dağınıq 

məlumatlardan da göründüyü kimi, Ġsa Sultan hətta çox 

cüzi imkanlara malik olan əyalət qəzetində də maarifçi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

881 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

fikirlərini yayır, polemist və publisist istedadını nümayiĢ 



etdirirdi.  

Əgər belə olmasaydı, onlarla maraqlı qəzet və jurnalın 

nəĢr olunduğu paytaxt Ģəhəri Peterburqda yaĢayan Niko 

Nikoladze əyalətdə çıxan "Kars"la yaxından 

maraqlanmazdı. 

Bu barədə Ġsa Sultanın Niko Nikoladzeyə göndərdiyi 30 

mart 1883-cü il tarixli məktubdan xəbər tuturuq. 

Tale Tiflisdən sonra onları müxtəlif yollarla aparsa da, 

aralarındakı əlaqələr qırılmamıĢdı. Rus-türk savaĢı bitincə 

1878-ci ilin sonlarında Tiflisə dönən N.Nikoladze burada 

"Obzor" qəzetini nəĢr etməyə baĢlamıĢdı. Lakin tezliklə 

qəzet bağlanmıĢ, redaktor isə, polis nəzarəti altında 

yaĢamaq Ģərti ilə Stavropola sürgün edilmiĢdi. 

N.Nikoladze yeni gəldiyi yerdə də sakit dayanmamıĢ, 

N.Saltıkov-ġedrinin redaktorluğu ilə çıxan "Oteçestvennıe 

zapiski" jurnalı ilə yaradıcılıq əlaqələri quraraq, yenidən 

çap imkanları qazanmıĢdı. 

N.Nikoladze "Kars"ın nəĢrindən xəbər tutduqdan sonra 

Peterburqdan azərbaycanlı dostuna yazdığı məktubda 

qəzetlə bağlı ona daha geniĢ məlumat göndərilməsini 

xahiĢ etmiĢdi. Təəssüf ki, Ġ.S.ġahtaxtinskinin arxivi 

qorunub saxlanmadığından N.Nikoladzenin məktubunun 

(yəqin ki, məktublarının!) məzmunu haqqında geniĢ 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

882 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

danıĢmaq mümkün deyildir. Ġsa Sultanın görkəmli gürcü 



maarifçisi ilə yazıĢmasını əks etdirən yeganə sənəd isə, 

N.Nikoladzenin Gürcüstan Mərkəzi Dövlət Tarix 

Arxivindəki Ģəxsi fondunda (13-397 Ģifrəsi ilə) mühafizə 

olunur. Cavab səciyyəli həmin məktubda Ġsa Sultan 

yazırdı: 

"Əziz Nikolay Yakovleviç, qəzetciyimizin (rusca 

orijinalında "qazetik" - bu kəlmə redaktorun öz nəĢrinə 

münasibətdə bir qədər ironik mövqeyini nümayiĢ etdirir 

və Ġsa Sultanın "Kars"ı arzu etdiyu Ģəkildə çıxara 

bilmədiyinə iĢarə vurur-V.Q.) Sizə göndərilməsi 

haqqındakı xahiĢinizi böyük məmnuniyyətlə yerinə 

yetirirəm. O, son dərəcə məhdud proqrama malik sırf 

bürokratik nəĢrdir (orijinaldakı "kazennoe izdanie" 

ifadəsi, təbii ki, müəllifin fikrini daha dəqiq ifadə edir-

V.Q.) Mən imkan daxilində bu proqramdan uzaqlaĢmağa 

çalıĢıram. Təəssüf ki, qəzetin ilk üç sayı, ümumiyyətlə, 

qorunub saxlanmamıĢdır". 

Qəzetin proqramı və mündəricəsi ilə bağlı Ġsa Sultanın öz-

özünə tutduğu irad onun "Kars"ı əmr və sərəncamların, 

rəsmi məlumatların çap edildiyi "bürokratik nəĢrdən" 

cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz etməyi 

bacaran dinamik bir mətbuat orqanına çevirmək 

niyyətindən xəbər verir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə