Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə203/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   199   200   201   202   203   204   205   206   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

883 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Məktubun sonrakı sətirləri onun Qarsdakı həyat tərzi, 



məĢğuliyyəti, maraqları və s. barəsində müəyyən təsəvvür 

əldə etməyə imkan verir: "Dəftərxana rəisi vəzifəsini 

tutduğumdan, qəzetə çox az diqqət yetirə bilirəm. Son 

vaxtlar həm də göz ağrısından əziyyət çəkirəm. Ona görə 

də axĢamlar iĢləyə bilmirəm. Bu səbəbləri üstəlik də yerli 

Ģəraitlə əlaqələndirəndə, qəzetciyimizin məzmun 

baxımından kasadlığının nədən qaynaqlandığını bilmək 

Sizə çətin olmayacaqdır" 

Qarsdakı həyatı ilə bağlı dostunun suallarını 

cavablandıran Ġsa Sultan daha sonra bildirirdi: "Özümlə 

bağlı yazmalı elə bir Ģey yoxdur. Hər bir əyalət məmuru 

kimi, səhərlər qulluq iĢləri ilə məĢğul oluram, axĢamlar isə 

kart oynayıram". Daha sonra o, Peterburq həyatı, 

Ģəhərdəki son dəyiĢikliklər və s. barəsində yazmağı Niko 

Nikoladzedən xahiĢ edirdi. 

1887-ci ildə, on üç illik fasilədən sonra Ġsa Sultan 

tələbəlik illərini keçirdiyi Peterburq Ģəhərində iki aylıq 

ezamiyyətdə olmuĢdu. Səfərin məqsədi Qars əyalətinin 

vergi sisteminin təkmilləĢdirilməsi ilə bağlı idi. Bu həm 

də Qarsın yeknəsəq, darıxdırıcı mühitindən müvəqqəti də 

olsa uzaqlaĢmaq, mədəni dünya ilə yenidən, qısamüddətli 

də olsa təmas qurmaq baxımından da həyatının son 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

884 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

illərində Ġsa Sultanın əlinə nadir hallarda düĢən 



fürsətlərdən idi... 

Ġ. S. ġahtaxtinski aradan bir müddət keçdikdən sonra 

yalnız dövlət məmuru kimi deyil, torpaqĢünas-alim və 

kənd təsərrüfatı mütəxəssisi kimi də Qafqazda tanınmağa 

baĢlamıĢdı. O, Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz 

Ģöbəsinin həqiqi üzvü seçilmiĢdi. 

Bütün bunlarla yanaĢı, təbii ki, mənsub olduğu xalqın 

tarixi də onu yaxından maraqlandırmaya bilməzdi. Qarsda 

yaĢadığı illərdə Ġsa Sultan bölgənin tarixi abidələrini 

araĢdırmaq və təsvir etmək istiqamətində müəyyən səylər 

göstərmiĢdi. Bu baxımdan onun əvvəlcə "Kars" qəzetində, 

daha sonra isə "Kavkaz"da çap olunmuĢ "Qars vilayətinin 

Ərdəhan dairəsində qədim tarixi abidələr" məqaləsi 

diqqəti cəlb edir. Məqaləni yazarkən müəllif tarixi 

qaynaqlarla bir sırada yerli əhali arasında gəzib-dolaĢan 

əfsanə və rəvayətlərdən də yararlanmıĢdı. 

Yenə də "Kars"a istinadən, "Kavkaz"da çap olunan baĢqa 

bir məqaləsində - "Qarsın tədris müəssisələri" adlı 

yazısında Ġ.S.ġahtaxtinski vilayətin maarif sistemini yeni 

Ģərait və tələblər əsasında necə qurmaqla bağlı fikir və 

mülahizələrini bölüĢmüĢdü. 

Həmin dövrdə, Qafqazın bir sıra digər yerlərində olduğu 

kimi, Qarsda da yeni tipli tədris müəssisələrinin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

885 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

əksəriyyəti ermənilərin nəzarətində idi. Bu məktəblərin bir 



çoxu çağdaĢ rus maarifinin tələb və prinsiplərindən 

tamamilə uzaq düĢmüĢdülər. Xristian həmrəyliyi prinsipi 

ilə rus müstəmləkəçilərinin bölgədə açdıqları tək-tük 

məktəbləri əllərinə keçirən ermənilər bu məhdud maarif 

Ģəbəkəsindən daha çox millətçiliyi yaymaq və türk 

düĢmənçiliyi təbliğ etmək məqsədi ilə yararlanırdılar.  

Ġsa Sultan səlahiyyətləri daxilində bunun qarĢısını almağa 

və yerli məktəblərdə mürtəce erməni keĢiĢlərinin pedaqoji 

təhsil görmüĢ həqiqi müəllimlərlə əvəz olunmasına 

çalıĢırdı. 

 

 

 



Ġsa Sultan 1885-ci ildə istefada olan kapitan Allahyar 

Ağalarovun qızı Səkinə xanımla ailə qurmuĢdu. Səkinə 

xanım evdə xüsusi təhsil almıĢdı, Azərbaycan və rus 

dillərində savadlı idi. Əsrin əvvəllərində Tiflisin zadəgan 

mühitində Sofya xanım ġahtaxtinskaya adı ilə tanınırdı və 

Ģəhərdəki Azərbaycan icmasının, xüsusən də azərbaycanlı 

qadınların mədəni həyatda daha yaxından iĢtirakları üçün 

təĢəbbüs göstərmiĢdi.  

Ġsa Sultanın Səkinə xanımla nikahından altı qızları 

doğulmuĢdu. Ailənin ilk övladı Leyla Banu (bəzi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

886 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mənbələrdə Leylabəyim kimi də təqdim edilir-V.Q.) 



1886-cı il yanvarın 13-də, Nazlı Banu 1887-ci il 

sentyabrın 25-də, Fatma Banu 1889-cu il mayın 3-də, 

Adilə Banu 1891-ci il aprelin 4-də, Cəmilə Banu 1893-cü 

il fevralın 5-də anadan olmuĢdu. Adı Ġsa Sultanın 

formulyar siyahısına düĢməyən sonuncu qız övladı isə 

atasının ölümündən bir neçə gün sonra dünyaya 

gəlmiĢdi... 

 

*** 



 

Ġ.S.ġahtaxtinskidə ilk əlamətləri özünü hələ 1879-cu ildə 

göstərən ürək-damar xəstəlikləri getdikcə xroniki hal 

almağa baĢlayırdı. Qars Ģəraitində normal müalicə 

olunmaq mümkün deyildi. O, ara-sıra Tiflisə qısamüddətli 

iĢgüzar səfərləri zamanı vaxt tapıb özünü həkimə göstərir, 

təyin olunan müalicəni almağa və verilən məsləhətləri 

yerinə yetirməyə çalıĢırdı.  

Lakin bir tərəfdən maddi sıxıntılar, o biri tərəfdən iĢinin 

çoxluğu ucbatından müalicəsi ilə ardıcıl və əsaslı məĢğul 

ola bilmirdi. Bacarıqlı məmuru fasiləsiz istismar edən 

rəisləri onun səhhətinin və sağlamlığının qeydinə qalmaq 

barəsində düĢünmürdülər. Qarsın sərt iqlimi də səmərəli 

müalicənin aparılmasını çətinləĢdirirdi. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə