Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə204/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   200   201   202   203   204   205   206   207   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

887 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Əslində, həyatının son illərində Ġsa Sultan normal 



yaĢamaqdan daha çox mövcudluq uğrunda mübarizə 

aparırdı. Arxivdə saxlanan bir sıra rəsmi yazıĢmalarda o, 

"dövlət qarĢısında görkəmli xidmətləri olan gözəl əxlaqi 

sifətlərə malik məmur", "on yeddi il ərzində öz vəzifə 

borcunu qüsursuz, ləkəsiz və böyük bacarıqla yerinə 

yetirmiĢ kollegiya müĢaviri", "uĢaqlarını saxlamaq üçün 

gündəlik vəsaiti olmayan adam", "tamamilə sağalmasına 

heç bir ümid yeri qalmayan xəstə" adlandırılsa da, 

müalicəsi üçün hər hansı bir əməli yardım 

göstərilməmiĢdi. 

Ġsa Sultanın xidmət yerinin dəyiĢdirilməsi, Qarsla 

müqayisədə daha mötədil və yumĢaq iqlimi olan baĢqa bir 

bölgəyə köçürülməsi haqqındakı xahiĢləri də cavabsız 

buraxılırdı. ġairin dediyi kimi, onun dağ-daĢda əks-səda 

verən fəryadları insanlıq duyğuları və mərhəmət hissləri 

çoxdan korĢalmıĢ rəislərinin qəlbinə heç bir təsir 

göstərmirdi. 

1894-cü il avqustun 26-da, ölümündən təxminən iki ay 

əvvəl Qarsın hərbi qubernatoruna yazdığı növbəti ərizədə 

Ġsa Sultan səhhətinin tamamilə pozulduğunu bir daha 

diqqətə çatdırır və bildirirdi ki, "hazırkı vəzifəmlə 

əlaqədar (dəftərxana rəisliyi nəzərdə tutulur-V.Q.) yerinə 

yetirdiyim ağır, üzücü iĢlər məni tamamilə əldən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

888 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

salmıĢdır. Bu il səhhətim o dərəcədə pozulmuĢdur ki, Qars 



həkimləri təxirə salınmadan daxili xəstəliklər mütəxəssisi 

tərəfindən müayinə olunmağımı zəruri hesab etmiĢdilər. 

Ona görə də yerli həkimlərin təkidi ilə təcili Tiflisə gəlib 

doktor Qasparyantsa müraciət etməli oldum. O, məni 

hərtərəfli Ģəkildə müayinə etdikdən sonra ürək 

geniĢlənməsi xəstəliyinə tutulduğumu aĢkara çıxardı və 

bildirdi ki, bu vəziyyətdə Qarsın iqlimi mənə öldürücü 

təsir göstərir və həmin Ģəhərdə bundan sonra da qalıb 

yaĢamağım səhhətimin daha da pozulması ilə nəticələnə 

bilər. Doktor Qasparyantsın fikrincə, mülayim iqlimi olan 

yerdə mən hətta qocalana qədər yaĢayıb xidmət göstərə 

bilərəm". 

Sonuncu cümlədəki incə bir nüans diqqəti çəkir - Ġsa 

Sultan yalnız qocalana qədər yaĢamaqdan deyil, həm də 

cəmiyyətdə faydalı olmaqdan, dövlətə xidmət etməkdən 

bəhs edir. 

Lakin qocalana qədər yaĢamaq ona nəsib olmadı. 

Xəstəlikləri qarĢısında rəislərinin laqeyd, təbabətin isə 

əlacsız qaldığı Ġsa Sultan 1894-cü il oktyabrın 17-də 41 

yaĢında Tiflisdə vəfat etdi. 

Dəfn mərasimi dörd gün sonra keçirildi. Ġsa Sultanın 

Naxçıvandakı yaxınlarının - atasının, qardaĢının və digər 

qohumlarının gəlməsini gözləmiĢdilər. "Kavkaz" və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

889 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Novoe obozrenie" qəzetlərinin yazdığına görə, mərhumu 



son mənzilə yola salmaq üçün Tiflisin müsəlman 

qəbiristanlığına müxtəlif millətlərin nümayəndələri - 

azərbaycanlılar, ruslar, yəhudilər, gürcülər, ermənilər 

toplaĢmıĢdılar. Yəqin ki, Ġ.S. ġahtaxtinski Tiflisdə belə 

beynəlmiləl həmrəylik və ehtiramla torpağa tapĢırılan ilk 

azərbaycanlı ziyalı və ictimai xadim idi. 

Onun vaxtsız ölümü, mətbuatda yer almıĢ xəbərlərdən də 

göründüyü kimi, hətta daim münaqiĢədə olan sünni və Ģiə 

məzhəblərinin baĢçılarını da bir araya gətirmiĢdi. 

Mərhumun cənazəsi üzərində ölü namazını Zaqafqaziya 

Ģeyxülislamının özü qılmıĢdı. "Kavkaz"ın yazdığına görə, 

"ağsaçlı Qafqaz müftisi göz yaĢları içərisində mərhum 

haqqında hamını riqqətə gətirən təsirli nitq" söyləmiĢdi.  

 

*** 



 

Bəlkə də Ġsa Sultanın qəribə həyatı barəsindəki yazıya 

burada nöqtə qoymaq olardı. Lakin onun XX yüzilliyin 

baĢlanğıcında Azərbaycan qadınlarını fanatizm və 

cəhalətin əzici təsirindən xilas etmək, yeniliyə, bütün 

sevinc və kədərləri ilə normal insan həyatına, 

bərabərhüquqlu münasibətlərə qovuĢdurmaq üçün heç 

nədən çəkinmədən mübarizə aparan xanımının və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

890 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qızlarının mənbələrdə xəsisliklə əksini tapmıĢ fəaliyyəti 



üzərinə də müəyyən qədər iĢıq salmadan, kədərli notların 

daha üstün olduğu bu hekayəti bitirmək istəməzdim. 

Səkinə xanım ġahtaxtinskaya birdən-birə taleyin amansız 

zərbələrinə məruz qalmıĢdı. Hanının gələcəyinə böyük 

ümidlərlə baxdığı cavan, yüksək istedada və insani 

keyfiyyətlərə malik ərini itirmiĢdi. Böyüyü səkkiz yaĢında 

olan altı qız uĢağı ilə tənha qalmıĢdı. Ġsa Sultanı layiqincə 

qiymətləndirməyən yerli rus administrasiyasının onun 

övladlarına əl tutacağı, ailəsinin güzəranı və uĢaqlarının 

təhsili ilə maraqlanacağı sual altında idi. 

Hələ 30 yaĢına çatmamıĢ Səkinə xanımın həmin anlarda 

keçirdiyi qorxu, həyəcan, ümidsizlik və gələcək üçün 

narahatlıq hissləri baĢa düĢüləndir. Ərinin ölümündən 

sonra Tiflisə pənah gətirən gənc ananın və onun altı körpə 

qızının - çətinliklər girdabına düĢmüĢ bu yeddi qadının 

fəlakətli vəziyyətini göz önünə gətirmək də çətin deyildir. 

DüĢünmək olardı ki, bütün bu çətinliklər Səkinə xanımı 

sındıracaq, ruhdan salacaq, o, ərinin fikir və əməllərinin 

davamçısı olmaq haqqında düĢünməyəcək və tədricən baĢı 

məiĢət qayğılarından açılmayan sıravi bir ev qadınına 

çevriləcək. 

Amma xoĢbəxtlikdən belə olmadı. Altı qızı ilı tək qalmıĢ 

Səkinə xanım onları atalarının arzuladığı kimi boya-baĢa 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə