Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə205/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   201   202   203   204   205   206   207   208   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

891 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çatdıra bildi. Üstəlik, özü də içərisində yaĢadığı mühitin 



bütün yasaqlarına, cəhalət və fanatizmin bütün təpkilərinə 

baxmayaraq, Tiflis azərbaycanlıları arasında milli 

təəssübkeĢliyi ilə seçilən ictimai bir Ģəxsiyyət, 

Azərbaycanda qadın hərəkatının ilk təĢkilatçılarından biri 

kimi tanındı. 

Onun bütünlükdə xalqımız və mədəniyyətimiz qarĢısında 

xidmət adlandırıla biləcək nəcib, xeyirxah addımı isə Cəlil 

Məmmədquluzadə ilə Həmidə xanım CavanĢirin 

həyatında oynadığı mühüm rol sayılmalıdır. Hər cəhətdən 

biri-birlərinə layiq olan, bəlkə də illərlə bir-birlərini 

arayıb-axtaran bu iki nəcib insan məhz Səkinə xanımın 

sayəsində talelərini birləĢdirmiĢ, xoĢbəxt ailə həyatı 

qurmuĢdular. 

Səkinə xanımın - Sofya ġahtaxtinskayanın həyatının Ġsa 

Sultandan sonrakı dövrü ilə bağlı müəyyən məlumatlara 

Həmidə CavanĢirin "Cəlil Məmmədquluzadə haqqında 

xatirələrim" adlı memuarlarında təsadüf etmək 

mümkündür. 

Bu iki açıq fikirli və ziyalı xanımın dostluğu, çox güman 

ki, Qarsdan baĢlamıĢdı. Çünki Həmidə xanımın birinci əri, 

rus ordusunun podpolkovniki Ġbrahimbəy Davatdarov da 

XIX əsrin 90-cı illərində bir müddət bu Ģəhərdə qulluq 

etmiĢdi. Hətta onların sonrakı talelərində də kədərli bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

892 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bənzərlik vardı - Səkinə xanım kimi Həmidə CavanĢir də 



həyat yoldaĢını erkən itirmiĢ, övladlarını - oğlu Müzəffəri 

və qızı Minanı təkbaĢına böyütməli olmuĢdu. 

Görünür, sonrakı illərdə biri-birlərindən uzaq yaĢasalar da, 

aralarındakı əlaqələr heç vaxt qırılmamıĢdı. 1905-ci ilin 

sentyabrında qızı Mina xanımı Tiflisdəki Nücəba Qızlar 

Ġnstitutuna, sınaq imtahanlarına gətirən Həmidə xanım 

Ģəhərdə baĢqa yerə deyil, Sofya ġahtaxtinskayanın 

Krasnoqorskaya küçəsindəki evinə düĢmüĢdü. 

Bəlkə də taleyin qəribə və sirli təsadüfi idi ki, Cəlil 

Məmmədquluzadə də həmin küçədə yaĢayırdı. Doğrudur

o, hələ adını əbədiləĢdirən "Molla Nəsrəddin" jurnalının 

nəĢrinə baĢlamamıĢdı. Azərbaycanlı Ģagirdləri 

gimnaziyaya hazırlaĢdıran kiçik bir pansionat saxlayırdı. 

Eyni zamanda, Ömər Faiq Nemanzadə və MəĢədi Ələsgər 

Bağırovla birlikdə "Qeyrət" adı verdikləri mətbəəni 

iĢlədir, burada müxtəlif kitablar, broĢüralar, elanlar, 

blanklar və s. çap edirdilər. 

Cəlil Məmmədquluzadə ilə Səkinə-Sofya xanımın tanıĢlıq 

əlaqələri və aralarındakı səmimi münasibət də diqqəti cəlb 

edir. Çox güman ki, illərlə davam edən həmin ünsiyyət 

hələ Ġsa Sultanın sağlığından baĢlanmıĢdı. Mirzə Cəlil 

sonralar da həmyerlisi və dostunun ailəsini heç vaxt 

yaddan çıxarmamıĢ, imkanı daxilində onlara arxa və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

893 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dayaq olmağa çalıĢmıĢdı. Ġkinci nikahla Məhəmməd ağa 



ġahtaxtinskinin dul bacısı Nazlı xanıma evləndikdən sonra 

isə onun qollu-budaqlı ġahtaxtinskilər ailəsi ilə qohumluq 

əlaqələri yaranmıĢdı. 

Tezliklə Həmidə xanımın qızını Nücəba Qızlar Ġnstitutuna 

qəbul etdilər. Həmin ərəfədə Səkinə xanımın iki qızı - 

Fatma Banu ilə Nazlı Banu da bu institutda oxuyurdular. 

Ailənin böyük qızı Leylabəyim isə artıq orta təhsilini baĢa 

vurmuĢdu və ali təhsil almaq üçün Peterburqa getməyə 

hazırlaĢırdı. 

Həmidə xanımın Tiflis səfərindən əsas məqsəd yalnız 

övladının təhsil məsələsini yoluna qoymaq deyildi. O, 

atası Əhmədbəy CavanĢirin əlyazmalarını - orijinal 

əsərlərini və rus klassiklərindən tərcümələrini kitab 

Ģəklində çap etdirmək istəyirdi. Bu, 1903-cü ildə həyatdan 

köçən Ə.CavanĢirin qızından son təmənnası idi. 

Tiflisdəki tanıĢları bu kitabın nəĢri ilə əlaqədar "Qeyrət" 

mətbəəsinin müdiri Mirzə Cəlilə müraciət etməyi 

məsləhət görmüĢdülər. Tezliklə (Həmidə xanım birgə 

həyatlarının baĢlanğıcı olan bu tarixi dəqiqliklə yadında 

saxlamıĢdı - həmin gün 1905-ci il oktyabrın 13-ü idi) 

Sofya xanımın dəvəti ilə Mirzə Cəlillə Ömər Faiq 

Nemanzadə ġahtaxtinskilərin mənzilinə gəlmiĢ və burada 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

894 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

əlyazmasının çapı ilə bağlı məsələni birlikdə müzakirə 



etmiĢdilər. 

Ġlk baxıĢdan diqqəti o qədər də cəlb etməyən bu faktın özü 

də Sofya xanımın Tiflisdəki Azərbaycan mədəni mühiti və 

milli ziyalılarla əlaqəsinin bir göstəricisidir.  

Mənsub olduqları xalqın Qafqazdakı digər qonĢularla 

müqayisədə geriliyini, mədəni-ictimai həyatdakı 

mövqelərinin zəifliyini Tiflis Ģəraitində daha aydın görən 

və bundan həqiqi üzüntü duyan bu dörd nəfər ziyalı Ģəxs - 

iki kiĢi və iki qadın 1905-ci ilin həmin 13 oktyabr axĢamı 

yalnız əlyazmasının çapını müzakirə etməmiĢ, həm də 

dövrün Azərbaycan gerçəkliyinin bir sıra mövzuları 

ətrafında fikir bölüĢmüĢdülər. 

Mirzə Cəlil Tiflisdə Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti 

yaratmaq təklifini irəli sürmüĢdü. Həm Sofya xanım, həm 

də Həmidə xanım bu ideyanı, necə deyərlər, göydə 

tutmuĢ, vaxt itirmədən onu necə həyata keçirmək yolları 

üzərində düĢünməyə baĢlamıĢdılar. 

Həmidə xanımın "Xatirələri"ndə oxuyuruq: "Bu fikir çox 

xoĢumuza gəldi. Dərhal onun həyata keçirilmə yollarını 

aramağa baĢladıq. Sofya xanım Tiflis sakini kimi Ģəhərin, 

demək olar ki, bütün müsəlman ziyalı ailələrini tanıyırdı, 

ünvanlarını bilirdi. O, diqtə etdi, mən yazmağa baĢladım. 

45 ailənun siyahısını tutduq. Ertəsi gün fayton 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə