Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə206/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   202   203   204   205   206   207   208   209   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

895 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kirayələdim, əvvəlcə Krılov küçəsinə - Mirzə Fətəli 



Axundovun nəvəsi Mələksima xanımın yanına getdik. 

Ondan təĢəbbüsümüzə qoĢulmasını və ümumi yığıncaqlar 

üçün öz zalını verməsini xahiĢ etdik. Mələksima xanım 

həvəslə razılaĢdı. Burada mən onun nəcib və yaraĢıqlı 

anası, sevimli dramaturqumuzun qızı Nisə xanımla tanıĢ 

oldum. 


Ümumi iclas gününü müəyyənləĢdirdikdən sonra biz 

qalan ailələrə getdik. Hamı dəvətimizi həvəslə qəbul edir 

və iclasa gələcəyini bildirirdi. Gövhər xanım Qacar isə 

təklifimizə lap çox sevindi və özünü tamamilə bizim 

ixtiyarımıza verdiyini bildirdi". 

Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanda 

qadın xeyriyyə cəmiyyətlərinin qurulmasına ilk təĢəbbüsü 

sonralar ilk Cümhuriyyətimizin qurucuları sırasında yer 

almıĢ Həsənbəy Ağayev göstərmiĢdi. Lakin onun Gəncədə 

baĢladığı iĢ uğurla nəticələnməmiĢdi. Qadınların fəaliyyəti 

ilə bağlı bütün təĢəbbüsləri, necə deyərlər, beĢikdəcə 

boğan fanatik və mühafizəkarların müqaviməti hələ 

yetərincə qüvvətli idi.  

Doktor Həsənbəyin Gəncədə gerçəkləĢdirə bilmədiyi 

təĢəbbüsü Tiflisdə iki qadın həyata keçirdi. Tezliklə onlar 

məĢhur pedaqoq və maarifçi Firudinbəy Köçərlinin həyat 

yoldaĢı Badisəba xanımı, general Əlixan Avarskinin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

896 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

zövcəsini, habelə Tiflisin digər tanınmıĢ, nüfuzlu 



müsəlman ailələrinin xanimlarını və qızlarını da bu iĢə 

cəlb etdilər. 

Gövhər xanım Qacarın təklifi və ümumi iclasın qərarı ilə 

müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri 

sədrliyinə Qafqaz caniĢini Ġ.Ġ.Vorontsov-DaĢkovun xanımı 

seçildi. Bu bir tərəfdən, yeni cəmiyyətin problemlərinin 

həllində yüksək rütbəli çar məmurunun yardımından 

istifadə etmək, o biri tərəfdən isə, qurumun nüfuzunu 

artırmaq və fəaliyyətini asanlaĢdırmaq məqsədini 

güdürdü. Qurucuları sırasında Ġ. S. ġahtaxtinskinin həyat 

yoldaĢı Sofya xanımın da yer aldığı Tiflis Qadın Xeyriyyə 

Cəmiyyəti 1917-ci ilə qədər fəaliyyət göstərmiĢ və 

azərbaycanlı qadınların maarifl və mədəniyyətə 

yiyələnməsində öz dövrü üçün mühüm rol oynamıĢdı. 

Tiflisdəki Nücəba Qızlar Ġnstitutunda 1905-ci ildən 

etibarən Azərbaycan türkcəsinin tədrisinə baĢlanmasında 

da Həmidə xanimla Sofya xanımın qətiyyət və 

təĢəbbüskarlıqları da mühüm rol oynamıĢdı. Gürcü və 

ermənilərdən fərqli olaraq, məktəbdə təhsil alan 15 

azərbaycanlı qıza ana dili dərslərinin keçilməməsi bu 

ziyalı xanımları xeyli hiddətləndirmiĢdi. Onlar institut 

direktorunun yanında olmuĢ, habelə Qafqaz 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

897 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

müsəlmanlarının dini liderinə - Ģeyxülislama müraciət 



etmiĢdilər. 

Xanımların təĢəbbüsünü məmnunluqla qarĢılayan 

Ģeyxülislam ilk vaxtlar bu vəzifənin icrasını öz üzərinə 

götürmüĢdü. Aradan bir müddət keçdikdən sonra isə, 

Həmidə xanım Sofya ġahtaxtinskayanın mənzilində tanıĢ 

olduğu Heydər Kəngərlinin (Cəlil Məmmədquluzadənin 

ikinci xanımının birinci nikahdan olan oğlu, "Xatirələr"də 

onun soyadı səhvən ġahtaxtinski kimi getmiĢdir-V.Q.) 

məsləhəti ilə Mirzə Cəlilin özünü institutda Azərbaycan 

türkcəsi müəllimliyinə cəlb etməyə çalıĢmıĢdı. Hətta bu 

məqsədlə Sofya xanımla birlikdə onun mənzilində də 

olmuĢdu. 

Lakin həmin dövrdə fəal jurnalistlik fəaliyyəti ilə məĢğul 

olan və "Molla Nəsrəddin"in nəĢrinə hazırlıq görən Cəlil 

Məmmədquluzadə iĢlərinin çox olduğunu bildirərək, bu 

vəzifəyə "ġərqi-rus"dakı əməkdaĢlıq dövründən yaxĢı 

tanıdığı Məhəmməd ağa ġahtaxtinskini məsləhət 

görmüĢdü. M. ġahtaxtinski Ġkinci Dövlət Dumasına 

deputat seçilib Peterburqa gedənə qədər kübar qızlara 

Azərbaycan türkcəsini öyrətmiĢdi. 

Artıq yuxarıda da qeyd etdiyim kimi Mirzə Cəlillə 

Həmidə xanımın ailə həyatı qurmaları da yalnız Sofya 

xanım ġahtaxtinskayanın sayəsində mümkün olmuĢdu. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

898 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Həmidə xanım bu barədə "Xatirələr"ində yazır: "1906-cı il 



dekabrın əvvəllərində Sofya xanımdan məktub aldım. 

Həmin məktubda o, Mirzə Cəlilin adından mənim onunla 

ailə həyatı qurmağımı xahiĢ edirdi. Cavab verdim ki, 

göstərilən diqqətə görə minnətdaram, lakin ərə 

getməyəcəyəm, çünki mərhum atamın vəsiyyətlərini 

yaddan çıxara, onun iĢlərini yarımçıq qoya bilmərəm". 

Lakin Sofya xanımın təkidləri nəticədə öz bəhrəsini verdi. 

1907-ci ilin mayında Həmidə xanım qızı Minanın institutu 

bitirməsi münasibəti ilə yenidən Tiflisə gəlib 

ġahtaxtinskilərin mənzilinə düĢəndə, Sofya xanım elçilik 

məsələsini təzələdi və bu dəfə istəyinə nail oldu... 

Bəlkə də o, çətin vəzifəni öz üzərinə götürməsəydi, 

utancaq və azdanıĢan Mirzə Cəlillə sərt və inadkar 

Həmidə xanımın ailə ittifaqı heç zaman baĢ tutmayacaqdı. 

Ġki qeyri-bərabər nikahdan, uğursuz izdivacdan sonra 

Həmidə xanım kimi ömür-gün yoldaĢı, mübarizə və amal 

dostu tapdığına görə Cəlil Məmmədquluzadə yəqin ki, hər 

kəsdən və hamıdan daha artıq ailə xoĢbəxtliyinin 

təĢəbbüskarı və qurucusu olan Sofya xanım 

ġahtaxtinskayaya minnətdar idi... 

 

*** 


 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə