Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə208/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   204   205   206   207   208   209   210   211   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

903 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

etdirilməsini millətin Ģərəf və ləyaqət borcu kimi 



dəyərləndirirdi:  

"Məcmuəmizin səhifəsini mərhumənin Ģəkli ilə bəzədik 

ki, gələcək Leyla xanımın vətən bacıları hər dəfə həmin 

vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs 

rəvadırmı bunun yeri boĢ qalsın? Rəvadırmı bundan sonra 

ġvetsariyada elə bilsinlər ki, dünyada müsəlman qızı tək 

bircə imiĢ? Dəxi dünyada müsəlman qızı yoxdur və bəlkə 

dünyada heç müsəlman yoxdur? 

Rəvadırmı?" 

Bunun millətin adına və ləyaqətinə rəva olmadığını Ġsa 

Sultan ġahtaxtinskinin ailəsində yetiĢmiĢ baĢqa bir gənc 

xanım - Leylabəyimin kiçik bacısı Adilə xanım 

ġahtaxtinskaya - ilk azərbaycanlı qadın tibb 

professorlarından biri sübuta yetirdi. 

O, Azərbaycanı beynəlxalq miqyasda təmsil edən məĢhur 

ginekologiya mütəxəssi kimi tanındı, tibb elminin həmin 

sahəsinə dair kitab və məqalələr yazdı, davamçı və 

ardıcıllarını yetiĢdirdi. 

Yəqin ki, Adilə xanım ġahtaxtinskaya yalnız öz ömrünü 

deyil, həm də nakam bacısının yarıda qırılmıĢ ömrünü 

yaĢadığının, onun yarımçıq qalmıĢ arzularını həyata 

keçirməyə borclu olduğunun fərqində idi... 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

904 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

*** 



 

Atası kimi Leylabəyimin də Ġsveçrəyə, Lozanna 

universitetinə gedən yolu Peterburqdan keçmiĢdi. 

Anası, "kollegiya müĢavirinin" dul qadını Sofya xanım 

ġahtaxtinskayanın Tiflis qubernatoruna 2 iyun 1905-ci il 

tarixli ərizəsindən də göründüyü kimi, Leylabəyim Tiflis 

Nücəba Qızlar Ġnstitutunu bitirdikdən sonra Peterburq 

Qadın Tibb Ġnstitutunda ali təhsil almaq qərarına gəlmiĢdi. 

Bu məqsədlə Sofya xanım qızına siyasi baxımdan etibarlı 

sayılması barəsində arayıĢ verilməsini xahiĢ edirdi. 

Tiflis jandarm idarəsi 17 iyun 1905-ci il, Tiflis 

polismeysteri 30 iyun 1905-ci il tarixli məktublarında 

1902-ci ildən etibarən Tiflisdə yaĢayan Leylabəyim 

ġahtaxtinskayanın heç vaxt istintaq altında olmadığını və 

məhkəmə qarĢısında dayanmadığını, qanuna müğayir heç 

bir suç iĢləmədiyini bildirir və tələb edilən etibarlılıq 

haqqında arayıĢın verilməsini mümkün sayırdılar. 

Leylabəyim ġahtaxtinskaya Peterburq Qadın Tibb 

Ġnstitutunda (Bestujev kurslarında) yalnız bil il oxumuĢ, 

1906-cı ilin sentyabrında daha mükəmməl ixtisas təhsili 

almaq üçün Ġsveçrəyə yola düĢmüĢdü. 

"Rusiyanın ilk qadın universiteti" adlanan Bestujev 

kurslarında təhsil alan qızların böyük əksəriyyəti sadə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

905 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ailələrin övladları idi. Odur ki, onlar ehtiyacın hər üzünü 



görür, sözün həqiqi mənasında, bir yaĢam mücadiləsi 

verməli olurdular. Bu ali təhsil müəssisəsi haqqında 

maraqlı araĢdırma müəllifi M.Tsebrikova həkim olmaq 

istəyən qızların ali təhsili, əslində, həyatlarını riskə 

qoyaraq sağlamlıqları bahasına qazandıqlarını yazırdı: 

"Ali təhsil çoxlarına böyük qurbanlar bahasına baĢa 

gəlirdi. Bəzən üç və ya dörd dinləyici nəm və qaranlıq bir 

küncdə qalır, əksər hallarda bu üç-dörd nəfər növbə ilə bir 

yataqdan istifadə edirdilər. Soyuqda, insanın iliklərinə 

qədər donduran Ģaxtada yüngül paltolarının üstündən Ģal 

bağlayıb küçəyə çıxırdılar. Ucuz və keyfiyyətsiz nahar 

yeyir, bəzən isə yalnız kolbasa və kif atmıĢ çörəklə 

kifayətlənməli olurdular. Uzun gecələri istirahət əvəzinə 

müqabilində qəpik-quruĢ aldıqları əlyazmalarının üzünü 

köçürmək məcburiyyəti qarĢısında qalırdılar". 

Yenə həmin 1905-ci ildə müxtəlif qadın kurslarında təhsil 

alan tələbə qızların gündəlik həyatı ilə bağlı hazırlanmıĢ 

baĢqa bir sənəddə də eyni ağır notlar duyulmaqdadır: "Hər 

hansı maddi imkandan məhrum qızların sayı həddindən 

çoxdur. Əksər hallarda əyalətdən gələn dinləyicilər ilk 

yarım il üçün təhsil haqqını ödədikdən sonra əllərində bir 

neçə manat pulla qalırlar. Qızların çoxunun isti paltarı, qıĢ 

ayaqqabısı yoxdur. Zəruri kitablar almaq haqqında isə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

906 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ümumiyyətlə, danıĢmağa dəyməz. Odur ki, əlavə qazanc 



əldə etmək üçün həyəcanlı axtarıĢlar baĢlayır..." 

Bu sətirləri oxuyanda gözlərim önündə Peterburqda və 

Cenevrədə təkbaĢına yaĢayan, maddi, daha çox isə mənəvi 

sıxıntılarla üzləĢən, yəqin ki, bəzən ürəyini deĢən sözlərini 

deməyə, dərdlərini bölüĢməyə munis bir adam tapmayan 

Leylabəyim canlanırdı. 

Təbii ki, maddi çətinliklər də bu gənc xanımdan da yan 

keçməmiĢdi. Təkcə elə onu nəzərə almaq lazımdır ki, Ġsa 

Sultanın ölümündən sonra Sofya xanım biri-birindən kiçik 

altı qızı ilə təkbaĢına qalmıĢdı. Onları böyütmək, təhsil 

vermək, cəmiyyət arasına çıxarmaq üçün sözün həqiqi 

mənasında qəhrəmancasına səylər tələb olunurdu. 

Lakin bununla belə, yəqin ki, XX yüzilliyin baĢında 

qürbətdə tək yaĢamaq Leylabəyim üçün çətin idi, çox 

çətin idi... 

Onu həyatının son günlərində uzaq və yad Ģəhərdə 

qızdırma içərisində çırpınan, sayıqlayan vəziyyətdə 

təsəvvürümə gətirməyə çalıĢıram. Həyata göz yumduğu 

anda son sözlərinin, pıçıltılarının nə olduğunu fəhmlə, 

gümanla müəyyənləĢdirmək istəyirəm... 

Qəfil əcəl gəlməsəydi, Leylabəyimin təhsil almıĢ ziyalı 

qadınların barmaqla sayıldığı o zamankı Azərbaycan 

cəmiyyətində hansı mövqe tutacağını, həmvətənlərinə, ilk 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə