Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə214/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   210   211   212   213   214   215   216   217   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

927 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"O, gedir və hey oğlanı çağırırdı. Gedir və çağırırdı". 



Hekayə bu cümləylə bitir. Soyuq ġimal. Gecə. Ġki tənha 

insan – yaĢlı kiĢi və balaca uĢaq. Çovğunun uğultusu və 

bu uğultuda eĢidilib itən səs – insanlıq səsi. 

"9-cu Xrebtovı"nın iqlim göstəricisi bambaĢqadır. Mənə 

elə gəlir ki, yazıldığı dövrdə amansız və ədalətsiz 

tənqidlərə məruz qalmıĢ bu əsərin belə müqavimətlə 

rastlaĢması ilk növbədə bu cəhətiylə bağlı idi. Guya ki, 

milli adətlərimizi təhrif etməsi, xalqımızın mənfi 

cəhətlərini qabartması, iĢıqlı həyatımızı qara boyalarla 

təsvir etməsi kimi ittihamların arxasında rəsmi 

ideologiyanın və ona xidmət edən tənqidçilərin basqa 

qorxusu, ayrı xofu vardı - yazıçı, ümumiyyətlə, 

yaĢadığımız cəmiyyətin paxırını açırdı, insan təbiətinə 

zidd olan ehkamlarını damğalayırdı. Bu povest əsasında 

çəkilmiĢ "Bir cənub Ģəhərində" fılmi də (rejissor Eldar 

Quliyev, operator Rasim Ocaqov) məhz elə bu baxımdan 

ideoloji serberləri vahiməyə salmıĢdı. Amma nə yaxĢı ki, 

elə o dövrdə həm povestin, həm filmin əsl dəyərini 

anlayan və qiymətləndirən adamlar tapıldı. O cümlədən 

Azərbaycanda da. 

Bu ardıcıl müəllif mövqeyi Rüstəmin ondan sonra yazdığı 

əsərlərinin əksəriyyətində də izlənir, həm də bütün 

janrlarda – nəsrdə, dramaturgiyada, kinoda. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

928 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

SSRĠ Dövlət mükafatına layiq görülmüĢ "Ġstintaq" 



filmində də (rejissor Rasim Ocaqov), "YaĢıl qapı 

arxasındakı qadın" pyesində də, müstəqil Azərbaycan 

Cümhuriyyətinin faciəvi taleyi haqqında ilk dəfə (əlbəttə, 

o dövrün imkanları çərçivəsində) gerçəyi səhnəyə gətirən 

"Ultumatum" pyesində də, "Ad günü", "Nəğmə dərsi" 

kimi həzin qüssəli hekayələrdə də Rüstəm Ġbrahimbəyov 

Ġnsanda insanlığı tərənnüm edir. 

Mən Rüstəm Ġbrahimbəyov haqqında dəfələrlə çıxıĢ etmiĢ, 

yazılar yazmıĢam – "9-cu Xrebtovı" haqsız hücumlara 

məruz qalanda "Literaturnaya qazeta"da, "Ultimatum" 

pyesi haqqında yenə o qəzetdə yazılarım çıxıb, yazıçının 

50 illiyi münasibətilə Bakı mətbuatında "GöndərilməmiĢ 

məktub"um dərc edilib. 

Bu yazımı isə uzun illərin hər sınağından keçmiĢ 

dostumun insani keyfiyyətləri haqqında bir-iki kəlmə ilə 

bitirmək istəyirəm. Adi dillə desək, Rüstəm əsl kiĢidir – 

mərd, cəsur, etibarlı, heç nədən qorxmayan, beç bir 

çətinlikdən çəkinməyən. Təhsili etibarilə kibernetikdir

Allah vergisiylə - sənətçi. Onun yüksək sənətkarlıq 

istedadına kibernetik dəqiqliyi, hər Ģeyi kibernetik maĢın 

kimi tez dərk edib, nəticə çıxarmaq bacarığı da əlavə 

olunanda təkrarsız Rüstəm Ġbrahimbəyov fenomeni - 

çağdaĢ sənətimizin və həyatımızın unikal hadisəsi yaranır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

929 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Rüstəmin ömrünün bir qismi təyyarələrdə keçir; bir həftə 



ərzində Ģəhərdən Ģəhərə, ölkədən ölkəyə, qitədən qitəyə 

uça bilər. Mahir təĢkilatçı, iĢ adamı kimi də fəaliyyət 

göstərir. Təbii ki, ilk növbədə ən müxtəlif mövzularda və 

janrlarda dəyərli bədii əsərlər yaradır, amma eyni 

zamanda heç vaxt bir dost təklifindən, dost məclisinə 

dəvətdən də imtina etmir. Mən həmiĢə iki Ģeyə təəccüb 

qalıram: bir müddət Bakıda olmayan Rüstəm Ģəhərimizə 

qayıdanda görürsən ki, burada baĢ vermis hadisələr 

haqqında hamımızdan artıq məlumatı var. Bir də Bakıda 

olduğu zaman əsər yazmaqla, yaratdığı "Ġbrus" featrının, 

rəhbərlik etdiyi Kinoçular Ġttifaqının fəaliyyətilə bağlı 

bütün öhdəsinə düĢənləri yerinə yetirməklə bərabər, 

çoxsaylı dostları, tanıĢlarıyla görüĢməyə də vaxt tapa 

bilir... 

  

ġÖHRƏT BƏDƏLOV 



"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ" 

Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında 

qeydlər 

 

 



    

  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

930 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



  

  

 Xətai yaradıcılığının böyük qismi qəzəllərdən ibarətdir. 



Onun qəzəl yaradıcılığı özündən əvvəl və sonra yaĢamıĢ 

Ģairlərin qəzəllərindən xalq dilinə yaxınlığı ilə fərqlənir. 

Xətai qəzəllərinin dili klassik ədəbi dillə xalq danıĢıq 

dilinin sintezindən yaranıb. Bu xüsusiyyət Azərbaycan 

klassik poeziyasında folklor intibahının xüsisi bir 

mərhələsi idi. Onun qəzəllərində baĢ verən vəzn 

dəyiĢiklikləri də milli heca vəzninə doğru baĢlanan 

inqilabi dinamikadan doğurdu. Ona görə Xətainin 

qəzəllərində bəzən vəzn ölçüləri pozulur. Bu əsl 

Azərbaycan sözlərinin daha çox istifadə olunduğu 

qəzəllərdə özünü daha qabarıq büruzə verir. 

 

Neyləyim, neyləyim, yar yad olubdur, 



Ahımdan, zarımdan fəryad olubdur. 

 

Yarın məhəbbəti könlüm evində



Yuca dağlar kimi bünyad olubdur. 

 

Apardı könlümü, verməz muradım, 



Əvvəl iqrar, Ģimdi inkar olubdur. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə