Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə229/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

988 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

görkəmli partiya və dövlət xadimi -doktor Nəriman 



Nərimanov, keçən əsrin 50-70-cı illərindən bizə tanıĢ olan 

müasirlərimizdir. Çingiz Hüseynovun, eləcə də digər 

tanınmıĢ rusdilli yazıçılarımızın əsərlərində canlanan milli 

xarakterlər, milli kolorit, bizə tanıĢ olan müasirlərimizin 

obrazları bir daha sübut edir ki, milli-mənəvi varlığımızın 

təcəssümündə əsas amil yazıçının bədii təfəkkürünün 

xarakteridir. Çingiz Hüseynov bu mənada əsl milli 

yazıçıdır. 

Yazıçının altmıĢ-yetmiĢinci illərdə qələmə aldığı "Mənim 

bacım", "Novruzgülü", "Dəniz havası", "Adını demədi", 

"Qızıl" povestlərində mənəvi-əxlaqi axtarıĢlar mövzusu 

diqqət mərkəzində idi. Həmin əsərlər 60-70-ci illər 

Azərbaycan nəsrinin o mövzuda ən uğurlu əsərləri ilə bir 

sırada durur. Çingiz Hüseynovun təsvir etdiyi 

qəhrəmanlar mənəvi və əxlaqi gözəlliyi təmsil edirdilər, 

cəmiyyətdə baĢ verən hadisələr bu qəhrəmanların 

həyatında dərin iz buraxırdı və gerçəklik onların fərdi 

aləmində əks olunurdu.Yazıçının əsərləri nəsrimizdə 

yaranan lirik-psixoloji təmayülü təmsil edirdilər. Onun 

əsərlərinin qəhrəmanları həyatdakı mənfiliklərin, 

eybəcərliklərin əhatəsində yaĢasalar da, mənən təmiz 

olduqları üçün insanların mənəvi aləminə təsir etmək 

qüdrətinə malik idilər. Sevgi, məhəbbət bu qəhrəmanların 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

989 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

həyatını dəyiĢdirir, onlar bu gur iĢığı sönməyə 



qoymayaraq mühitə də mənəvi gözəllik bəxĢ edirdilər. 

"Mənim bacım" povestindəki Solmaz sevmədiyi bir 

oğlana-Abbasa niĢanlanıb, "Novruzgülü"ndə isə Novruz 

ərli bir qadına-Məryəmə aĢiq olub. Hər iki hadisə onların 

yaĢadığı mühit üçün gözlənilməzdir - Ģüurlarda kök salan 

əxlaqi təsəvvürlərə ziddir. Lakin onlar mühitin deyil, 

ürəklərinin hökmüylə hərəkət edirlər. "XoĢbəxt sonluq" 

heç də asanlıqla baĢa gəlmir, gərgin daxili sarsıntılardan, 

mühitin mənəvi təzyiqlərindən, ailələrdəki dedi-

qodulardan, münaqiĢələrdən keçərək baĢ verir. Ürəyin 

qanunları mühitin qanunlarına qalib gəlir. Yeri gəlmiĢkən 

qeyd edək ki, 60-70-ci illər Azərbaycan nəsrində bu tipli 

qəhrəmanlar az deyildi və onlar həmin dövrün müsbət 

qəhrəmanları kimi xarakterizə olunurdular. Xatırlayaq 

Mirzə Ġbrahimovun "Mədinənin ürəyi" hekayəsindəki 

Yavər və Mədinəni, Ġlyas Əfəndiyevin "Körpüsalanlar" 

povestindəki Səriyyə və Qəribcanı, "Dağlar arxasındakı üç 

dost" romanındakı Səlimə və ġahları, Elçinin "Bir görüĢün 

tarixçəsi" povestindəki Məmmədağa və Məsməxanımı... 

Bunlar 60-70-ci illər Azərbaycan nəsrində yeni tipli 

qəhrəmanlar idi.  

Çingiz Hüseynovun yaradıcılığını mərhələlərə və 

mövzulara görə qruplaĢdırmaq fikrində deyilik. Ancaq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

990 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bunu söyləyə bilərik ki, onun nəsr yaradıcılığını fikri 



təkamül baxımından izləmək daha münasibdir. Belə ki, 

Ç.Hüseynov yaĢadığı dövrün mənəvi-əxlaqi problemlərini 

bədii nəsrdə uğurla əks etdirəndən sonra cəmiyyəti 

narahat edən sosial problemlərə müraciət etmiĢ, 

"Məhəmməd, Məmməd, MəmiĢ" və "Ailə gizlinləri" 

romanlarını qələmə almıĢdır. Bu əsərlərin geniĢ 

təhlilindən imtina edib yalnız bir neçə kəlmə ilə 

kifayətlənəcəyik: istər "Məhəmməd, Məmməd, MəmiĢ"də, 

istərsə də "Ailə gizlinləri"ndə müəllif artıq öz böhranlı 

çağlarını yaĢayan bir quruluĢun kritik həddə çatan, 

cəmiyyəti mənəvi depressiyaya sürükləyən mənfi, neqativ 

halları kəskin tənqid hədəfinə çevirmiĢdir. Təsvir olunan 

hadisələr daha çox Azərbaycan ictimai gerçəkliyi ilə bağlı 

idi. "Məhəmməd, Məmməd, MəmiĢ"də böyük bir ailə 

təsvir olunur, ailənin baĢçısı Xasay vaxtilə hambal oğlu 

olmuĢdur, lakin öz Ģəxsi "fərasəti" sayəsində Ģəhər 

nəqliyyatına rəhbərlik edən bir vəzifə sahibinə qədər 

yüksəlmiĢdir. Yüksəldikcə də insanlıq cəhətdən pillə-pillə 

aĢağı enmiĢ, həmiĢə öz Ģəxsi taleyini düĢünmüĢdür. O, ilk 

arvadı Hüsniyyəni "xoĢluqla" boĢayandan sonra ikinci 

dəfə oğlu Gülbalanın sevgilisi Rəna ilə evlənmiĢ, üçüncü 

dəfə də Nigara meyil etmiĢdir. Xasay öz qardaĢlarının da 

firavan dolanması üçün Ģərait yaratmıĢ, kasıb bacısı oğlu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

991 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

MəmiĢə isə məhz kasıb olduğu üçün həqarətlə baxmıĢdır. 



MəmiĢ öz "doğmalarına" qarĢı mübarizə aparır, amma 

təbii ki, qalib gələ bilmir, faciəli Ģəkildə həlak olur. Əsərin 

belə bir bədbin sonluğu o zaman bir çox etirazlara səbəb 

olmuĢdu. Axı, "müsbət" qəhrəman qalib gəlməli idi. 

Çingiz Hüseynov isə belə bir Ģablon sonluqdan imtina etdi 

və əsl həqiqəti yazdı.  

Eyni dövrdə yazıçı paralel olaraq "Labüdlük" povestini və 

"Fətəli fəthi" tarixi romanını yazmıĢ, son illərdə isə 

N.Nərimanovun həyatından söz açan "Doktor N" romanını 

çap etdirmiĢdir. Müasir mövzulardan tarixə müraciət isə 

səbəbsiz deyil - Çingiz Hüseynov xalqımızın milli-mənəvi 

Ģüurunun təĢəkkülü və intibahında böyük rol oynamıĢ 

Mirzə Fətəli Axundzadəni və görkəmli Ģəxsiyyət, 

inqilabçı demokrat Nərimanovu yaĢadıqları əsrlərin 

fövqündə, ucalığında dərk edir, belə bir fikri aĢılayır ki, bu 

Ģəxsiyyətlərin yaĢadığı faciələr təkcə onların Ģəxsi 

faciələri deyil, həm də mənsub olduqları xalqın faciəsi 

olmuĢdur. Çingiz Hüseynovun bir nasir kimi püxtələĢməsi 

bu əsərlərdə daha bariz nəzərə çarpır. Belə ki, o, ilk 

əsərlərində daha çox realist təsvir üsuluna üstünlük 

verirdi, "Fətəli fəthi"ndə isə bu üsluba Ģərtilik elementləri 

və bədii təsvirdə yeni formalar qarıĢır. Görkəmli tənqidçi 

YaĢar Qarayev yazırdı ki: "Ona (Ç.Hüseynova- V.Y.) 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

992 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

məxsus "daxili nitq" və "ucadan düĢüncə" üsulu...dramatik 



fikirlərin gözlənilməz dalğaları ilə publisistik passajlarla, 

"sənədli təxəyyüllə" və bədii hipotezlərlə münbitdir. 

Müəllif M.F.Axundovun mənəvi aləminə daha dərindən 

nüfuz etməyə kömək göstərən heç nədən imtina etmir, 

yeri gələndə, fantastik üsula da, qroteskə də, simvollara da 

bol-bol yer ayırır. Çingiz Hüseynovun təsvirində 

qəhrəman çox tez-tez gərgin mənəvi halların, yuxu və 

xatirələrin, təsadüfi təxəyyül və hipotezlərin bədii 

büllurundan görünür". 

"Fətəli fəthi" haqqında Azərbaycan nəsrinin uğurlu bir 

nümunəsi kimi söz açan məqalələrə də istinad edə 

bilərdik. Amma yaxĢı olar ki, Çingiz Hüseynovun 

romanla bağlı özünün fikirlərinə müraciət edək: "Əsər-

sənədli fantaziyadır-yəni, sənədlər üzərində qurulmuĢdur, 

heç bir uydurmaya yol verilməmiĢdir, amma sənədlər 

"müasir gözlə" oxunmuĢdur. Axundovun gələcəyi bizə 

məlumdur, bu gələcəkdən geriyə baxanda görürük ki, 

Axundovun siması böyük və ucadır, lakin faciəsi də ildən-

ilə böyüyür və günah Axundovda deyil, zəmanədədir. 

Əlbəttə, onu deməliyəm ki, mən Axundovu və xalqımızı 

rus dili vasitəsilə çalıĢdım dünyaya tanıtdıram, 

Axundovun xarakterini tipikləĢdirib ĢiĢirtmiĢəm, 

ucaltmıĢam-dahilərin ziddiyyətləri dərin və bəĢəri olur, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

993 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Fətəli-Nikolay, Fətəli-ġamil və s.-bütün bunları mən ola 



biləcək kimi vermiĢəm, bəlkə də Nikolayın Fətəlidən heç 

xəbəri yox idi, amma ola bilərdi, bütün bunları Ģrift yolu 

ilə vermiĢəm, kursivlə və bütün bu "ola biləcəklər tarixə 

zidd deyil, o dövrə aiddir". 

Yeri gəlmiĢkən qeyd edək ki, "Fətəli fəthi" Azərbaycan 

nəsrində tarixə, tarixi Ģəxsiyyətlərə artıq yeni bir 

münasibətin formalaĢdığından xəbər verirdi və biz həmin 

illərdə Ġsa Hüseynovun "MəhĢər", sonrakı illərdə Yusif 

Səmədoğlunun "Qətl günü", Elçinin "Mahmud və 

Məryəm" romanlarında bunun əyani Ģahidi olduq. 

Çingiz Hüseynovun "Doktor N" romanı (1998) 

Azərbaycan nəsrində N.Nərimanova həsr olunan ilk 

romanlardan biridir. Bundan xeyli əvvəl Mirzə Ġbrahimov 

"Pərvanə" romanını qələmə almıĢdı, lakin həmin romanda 

Nərimanovun həyatının yalnız birinci dövrü (uĢaqlıq və 

gənclik illəri) əks olunmuĢdu. Ġki hissəli "Doktor N"də isə 

Nərimanovun həyatı, mübarizələrdə keçən ömrü az qala 

addım-addım izlənir. Amma burada tərcümeyi-hal faktları 

sadalanmır, bəzi tarixi romanlarda olduğu kimi "bədii 

avtobioqrafiya" yaratmır. Roman o yerdən baĢlanır ki, 

Nərimanov 1925-ci ilin qarlı-çovğunlu bir günündə soyuq 

tramvayda Kremlə gedir. Gecə o, qarıĢıq yuxular görüb, 

indi ömrünün ötüb keçən illərini xatırlayır. Bu illər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

994 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ərzində o, müxtəlif əqidəli insanlarla görüĢmüĢ, bəziləri 



ilə silahdaĢ və həmfikir olmuĢ, bəziləri ilə münaqiĢəyə 

giriĢmiĢ, bəzilərinin isə açıq düĢmənçiliyini hiss etmiĢdir. 

Kimdir bunlar? Hacı Zeynalabdin Tağıyev, Nəsibbəy 

Yusifbəyov, ġaumyan, Məmməd Əmin Rəsulzadə,Kirov, 

Mikoyan, Orconikidze, Stalin, Lenin... bir sözlə, dostlar 

və düĢmənlər. Müəllif Nərimanovu məhz bu dostlar və 

düĢmənlər əhatəsində təqdim edir, Nərimanovun 

Azərbaycan naminə, onun tərəqqisi yolunda çəkdiyi 

əziyyətlərini, bu yolda sevinclərlə bərabər təqiblərlə, 

təzyiqlərlə, sürgünlərlə üzləĢməsini bütün roman boyu 

izləyir. Ancaq, "Fətəli fəthi"ndə olduğu kimi bu romanda 

da təhkiyə ənənəvi üslubda deyil, assosiativ tərzdədir, 

daha doğrusu, "Ģüur axını" Ģəklində davam edir. Ona görə 

də Ç.Hüseynovun romanları üslubu baxımından yeni 

tiplidir. Roman haqqında söz açan bir çox müəlliflər sübut 

etməyə çalıĢırlar ki, romanda bir yox, iki qəhrəman var. 

Belə ki, romanın birinci hissəsində Nərimanov, ikinci 

hissəsində isə Məmməd Əmin Rəsulzadə əsas qəhrəman 

kimi təqdim edilir. Doğrudur, romanın ikinci hissəsində 

Nərimanovla müqayisədə Məmməd Əminə bir qədər çox 

yer verilir, burada məqsəd heç də Nərimanovu kölgədə 

qoymaq deyil. Sadəcə olaraq, müəllif Azərbaycanın taleyi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

995 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ilə bağlı məsələlərdə Məmməd Əminin düzgün yol 



tutduğunu nəzərə çarpdırmaq istəmiĢdir.  

Nərimanov - bu böyük insan həm də faciəli Ģəxsiyyət 

olmuĢdur. Onun Lenin ideyalarına böyük inamı var idi, 

ancaq Moskvada bu inamın get-gedə sarsıldığını hiss edir. 

Çingiz Hüseynov bəlkə elə bu səbəbdən əsərini "faciə 

romanı" adlandırmıĢdır. Doğrudan da böyük insanların 

faciələri də böyük olur və romanı oxuduqca biz bunu daha 

aydın hiss edirik. 

...Çingiz Hüseynovdan söz açanda onun nəsr yaradıcılığı 

ilə yanaĢı, həm də keçmiĢ SSRĠ məkanında tanınmıĢ bir 

ədəbiyyatĢünas olduğunu (bu sahədə fəaliyyəti indi də 

davam edir) da unutmuruq. Onun sovet ədəbiyyatının 

müxtəlif problemləri, eləcə də milli ədəbiyyatların ən 

aktual məsələləriylə bağlı onlarla məqaləsini xatırlamaq 

olar. Deyək ki, o, Ģöhrətli yazıçı adının arxasında gizlənən 

ədəbiyyatĢünaslardan olmamıĢdır, filologiya elmləri 

doktoru, professor Çingiz Hüseynovun elmi-nəzəri 

fikirləri həmiĢə mötəbər sayılmıĢdır. 

Çingiz Hüseynov uzun müddət SSRĠ Yazıçılar Ġttifaqında 

milli ədəbiyyatlar üzrə məsləhətçi olmuĢdur (1955-1972). 

Onun həmin illərdə Azərbaycan ədəbiyyatı ilə bağlı 

gördüyü iĢlərin sayı və sanbalı ancaq fərəh doğurur. 

Azərbaycan klassik və müasir ədəbiyyatının təbliği, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

996 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tərcüməsi, Ģair və yazıçılarımızın Moskvada digər qardaĢ 



respublikalarda yubileylərinin keçirilməsi ilə bağlı 

məsələlər məhz onun iĢgüzar fəaliyyətinin bəhrələri idi. 

BeĢ il bundan əvvəl, "Azərbaycan" jurnalının avqust 

nömrəsində Çingiz Hüseynovun "Ötən günə gün çatmaz" 

("Gündəlikdən səhifələr-1964") xatirə-qeydləri çap 

olundu. Həmin yazıda siz dediklərimizi sübut edə biləcək 

onlarla faktla üzləĢə bilərsiniz. 

Moskvada - bizdən uzaqda yaĢayan, amma bizim 

ədəbiyyatımızın görkəmli nümayəndəsi kimi tanınan 

Çingiz Hüseynovun səksəninci baharını ürəkdən təbrik 

edirik. Əsərlərinin uzunömürlü olacağına hamımız inanır, 

"ömrü də belə uzun olsun Çingiz müəllimin" deyirik... 

  

Yaqub BABAYEV 



CAMAL VƏ HÜSN LIRIKASI 

(Ġ. Nəsiminin anadilli Ģeirlərində insanın hüsn 

elementlərinin hürufi-metaforik yozumu) 

 

    



  

 

  



  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

997 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 BəĢəri xilqətin ilahi timsalında cəlal, qüdrət və əzəmətini 



göstərmək və təqdim etməkdən ötrü görkəmli Azərbaycan 

Ģairi Ġmadəddin Nəsimi insanın vücudi görkəm, zahiri 

gözəllik və hüsn elementlərini coĢqun ilhamla, daxili 

qürur və ehtirasla təsvir və tərənnüm etməyi bütün 

yaradıcılığı boyu diqqət mərkəzində saxlayır. Bu mənada 

Ģairin poetik irsinin mühüm bir qismini gözəli, gözəlliyi 

təsvir və vəsf edən camal və hüsn lirikası təĢkil edir. 

Doğrudur, sənətkarın dünyəvi gözələ və gözəlliyə həsr 

olunmuĢ lirik örnəkləri də az deyil. Bununla belə, filosof 

Ģairimizin bu mövzuda qələmə alınmıĢ poeziya 

nümunələrinin bir çoxu məhz tərıqət ruhlu, hürufiyanə 

baxıĢ və düĢüncənin məhsulu olan Ģeirlərdir.  

Nəsimi təriqət lirikasında gözəli - bəĢər övladını zati-

mütləqin bir zərrəsi və bənzəri kimi tərənnüm hədəfinə 

çevirir, adilikdən, maddilikdən, dünyəvilikdən çıxarır. 

Onun lirik qəhərəmanına görə, insan "bəĢər surətli 

rəhman, mələksima həbib"dir. Surətdə adi bəĢər olsa da, 

mahiyyətcə zati-mütəhhərdir: 

 

Surətdə gərçi adı bəĢərdir Nəsiminin, 



Mə'nidə gör ki, zati-mütəhhər degilmidir? 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

998 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Azərbaycan Ģairi obyekt kimi götürdüyü nigarı adilikdən 



çıxardığı kimi onun fiziki-cismani varlığına, hüsn 

elementlərinə və gözəllik cizgilərinə də qeyri-adi poetik-

fəlsəfi linzadan baxır. Ġfadələrdən, lirik ovqatdan,poetik 

terminlərdən tutmuĢ zahiri cizgilərə, gözəlliyi yaradan 

atributlara və məramın ifadəsinə qədər hər Ģey rəmzi məna 

kəsb edir. "QuĢ dili"nin hürufi-simvolik müstəvisinə keçir, 

məcaziləĢir və rümuzat tülünə bürünür. Son idraki qənaətə 

görə, insanın "Hüsnünün rümuzini nə mələk bildi, nə 

bəĢər." Adəm övladına məxsus sifətlər rəmzlərin sirridir. 

Onu bəyan edən bu məntiqdir: 

 

Əsrari-rümuzdir süfatın, 



Bu məntiq ilə bəyanə gəldi.  

 

Həm də bütün xilqətin ən Ģərəflisi olmaqla yanaĢı, surət və 



görkəmcə də ən gözəlidir. Hədisdə deyildiyi kimi, Allah-

taala "gizli bir xəzinə"("küntə kənzə") ikən özünü aĢkara 

çıxarmağa və tanıtmağa ehtiyac hiss etdi və bu səbəbə də 

bəĢəri xəlq etmək qərarına gəldi. Bütün kosmik gerçəklik 

və maddi kainat da insanın naminə yaradıldı. Nəsiminin 

də isnad etdiyi hədisi-Ģərifin ("Sən olmasaydın göyləri 

yaratmazdım”.-Nəsimidə:"lövlakə lima xələqtül əflak, 

EĢqinlə yaratdı kainatı) hökmünə və məntiqinə görə, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

999 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bütün varlığın yaradılıĢında son məqsəd insanla bağlıdır. 



Elə buna görə də Tanrı insanı "əhsəni-təqvim" ("Ət-

Tin"surəsi, ayə 4), yəni ən gözəl görkəmdə xəlq etmiĢdir: 

"Biz insanı ən gözəl biçimdə yaratdıq." Bu Quran ayəsi 

hürufiməslək Ģairə bəĢəri gözəli və gözəlliyi təsvir və 

tərənnümdən ötrü baĢlıca çıxıĢ nöqtəsi, ən mötəbər istinad 

qaynağıdır: 

 

Surətin əhsəni-təqvimü üzün qiblə imiĢ.  



...///Əhsəni-təqvimə inkar eyləyən Ģeytan olur.  

 

Həmin gözəl görkəm və camalda Haqqı görməyəndən 



Haqq əbədi olaraq gizli qalmıĢ olur. 

Ġlahi hüsnün daĢıyıcısı kimi qəbul edilən insanın - 

dilbərin, cananın, nigarın camal gözəlliyini yaradan və 

ona xidmət edən bir sıra vücudi-cismani detallar və hüsn 

elementləri Nəsimidə xüsusi hürufi-rəmzi məna kəsb edir 

və ali obraz səviyyəsinə qaldırılır. Bu obrazlar adilikdən 

çıxır, sirli-əsrarəngiz məna ilə yüklənir və Tanrının bəĢəri 

vücud və surətdəki atributlarına çevrilir. Üz, saç(zülf), 

qaĢ, göz(çeĢm), kirpik, yanaq, xal(bən), dodaq(ləb), 

ağız(dəhən), diĢ, qamət(qədd) və s. cizgi, xətt və bədən 

üzvləri bu qəbildəndir. Bunların içərisində isə daha çox 

tərənnüm hədəfi kimi götürülən üz və saçdır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

1000 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Hətta sadalanan bədən üzvü və xətlərin bəzilərinin farsca 



və ərəbcə yazılıĢı əbcəd yolu ilə müxtəlif üsullarla 

hesablanaraq hürufilərə lazım olan müqəddəs rəqəmlər də 

alınırdı. Məsələn: üz (ərəbcə:vəch)-v=6+c=3+h=5=14; saç 

(ərəbcə: cə'd) əbcədi-səğirlə hesabladıqda-c=3+ 

"ayn"=10+d=4=17; qaĢ (ərəbcə:ha-cib)-

h=8+a=1+c=3+b=2=14; dodaq (farsca:ləb)-l=30+b=2=32. 

Buradakı 32 fars əlifbasındakı hərflərin, 17 möminlərin 

bir gün ərzində qılmalı olduqları namazdakı rükətlərin 

sayına iĢarə kimi qəbul edilirdi. 14 rəqəmi isə həm 14 

məsumə, həm də ərəb əlifbasının yazılıĢındakı 14 əsas 

iĢarələr sisteminə müvazi olaraq anlaĢılırdı. Belə ki, ərəb 

əlifbasında 28 hərf olsa da, həmin hərflərin bəzılərinin 

yazılıĢ formaları (Ģəkilləri) bir-birinə oxĢayır və onları 

yalnız nöqtələr fərqləndirir. (Məsələn: "nun" "be" yə, 

"dal" "zal" a, "sin" "Ģin" ə, və s. oxĢayır.) Əlifbadakı əsas 

iĢarələrin sayı isə 14-dür. Nəsimidə ən mütəhərrik rəmzi-

poetik obraz kimi diqqəti cəlb edən insan üzü də nitqi-

ilahiyə, 28 və 32 hərfə müncər edilirdi.  

 

Sivü dü, nitqi-ilahidir üzün.  



...Üzündə haqqın ayəti oldu otuz iki.  

...Vəchində yazmıĢ idi anın iyirmi səkkiz hərf.  



 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə