TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


GÖRƏSƏN ULDUZLARIN HƏRƏKƏTİ TƏSADÜFİDİRMİ?



Yüklə 346,4 Kb.
səhifə3/13
tarix30.10.2018
ölçüsü346,4 Kb.
#76436
1   2   3   4   5   6   7   8   9   ...   13

GÖRƏSƏN ULDUZLARIN HƏRƏKƏTİ TƏSADÜFİDİRMİ?
Daim hərəkətdə olan ulduzlar haqqında düşünmək lazımdır. Çünki bunların hərəkəti hədəf və məqsədsiz deyildir. Yer üzündə zəif məxluqlardan sayılan qoyun da ot-ələf və su dalınca gedəndə özünə məxsus bir hədəflə gedir. Görəsən gecə-gündüz öz ətrafında saniyədə dörd fərsəx və həmçinin günəşin ətrafında dəqiqədə dörd fərsəx məsafəni qət edən yer kürəsi hədəfsizdirimi? Yer kürəsinin fırlanmasından başqa düşülən hikmətlərdən biri də gecə-gündüz və dörd fəslin yaranmasıdır.

Yer kürəsi kimi başqa planetlər də, çox dəqiq və nizamlı hərəkətə malikdirlər. Bu məsələ axır zamanlarda daha da aşkar olmuşdur. Astrofiziklər bir peyki müəyyən planetə göndərməkdən ötrü həmin planetin hərəkəti ilə yanaşı ora göndəriləcək peykin də sürətini hesablayırlar. Məsələn, Mars planetinin və ora göndəriləcək peykin sürətini dəqiqləşdirirlər. Fərz edək ki, əgər peyk müəyyən bir sürətlə getsə dörd aydan sonra Marsa çata bilər. Peyki Marsın 4 aydan sonra çatacağı yerə yollayırlar. Görün nə qədər dəqiq məsələdir, nəticədə peyk arxayınlıqla onun 4 ay sonra çatacaqı yerə göndərilir.


İNSAN MADDƏNİN FÖVQÜNDƏ DAYANAN BİR VARLIQDIR
Təfəkkür məsələsi və bu böyüklükdə işləri görən düşüncələrə diqqət edəndə, məlum olur ki, insan yalnız maddi varlıq deyildir. Çünki maddi mövcudun təkcə başqa mövcudları deyil, hətta maddi varlıqları əhatə edib, onların həqiqət və vəziyyətlərindən xəbərdar olması qeyri mümkündür. Deməli varlıqlara qeyd olunan şəkildə musəllət olan insan, müxtəlif cihaz və peyklər ixtira edib asimanları fəth edən bir varlıq özü və ətrafı haqqında dərindən düşünməli, yaranmışları tədqiq etməklə Yaradan haqqında öz mərifətini artırmalıdır.

Sözün qısası, insan öz varlığının həqiqətini dərk etməli, cism və ruhdan təşkil olunmuş bir məxluq olmasını başa düşməli və nəhayətdə fani olan bir mövcud kimi, yox ali bir məqsəd üçün yaradıldığını unutmamalıdır.


FƏRDLƏRİN BİR-BİRİNDƏN SEÇİLMƏSİ VƏ İÇTİMAİ NİZAM
«Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır!»1 Dillərin müxtəlifliyi də böyük və ilahi nişanələrdəndir. Yer üzündə altı milyarddan çox olan bəşər yaradılış cəhətindən bir deyildirlər. İnsanlar içərisində hətta iki nəfər də bir-biriylə eyni deyildirlər. Bunun hikməti bəşər içtimaiyyətinin nizamını qorumaqdan ötrüdür. Əgər belə olmasa fəsad törənə bilər, məsələn, Zeyd Öməri öldürür. Qatili həbs etmək istəyən vaxt onun eyni oxşarını tutub cəzalandırırlar. Bu məsələ barəsində borclu olmaq, evlənmək və başqa misalları çəkmək olar.

Bəşəri bir-birindən fərqləndirən amillərdən biri də dillərin müxtəlifliyidir. Hər bir kəs sifət, göz, qaş və başqa şeylərə malikdir. Amma buna baxmayaraq, hər bir fərdin özünə məxsus müxtəlifliyi vardır. Səs xaric olan nəfəs borusunun təxminən bütün insanlarda bir olmasına baxmayaraq, danışıq ahəngi bir-birlərindən fərqlənir. Hətta bir nəfərin səsini telefonda eşidəndə, o özünü təqdim etməmiş danışanın kim olduğunu ayırd etmək olur.


BARMAQLARIN BAŞINDA OLAN XƏTLƏRİN YARADILMASI İLAHİ QÜDRƏT NİŞANƏLƏRİNDƏNDİR
Allah-Təala «Qiyamət» surəsində buyurur: «Bəli, Biz Onun barmaqlarını da, dünyada olduğu kimi düzəltməyə qadirik».1 Bütün insanların barmaqlarının təqribən bir ölçüdə olmasına baxmayaraq, hər bir kəsin barmaq izləri bir-birindən fərqlənir. Hətta iki nəfərin belə, barmaq izləri eyni deyildir. Bəzi hadisələrdə kiminsə şəxsiyyətini müəyyən etmək üçün barmaq izini götürmək beynalxalq bir metod sayılır. Çünki saxta imza və möhür düzəltmək olar, amma saxta barmaq izi düzəltmək mümkün deyildir. Buna görə də barmaq izi möhür və imzadan daha etibarlıdır.

İnsanın həqiqəti onun əbədi qalan elm və idrakıdır. Onun zatında zühur edən və əbədiləşən şey əql və idrakdır ki, bəşərin insaniyyəti ondan ibarətdir. Buna görə də, varlığımızın əql və idrakının artırılmalı, bu qəlbdən olan ayələr haqqında dərindən düşünüb, təfəkkür etməli və öz ilahi mərifətimizi yüksətməliyik.



BEŞİNCİ DƏRS
«Göylərdə və yerlərdə olanlar Allahı təsbih edib zikr deyirlər».1
TƏKVİNİ VƏ QEYRİ İRADİ OLAN ZİKRLƏR ALLAHIN HİKMƏTİNƏ BİR ŞAHİDDİR
«Təkvin – yaratmaq, bir şeyə varlıq bəxş etmək».

«Təsbih ‒ Allahı müqədəs və pak bilib, Onun şəninə təriflər demək».

Quranın bir çox ayələrində məxluqatın təsbih etməsi barəsində söhbət açılmışdır. Quran ərşdən yerə qədər bütün aləmlərin Allahı təsbih və zikr etməsini bəyan edir. Xilqətin bütün təbəqələri Allaha pərəstiş edir. Bizim istidlali mərifətimizə aid olan təkvini və əqli təsbih aləmdə olan hər bir məxluqun qüdrətli bir varlıq tərəfindən yaradılmasına şəhadət verir. Hər məxluqun vəziyyət və xasiyyəti onları yaradan varlığın qeyri naqis kamil olmasına ən yaxşı şahiddir. Xaliq cansız aləmi, bitki və heyvan aləmini, ümumiyyətlə hər bir şeyi ən kamil surətdə və öz yerində qərar vermişdir.
YER QOVUN VƏ QARPIZIN ÇİÇƏYİ ÜÇÜN DAYƏDİR
Əgər qovun bir meyvə kimi ağacda bitsəydi, budaqlar onun ağırlığına dözə bilməyib sına bilərdi. Buna görə də yerin səthi qovun və qarpız üçün dayə olamlıdır ki, onların çiçək və kolu yerin köməkliyi ilə qorunub saxlansın.

Bəzi ağacların kökləri eninə, bəziləri isə yerin altında uzununa inkişaf edir. Yağış yağan vaxtı, kökləri eninə inkişaf edən ağaclar yaxşı su içirlər. Elə buna görə də, Allah-Təala bu növ bitkilərdən olan ağ turp, keçi tərəsi və başqa bitkilərin budaqları ətrafında olan yarpaqları novdan şəklində üzü yuxarı inkişaf etdirmişdir. Yağış həmin yarpaqların üzərindən aşağıya doğru süzülərək həmin bitkinin köklərinə tökülür. Bu bitki öz Xaliqinin sonsuz qüdrət və hikmət sahibi olmasına şəhadət verir.


HƏR NÖV HEYVANLARIN DİŞ VƏ MƏDƏLƏRİ ONLARIN ÖZLƏRİNƏ MÜNASİB YARADILMIŞDIR
Allah-Təala ot və ət yeyən heyvanların hər birinə yedikləri şeylərə münasib olan diş və mədə vermişdir. İt kimi sümük yeyən heyvana kəsici sümük əzən diş və onu həzm edə bilən güclü mədə əta etmişdir.

İnsanın qabaq dişlərini xörəyi parçalamaqdan ötrü iti, ətraf dişlərini isə xörəyi əzməkdən ötrü enli yaratmışdır.

Ağızda olan dilin çox fövqalədə xüsusiyyəti vardır. Dilin xörək yeməkdə ən əhəmiyyətli vəzifələrindən biri də budur ki, əvvəl tikəni ağız boşluğunun ətrafına, daha sonra isə daxilə ötürür.

Diqqət edin ki, xörəyin dişlərlə əzilməsindən ötrü alt çənə hərəkət etməlidir. Üst çənə deyil, məhz alt çənənin hərəkət etməsi Allahın hikmətlərindədir. Təsəvvür edin ki, yemək yeyən anda üst çənənin hərəkətiylə insanın bütün başı hərəkət etsəydi nə qədər eyibli olardı? Yemək vaxtı xörəyin əzilməsindən ötrü çənənin açılıb bağlanması kifayət etmir. Xörəyin ağızda əzilməsindən ötrü ən yaxşı vasitə onu ağız boşluğunda fırlatmaqdır. Amma elə ki, çənə xörəyi tənzimlə dişlərin altında hərəkətə gətirir, bu anda xörəyi daha yaxşı əzməkdən ötrü onu o tərəfə ötürən mühərrik bir qaşığa ehtiyac vardır. Ağızda bu işi dil yerinə yetirir. Dil, bizim diqqətimizə ehtiyac olmadan öz işini görüb, dişlərin arasında tələyə düşüb əzilmir. Amma bəzi vaxtlarla bizim bu böyük nemətin qədrini bilməyimizdən ötrü dişlərin arasına keçib əzilir.

Dil və dişlər Allaha təsbih edərək öz Xaliqinin alim və mütləq qüdrətə malik olduğunu təsdiq edirlər. Təkvini və qeyri-iradi təsbihin bu növünü hər kəs öz əqli ilə dərk edə bilər, amma bundan ötrü təfəkkür və düşüncəyə ehtiyac vardır.
MƏLƏKUTİ (BATİNİ) TƏSBİHİ ZAHİRİ QULAĞI EŞİTMİR
Mələkuti təsbih yuxarıda dediyimiz «əqli təsbihdən» qeyridir. Təkvihi «fitri və ixtiyarsız» təsbihdə bir şeyin varlığı onu yaradana, aləmin varlığı isə onun Sahibinin tam şəkildə naqislikdən uzaq olmasına dəlalət edir. Amma başqa təsbihlərdən biri də bəşərin mələkut diliylə olan təsbihidir. Bu təsbihdə vücud aləminin bütün hissələri, hətta bədənimizin zərrələri belə Allahı bizim eşidə bilməyəcəyimiz mələkut tərzi ilə təsbih edirlər. Biz mülk və dünya aləmindəyik. Mülk aləminin zahiri cəhəti samit, batini isə zakirdi. Yəni həmişə Allahı zikr edir. Allah-Təala Quranda buyurur: «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis və təsbih edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini də anlamırsınız. Allah, həqiqətən, həlim və bağışlayandır!»1 Bu əqli təsbihi əqlən başa düşmək mümkündür. Əgər bir kəs mülk aləmindən çıxıb mələkut aləminə daxil olsa, bütün varlıq aləminin necə uca səslə Allahı zikr edib, Ona təsbih və həmd etmələrini başa düşər.

Mötəbər rəvayətlərdə daş qırıntılarının Peyğəmbər (s) əlində təsbih etmələri barəsində buyururdu: «Peyğəmbər (s) ovcundakı təsbih edən daş qırıntılarını səhabələrə göstərdi. Səhabələr daşların təsbeh etmələrini eşitdilər».

Daş, torpaq, kəssək və digər cansız aləm də Allahı təsbih edirlər. Amma onların təsbih səslərini səhabələrə eşitdirmək Peyğəmbərin (s) möcüzələrindəndir. Mülk aləmində olanlar, mələkut aləminin səsini eşidə bilməz. Lakin Peyğəmbər (s) möcüzənin qüdrətiylə mələkut aləminin səsini mülk və zahir qulağına eşitdirdi. Hiss olunmadığına görə mələkut təsbehinin inkar etmək olmaz. Bəşərin elmi, bilmədiyi şeylərlə müqayisədə dərya müqabilində bir damla qədərdir. İnsan bəzi şeyləri bildiyinə görə qürurlanmamalıdır. Hər şeyi başa düşdüyünü xəyal edib, dərk etmədiklərini inkar etməsinə ehtiyac yoxdur. Çünki başa düşmədiklərini inkar etməklə onların cahilliyi məlum olur.
QARIŞQA VƏ TELEQRAF DİRƏYİ İNSAN VƏ BAŞQA ALƏMLƏRƏ
Tədqiqatçılardan biri maraqlı bir misal gətirir: Teleqraf dirəyinin kənarından ötən qarışqa qarşısındakı dirəyin böyük bir cisimdən başqa bir şey olduğunu bilmir. Görəsən qarışqa bu dirəyin insan əliylə yerləşdirildiyini və onun üzərində olan məftillərin şəhərlər arsında rabitə bərqərar etməsini bilirmi? Bir halda ki, çoxlu ictimai, siyasi və iqtisadi ehtiyaclar bu teleqraf dirəklərin öhtəsinə qoyulmuşdur. Qarışqa isə bu işlərdən xəbərsiz olub, ancaq onun zahirini dərk edir.

İnsan da belədir. O, maddədən yüksəkdə olan ruh aləmi, onların bir-biri ilə rabitəsi, necə yaşayıb və necə həyat sürmələrindən xəbərsizdir. İnsan mələklər aləmindən xəbərsiz olub ancaq şeyin zahirini və sürətini görür. Amma əqlin hökmünə görə, bir şeyin nişanəsini tapmamaq, onun yoxluğuna dəlalət etmir. Bir şeyi bilməyən aqil onu heç vaxt inkar etməz.

Həqiqi və təkvini təsbih batini aləmə aiddir. Bizim zahiri qulağımız o səsləri eşidə bilməyib, ancaq havada sürtünmə nəticəsində əmələ gələn sədaları eşidə bilir.
BƏŞƏRİN KÜFR VƏ CƏHALƏTİ MÜQABİLİNDƏ ALLAHIN SƏBRİ
Allah-Təala yuxarıda qeyd etdiyimiz «İsra» surəsinin 44-cü ayəsinin axırında buyurur: «Elə bir şey yoxdur ki, Allaha tərif deyil Ona şükr etməsin, lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır». Görəsən bu qədər mətləbi zikr edəndən sonra niyə məhz Allahın həlim və səbrli olmasından danışır? Bunun sirri nədədir? Bəlkə də insan mələküti təsbihi eşitsəydi həlak olardı. Çünki bu səsi eşitməyə insanın taqəti çatmaz. Əgər hər bir kəs öz bədən üzvlərinin mələküt səsini eşitsəydi, yaşaya bilməyib məhv olardı. Amma mütləq səbr sahibi yalnız Allahdır.

İlahi qüdrət öz hökmü ilə mələküt və batin aləmini insana elə başa salır ki, o, həmin hüduddan təcavüs edib, mənəm-mənəmlik məqamına gəlməsin. Amma mələkütün səsini eşitmək əql və həyatı ilə uyğun gəlmədiyinə görə Allah bu səsi insana eşitdirmir. Allah-Təala həlimdir, bəşərin küfr etməsinə də səbr edir. İnsanın bədən zərrələrinin «Subhanəllah» deməsinə baxmayaraq, özü Allahı inkar edir. Buna görə də Allah-Təala mələkutu səbrli şəklidə insana anladır. Pərvərdigar bəşərin küfr etməsinə də səbr edir.

Çox təəccüblü məsələlərdən biri də budur ki, bütün ömrünü Allaha arxa çevirib öz şəhvətinə uyan bəşər övladı tövbə edib, Allah dərgahına əl açan kimi Allah-Təala onu bağışlayır. «İslam keçmişdəki şeylərin üstünü örtür».1 Deməli Allahın rəhməti çox genişdir. «Allah həqiqətən, həlim və bağışlayandır!»2 Allah-Təala bəşərin zəifliyinə rəhm edib, onun üzrünü qəbul edir. Belə bir Allaha tərəf gəlməyən insanlar necə də bədbəxtdir.
İBRAHİM (Ə) VƏ SONRADAN ALLAHPƏRƏST OLAN KAFİR QONAQ
Əllamə Məclisinin (r.ə) «İrşadul-qulub» kitabında İbrahim Xəlilullah (ə) haqqında belə bir hədis nəql olunur: İbrahim (ə) heç vaxt qonaqsız xörək yeməzdi. Bəzi günlərdə hətta qonaq tapmaqdan ötrü ətraf yerləri gəzərdi. Günlərin bir günündə o həzrət yenə də qonaq axtarmağa gedərkən bir nəfərə rast gəlib, onu nahara dəvət elədi. Süfrəyə oturduqları vaxt İbrahim (ə) «Bismillah» dedi. Qonaq isə Allahı yad etməyib əlini süfrəyə uzatdı. İbrahim (ə) buyurdu:

Niyə Allahın adını çəkmədin? Qonaq dedi: Allah kimdir, mən Allah-zad tanımıram. İbrahim (ə) buyurdu: Qalx ayağa və get burdan! Mən Allahı inkar edən adamla bir süfrə başında otura bilmərəm. Qonaq ayağa durub getdi. İbrahim (ə) tək qaldı. Həmin anda Allah tərəfindən vəh nazil oldu: «Biz bu şəxsə illərlə ruzi verdik və ruzimizə görə də heç vaxt ona minnət qoymadıq.Təkcə bu gün onun ruzisi sənə həvalə olunmuşdu. Sən isə onu qovdun».

İbrahim (ə) tez ayağa qalxıb, həmin şəxsin ardınca getdi. Çox xahiş minnətdən sonra kafir dedi: Bir şərtlə qayıdaram, de görüm məni qovandan sonra nəyə görə dalımca gəlib, qayıtmağımdan ötrü bu qədər təkid edirsən?

İbrahim (ə) həqiqəti açıb buyurdu:

Səni qovduğuma görə Allah-Təala məni danladı.

Şəxs dedi:

Vay olsun mənə ki, bu cür mehriban Allahdan üz döndərmişəm. Ey İbrahim, məni Allahımla tanış et. Həmin şəxs nəhayətdə mömin və Allahpərəst oldu.

İnsan bir az düşünsə görər ki, Allah ona maddi nemətdən tutmuş mənəvi nemətə qədər hər şey vermişdir. Bunun müqabilində hansı ibadəti yerinə yetirmiş və hansı mərifəti əldə etmişdir?



«Ma əbədnakə həqqə ibadətikə və ma ərəfnakə həqqə mərifətikə!»

ALTINCI DƏRS
«Dini əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu vahid bilməkdir».
ƏQLİN HÖKMÜNƏ GÖRƏ ALLAHI TANIMAQ VACİBDİR
Allahı tanımaq anlayışı əqlin qəti və zəruri məsələlərindəndir. Hər bir aqilin əqli ona nemət bağışlayan Xaliqini tanıyıb Ona şükr etməyin vacib olduğuna hökm verir. Mərifət barəsində Quranda gələn «Baxın, diqqət edib, düşünün, təfəkkür edin» və başqa hidayətedici əmrlər əqlin hökmü əsasındadır. Əgər Quranda gələn bu hökmlər olmasaydı da, Xaliqini tanıyıb Ona şükr etmək əqlin müstəqil vaciblərindən sayılardı. Əqlin ilahi nişanələr və mövcudlar üzərində düşünüb təfəkkür etməsi barəsində Qurani-Kərimin bir çox ayələrində mühüm məqamlar zikr olunmuşdur.
ÖZ YARANIŞINA VƏ QİDALANMAĞINA

DİQQƏT ET
«Elə isə insan nədən yaradıldığına bəsirət gözü ilə bir baxsın!1» Allah-Təala bir qətrə sudan bu əzəmətli bədəni necə yaratmışdır?

«İnsan hələ bir yeməyinə baxsın! Görsün ki, ona neçə ruzi verdik».2 İnsan gərək yediyi xörəyinə diqqət edib heyvan kimi bütün marağını maddi şeylərə və qarın ləzzətinə sərf etməsin. Bütün vücudu ilə maddi aləmə və heyvani ləzzətlərə bağlanan insanın heyvanla nə fərqi var? Xörək yeyəndə diqqət etməlidir ki, bu xörəyin əsli nə olmuş və onu nə vaxt hazırlamışdır? Yediyi çörək əvvəl nə olmuşdur?

«Həqiqətən, biz yağışı bol yağdırdıq».3

Yağışın bu cür damla-damla yağdırılması necə və gözəldir. Bəs hansı əllər bu buğdanı çörək halına salır? Bunlar hamısı ilahi nemətlərin təzahürüdür. Sədi bu barədə deyir: Bulud, külək, günəş, və fələk sənin xidmətindədir, sən çörəyi ələ alıb, onu yeyəndə qafiı olma!

Bu içilən suyun tərkibində nələr qoyulmuşdur, onda nə qədər hikmətlər gizlənmişdir. Amma insan bu şeylərə fikir vermədən onu asanlıqla içib, həzm edir və artığını da dəf edir. İnsan gərək bu məsələlər haqqında düşünüb, ona nemət verən Xaliqini tanısın.
HEYVAN XÖRƏKDƏN ÖTRÜ BAŞINI

AŞAĞI SALIR
Hər bir heyvan öz yeməyini yeyərkən başını aşağı salır. Amma Allah-Təala insana xörək yeməkdən ötrü iki əl vermişdir. İnsan başını aşağı dikmədən, əli ilə tikəni götürüb, asanlıqla ağzına qoyur.

Bu bəşər üçün bir başqa şərəf və hörmətdir. «Biz, Adəm övladını şərəfli və hörmətli etdik».1 İdrak mərkəzi olan baş xörək yeyən anda aşağı əyilməməlidir. Bu əziz və şərəfli olan baş ancaq aləmlərin Rəbbi üçün əyilməlidir. Bəşər aləmlərin Rəbbi qarşısında əyilib, əziz və şərəfli başını təvazökarcasına sadə torpaqlar üstünə qoymalıdır.


DƏVƏNİN YARADILIŞI ÇOX TƏƏCCÜBLÜDÜR
Allah-Təala başqa ayələrdə buyurur: «Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdı? Səmaya baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir?»2

Dəvənin yaradılış kefiyətinə niyə diqqət etmirsiniz? Hər bir heyvanın ayaqlarında bir dizi, amma dəvənin hər bir ayağında isə iki dizi vardır. Dəvə oturan vaxt ayaqları iki dəfə bükülür. Onun boy-buxunu necə də gözəl və qəribə yaradılmışdır.

Əflatuna xəbər verdilər ki, Ərəbistanda uzun ayaqlı və hər bir ayağında iki dizi olan heyvan vardır. Dedi: Belə heyvanın xörək yeməkdən ötrü uzun boynu da olmalıdır. Çünki gərək boynu, ayağı ilə mütənasib olsun.

Onun xörəyi də həmçinin öz yaşadığı mühitə münasib yaradılmışdır. Ərəbistan məntəqəsinin qızmar səhralarında ot-ələfdən xəbər yoxdur. Buna görədə Allah-Təala tikanlı qanqalları onun xörəyi qərar vermişdir. Yəni dili, ağzı və mədəsi bu cür tikanlı bitkiləri yeyib həzm etməkdən ötrü çox münasibdir. Baxın görün ki, dəvə narahat olamadan bu tikanlı bitkiləri necə ləzzətlə yeyir.

Dəvə yaşadığı mühitlə uyğunlaşmasından ötrü susuzluğa da dözümlüdür. O, on gündən artıq susuzluğa dözə bilir. Boğazının altında suyu qoruyub saxlamaqdan ötrü tuluğa oxşar bir şey vardır.
KAİNATDA OLAN PLANETLƏR VƏ YERİN YAŞAYIŞ ÜÇÜN UYĞUNLUĞU
Başımızın üzərində bizdən milyon kilometrlərlə fasiləsi olan nəhəng planetlərə nəzər salaq! Bu planetlər elə nəzmlə bir-birlərinin ətrafında dövr edirlər ki, heç zaman bir-birlərinə toxunmurlar.

Ayağının altında olan yerə də diqqət et! Kürə şəkilli olub daim hərəkətdə olmasına baxmayaraq, Allah-Təala onu necə də insanın yaşayışına uyğun yaratmışdır ki, qütblərdən bir qədər batıqdır, bina tikmək və əkinçilik etmək üçün olduqca münasibdir. Allah-Təala yeri üzərini insanın yaşayış və istifadəsi üçün elə yaratdı ki, orada əkinçilik, bina salmaq və başqa işlər görmək mümkün olsun. Əgər hddindən artıq yumşaq olsaydı üzərində hərəkət etmək və əgər həddindən artıq bərk də olsaydı heç bir şey əkib-becərmək mümkün olmazdı.

Dağlara da diqqət edin! «Yeri ağır daşlarla möhkəmləndirdi. Və onun hər bir guşəsini münasib şəkil və rənglərdə qərar verdi».1 Dağlar yerin dağılıb səpələnməsinin qarşısını alır. Dağlar sanki yerin səthinə vurulmuş mıx kimidir, yer kürəsi bir tərəfdən başqa tərəfə hərəkət edəndə dağılıb parçalanmasının qarçısını alsın. Həmçinin əgər dağlar olmasaydı güclü tufan küləkləri insanlara yaşamaq imkanı verməzdi, tarlalar, əkin yerləri məhv olub gedərdi. Bu uca dağlar şəhərlərin su mənbəyi, çayların, bulaqların qaynaqlandığı xəzinələrdir. Onlar qış fəslində qar-yağış sularını öz qoynunda yerləşdirir il uzunu tədriclə onu çaylara və insanların istifadəsinə qaytarır.


ŞƏKK İLƏ ARADAN GETMƏYƏN YƏQİNƏ EHTİYAC VARDIR
Aləmdə olan hər bir şey Allahın ayət və nişanələrindəndir. İnsan hər bir şeyə Pərvərdigarı aləmin nişanəsi kimi baxmalıdır. Aləm onun üçün Allahı görməkdə bir vasitə olmalıdır. Bu cahana ona görə aləm deyirlər ki, onun vasitəsilə Allah haqqında elm əldə olunur.

Bütün aləm Allahın kitabıdır, onun üçün aləmdə olan bütün varlıqlar Yaradanın elm və qüdrətinə şəhadət verir. Əlbəttə bu istidlali və əqli mərifət Allahı tanımaqdan ötrü naqisdir. Yaradanı tanımaq üçün kamala çatmaq lazımdır. İnsan əqli elmi sübutlarla gümandan artıq bir şey əldə edə bilmir. Amma əvvəldə bunlardan istifadə etmək olar, lakin bununla kifayətlənməyib yəqin mərtəbəsinə çatmalıdır ki, onun nəticəsində arxayınlıq əldə edib özündə heç bir şəkkin yaranmasına yol verməsin.

İnsan, Allahı istidlali və əqli mərifətlə deyil, elmlə tanımalıdır. Tanrını tanımaqdan ötrü olan elm şəkk ilə aradan getməyən idrakdan ibarətdir.

Bu mərtəbədə olan idrak bəzən elm, bəzən də yəqin adıyla ifadə olunmuşdur. Allah-Təala bu elmi əldə etməyə çox təkid etmişdir.


MÜSTƏQİL VƏ İNİKASİ NƏZƏR
Güzgüyə iki cür baxılır.

1- Müstəqil baxış;

2- Mirati və ya inikasi baxış.

Müstəqil baxış, güzgüyə alıcı nəzəriylə baxmaq deməkdir. Alıcı ancaq güzgünün həcmi, pas atmaması, ağırlığı, ölçüsü və keyfiyyətinə diqqət edir. Bu anda alıcı güzgüdə öz əksinə fikir vermir. Sadə dillə desək «ancaq güzgünü özünə baxır».

İnikasi baxış, güzgüdə öz sürətini görmək üçün edilən nəzərdir. Varlıq aləminə alıcı nəzəriylə baxan kimsə, heç vaxt Allahı görə bilməz.

Əmirəl-möminin (ə) bu barədə buyurur: «Əgər hər bir kəs dünyaya bəsirət və ibrət gözüylə baxırsa və cahanı mərifət, insaniyyət məqamına çatmaqdan ötrü vasitə bilirsə, Allah ona bəsirət gözü verib insaniyyət məqamına ucaldar. Amma dünyaya aldanıb ona bağlanan şəxslərin isə bəsirət gözünü kor edib haqq yolundan azdırar».1

Dünyanı sevmək, şəhvətə uymaq, sərvət tələb etmək və günah etmək insanı mərifət məqamından aşağı salar, çünki günahların hər biri bəsirət gözünə tuşlanmış bir oxdur.

Günah qəlbin gözünü çox nurlu olan həqiqəti görməkdən məhrum edir, günahkar qəlb Allahı neçə tapa bilər?

Bunun mənasını yaxşı dərk etməkdən ötrü İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdən istifadə edirik. İmam (ə) buyurur: «Haram şeyə baxmaq iblisin zəhərlənmiş oxlarındandır».1
Çirkli gözlə baxmaq olmaz, cananın çöhrəsinə,

Gər baxmaq istəsən, pak ayna ilə bax onun gül üzünə.
Əgər çoxlu günah etmək nəticəsində insanın qəlbi zülmətə bürünsə, nəticədə ilahi ayələri inkar edib, Allahın varlığını təsdiq edən ən aşkar həqiqətləri belə rədd edəcəkdir.

«Sonra da, Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqda pislik edənlərin aqibəti lap pis oldu!»2

Öz səadətinin arzusunda olan şəxs günahdan uzaq olmalıdır. Əgər təsadüf nəticəsində günah etsə, o anda tövbə etməlidir. «Pərvərdigara! Bizləri tövbə edib, paklananlardan qərar ver!»

Keçən söhbətlərin nəticəsində niyə bəziləri üçün Allahın varlığının günəşdən də aşkar, digərləri üçün isə qeyri məlum və şübhəli olması anlaşıldı. Zəhmət çəkməmiş xəzinə əldə etmək olmaz. Mərifət xəzinəsinə çatmaqdan ötrü günahdan uzaqlaşmağın əziyyətinə və haqq yolunda olan çihadın zəhmətinə dözmək lazımdır.

Allah-Təala Quranda buyurur: «Ey iman gətirənlər, Allaha iman gətirin!»1

Allah-Təala bu ayədə iki imana əmr edir. Birincisi buyurur ki, hər kəs əqlin hökmünə görə Rəbbinin alim və qüdrətli olduğunu başa düşüb müsəlman olar və hər bir aqil bu mənanı dərk edə bilər. Amma bu cür iman gətirmək kifayət deyildir.

İmanın ikinci dərəcəsi olan qəlbin iman gətirməsinə ehtiyac vardır. İnsan cürbəcür vəsvəsə və şübhələrdən amanda olmaqdan ötrü qəlbiyilə iman gətirməlidir.



«İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!»2 «Möminlərin iman üstündən iman artırmaları üçün onların ürəklərinə öz dərgahından xatircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur».3 Bunun nəticəsi Xaliqlə müxalifət etməkdən qorxmaq və Allaha itaət edib, ona ümid bağlamaqdır. Başqa bir ayədə buyurur: «Görəsən möminlərin qəlblərinin qorxub, Allahı və Onun tərəfindən göndərilmiş haqq kəlamı və nəsihətləri yad edib kövrəlməklərinin vaxtı çatmayıbmı?»4 Nəsihət və haqq kəlamı deyəndə Qurani-Kərim nəzərdə tutulub.

İbn Məsud deyir: Bu ayə bizim müsəlman olmağımızdan üç və ya dörd il sonra nazil oldu. «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Quran] üçün yumşalması vaxtı gəlib çatmadımı?!»5 Burada nəzərdə tutulan iman əql və fitrətin hökm etdiyi imandır. İndi isə artıq qəlbin iman gətirməsinin vaxtı çatmışdır. Çalışıb və istidlali əqidədən qəlbdə olan sabit iman əldə etməlidir ki, heç cür vəsvəsə və şəkk onun qəlbinə yol tapa bilməsin. Allaha asi olmaqdan qorxub, onun qarşısında təvazökar və zəlil olmaq məqamına çatıb, nemət verən Xaliqini sevməli və Onun yolunda fədakarlıq etməlidir. Allahın razılığını əldə etməkdən ötrü hər şeyindən keçib, bütün varlığı ilə Allaha sığınmalı, özünü yalnız ona təslim etməlidir.



Müsəlman olub namaz qılmasına baxmayaraq, nə qədər ki, qəlbində iman gətirməyib, boş-boş xəyallara uyacaq, nəfsinin razılığını əldə etməkdən ötrü çalışacaqdır. Amma bu naqis imandır.

«Allahı tanımağın kamilliyi onu təsdiq etməkdir». İnsan təsdiq mərhələsinə çatıb, Allahın varlığına öz qəlbində etiraf etməlidir. Adam nəyə meyilli olsa, həmin şeyin dalınca gedib ona iman bağlayar. İnsanın meylı Allaha olmalıdır. Səhərdən axşama qədər boş-boş xəyalların fikrində deyil, ancaq Allahın fikrində olmalı və onun razılığını əldə etməyə çalışmalıdır.

«Allahı tanımağın kamilliyi onu təsdiq etməkdir». Nəzəri və istidlali mərifətdən qəlbdə olan elmə çatmaq lazımdır ki, onun nəticəsi qəlbdə yaranan (xuşu) qorxu hissidir. Rəvayətlərdə, qəlbdə olan xuşu nur kəlməsi ilə ifadə olunmuşdur. İnsan öz qəlbində həmin nurun saçmasından ötrü var gücü ilə çalışmalıdır.
Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə