Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə14/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

50
Gündüz İsmayılov
Tövrat və  İncildə  bəzi yer adları var ki, onların Azərbaycan 
ərazisində olması ilə bağlı görkəmli tədqiqatçılar əsaslandırılmış 
fi kirlər söyləyiblər. Məsələn,  Əhti-ətiqdə tez-tez rast gəlinən və 
Adəmə yaşamağa icazə verilən Ədən bağları barədə Varlığın ikin-
ci fəslində maraqlı  məqamlar var. Orada qeyd edildiyinə görə, 
Ədəndəki çaylardan biri “Quş torpağından axan” Hixondur. İncilin 
tədqiqi ilə məşğul olan alimlərin bir çoxu ehtimal edir ki, Hixon 
Araz çayıdır. Quş torpağı isə Xəzər dənizinin dalğalarının yuduğu 
bir sahildir. 
Bu məsələdə maraqlı  məqamlardan biri də ilk səmavi 
dinlərin – yəhudilik və xristianlığın erkən dövrlərindən etibarən 
Azərbaycanda yayılmağa başlamasıdır. Tarixi qaynaqlara görə, 
istər yəhudiliyin, istərsə  də xristianlığın ilk təbliğatçılarının və 
mənsublarının üz tutduqları yerlərdən biri Azərbaycan əraziləri ol-
muşdur. Bunun səbəbləri sırasında coğrafi  yaxınlıq, mədəni-sosial 
oxşarlıq və siyasi amillə yanaşı, çox güman ki, müqəddəs kitab-
larda Azərbaycan əraziləri ilə bağlı adların çəkilməsinin də təsiri 
var. Çünki müqəddəs kitablarda rəvayət edilən hadisələr, onların 
baş verdiyi ərazilər və yer adları bu kitablara inanan insanların 
diqqətini çəkirdi və onlar həmin yerlərə can atırdılar. 
Məlumdur ki, dini inanclar özünü daha çox dəfn mərasim lə-
rində büruzə verir və tarixçilər qədim insanların dini inanclarını 
o dövrə aid düşərgələrdə, xüsusilə  qəbirlərdə aparılan arxeolo-
ji tədqiqatlar  əsasında öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk 
dövrlərdən başlayaraq dini inancların inkişafı Mesopotamiya ilə 
Azərbaycan  ərazilərində, təxminən, paralel gedib. Məsələn, era-
mızdan əvvəl altıncı və dördüncü minilliklərdə meyidləri yaşayış 
məskənlərində, tikililər arasındakı boşluqda və ya küplərdə  dəfn 
edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin 
bir sıra ölkələrində, o cümlədən Mesopotamiyada mövcud olub. 
Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək üçün 
xüsusi otaqlar tikilib ki, arxeoloji qazıntılar zamanı onların qalıq-
larına rast gəlinib. 


51
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min il öncə 
Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və 
ovsunların önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin çoxu-
nun ovsun və dini mərasimlərlə bağlı olması da bu iddianın əyani 
sübutudur.
Səmavi dinlərə  qə-
dər Azərbaycan  əra zi -
lərində müxtəlif  inanc   -
lara etiqad edilib, da ha 
konkret de 
sək, büt-
pərəstlik hökm sürüb. 
Amma bu dövr də  bəzi 
inanclara, xü susilə, oda, 
su ya,  ağaca və  səma 
cisim lərinə inam daha 
güclü olub. Ən maraqlısı da odur ki, min illərin keçməsinə baxma-
yaraq, bu inamın əlamətləri insanların yaddaşında mühafi zə olunub 
və bu gün də onların həyat tərzində özünü büruzə verir. Məsələn, 
ilk insandan üzü bəri  əcdadlarımızın müqəddəs hesab etdikləri 
oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi 
baxılıb. Ümumiyyətlə, həyatın mövcudluğunu  şərtləndirən  əsas 
komponentlər kimi od, su, torpaq və hava (külək-yel) İslamın ya-
yılmasına qədər Azərbaycan  ərazilərində yaşayan insanların eti-
qadında önəmli yer tutub. Səmavi dinlərin meydana çıxmasına 
qədər, belə demək mümkünsə, bütpərəstliyin bünövrəsini təşkil 
edən bu dörd mühim komponent, əslində, Azərbaycan xalqının 
min illər  ərzində formalaşmış dünyagörüşünün kodlaşmış sim-
voludur. Bəlkə, elə buna görədir ki, İslamı  qəbul etməsindən 14 
əsr keçməsinə baxmayaraq, xalqımızın  adət-ənənələrini, xüsusilə 
milli bayramlarımızı bu simvollarsız təsəvvür etmək qeyri-müm-
kündür.
Zərdüştilik: tarixən Azərbaycan ərazilərində yaranmış və yayıl-
mış dinlərdən, ümumiyyətlə, mədəni dəyərlərdən danışarkən atəş-
Qobustan qayaüstü rəsmləri


52
Gündüz İsmayılov
pərəstliyə, xüsusilə  zərdüştiliyə toxunmamaq qeyri-mümkündür. 
Adətən, atəşpərəstliyi zərdüştilik dini inamı ilə eyniləşdirirlər. Hal-
buki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və on-
ların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır. 
Odu müqəddəs hesab edən və kahinləri “maq” adlandırılan 
atəş pərəstlər ilk zamanlar zərdüştilik dini ayinlərini həyata keçir-
mir dilər. Ehtimallara görə, məhz eramızdan əvvəl VI əsrin sonun-
dan etibarən maqlar zərdüştiliyə kahin kimi xidmət göstərməyə 
başlamışlar. 
Zərdüştiliyə qədər dünyada  müxtəlif dinlər və inanclar olub
amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, 
yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperi-
yanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının 
sərhədlərini aşmış, hətta, ilk dəfə qədim dünyada mükəmməl din, 
dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu  ya-
ratmışdır. Bu dinin yaradıcısı sayılan Zərdüştün böyüklüyü onda-
dır ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək 
yeganə Allah -  Hörmüzü kainatın və bütün canlı varlıqların ya-
radıcısı kimi irəli sürüb. Bu baxımdan bütpərəstlikdən fərqlənən 
Zərdüştilik büt pərəst dinlərlə  səmavi dinlər arasında ayrıca bir 
mərhələ təşkil edir. 
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və 
Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və 
hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də 
bizə gəlib çatmış yunan tarixçi və fi losofl arının əsərləri sübut edir 
ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı 
yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat 
aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oy-
nayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys 
zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən  daha artıq 
dərəcədə təsir göstərdiyini iddia edir. 
Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə  qədər 
analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta, qədim 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə