Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   ...   64

6
Gündüz İsmayılov
    
ÖN SÖZ
Bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində  ən çox 
müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Zaman keçdikcə 
bu mövzu daha da aktuallaşır və bəşəriyyətin gələcəyi baxımından 
həyati əhəmiyyət kəsb edir. Çünki sürətli miqrasiya və inteqrasi-
ya prosesi ilə müşayiət olunan qloballaşma dövründə tolerantlıq 
prinsiplərini bərqərar etmədən dünyada qalıcı sülhə  və sabitliyə 
nail olmaq qeyri-mümkün görünür. Bu mənada tolerantlıq hər bir 
dövlət üçün həm milli, həm də ümumbəşəri məsələdir. 
Etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verilməsi, 
milli, dini və irqi ayrı-seçkilikdən milyonlarla insanın əziyyət çək məsi, 
dini radikalizm və ekstremizm meyllərinin güclənməsi beynəlxalq qu-
rumlardan dünyada dözümlülük mədəniyyətinin təbliği və yayılması 
üçün daha effektli tədbirlər görülməsini tələb edir. Eyni zamanda, heç 
bir ölkənin, hətta, fərdin müasir dövrümüzün bəlası sayılan terror və 
radikalizm təhlükəsindən sığortalanmaması ümumi məqsədlər naminə 
dövlətlərin bir araya gəlməsini zərurətə çevirir.
Qürurla deyə bilərik ki, bu gün dinlər və sivilizasiyalararası 
dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya 
tərəfi ndən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan 
tolerantlıq və multikulturalizm Azərbaycan xalqının  əsrlər boyu 
formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. 
Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, 
dini və etnik müxtəlifl ik zamanla ölkəmizin ən böyük zənginliyinə 
çevrilib. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini və et-
nik ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu 
oynayıb, üstəlik, bura təkcə fərqli dinlərin – yəhudiliyin, xristian-
lığın mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə 
üzləşən İslamla bağlı məzhəblərin nümayəndələri pənah gətiriblər. 


7
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bəlkə, elə buna görədir ki, bu gün Azərbaycan əhalisinin tərkibi 
həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma 
xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi  cərəyanların yayıl-
dığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar 
arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və 
dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif 
tarixi dövrlərdə Azərbaycan  ərazisində  məskunlaşmış dini-etnik 
qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta, yerli əhali 
ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. 
Azərbaycan dinlərin və  mədəniyyətlərin qovuşduğu tarixi 
məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Bu gün 
Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensi-
alına görə deyil, eyni zamanda, vicdan azadlığının və multikultu-
ral mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış to-
lerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və 
qorunmasına görə regionun lider dövlətidir. 
Onu da qeyd etməliyik ki, müstəqilliyimizi bərpa etdikdən 
sonra ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq 
mühiti və  mədəniyyəti Ümummilli Liderimiz Heydər  Əliyevin 
müdrikcəsinə formalaşdırdığı dövlət din siyasətinə uyğun ola-
raq daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet 
istiqamətinə çevrilib. Vətəndaşlarımızın vicdan azadlığı hüququ 
birbaşa Konstitusiyamızda, müfəssəl şəkildə isə “Dini etiqad azad-
lığı haqqında” Qanunda təsbit olunub. Həmçinin, dövlət siyasətinə 
uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin 
daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə 
dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. Bunun 
məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azad-
lığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafi q şəraitin 
yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini eti-
qad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına 
nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikasının Dini Qu-
rumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.


8
Gündüz İsmayılov
Ümummilli Liderimizin alternativsiz siyasi xəttini uğurla və 
uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyevin hazırda ölkədə tolerantlığın və dini etiqad 
azadlığının təminatçısı olduğu xüsusi qeyd edilməlidir. Onun 
böyük tarixə malik dini məbədlərimizin  bərpası  və xalqımızın 
istifadəsinə verilməsi sahəsində ardıcıl operativ tədbirlər həyata 
keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. 
Azərbaycanda  İslam dini ilə bağlı tarixi abidələr, məscid və 
ziyarətgahlarla bərabər, xristian və  yəhudi məbədlərinin tikintisi 
və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.
Bu sahədə UNESCO və İSESCO-nun xoşməramlı səfi ri, Mil-
li Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi 
Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xü-
susi rolu var. Мilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-
mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük 
önəm verən Fondun bir sıra məscid və ziyarətgahları  bərpa və 
təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin bərpasına xü-
susi diqqət yetirməsi təqdirəlayiq haldır.
Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması həm də xa-
rici siyasətçilərin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta, 
Azərbaycanın dövlət-din münasibətləri modelinin ixrac edilməsinin 
zəruriliyini söyləyən xarici diplomatlar, yüksək səviyyəli din xa-
dimləri, mütəxəssislər də var. ATƏT-in İnsan Hüquqları və Demokra-
tik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştudman etiraf etmişdir 
ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. 
Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşama-
sına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni 
irsimizə münasibətdə nümunə göstərə bilərik”.
Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənə lə-
ri nin  və multikultural dəyərlərinin öyrənilməsinə, yayılmasına və 
təşviq edilməsinə böyük ehtiyac var. Əslində, oxuculara təqdim 
edilən “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı məhz 
bu məqsədlə hazırlanıb. Üç fəsildən ibarət olan kitabın birinci 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə