Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə3/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   ...   64

9
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
fəsli tolerantlıq anlayışına, onun tarixinə, yaranma səbəblərinə, 
ikinci fəsli xalqımızın tolerantlıq tarixinə, üçüncü fəsli isə müasir 
dövrümüzə – müstəqil Azərbaycan dövlətinin tolerantlıqla bağlı 
ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasətə 
və fəaliyyətə həsr olunub. 
Şübhəsiz, kitab tolerantlıqla bağlı  qələmə alınmış  nə ilk, nə 
də son kitabdır. Oxucular üçün də tolerantlıq yeni mövzu deyildir. 
Bu baxımdan “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” adı 
təsadüfi  seçilməyib. 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının tolerant-
lığının səbəbləri, fərqli və üstün cəhətləri ilk dəfədir ətrafl ı şəkildə 
təqdim olunur. Ona görə  də, kitabda xalqımızın tolerantlığının 
əsas səbəbləri kimi etnik, coğrafi , sosial-iqtisadi və dini-mədəni 
amillərin izahının oxucular üçün maraqlı olacağını güman edirik. 
Gələcəkdə qeyd olunan amillərin daha dərindən araşdırılacağı və 
ortaya başqa faktların qoyulacağı da şəksizdir.
Kitabda Azərbaycanın müasir dövrünə, xüsusilə Ulu Öndər Heydər 
Əliyevin və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin tolerantlıq 
və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətə xüsusi 
yer ayrılıb. Ötən əsrin 90-cı illərində dünyada tolerantlığı, dinlərarası 
dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın 
hazırda dinlər və  mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə 
çevrilməsindən, Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans 
və forumlara ev sahibliyi etməsindən, eləcə də Azərbaycan hökumətinin 
qarşısına qoyduğu məqsədlərdən ətrafl ı bəhs olunub. 
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın tolerant-
lıq və multikulturalizm sahəsində tədqiqat aparan mütəxəssislərə, 
o cümlədən tarixçilərə, dinşünaslara, politoloqlara, hətta, din 
xadimlərinə faydalı olacağını güman edirik.
Mübariz Qurbanlı,
Azərbaycan Respublikası Dini Qurumlarla 
İş üzrə Dövlət Komitəsinin sədri 



I FƏSİL
TOLERANTLIQ: 
KEÇMİŞDƏN BU 
GÜNƏDƏK


12
Gündüz İsmayılov
TOLERANTLIQ VƏ TARİXİ
Tolerantlıq bu gün mütərəqqi dünyanın  ən çox müzakirə et-
diyi məsələlərdən biridir. Çünki bəşəriyyətin gələcəyi tolerantlıq 
prinsiplərinin necə  və hansı  səviyyədə  bərqərar olmasından ası-
lıdır. Dünyada yüzlərlə din, məzhəb və  təriqət var, eyni zaman-
da, minlərlə xalq və etnik qrup mövcuddur. Amma insanlar yal-
nız bir planetdə yaşaya bilərlər: Yer kürəsində. Deməli, yüzlərlə 
dini etiqadın və minlərlə etnik qrupun nümayəndələri Yer kürəsini 
bölüşməyə məhkumdurlar. 
Tarixdə dini və milli zəmində çoxsaylı müharibələr olub və 
milyonlarla insan bu müharibələrin qurbanına çevrilib. Lakin 
müharibələrin heç biri Yer kürəsinin məhvi ilə  nəticələnməyib. 
Hətta, dini və milli zəmində baş verən münaqişələr çox vaxt lokal 
xarakterli olub. Bu gün isə vəziyyət tamam başqadır. Qloballaşma 
dövründə dini zəmində baş vermiş kiçik bir insident qısa müddətdə 
regional və qlobal müharibəyə çevrilə bilər. Ən dəhşətlisi odur ki, 
XX əsrin insanı artıq bir əsr öncəki insana bənzəmir. İndi insan bü-
tün dünyanı məhv edə biləcək nüvə silahına malikdir. Təəssüf ki, 
dünyanın taleyi onu bir göz qırpımında məhv edə biləcək “qüdrətli 
insan”ın ani bir qərarından asılıdır. 
Bütün bunlardan sonra hər kəs razılaşır ki, bu gün dünyamızın 
tolerantlığa ehtiyacı həmişəkindən daha çoxdur. Tolerantlıq dün-
yamızın gələcəyi üçün alternativsiz xilas yoludur. Ona fərqli yana-
şanlar, müxtəlif izahlar verənlər ola bilər, amma tolerantlığı inkar 
edənlər əsla olmamalıdır.
Mədəniyyətin mühüm elementi olan tolerantlıq bu gün müxtəlif 
inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai 
vəhdətləşməsinin zəruri şərti kimi qəbul olunur. Eyni zamanda, to-
lerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaq prinsipidir. Əslində, dün-


13
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ya mədəniyyəti və fəlsəfəsində tolerantlıq anlayışı antik dövrlərdən 
tətbiq olunmağa başlayıb. O dövrdə ayrı-ayrı fərdlərin, fərqli görüş 
və inancların nümayəndələri arasında yaranmış xoş münasibətlər 
tolerantlıq nümunəsi idi. Amma təbii ki, o vaxtki anlayış və sosial-
mədəniyyət fenomenləri bungünkündən çox fərqlənirdi.
Tolerantlıq nədir? 
Latın sözü olan 
“tolerancia”nın hərfi  
mə  nası dözümlülük 
de məkdir. Ancaq tole-
rantlığın mahiyyəti və 
izahı ilə bağlı müxtəlif 
variantlar mövcuddur. 
Fərqli izahların olma-
sına baxmayaraq, hər 
kəsin qəbul etdiyi bir 
həqiqət var: tolerantlıq müxtəlifl iyin mövcudluğuna təminat verən 
hüquqi borc və mənəvi tələbatdır. 
Tolerantlıq elmi və siyasi ədəbiyyatlarda daha çox dini, milli 
və irqi müxtəlifl iyin etirafı və ona hörmətlə yanaşılması kimi izah 
olunur. Lakin “dini və milli tolerantlıq” terminləri ilə yanaşı, siyasi, 
mədəni, hətta, sosial tolerantlıq ifadələri də işlədilir. Şübhəsiz ki, 
daha çox istifadə olunan “dini tolerantlıq – dözümlülük” ifadəsidir. 
Çünki tolerantlıq ilk dəfə dini dözümlülük mənasında işlədilib və 
zaman keçdikcə ifadənin “əhatə dairəsi” genişlənib. Bu gün də to-
lerantlıq dedikdə  həm hüquqi, həm də elmi müstəvidə daha çox 
dini dözümlülük nəzərdə tutulur.
“Tolerant” sözü Azərbaycan dilinə “dözümlü” kimi tərcümə 
olunsa da, bəzən onun əvəzinə Anadolu türkcəsindən götürülmüş 
“xoşgörü” kəlməsindən istifadə edilir. Hətta, “tolerant” kəlməsini 
“hörmət” kimi tərcümə edənlər də var. Bu cür müxtəlifl iyin ya-
ranması  təkcə  tərcümədəki fərqlilikdən deyil, həm də tolerantlıq 
anlayışına verilən ayrı-ayrı izahlarla bağlıdır. Həmin izahların 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə