Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə4/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   ...   64

14
Gündüz İsmayılov
sayı təxminən bu sahədə araşdırma aparmış mütəxəssislərin sayı 
qədərdir. Çünki insanların düşüncələri zahiri görünüşləri kimi 
fərqlidir. Bu baxımdan tolerantlıq məsələsində  ən doğru variant 
ortaq məqamların üzərində dayanmaqdır. Başqa sözlə, vacib olan 
aşağıdakı suallara ümumi olsa da, cavab tapmaqdır.
 – Tolerantlığın mahiyyəti nədir?
 – Tolerant insan kimə deyilir?
 – Tolerant cəmiyyətin meyarı hansılardır?
Əlbəttə, bu suallara cavablar subyektiv də ola bilər. Amma 
ümumi prinsiplər çərçivəsində izah verməklə  qızıl ortanı tap-
maq mümkündür. Birincisi, təbii ki, tolerantlıq dini, milli, irqi 
mənsubiyyətdən asılı olmayaraq insanlara hörmətlə yanaşmaqdır. 
Amma bu hörmət qanunun tələbinin yox, insanın mənəvi tələbatının 
nəticəsi olmalıdır. Başqa sözlə, tolerantlıq insanın mədəni və əxlaqı 
ilə bağlı anlayışdır. Əgər qanunun yaratdığı qorxu altında başqası-
nın inancına hörmət göstərilirsə, bu, qanunun aliliyinin təsdiqidir. 
Deməli, tolerantlıq dini, milli və irqi mənsubiyyətindən asılı ol-
mayaraq insanlara məcburiyyət qarşısında deyil, könüllü şəkildə 
hörmətlə yanaşmaqdır. 
“Tolerant insan kimə deyilir?” – sualına gəlincə, burada bəzi 
detallar var ki, onları  nəzərə almaq vacibdir. Məsələn, bir insan 
fərqli dinə  mənsub  şəxsi öz inancına və  əxlaqına görə xoşlamır, 
hətta, onu Yaradanın dərgahında günahkar sayır. Amma həmin 
şəxsə müdaxilə etmək, mane olmaq imkanı və gücü yoxdur. Belə 
bir insan tolerant sayıla bilməz. Çünki o, başqasının inancına 
məcburiyyət qarşısında dözümlü yanaşır, imkanı və gücü olduğu 
təqdirdə mütləq müdaxilə edəcək, fərqli dinə mənsub insanların öz 
inanclarına uyğun yaşamasına mane olmağa çalışacaq. Beləliklə, 
tolerant insan o şəxsdir ki, öz inancı və əxlaqı baxımından yanlış 
saydığı dinin mənsublarına gücü və imkanı olmasına baxmaya-
raq, mane olmur. Daha konkret desək, tolerant insan başqalarına 
müdaxilə etmək gücü olduğu halda bu gücdən könüllü şəkildə im-
tina edən şəxsdir. 


15
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bu məsələdə önəmli məqamlardan biri də tolerant insanın 
yalnız bir və ya bir neçə dinin deyil, bütün dinlərin mənsublarına 
hörmətlə yanaşmasıdır. Məsələn,  əgər bir şəxs yalnız səmavi 
dinlərin mənsublarına dözümlü yanaşır, digər dinlərə qarşı 
hörmətsizlik göstərirsə, o, tolerant sayıla bilməz. Bu, tolerant-
lıq anlayışının məhdudlaşdırılması və ya onun konkret şərtlər və 
sərhədlər çərçivəsində qəbul edilməsi deməkdir. Tolerantlığın bu 
cür “naqis” variantları dünyada, xüsusilə dindarlar arasında çox 
rast gəlinən, amma ekspertlər tərəfi ndən qəbul edilməyən for-
madı. Belə  məqamlarda bəzən sual da meydana çıxır: tolerant-
lığın sərhədi harada bitir? Bu, beynəlxalq aləmdə çox müzakirə 
edilməyən, amma bəzi şəxslər tərəfi ndən tez-tez səsləndirilən su-
aldır. “Bəzi  şəxslər” o adamlardır ki, onlar cəmiyyətdə hansısa 
dözümsüz hadisəyə haqq qazandırmağa çalışırlar. Belələri, demək 
olar ki, bütün cəmiyyətlərdə var.
Təbii ki, tolerantlıq öz inancını başqasına güzəştə getmək və 
ya başqasının inancını doğru saymaq deyil. İnsanlardan, xüsusilə 
dindardan belə bir addım gözləmək sadəlövhlük olardı. Hüquq 
elmində məhşur bir deyim var: başqasının hüquqlarının başladığı 
yerdə sənin hüquqların bitir. Tolerantlığı bu fi krin bir qədər fərqli 
variantında izah etmək olar. Tolerantlıq – sənin hüququn başlanan 
yerə qədər başqasının hüquqlarına mane olmamağındır. Eyni za-
manda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində 
bəzən özbaşınalıq və zorakılığa yol açır. Bu baxımdan heç bir hal-
da tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir.
Tolerant cəmiyyətin meyarına gəldikdə, bəzi mütəxəssislərə 
görə dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir 
neçə növdə ola bilər:
1. Başqa dinin mənsubuna qarşı tolerantlıq (xristian-müsəl-
man, yəhudi-müsəlman, xristian-buddist və s.)
2. Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (katolik-
pro testant, pravoslav-katolik, sünni-şiə və s.)
3. Sektant hərəkatlara qarşı tolerantlıq


16
Gündüz İsmayılov
4.  İnanclı ilə inancsız insanlar arasındakı tolerantlıq (mömin-
ateist).
Tolerant cəmiyyətin  ən qısa izahını verən mütəxəssislər də 
var. Məsələn, bir çox ekspertlər hesab edirlər ki, tolerant insanla-
rın mütləq çoxluq təşkil etdiyi cəmiyyət tolerant cəmiyyət sayıl-
malıdır. Amma bu, ümumi izahdır, məsələnin detalları açılmalı-
dır. Məsələn, fərqli dinlərə mənsub insanların sayı bərabər oldu-
ğu cəmiyyətdəki dözümlülük mühiti tolerantlıqdan daha çox güc 
bərabərliyindən qaynaqlanan qarşılıqlı güzəştin nəticəsidir. Deməli, 
tolerant cəmiyyətin əsas meyarını mütləq çoxluğun azlığa qarşı kö-
nüllü nümayiş etdirdiyi hörmətin səviyyəsi müəyyənləşdirir. Əgər 
bir cəmiyyətdə çoxluq azlığın öz inancına uyğun yaşamasına mane 
olmursa, onun mövcudluğunu qəbul edir və hörmətlə yanaşırsa, 
deməli, orada tolerant mühit hakimdir. 
Təbii ki, tolerant cəmiyyət üçün meyar və şərtləri “ağırlaşdı-
ranlar” da var. Məsələn, bəzi ekspertlərə görə, tolerant cəmiyyətdə 
mütləq çoxluq azlığın mövcudluğuna nəinki hörmət göstərməli, 
hətta, ona özü ilə bərabər hüquq verilməsinə və şərait yaradılma-
sına mane olmamalıdır. Başqa sözlə, tolerant cəmiyyət çoxluqla 
azlığın bərabər imkan və hüquqlara malik olduğu cəmiyyətdir. 
Əlbəttə, qanunların dəstəyi olmadan belə bir cəmiyyətin formalaş-
ması tarixdə az-az rast gəlinmiş hadisədir.
Tolerantlıq anlayışının yaranma səbəbləri:  bu anlayış orta 
əsrlərdən etibarən Avropada formalaşmağa başlayıb. Belə ki, 
əvvəllər köhnə qitədə tolerantlıq məsələsinə əxlaqi fəzilət, qeyri-
xristian və ya bidətçi ehkam, ayin, inancların etirafı kimi yanaşı-
lıb. Ümumiyyətlə, tolerantlıq anlayışının uzun dövr ərzində for-
malaşmasında təkcə zaman deyil, həm də tarixi hadisələr böyük 
rol oynayıb. Bu baxımdan tolerantlığı Avropada gedən proseslərin 
məntiqi nəticəsi kimi də qəbul etmək olar. Həmin proseslərin baş-
lanğıc nöqtəsi isə xristianlıqda aparılmış reformasiya, daha konk-
ret desək, protestantlığın meydana gəlməsidir. Belə ki, protestant-
ların sayının çoxalması Avropada hakim olan katolik məzhəbini, 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə