Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   ...   64

17
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
xüsusilə Vatikanı ciddi narahat edirdi. Bir çox hallarda bu nara-
hatlıq sərt və amansız münasibətlə müşayiət olunurdu. Protestant-
ların sayının artması bir tərəfdən məzhəblərarası münasibətlərin 
gərginləşməsinə səbəb olur, digər tərəfdən isə ağıllı insanları sülh 
yaratmağa və çıxış yolu tapmağa sövq edirdi. Bu baxımdan tole-
rantlığı Avropanın məzhəblərarası müharibələrdən xilas yolu kimi 
də qəbul etmək mümkündür. Əslində, bu, həm də dini dözümlülük 
anlayışının ilk dəfə fərqli dinlər arasında yox, məhz xristian dün-
yasında məzhəblərarası münasibətlər müstəvisində formalaşdığını 
deməyə əsas verir. 
Tolerantıq məfhumu meydana çıxana qədər dünyada dini 
zəmində münaqişələr çox olmuşdu. Hətta, belə münaqişələrdə on 
minlərlə insan həyatını itirmişdi. Amma tarix boyu heç bir dini 
müharibə orta əsrlərdə Avropada məzhəblərarası mübarizədən 
daha amansız və daha böyük miqyasda olmamışdı. Həmin dövrdə 
köhnə qitədə vəziyyət o həddə çatmışdı ki, insanlar ya məhv ol-
malı, ya da çıxış yolu tapmalı idilər.  İnancına görə  təqibə  və 
təzyiqə  məruz qalmaq adi hal sayılırdı. Vatikan fərqli məzhəbin 
nümayəndələrinin qətlə yetirilməsinə nəinki mane olmur, hətta belə 
hadisələri alqışlayırdı. Bunun bariz nümunəsi 24 avqust 1572-ci 
ildə baş vermiş qanlı “Varfolomey gecəsi”dir. Həmin gecə Parisin 
qapıları bağlanmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdir. 
Sonra isə kilsə  zənglərinin işarəsi ilə  şəhər  əhalisi protestantları 
qətlə yetirməyə çağrılmışdır. Parisdən başlamış bu qırğın kralın 
xeyir-duası ilə Fransanın digər  şəhərlərinə  də yayılmışdır. Az-
ğınlaşmış insanlar protestantların  əvvəldən təbaşirlə  işarələnmiş 
evlərinə girərək onları küçəyə atmış, qadınlara təcavüz etmiş
soyğunçuluqla məşğul olmuşlar. Qadın, uşaq demədən hər kəs öl-
dürülmüş, təkcə protestantlar deyil, katolisizmə mənsub olmayan 
digər dinlərin nümayəndələrinə  də  mərhəmət göstərilməmişdir. 
Bu qətliam təxminən bir həftə davam etmiş, küçə və şəhərlər qana 
boyanmışdır. Tarixçi Jül Mişelin ifadəsi ilə desək, “Varfolomey 
gecəsi” sadəcə bir gecə deyildi. O bir mövsüm idi”. 


18
Gündüz İsmayılov
Katolik ruhanilər bu qəddarlığa pis münasibət bəsləyənləri 
kilsədən uzaqlaşdırmaqla hədələmiş, cahillərin günahlarını elə 
küçədə, meyitlərin üzərində “bağışlamışlar”. 
“Varfolomey gecəsi”nin qurbanlarının sayı barədə yekdil fi kir 
yoxdur. Hesab edilir ki, Parisdə  təqribən üç min, bütün Fransa-
da isə on min ilə  əlli min arasında protestant qətlə yetirilmişdir. 
Həmin dövrdə  qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, 
Roma Papası XIII Qriqori bu faciəni alqışlayaraq, Vatikanda fi şəng 
atılmasını  və medal təsis olunmasını  əmr etmişdir. Lakin ədalət 
naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İohan 
Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.
Beləliklə, orta əsrlərdə Avropada məzhəblərarası münasibət-
lərdəki gərginlik “Varfolomey gecəsi”ndə kuliminasiya nöqtəsinə 
çatdı. Doğrudur, bu hadisədən sonra mövcud problemlər həll edil-
mədi, amma Avropanın, ümumilikdə xristian dünyasının taleyinin 
Kraliça Yekaterina Mediçi saray xanımları ilə birgə 
“Vorfolomey gecəsi”nin qurbanlarına tamaşa edir.


19
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
nədən asılı olduğu görünməyə başladı. Zaman göstərdi ki, bir vaxt-
lar yalnız protestant katolik müstəvisində olan gərginliyin müm-
kün qədər aradan qaldırılması üçün tərəfl ərin bir-birlərini qəbul 
etməsi qaçılmazdır. 
Tolerantlıq anlayışının meydana çıxma səbəblərindən biri də 
XV  əsrdən etibarən Avropanın yeni dünya ilə tanışlığı idi. Hin-
distana dəniz yolunun tapılması və Amerikanın kəşfi  nəticəsində 
avropalılar yeni mədəniyyət və dinlərlə tanış oldular. Yeni dünyaya 
münasibətin istismaredici mahiyyətdə olmasına baxmayaraq, artıq 
insanların köhnə qaydalarla və xristian-şəriət qanunları ilə yaşaya 
bilməyəcəyi dəqiq idi. 
Avropalıların Amerika-hindu, Çin, Hindistan, yapon və digər 
mədəniyyətlərin hakim olduğu ölkələrdə yaşamaları üçün inanc 
baxımından dözümlülük nümayiş etdirmələri zərurətə çevrilmişdi. 
Əks təqdirdə müstəmləkəyə çevirdikləri ölkələrdə sabitlik və istis-
mar üçün əlverişli şərait yarada bilməzdilər. Bu baxımdan avropa-
lılar Amerika, Afrika və Asiyada xristianlığı zor gücünə deyil, daha 
çox missioner fəaliyyəti nəticəsində yaymağa çalışırdılar. Əslində, 
bir çox tarixçilər bunu tolerantlıq yox, iqtisadi mənfəət xatirinə 
dini ehkamların tələblərinə göz yummaq kimi qəbul edirlər. Ola 
bilsin ki, bu münasibət daha obyektivdir. Çünki o dövrdə yeni 
dünyanın insanlarının inanclarına qarşı  məqsədyönlü “tolerant-
lıq” nümayiş etdirmək kilsəyə, xüsusilə ruhani simfi nə sərfəli idi. 
Onlar yeni dünyanın hesabına əlavə var-dövlət toplayırdılar. Eyni 
zamanda, missionerlərin sayəsində xristian dünyası böyüyür və 
təəssübkeşlərinin sayı artırdır. Bütün bu arqumentlərə baxmaya-
raq, yeni dünyanın kəşfi nin tolerantlıq anlayışının meydana çıxma-
sında az da olsa, rol oynadığı fi kri qəbul ediləndir. 
Bu sahədə önəmli amillərdən biri də XVI əsrdən etibarən 
baş vermiş burjaziya inqilabları  nəticəsində Avropada feodal 
münasibətlərin yeni ictimai quruluşla - kapitalizmlə əvəzlənməsi 
olunmuşdur. Çünki kapitalist münasibətlər cəmiyyətin idarə 
olunmasında dini ehkamların  əhəmiyyətini azaldırdı. Üstəlik, bu 


20
Gündüz İsmayılov
azalma zaman keçdikcə artan xətlə davam edir və kilsənin nüfu-
zunu zədələyirdi. Belə bir vəziyyətdə kilsənin digər dinlərə  və 
məzhəblərə dözümsüz, bir çox hallarda sərt münasibətinin siya-
si idarəçilər və hakim elita tərəfi ndən birmənalı  dəstəklənməsi 
qeyri-mümkün idi. Ona görə ki, əmək münasibətlərinin kapita-
list prinsiplərinə uyğunlaşması nəticəsində cəmiyyətdəki dəyərlər 
dəyişikliyə məruz qalır, fərdi mənfəət hissi fərqli formada özünü 
büruzə verirdi. 
O dövrdə əsas amillərdən biri isə Avropada getdikcə sürətlənən 
elmi-mədəni tərəqqi idi. Kilsə faktiki olaraq bu prosesin qarşısını ala 
bilmir, elmi-texniki ixtiraların sayı artır, bütün sahələrdə böyük alimlər, 
mütəfəkkirlər, mədəniyyət adamları yetişirdi. Avropanın ictimai-si-
yasi və dini həyatında baş verən dəyişikliklər müxtəlif sahələrdə, o 
cümlədən elm, mədəniyyət, hətta, ədəbiyyatda da özünü büruzə ve-
rir, yeni dini, fəlsəfi  cərəyanlar yaranır və köhnə qitənin “görüntüsü” 
zaman keçdikcə dəyişirdi. Beləliklə, bu dəyişikliklər Avropanı insan 
hüquqları, xüsusilə vicdan azadlığı sahəsində yeni dəyərə - tolerantlıq 
anlayışının formalaşması mərhələsinə daha da yaxınlaşdırırdı.
Tolerantlıq anlayışının yaradıcıları: ilk dəfə dini tolerantlığın 
geniş şərh edilməsinə məhşur xristian ilahiyyat alimi Foma Akvi-
nalın “Teologiyaların külliyatı” əsərində rast gəlinir. Amma tole-
rantlıq problemini ilk tədqiq edən ingilis fi losofu Con Lokk (1632-
1704) olmuşdur. O “Tolerantlıq haqqında öyüdnamə” (və ya “Tole-
rantlıq məktubu”) əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm 
səciyyəsi kimi əsaslandırmağa çalışmışdır. C. Lokk hesab edirdi ki, 
əgər dində məhəbbət, iltifat və mərhəmət yoxdursa, o, həqiqi sayı-
la bilməz. İsa Məsih naminə başqasını təqib edənlər onun təlimini 
eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif dinlərə 
itaət edə bilər. Başqa sözlə, digər dinə etiqad edənlərə düşmən 
gözü ilə baxmaq doğru deyil və yalnız dini müxtəlifl iyə hörməti 
bərqərar etməklə cəmiyyətdə sülh yaratmaq mümkündür. 
Con Lokkun qeyd edilən  əsərində tolerantlıq fəlsəfi   kateqo-
riyası dini dözümsüzlük probleminin mövcudluğu kontekstində 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə