229
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
DİNİ DÖZÜMSÜZLÜYÜN BÜTÜN FORMALARININ
LƏĞV EDİLMƏSİ HAQQINDA QƏTNAMƏ
BMT Baş Məclisinin 85-ci plenar iclası,
20 dekabr 1993-cü il.
Baş Məclis,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına
müvafi q olaraq üzv dövlətlərə irqinə, cinsinə, dilinə və dininə
görə fərq qoyulmadan bütün insanların hüquqlarına və əsas
azadlıqlarına ha mılıqla hörmət edilməsinə və onlara riayət olun-
masına yardım et məyi və bu hüquqları təşviq etməyi öhdələrinə
götürdüklərini xatırla da raq, bu hüquqların insana xas olan ləyaqət
hissindən qaynaqlandı ğını etiraf edərək,
insanlara dininə və ya əqidəsinə görə ayrı-seçkilik qoyulma-
sının insan ləyaqətinə təhqir olduğunu və Nizamnamənin prin-
siplərinin inkar edilməsi olduğunu təsdiq edərək,
36/55 saylı, 25 noyabr 1981-ci il tarixli qətnamə ilə qəbul
edilmiş Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməni bir daha
təsdiq edərək,
47/129 saylı, 18 dekabr 1992-ci il tarixli qətnamə ilə İnsan
Hüquqları üzrə Komissiyaya Bəyannamənin həyata keçirilməsi
istiqamətində tədbirlərin davam etdirilməsi təklifi ni xatırladaraq,
İnsan Hüquqları üzrə Komissiyanın 1993/25 saylı, 5 mart
1993-cü il tarixli qətnaməsini nəzərə alaraq,
hər bir şəxsin fi kir, vicdan, ifadə və din azadlığına malik ol-
duğunu tanıyaraq, dininə, yaxud əqidəsinə görə dözümsüzlük və
bununla bağlı zorakılıq hallarının, habelə, qadınlara qarşı diskrimi-
nasiya hallarının və dini yerlərin təhqir edilməsinin qarşısının alın-
230
Gündüz İsmayılov
ması məqsədilə Ümumdünya İnsan Hüquqları Konfransının bütün
hökumətlərə onların beynəlxalq öhdəliklərinə və müvafi q hüquq
sistemlərinə uğun olaraq mümkün olan bütün tədbirləri görmələri
barədə ünvanladığı çağırışını bir daha qeyd edərək,
dünyanın hər yerində Bəyannamənin müddəalarına zidd
insidentləri və hökumət fəaliyyətini araşdırmaq və zəruri hallarda
müvafi q tədbirləri tövsiyə etmək məqsədilə təyin edilmiş xüsusi
məruzəçinin mandatının üç ilədək artırılmasını qərara alan İnsan
Hüquqları üzrə Komissiyanın 1992/17 saylı, 21 fevral 1992-ci il
tarixli qətnaməsini xatırlayaraq, həmçinin İqtisadi və Sosial Şura-
nın 1992/226 saylı 20 iyul 1992-ci il tarixli qərarını yada salaraq,
Abdelfattah Amorun İnsan Hüquqları üzrə Komissiyanın xü-
susi məruzəçisi təyin edilməsini alqışlayaraq və bütün hökumətləri
mandatını tam yerinə yetirə bilməsi üçün onunla əməkdaşlıq
etməyə çağıraraq,
BMT-nin din və ya əqidə azadlığı ilə bağlı məsələlərdə təbliğat
işinin və ictimai informasiya fəaliyyətinin genişləndirilməsinin
məqsədəmüvafi q olduğunu təsdiq edərək, həmçinin hökumətlərin
və qeyri-hökumət təşkilatlarının bu sahədə mühüm rol oynadığını
dərk edərək,
qeyri-hökumət təşkilatlarının, dini qurumların və qrupla-
rın tolerantlığın təbliğinin, habelə, din və ya əqidə azadlığının
müdafi əsinin bütün mərhələlərində vacib rola malik olduqlarını
xüsusi vurğulayaraq,
din və əqidə tolerantlığının təmin edilməsi üçün təhsilin vacib-
liyini dərk edərək,
dininə və ya əqidəsinə görə zorakılıq, dözümsüzlük və diskri-
minasiya kimi ciddi halların İnsan Hüquqları üzrə əvvəkli məruzəçi
Angelo Vidal d’Almeda Ribeironun hesabatında da qeyd olunduğu
kimi dünyanın bir çox yerlərində baş verdiyindən xəbərdar olaraq,
insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə maneə
olan vəziyyətin, həmçinin, dini dözümsüzlük yaradan mütəmadi,
kobud və müntəzəm zorakılıq hallarının yaratdığı təşviş və qınağın
231
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Ümumdünya İnsan Hüquqları Konfransında ifadə edilməsini bir
daha vurğulayaraq,
fi kir, vicdan, din və əqidə azadlığının təbliğ və müdafi ə edil-
məsi, həmçinin, dininə və ya əqidəsinə görə nifrət, dözümsüzlük
və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üçün daha çox
səylərə ehtiyac olduğuna inanaraq,
1. Fikir, vicdan, din və əqidə azadlığının insana xas olan
ləyaqət hissindən qaynaqlanan və hər kəsə fərq qoyulmadan verilən
insan hüququ olduğunu bir daha vurğulayır.
2. Dövlətləri fi kir, vicdan, din və əqidə azadlığını özlərinin kons-
titusion və hüquqi sistemlərində tam şəkildə təmin etməyə, həmçinin,
dininə və ya əqidəsinə görə dözümsüzlük və ya diskri mi na siya halları
olduğu təqdirdə səmərəli tədbirlərə təminat verməyə təkidlə çağırır.
3. İnsan hüquqları pozuntularının qarşısının alınmasında,
habelə din və ya əqidə azadlığı hüququnun təmin edilməsində yal-
nız qanunvericiliyin kifayət etmədiyini təsdiq edir.
4. Bununla bağlı olaraq bütün dövlətləri nifrət, dözümsüzlük,
zorakılıq, həmçinin dini ekstremizm zəminində baş verən hallarla
mübarizə aparmaq, din və ya əqidə azadlığı ilə əlaqəli məsələlərdə
anlaşma, tolerantlıq və hörmətin təşviq edilməsi məqsədilə bütün
müvafi q tədbirləri görməyə təkidlə çağırır.
5. Dövlətləri hüquq-mühafi zə orqanları, dövlət məmurları,
təhsil işçiləri və digər ictimai vəzifə sahiblərinin xidməti vəzifə-
lə rini yerinə yetirərkən digər din və əqidələrə hörmət etmələrini,
digər dinlərə və əqidələrə etiqad edənlərə qarşı ayrı-seçkilik etmə-
mələrini təmin etməyə təkidlə çağırır.
6. Bütün dövlətləri Dinə, yaxud əqidəyə görə dözümsüzlük və
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyan-
namədə olduğu kimi insanların dini və ya əqidəsi ilə bağlı etiqad
etmək və yığışmaq və bu məqsədlə ibadət yeri yaratmaq və ondan
istifadə etmək hüququnu tanımağa çağırır.
7. Həmçinin, bütün dövlətləri onların milli qanunvericiliyinə
mü vafi q olaraq dini ibadət yerləri və məbədlərə hörmət edilməsini
232
Gündüz İsmayılov
və onların qorunmasını təmin etmək üçün bütün imkanlarından
istifadə etməyə çağırır.
8. BMT-nin din və ya etiqad azadlığı ilə bağlı məsələ lər də
təbliğat işinin və ictimai informasiya fəaliyyətinin genişlən di ril-
məsini və bu məqsədlə İnsan Hüquqları üzrə Ümumdünya İctimai
İnformasiya Kampaniyasında müvafi q tədbirlərin görülməsini
təmin etməyi məqsədəmüvafi q hesab edir.
9. Baş katibi Bəyannamənin mətnini BMT-nin bütün dillərin-
də yaymağa xüsusi önəm verməyə davam etməyə və mətnin BMT-
nin informasiya mərkəzləri və digər maraqlı qurumlar tərəfi ndən
istifadəsinə şərait yaratmağa çağırır.
10. Dünyanın hər yerində Bəyannamənin müddəalarına zidd
insidentləri və hökumət fəaliyyətini araşdırmaq və zəruri hallar-
da müvafi q tədbirlər tövsiyə etmək məqsədilə təyin edilən xüsusi
məruzəçinin davamlı cəhdlərini təşviq edir.
11. Hökumətləri xüsusi məruzəçinin mandatını tam və daha da
effektiv yerinə yetirməsinə imkan yaratmaq üçün ölkələrinə səfərə
dəvət etməyə xüsusi diqqət göstərməyə çağırır.
12. Fikir, vicdan və əqidə azadlığı hüququnun təbliği və mü-
dafi ə edilməsinə insan hüquqları, habelə, əsas hüquqi mətnlərin
insan hüquqları sahəsindəki beynəlxalq sənədlərə uyğunluğu üzrə
BMT-nin məşvərət xidmətləri proqramının işinə lazımi diqqət
verilməsini və Bəyannamənin müddəalarının nəzərə alınmasını
tövsiyə edir.
13. İnsan Hüquqları Komitəsi tərəfi ndən Mülki və Siyasi Hüquq-
lar haqqında Beynəlxalq Paktın fi kir, vicdan və din azadlığı ilə bağlı
18-ci maddəsinə ümumi rəyin qəbul edilməsini maraqla qeyd edir.
14. Bəyannamənin həyata keçirilməsinə yardım edən qeyri-
hökumət təşkilatlarının cəhdlərini alqışlayır.
15. Baş katibi qeyri-hökumət təşkilatlarının Bəyannamənin
həyata keçirilməsi və onun milli və yerli dillərdə yayılması üçün
daha hansı rol oynaya bilməsini öyrənmək üçün bu işə qoşulmağa
çağırır.
233
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
16. Bütün dövlətləri Bəyannamənin mətninin onların müva-
fi q milli dillərində yayılmasının nəzərdən keçirilməsinə, həmçinin,
milli və yerli dillərdə yayılmasına yardım etməyə təkidlə çağırır.
17. İnsan Hüquqları üzrə Komissiyanı Bəyannamənin həyata
keçirilməsi üçün tədbirlərini davam etdirməyə çağırır.
18. Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi
məsələsinin “İnsan hüquqları məsələləri” başlığı altında 49-cu ses-
siyada müzakirəyə çıxarılmasını nəzərə almağı qərara alır.
234
Gündüz İsmayılov
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Azərbaycan Milli Ensikopediyası. B.: Azərbaycan Milli
Ensiklopediyası Elmi Mərkəzi, 2007.
2. Azərbaycan: İslam mədəniyyətinin incisi. İstanbul. Meqa
basım, 2013.
3. Azərbaycan Respublikasında dövlət-din münasibətlərini
tənzimləyən rəsmi sənədlər. Bakı 2011.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: iki
cilddə. B.: Lider, 2004-2005.
5. Azərbaycan tarixi. I-VII cildlər. B.: Elm, 1998-2003.
6. Bibiheybət ziyarətgahı /Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin nəşri.- B.: Əbilov, Zeynalov və oğulları, 2008.
7. Bünyadov Z . Dinlər, təriqətlər, məzhəblər.- B.: Şərq-Qərb,
2007.
8. Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər,
bəyanatlar, məktublar, müsahibələr. I-XXX cildlər.- B.: Azərnəşr,
1997-2010.
9. Əliyev H. Müdrik fi kirlər. I kitab: Dövlətçilik, müstəqillik
və demokratiya haqqında: iyun, 1993 - oktyabr, 1998 /Ön sözün
müəllifi : M.Əliyeva/ Heydər Əliyev Fondu.- B.: Çaşıoğlu, 2008.
10. Əliyev H. Müdrik fi kirlər. II kitab: Dövlətçilik, müstəqillik
və demokratiya haqqında: oktyabr, 1998 - oktyabr, 2003 /Heydər
Əliyev Fondu.- B.: Çaşıoğlu, 2009.
11. Əliyev İ. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər,
bəyanatlar, məktublar, məruzələr, müraciətlər, fərmanlar /Buraxı-
lışına məsul: R.Mehdiyev/ I-VI kitablar: avqust, 2003 - oktyabr,
2004. - B .: Azərnəşr, 2008-2011.
235
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
12. Əlizadə A. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar).- B.:
Əbilov, Zeynalov və oğulları, 2007.
13. Əl-Fəlah A.A. Şeyxülislam: ənənə və müasirliyin
vəhdəti.-B.: Qismət,2009.
14. Əl-Fəlah A.A. Heydər Əliyev və milli-mənəvi dəyərlər.-B.:
Qismət, 2007.
15. Əhədov A. Azərbaycanda din və dini təsisatlar.- B.:
Azərnəşr, 1991.
16. Həsən M. Dialoq mədəniyyəti və metodologiyası.- B., 2011.
17. Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin qurucu-
su.- B.: Azərbaycan, 2003.
18. Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər
və perspektivlər. Beynəlxalq konfransın materialları /Dini Qurum-
larla İş üzrə Dövlət Komitəsinin nəşri.- B.: Əbilov, Zeynalov və
oğulları, 2007.
19. Heydər Əliyev siyasəti: tolerantlıq, çıxışlar, nitqlər,
görüşlər, təbriklər, Bakı 2015.
20. Həsənov Ə. Geosiyasət/Elmi red. S.Qəndilov.- B.:Aypara-3,
2010.
21. Hüseynli R. Azərbaycan ruhaniliyi.- B.: Kür, 2001.
22. Hüseynov S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti:
tarix və müasirlik. Bakı-Təknın 2012
23. İnkişafın Azərbaycan modeli/Ön söz və ideya: R.Mehdiyev/
Yeni Azərbaycan Partiyasının nəşri.- B.: Oskar, 2010.
24. İsgəndərov A. Təzəpir məscidi.- B.:Qismət, 2009.
25. İslam əxlaqı/Ön söz və ümumi redaktor: H.Orucov/.- B.:
İpəkyolu, 2010.
26.
Qurani-Kərim/Azərbaycan dilinə tərcümə edən:
Z.Bünyadov, V.Məmmədəliyev ; məsl. red. A.Paşazadə/.- B :
Qismət, 2006.
27. Quluzadə M. Azərbaycanda dövlət və din münasibətləri
(İslam dininin timsalında 1920-2000-ci illər). - B: “Açıq dünya”,
2002.
236
Gündüz İsmayılov
28. Mustafayev Q. XX əsrin əvvəllərində Azərbaycanda İslam
ideologiyası və onun tənqidi.- B.: Maarif, 1973.
29. Məmmədov M. və b. Cəmiyyət, din və ateizm.- B.:
Azərnəşr, 1985.
30. Məmmədov A. Vəhhabilik: tarixi ideya sələfl əri və əsas
prinsipləri.- B.: Nurlar, 2008.
31. Məmmədəliyev V. Quran və elm.- B.: Qismət, 2005.
32. Mehdiyev R. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu
ilə.- B.: XXI-Yeni Nəşrlər Evi, 2006.
33.
Mehdiyev R. Azərbaycan: tarixi irs və müstəqillik
fəlsəfəsi.- B.: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
34. Mehdiyev R. XXІ əsrdə milli dövlətçilik.-B.:“XXI”-Yeni
Nəşrlər Evi,2003.
35. Mehdiyev
R.
Azərbaycanın inkişaf dialektikası.-
B.:Azərbaycan inkişaf dialektikası, 2000.
36. Mürsəlov R. Müasir islamdaxili proseslər.- B.: Bakı Çap
Evi, 2010.
37. Müharibə və tarixi-mədəniyyət abidələrimiz/Heydər
Əliyev Fondu.-B.,2006.
38. Nemət M. Azərbaycanda pirlər.- B.: Azərnəşr, 1992.
39. Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət /
Elmi redaktoru: Ə.Abdullayev/.-B.: Şərq-Qərb.-2001.- Azərbaycan
və rus dillərində.
40. Orucov H. Ulu Öndərin milli-mənəvi dəyərlər sistemində
dünyəvilik və diniliyin vəhdəti/ «Heydər Əliyev və inkişafın
Azərbaycan modeli» kitabında.- B.: Azərnəşr, 2010.- s.192-203.
41. Prezident İlham Əliyev və mədəniyyət: 2003-2008: İki
cilddə. Qəbullar, nitqlər, çıxışlar, görüş və mərasimlər, səfərlər,
müşahidələr/Layihə rəh. və baş məsl. Ə.Qarayev; tərt.ed.
L.Məmmədova, M.Əhmədov/ I cild.- B.: “İDEAL-PRİNT”, 2008.
42. Paşazadə A. İslamda ümmət və şüubilik/İrşad İslam Araş-
dırmaları Mərkəzi.- B.: Bilik.- 1992.
237
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
43. Paşazadə A. Qafqazda İslam.- B.: Azərnəşr, 1991.
44. Paşazadə A. Qafqazda İslam: tarix və müasirlik.- B.:
Azərnəşr, 1991.
45. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə.- B.: Sabah,
2003.
46. Rüstəmova A. və b. Azərbaycan ədəbiyyatı: müxtəsər
oçerk. (Xaricdə yaşayan azərbaycanlılar üçün).-B.: Elm, 2003.
47. Rəhimov N. Azərbaycanın din xadimləri. Nurlar. Bakı
2014.
Rus dilində
1. Алиев К. Античная кавказская Албания.- Б.: Азернешр,
1992.
2. Алиев И. Несколько замечаний на авесталогическую
тему.- Б., 2003.
3. Алиев И. История Мидии.- Б.: Элм, 1964.
4. Алиаде М., Кулиано И. Словарь религий, обрядов, ве-
рований.- СПб.: Университетская книга, 1997.
5. Алексий II: “Ваша страна может служить примером
для других государств”: / Ответственный к выпуску: Г. Оруд-
жев.- Б.: Шарг-Гарб, 2001.
6. Азербайджан и азербайджанцы в мире: культурологи-
ческий журнал №1 религии Азербайджана. Центр социокуль-
турных исследований “AN”.- Азербайджан, 2007.
7. Беккер М.В. Евреи Азербайджана: история и
современность.-Б.: Озан, 2000.
8. Всеобщая история религий мира. Иллюстрированная
энциклопедия.- М.: ЭКСМО, 2008.
9. Вступая в третье тысячелетие: религиозная свобода в
плюралистическом обществе. Международная Ассоциация
религиозной свободы.- М., 2000.
238
Gündüz İsmayılov
10. Иеромонах А. (Никоноров). История христианства кав-
казской Албании. - Б.: Нурлан, 2005.
11. Иллюстрированная энциклопедия. Всеобщая история
религий мира.- М.: ЭКСМО, 2008.
12. Горелов А. История мировых религий: учебное посо-
бие.- М.: Флинта, МПСИ, 2006.
13. Гумбатова Т. Баку и немцы.- Б.:Чашыоглу , 2008.
14. Горские евреи: история, этнография, культура /Под об-
щей редакцией Бегун И.- Иерусалим-Москва.: ДААТ/Знание,
1999.
15. Католическая энциклопедия. Том 1 .- М.: Францискан-
цев, 2002.
16. Кулаков А.Е. Религии мира. 10-11 классы.- М.: АСТ,
1998.
17. Мень А. История религии. Том 1-2.- М.: Инфра-М,
2005.
18. Микдаш-Шамаилова Л.А. История и культура горских
евреев Кавказа. Институт Стратегических Исследований Кав-
каза.- Иерусалим-Куба, 2009.
19. Наглядно о религиях / Пер. с англ.- Минск.: ООО “По-
пурри”, 2000.
20. Народы и религии мира. Энциклопедия / Гл. редактор
В.А.Тишков.-М.: Большая Российская энциклопедия, 1998.
21. Новые религиозные объединения России деструктив-
ного и оккультного характера. (Миссионерский отдел Москов-
ского Патриархата Русской Православной Церкви).- Белгород,
2002.
22. Православная энциклопедия. Том 1.- М.: Церквно-на-
учный центр “Православная энциклопедия”, 2002.
23. Религиоведение / Под редакцией М.М.Шахнович.-
СПб.: Питер, 2006.
24. Религии мира: учебное пособие / Под редакцией
М.М.Шахнович.- Спб.: СПбГУ, 2006.
239
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
25. Рол Д. Генезис цивилизации: откуда мы произошли.-
М.: Эксмо, 2003.
26. Токарев С.А. Религия в истории народов мира.- М.: Ре-
спублика, 2005.
27. Фишер М.П. Живые религии.- М.: Республика, 1997.
Gündüz İsmayılov
TOLERANTLIQ:
BİLDİKLƏRİMİZ
VƏ BİLMƏDİKLƏRİMİZ
“DeFakto D” şirkətinin
sifarişi ilə çap olunub.
Йыьылмаьа верилмишдир: 05.12.2014
Чапа имзаланмышдыр: 18.12.2014
Няшрин юлчцсц: 60х90 1/16
Физики чап вяряги: 15,0
Сифариш: 174/14. Сайы: 2000 ядяд.
Бакы, Az1122, Зярдаби пр. 78 / Тел: 4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ
Суьра ОСМАНОВА
Елнур ЯЩМЯДОВ
Фяхри ВЯLИЙЕВ
Сядагят КЯРИМОВА
Айсел Абдуллайева
Няшриййат редактору:
Техники редактор:
Бядии редактор:
Сящифяляйиъи:
Корректор:
Dostları ilə paylaş: |