Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə7/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   10   ...   64

25
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Məsələn, onların arasında “Mülki və siyasi hüquqlar haqqın-
da beynəlxalq Pakt”ı, “İqtisadi, sosial və  mədəni hüquqlar haq-
qında beynəlxalq Pakt”ı və digərlərini qeyd etmək olar. Ancaq bu 
sənədlər birbaşa tolerantlıqla bağlı deyil. Bu baxımdan tolerantlıq 
sahəsində ilk beynəlxalq hüquqi sənəd “Din və etiqada əsaslanan 
dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qal-
dırılması haqqında Bəyannamə” hesab edilir. Sənəd BMT Baş As-
sambleyası tərəfi ndən 25 noyabr 1981-ci ildə qəbul olunub. 
Əslində, Ümumdünya İnsan Hüquqları  Bəyannaməsindən və 
insan haqlarına dair adıçəkilən beynəlxalq paktlardan sonra belə 
bir sənədin qəbul edilməsi təsadüfi  deyildi. Çünki daha öncəki 
beynəlxalq sənədlər din və etiqada əsaslanan dözümsüzlüyün aradan 
qaldırılması üçün kifayət etmirdi. Bunu “Din və etiqada əsaslanan 
dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldı-
rılması haqqında Bəyannamə”nin preambula hissəsi də təsdiqləyir. 
Həmin hissədən aydın olur ki, bəyannamənin elan edilməsi bir neçə 
zərurətdən doğub. Onların arasında ikisini xüsusi vurğulamağa eh-
tiyac var. Birincisi belədir ki, Baş Assambleya “dini etiqad azad-
lığı ilə bağlı  məsələlərdə anlayış, dözümlülük və hörməti təşviq 
etməyin və din və etiqadın Birləşmiş Millətlər Nizamnaməsinin, 
Birləşmiş Millətlər Təşkilatının digər müvafi q hüquqi sənədlərinin 
və hazırki bəyannamənin məqsəd və prinsiplərilə ziddiyyət təşkil 
edən məqsədlər üçün istifadə edilməsinə yol verilməməsini təmin 
etməyin zəruriliyini nəzərə alır”. 
İkinci məqam isə dünyanın mövcud vəziyyəti ilə bağlıdır. 
Sənəddə bildirilir ki, BMT “Din və etiqad məsələlərində dün-
yanın bəzi yerlərində  hələ  də müşahidə olunan dözümsüzlüyün 
nümayişindən və ayrı-seçkiliyin mövcudluğundan narahat ola-
raq” bəyannaməni elan edir. Hər iki bənddən göründüyü kimi, 
beynəlxalq ekspertlər dini dözümlülük anlayışına yalnız hüquq 
prizmasından yanaşmağı doğru saymayıblar və dini ayrı-seçkilik 
hallarını aradan qaldırmaq üçün Ümumdünya İnsan Hüquqları 
Bəyannaməsi ilə kifayətlənməyiblər.


26
Gündüz İsmayılov
Cəmi 8 maddədən ibarət olan bu Bəyannamədə  fərdin dini 
etiqadını  sərbəst həyata keçirməsinə xidmət edən bütün zəruri 
məqamlar öz əksini tapıb. Belə ki, sənəddə hər kəsin vicdan, din 
azadlığına malik olması, eləcə də dövlət, müəssisə, insan qrupu və 
ya şəxs tərəfi ndən ayrı-seçkiliyə məruz qalmaması, ayrı-seçkiliyin 
insan ləyaqətinə qarşı təhqir olması və BMT-nin Nizamnaməsinin 
prinsipləri ilə ziddiyyət təşkil etməsi, dövlətlərin ayrı-seçkiliyin 
qarşısını almaları üçün tədbirlər görmələri, valideynlərin övladla-
rını öz inanclarına uyğun tərbiyə etmələri, fi kir, vicdan, din və ya 
əqidə azadlığı hüququnun nəyi ehtiva etməsi və bəyannamədə elan 
olunmuş hüquq və azadlıqların milli qanunvericilikdə necə təsbit 
olunması dəqiqliklə göstərilib. 
BMT səviyyəsində  qəbul edilmiş  sənədlərdən biri də “Milli 
və yaxud etnik, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları 
haqqında Bəyannamə”dir. Sənəd BMT-nin Baş Assambleyasında 
18 dekabr 1992-ci ildə qəbul edilmişdir. Ümumilikdə 9 maddədən 
ibarət olan bəyannamədə, əsasən milli, din və dil azlıqlarının hü-
quq və azadlıqlarından, eləcə də dövlətlərin onların hüquqlarının 
təmin edilməsi istiqamətində həyata keçirməli olduğu tədbirlərdən 
bəhs olunur. Bu baxımdan qeyd olunan sənədi azlıqlarla bağ-
lı dövlətlərin üzərinə qoyulmuş öhdəliklər kimi də  qəbul etmək 
mümkündür. 
Tolerantlıqla bağlı BMT səviyyəsində  qəbul edilmiş  əsas 
sənədlərdən biri “Dini dözümsüzlüyün bütün formalarının ləğv 
edilməsi haqqında Qətnamə”dir. Sənəd BMT Baş Məclisinin 85-ci 
plenar iclasında qəbul edilib. Qətnamədə vicdan azadlığı ilə bağ-
lı vəziyyət və qarşıda duran məsələlər açıq şəkildə qeyd olunub. 
Onu əvvəlki sənədlərdən fərqləndirən cəhətlərdən biri odur ki, bu 
qətnamədə ilk dəfə tolerantlıq kəlməsi işlədilib. 
Eyni zamanda, qətnamənin 4-cü  bəndində qeyd olunur ki
BMT “İnsan hüquqları pozuntularının qarşısının alınmasında, ha-
belə, din və ya əqidə azadlığı hüququnun təmin edilməsində yalnız 
qanunvericiliyin kifayət etmədiyini təsdiq edir”. Sənəddə “qeyri-


27
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
hökumət təşkilatlarının, dini qurumların və qrupların tolerantlı-
ğın təbliğinin, habelə, din və ya əqidə azadlığının müdafi əsinin 
bütün mərhələlərində vacib rola malik olduqları” xüsusi vurğula-
nır. Həmçinin, qeyd olunur ki, “din və əqidə tolerantlığının təmin 
edilməsi üçün təhsilin vacibliyi dərk edilir”, bununla yanaşı,“fi kir, 
vicdan, din və əqidə azadlığının təbliğ və müdafi ə edilməsi, dininə 
və ya əqidəsinə görə nifrət, dözümsüzlük və ayrı-seçkiliyin bütün 
formalarının ləğv edilməsi üçün daha çox səylərə ehtiyac olduğuna 
inanaraq”, belə bir qətnamə qəbul edilir. 
İndiyədək BMT ilə yanaşı, digər təşkilatlar tərəfi ndən də to-
lerantlıqla bağlı mühüm sənədlər qəbul olunub. Bunlar əsasən re-
gional hüquqi sənədlərdir. Onların arasında İnsan hüquqlarının və 
əsas azadlıqlarının müdafi əsi haqqında Avropa Konvensiyasını, 
həmin Konvensiyanın 1 saylı Protokolunu, Avropa Təhlükəsizlik 
və  Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Yekun Aktını, ATƏM-in 
Madrid görüşünün yekun Sənədini, ATƏM-in İştirakçı Dövlətlərin 
Nümayəndələrinin Vyana görüşünün yekun Sənədini, ATƏM-in 
İnsan Ölçüsünə dair Konfransının İştirakçı Dövlətlərinin Kopen-
hagen görüşünün Sənədini, Budapeşt Sammiti Bəyannaməsini, İs-
lamda  İnsan Hüquqlarına dair Qahirə  Bəyannaməsini göstərmək 
olar. Lakin bu sənədlər birbaşa deyil, dolayısı ilə tolerantlığa 
aiddir.  Şübhəsiz ki, birbaşa tolerantlığa aid ən mükəmməl sənəd 
UNESCO Baş Məclisinin 16 noyabr 1995-ci ildə qəbul etdiyi “Dö-
zümlülük prinsipləri haqqında Bəyannamə”dir.
UNESCO-nun təşəbbüsü ilə BMT-nin Baş Məclisi 1995-ci ili 
BMT-nin Tolerantlıq ili elan etmiş və UNESCO-nu bu ilin aparı-
cı  təşkilatı  təyin etmişdir. UNESCO-nun Baş Konfransı manda-
tına uyğun olaraq və dünya ictimaiyyətinin diqqətini tolerantlıq 
kimi vacib məsələyə cəlb etmək məqsədilə 1995-ci ilin noyabrın 
16-da, UNESCO-nun Konstitusiyasının imzalanmasının 50-ci 
ildö nümündə “Dözümlülük prinsipləri haqqında Bəyannamə”ni 
təntənəli şəkildə qəbul etmişdir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə