Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə8/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

28
Gündüz İsmayılov
Preambula və 6 maddədən ibarət olan Bəyannamədə diqqəti 
çəkən əsas məqamlardan biri dözümlülük anlayışının izahının ve-
ril məsi, digəri isə dözümlülüyə  həsr olunmuş beynəlxalq günün 
mü əyyən olunmasıdır. 
Sənədin “Dözümlülük anlayışı” adlanan 1-ci maddəsində qeyd 
edilir ki, “Dözümlülük dünyamızın zəngin, rəngarəng mədəniy yət-
lərinin, insan fəaliyyətinin özünü ifadə etmə və büruzə vermə for-
malarının qəbulu, düzgün dərk və onlara hörmət deməkdir. Ona 
bilik, aşkarlıq, ünsiyyət və fi kir, vicdan və məslək azadlığı xidmət 
edir. Dözümlülük rəngarəng xüsusiyyətlərin birliyidir. Bu təkcə 
mənəvi borc deyil, həm də siyasi, hüquqi tələbatdır. Dözümlülük 
sülhə nail olmağı mümkün edir və müharibə mədəniyyətindən sülh 
mədəniyyətinə aparır”. 
Tolerantlığa həsr olunmuş beynəlxalq günün elan edilməsi isə 
Bəyannamənin 6-cı maddəsi ilə müəyyən olunub. Həmin maddədə 
bildirilir ki, “İctimaiyyəti səfərbər etmək və dözümlülüyün yayıl-
ması və dözümlülük ruhunda tərbiyyəyə hər cür kömək göstərmək 
məqsədilə  hər il noyabrın 16-nı dözümlülüyə  həsr olunmuş 
Beynəlxalq gün kimi təntənəli qeyd edəcəyimizi elan edirik”. 


29
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Əslində, “Dözümlülük prinsipləri haqqında Bəyannamə”nin 
qə bul  edilməsini dünyada tolerantlıqla bağlı yeni mərhələnin baş-
lanğıcı kimi də xarakterizə etmək mümkündür. Çünki bu sənədin 
qəbulundan, xüsusilə 16 noyabrın Beynəlxalq Tolerantlıq Günü 
elan edilməsindən sonra beynəlxalq aləmdə bu sahəyə münasibət 
xeyli dəyişib. Son 20 ildə tolerantlığa həm praktiki, həm də elmi 
yanaşma baxımından kifayət qədər işlər görülüb. İndiyədək bu 
sahədə onlarla elmi, nəzəri, praktiki konfrans, yüzlərlə monoqrafi -
ya, tədqiqat əsəri və məqalə yazılıb. Amma, təbii ki, bütün bunlar 
kifayət deyil. Çünki qəbul edilmiş tolerantlıq prinsiplərinin real 
həyatda realizəsi üçün daha çox iş görülməlidir.
Onu da qeyd edək ki, ABŞ-da baş vermiş 2001-ci il 11 sentyabr 
hadisələrindən sonra dinlər, sivilizasiyalararası dialoq və tolerant-
lıq zərurəti daha da aktuallaşıb və bu istiqamətdə aparılan elmi-
nəzəri tədqiqatların və əməli tədbirlərin dəyəri mühüm əhəmiyyət 
kəsb etməyə başlayıb. Təsadüfi  deyil ki, 2001-ci il BMT-nin Baş 
Assambleyası  tərəfi ndən “Sivilizasiyalarası dialoq ili” elan edil-
mişdi. Həmçinin, həmin il noyabrın 9-da BMT Baş Assambleya-
sında “Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik” adlanan 
qətnamə qəbul olunub. Bunlar onu deməyə əsas verir ki, qlobal-
laşma dövründə tolerantlığın, sivilizasiyaların dialoqun həyata 
keçirilməsi daha böyük əhəmiyyət daşıyır.   


30
Gündüz İsmayılov
QLOBALLAŞMA: TOLERANTLIQ 
VƏ DİNLƏRARASI DİALOQ
XX  əsrdə  ən çox işlədilən terminlərdən biri “elmi-texniki 
tərəqqi” idi. İnsanlar  fi kirləşirdilər ki, dünyamız inkişaf etdikcə, 
bəşəriyyətin elmi, mədəni səviyyəsi yüksəldikcə, sosial rifah halı 
yaxşılaşdıqca müharibələr azalacaq, savaşmağa və silahlı mü ba-
rizəyə ehtiyac qalmayacaq. Bir sözlə, çoxları  bəşəriyyətin gələ-
cəyini və dünyada sülhün bərqərar olmasını elmi-texniki tərəqqidə 
görürdü. Amma çox keçmədi hər kəs yanıldığını anladı. Başa 
düşdü ki, elm, texnika inkişaf etdikcə bəşəriyyətin problemləri və 
müharibələrin sayı azalmır, əksinə, münaqişələr daha da dərinləşir 
və amansızlaşır.
Beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası yaranan-
da da təxminən eyni vəziyyət idi. Çoxları düşünürdü ki, dünyada 
haqq,  ədalət qorunacaq, mütərəqqi dünya insanların zülm, mə-
şəq qət yaşamasına, hərbi təcavüzün qurbanına çevrilməsinə im-
kan verməyəcək. Dövlətləri despotlar, zülmkarlar yox, ədalətli 
və  mərhəmətli insanlar idarə edəcək. Ancaq bu olmadı,  əksinə, 
dün yada  zülmkarın sayı artdı. Nə BMT, nə ATƏT, nə də digərləri 
mü naqişələrin qarşısını ala bilmədi. Hətta, bir çox hallarda mü-
haribələrə, milyonlarla insanın qaçqın düşməsinə, yüz minlərlə gü-
nahsızın məhv edilməsinə seyirçi gözlə baxdılar. 
Bu gün dünyada hərbi təcavüzün və silahlı münaqişələrin qur-
banı olan milyonlarla insan, on milyonlarla qaçqın və məcburi köç-
kün var. Üstəlik, onların sayı azalmır, zaman keçdikcə daha da artır. 
Hər gün dünyanın müxtəlif nöqtələrindəki silahlı münaqişələrdə 
minlərlə insan həyatını itirir. Milyonlarla insan - uşaq, qadın, qoca 
aclıqdan, susuzluqda əziyyət çəkir. Amma hər il müharibələrə, in-
sanları məhv etmək üçün silahların hazırlanmasına və alınmasına 


31
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
milyardlarla vəsait xərclənir. Silah alveri hələ də ən gəlirli biznes 
hesab edilir. Qısacası, elmi-texniki tərəqqiyə olan ümidlər özünü 
doğrultmadı, bəşəriyyətin minilliklər boyu yaşadığı problemlərin 
forması dəyişsə də, mahiyyəti dəyişmədi, dairəsi böyüdü, qurban-
larının sayı çoxaldı. 
Hazırda isə dünyada ən çox işlədilən ifa də “qlobal laşma” dır. 
Təəssüf ki, “elmi-texniki tərəq qi”yə aldananlar bu dəfə də qlobal-
laşmaya aldandılar. Elə zənn etdilər ki, qlo bal laşma prosesi sü rət-
ləndikcə, dünya kiçik bir kəndə  bənzə dikcə, informasiya texno-
logiyalarının fantastik inkişafı reallaşdıqca, böyük korporasiya-
lar yarandıqca, iqtisadi güc həlledici amilə çevrildikcə mü haribə 
və münaqişələrə ehtiyac qalmayacaq. Çünki iqtisadi gücü təmin 
edən şərt artıq ərazi və təbii sərvətlər yox, insan kapitalı olacaq. 
Hətta, bəzi utopistlər bir az da qabağa gedib dövlətlər ara sında 
sərhəd anlayışının qalxacağını iddia etdilər. Onlar fi kirləşirdilər 
ki, Avropada formalaşmış iqtisadi birlik və  həmrəylik anlayışı 
nəticəsində sərhəd məfhumunun zəifl əməsi digər regionlara sirayət 
edəcək. İnsanlar, nəhayət ki, birlik və əməkdaşlığın müharibə və 
mübarizədən daha faydalı olduğunu anlayacaqlar. Lakin zaman 
yenə də xəyalpərəstləri yanıltdı. 
Bu gün qloballaşma prosesi sürətlə gedir, ancaq müharibələrin 
nə sayı, nə  də qurbanları azalır. Etnik, dini zəmində baş verən 
münaqişələr davam edir. İnsanlar rənginə, dininə  və etnik 
mənsubiyyətinə görə  hələ  də  təqib və  təzyiqlərə  məruz qalır. 
Dəhşətlisi odur ki, bu, bütün qitələrdə baş verir; sadəcə, bəzilərində 
az, bəzilərində çox. 
Bir vaxtlar qloballaşma ilə bağlı düşüncələrdən biri də o idi 
ki, bu proses sürətləndikcə, dini və milli ayrı-seçkilik aradan qal-
xacaq. İrqi, milli, dini, hətta, cinsi fərq qoyulmadan insanlar daha 
da yaxınlaşacaqlar. Qloballaşma nəticəsində baş verən sürətli miq-
rasiya, urbanizasiya və inteqrasiya prosesi nəinki monoetnik ölkə, 
hətta, monoetnik şəhər anlayışlarını aradan qaldıracaq.  İnsanlar 
etnik, dini dəyərlər deyil, qloballaşmanın məhsulu olan dəyərlər 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə