Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə9/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

32
Gündüz İsmayılov
ətrafında birləşəcəklər. Zaman keçdikcə digər dəyər və meyarlar 
isə yox olacaq. Bəziləri hətta, prosesin universal və ya vahid din 
anlayışının formalaşması ilə başa çatacağını düşünürdülər. 
Əlbəttə, qloballaşma ilə bağlı gözləntilərin əksəriyyəti özünü 
doğruldur. Dünya getdikcə kiçilir, informasiya texnologiyaları elə 
sürətlə inkişaf edir ki, onu ardıcıl  şəkildə  tətbiq və  təbliğ etmək 
mümkün olmur. Müasir informasiya texnologiyalarının köməyi 
ilə dünyanı bir saatın içində heyrətləndirmək, qarşıdurmalar, qanlı 
toqquşmalar meydanına çevirmək mümkündür. Həmçinin, inter-
netə insanların çıxış imkanları artdıqca bilik və informasiya əldə 
etmək imkanları da artır. İnsanların real həyatı virtual aləmlə əvəz 
olunur. Amma təəssüf ki, bəşəriyyətin bilik və imkanlarının artma-
sı sülhün yaranması üçün kifayət etmir. Bir sözlə, qloballaşma pro-
sesi özü ilə bərabər qlobal problemlər də gətirir. Üstəlik, bu proses 
sürətləndikcə etnik və dini zəmində münaqişələr alovlanır. Qlo-
ballaşma etnik və dini fərqliliyin ayrı-seçkiliyə çevrilməsinə, san-
ki, təkan verir. Xalqlar, xüsusilə etnik qruplar mədəni və mənəvi 
dəyərlərini itirir və ya onları qlobal dəyərlərlə əvəzləyir. Əsrlərin, 
minilliklərin sınağından çıxmış adət-ənənələr sürətlə  əriyir, qlo-
ballaşma mətbəxdən tutmuş dövlət idarəetməsinə  qədər bütün 
sahə lərə təsir göstərir. 
Təbii ki, belə bir vəziyyətdə qloballaşmaya qarşı çıxmaq qey-
ri-mümkündur. Bu axına qarşı üzməyə bənzəyir. Qloballaşma bir 
anın işində evinizi bürümüş yanğını xatırladır. Sizin nəinki bütöv 
evi xilas etməyinizə, hətta, düşünməyinizə belə vaxtınız yoxdur. 
Yaxşı halda ən qiymətli  əşyalarınızı xilas edə bilərsiniz. Xalqlar 
da belədir. Onların dayandırılması mümkün olmayan qloballaşma 
prosesindən bütün dəyərlərini deyil, sadəcə, ən qiymətlilərini qo-
rumaq ehtimalları var. Amma hər kəsin, hər bir dövlətin, ölkənin, 
xalqın qorumalı olduğu ümumi bir dəyər də var: tolerantlıq. 
Təəssüf ki, qloballaşma sürətləndikcə dünyada tolerantlıq 
prinsipləri güclənmək  əvəzinə  zəifl əyir. XXI əsrdə istər dinlər, 
istərsə  də  məzhəblərarası tolerantlığın səviyyəsi orta əsrlərlə 


33
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
müqayisə olunacaq vəziyyətə düşüb. Beş əsr öncə din və məzhəb 
zəmnində münaqişələr baş verir, minlərə insan həyatını itirirdi. İndi 
də dininə və məzhəbinə görə insanlar arasında ayrı-seçkilik edilir, 
qanlı münaqişə və toqquşmalar baş verir, minlərlə insan qurbana 
çevrilir. Bu gün Suriya, Yəmən,  Əfqanıstan,  İraq, Liviyada baş 
verənlər bunun bariz nümunələridir. İŞİD-in törətdiyi vəhşiliklər 
orta  əsrlərdəki vəhşiliklərdən geri qalmır.  Əksinə,  İŞİD-in fərqli 
inanclı insanlara qarşı münasibəti daha qəddar və amansızdır. İn-
sanları diri-diri yandırmaq, başını kəsmək, qadınları qul bazarın-
da satmaq, mədəni irsi məhv etmək tarixdə az-az rast gəlinmiş 
vəhşilik nümunələridir. 
Ola bilər, kimlərsə  fi kirləşsin ki, bu, yalnız  İslam dünyasına 
aid məsələ  və müsəlmanlara xas “xüsusiyyətdir”.  Əsla! Bu gün 
inancına görə təqib və təzyiqə, hətta, təhqirə məruz qalanlara bü-
tün qitələrdə rast gəlmək mümkündür. Myanmarda Arakan mü-
səl  manlarına qarşı cinayətlər, Çində uyğur müsəlmanların kütlə-
vi  şəkildə  təqiblərə  məruz qalması, Amerikada qaralara və mü-
səlmanlara qarşı ayrı-seçkilik, Avropada çox da uzaq olmayan 
tarixdə törədilmiş Xocalı və Srebrenitsa faciələri bütün dünyanın 
gözü qarşısında baş vermiş bəşəri cinayətlərdir. 
Təbii ki, bu cür cinayətlərin baş verməsinin yeganə səbəbi to-
lerantlığın zəif olması deyil. Əsas səbəblər arasında cinayətkarların 
cəzasız qalması, ikili standart və siyasət amili də var. Əgər Xo-
calı  qətliamına görə cinayətkarlar beynəlxalq məhkəmədə ca-
vab versəydilər və  işğalçı Ermənistana layiq olduğu münasibət 
göstərilsəydi, sonrakı faciələr baş verməzdi. Bu gün beynəlxalq 
aləmdə  cəzasızlıq mühitinin və ikili standartların hökm sürməsi 
gələcəkdə belə faciələrin olması ehtimalını hələ də saxlayır. Dün-
yada kütləvi qətliamlar və ayrı-seçkilik halları olduğu təqdirdə isə 
bəşəriyyətdə tolerantlığı bərqərar etmək qeyri-mümkündür. 
Qloballaşma dövründə tolerantlığın zəruriliyini  şərtlən di-
rən əsas amillər: son dövrlərin təhlili təsdiqləyir ki, dünyada mil-
li təəssübkeşlik zəifl əyir və millətçilik nisbətən arxa plana keçir.


34
Gündüz İsmayılov
Buna paralel olaraq
dini təəs  süb keşlik güc-
lənir və dini dəyərlər 
ön plana çıxır. Əgər on 
doq qu zun cu  əsrin so-
nu, iyirminci əsrin əv -
vəl  lərində milli zə min-
də dünya miq 
yasında 
böyük proses ge 
dir-
disə, iyirmi birinci əsr-
də onun əksi müşahidə 
olunur, həm cə miy yət də, həm də siyasi hə yat da  di nin  rolu  əhə miy-
yətli dərəcə də artır. 
Müşahidələr sübut edir ki, hazırda dini müstəvidə təşkilatlanma 
milli müstəvidə təşkilatlanma ilə müqayisədə daha böyük miqyas-
da və daha güclü formada aparılır. Bütövlükdə bu prosesi dinə 
qayıdış kimi də xarakterizə etmək olar. Ümumi qənaət belədir ki, 
qloballaşma, informasiya texnologiyalarının inkişafı Allahı və dini 
cəmiyyətin və insanların həyatından çıxarda bilmədi. Əksinə, di-
nin cəmiyyətdəki yerini son dövrlər daha da möhkəmləndirdi. 
Qloballaşma insanları bir-birlərinə yaxınlaşdırdıqca onlar ara-
sındakı dini fərqlilik dərinləşir. Başqa sözlə, qloballaşmanın bir 
araya gətirdiyi insanlar milli zəmindən daha çox, dini zəmində bö-
lünür və qruplaşırlar.  Əslində, qloballaşmanın dini ayrı-seçkiliyi 
gücləndirməsi kifayət qədər ciddi və riskli məsələdir. Belə ki, bu 
gün dünyada bir-iki ölkə (məsələn, Ermənistan) istisna olmaqla 
monoetnik və bir dinin mənsublarının mütləq üstünlük təşkil et-
diyi dövlət yoxdur. Bir ölkədə, hətta, bir şəhərdə onlarla xalqın və 
müxtəlif inancların mənsubları yaşayırlar. Bəzən bir küçədə, bir 
məhəllədə, bir binada fərqli dinlərin nümayəndələrinə rast gəlinir. 
Eyni məhəllədə müxtəlif inancların ibadət evləri – məscid, kilsə, si-
naqoq, buddist məbədi yerləşir. Bundan sonra insanlar istəsələr də 
belə, kaloniyalar şəklində yaşaya bilməzlər. Onlar eyni ölkənin və 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə