Tolerantlıq məsələsi, mövcud durum və Azərbaycan reallığı



Yüklə 309,26 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü309,26 Kb.
#58531


Tolerantlıq məsələsi, mövcud durum 

və Azərbaycan reallığı

Seyran Quliyev,

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin Qorunması, 

inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı

Çağdaş  dövrümüzdə  tolerantlıq  ideyası  xüsusi  aktuallıq  kəsb 

edir. Azərbaycanda isə həmin ideya sözün əsl mənasında praktikaya 

çevrilib.  Bizim üçün tolerantlıq artıq ümümbəşəri əhəmiyyətə malik 

bir  məsələdir.  Belə  halda  nəzəriyyəçilərimizin  vəzifəsi  tolerantlığın 

Azərbaycanda  necə  gerçəkləşməsinin  metod  və  metodologiyası­

nı  -   onun  ümumdünya  üçün  bir  paradiqmaya,  etalona  çevrilməsi 

prosesinin  həqiqətini  dünya  xalqlarına  izah  etməkdən  ibarətdir.  Bu 

məqalədə  də  məqsədimiz tolerantlığın  Azərbaycan  paradiqmasının 

mahiyyətini öz imkanlarımız daxilində açmaq və göstərməkdir.

Qoyulan  məsələnin  şərhinə  keçməzdən  öncə  "tolerantlıq"  an­

layışının  mahiyyətini  aydınlaşdırmaq  istərdim.  “Tolerantlıq"  sözü-, 

nün  etimoloji  mənası  (  lat.  "tolerancia”)  “dözüm”  ,  "səbir”  anlamı­

na  gəlir.  Məlumdur ki,  tolerantlıq  problemini  ilk tədqiq  edən  ingilis 

filosofu  Con  Lokk  (1632—1704)  olmuşdur.  0,  “Tolerantlıq  haqqında 

öyüdnamə” (“Epistola de tolerancia") əsərində tolerantlığı əsl, həqiqi 

kilsənin  mühüm  səciyyəsi  kimi  əsaslandırmağa  çalışırdı.  C.Lokk 

hesab  edirdi  ki,  əgər  dində  məhəbbət,  iltifat  və  mərhəmət  yox­

dursa,  o,  həqiqi  sayıla  bilməz;  yalnız  dini  müxtəlifliyə  dözümlülük, 

cəmiyyətə sülh bəxş edə  bilər 

(8,  s.  12).

  Qeyd  olunanlar tolerantlıq 

haqqında  müəyyən  təsəvvürün  formalaşmasına  imkan  verir.  Elmi 

ədəbiyyatlarda isə tolerantlığın mahiyyətinin aşağıdakı kimi açıqlan­

dığını görürük.

Tolerantlıq  dedikdə  -   müxtəliflik  və  fərqlərin  qəbul  edilməsi, 

onlara  hörmət  və  rəğbət  nəzərdə  tutulur.  Həm  də  başqaları­

nın  hüquqlarını  tanımaq,  fərqli  düşüncə  tərzinə  maliklik  anlamı 

əsasında  münaqişə  və  ziddiyyətlərin  həlli  yollarının  axtarılmasını 

təmin  edən  əxlaqi  imperativ,  maksimadır.  Çox  hallarda  özgəsinin

qüsurlarını  güzəştə  getmək,  nəyə  isə  dözümlü  şəkildə  barış  yo­

lunu  tutmaq,  başqa  fikrin  mövcudluğunu  obyektiv fakt  kimi  qəbul 

etmək və s. başa düşülür. Filosoflara görə, tolerant düşüncə tərzi -  

cəmiyyətin tarixi  inkişafının məhsulu,  müxtəlif mədəniyyət və  lokal 

insan  birliklərinin  birgəyaşayışının  nəticəsidir 

(2,  s.  166-167).

  Yeri 

gəlmişkən onu da q'eyd edək ki, “tolerantlıq” və “mədəni müxtəliflik”, 



yaxud  da  “multikulturalizm”  anlayışları  məzmunca  çox  yaxın  olsa 

da,  bir-biriylə  eyniləşdirilə  bilməz.  Bəllidir  ki,  dünyada  “multikul­

turalizm"  anlayışı  ilə  müqayisədə  tolerantlıq  xeyli  qədim  və  daha 

genişdir.  Bu  məsələ  ilə  əlaqədar  ümummilli  lider  Heydər  Əliyev 

bildirirdi:  "Tolerantlıq,  dözümlülük  çox  geniş  anlayışdır.  0  həm  in­

sani  münasibətlərin,  həm  insan  cəmiyyətində  gedən  proseslərin, 

həm  də  dövlətlərarası,  millətlərarası,  dinlərarası  münasibətlərin 

bir  çox  cəhətlərinə  aiddir...  Təkcə  dinlərin  bir-birinə  dözümlülüyü 

deyil,  həm  də  bir-birinin  adətlərinə,  mənəviyyatına  dözümlülük, 

mədəniyyətlərə  dözümlülük  deməkdir” 

(2,  s.  12).

  Bu  baxımdan 

tolerantlıq  ideyası,  fikrimizcə,  bəşər  tarixində  ortaya  atılan  ən  ali 

dəyərlərdən  biri  kimi  qiymətləndirilməlidir.  Dünya  tarixinə  baxdıq­

ca  bunun  nə  qədər  önəmli  olması  bir daha  görünməkdədir.  XI—XIII 

əsrlərdə "müqəddəs torpağa gedərək İsanın qəbrini kafirlərdən (yəni 

müsəlmanlardan -   S.Q) xilas etmək” uğrunda həyata keçirilən səlib 

yürüşləri,  Varfolomey  gecəsi  (XVI  əsr)  və  indinin  özündə  də  Yaxın 

Şərqdəki  məzhəblərarası  qanlı  münaqişələrin  öyrənilməsi  göstərir 

ki,  dar  din  və  məzhəb  düşüncəsi  necə  böyük  təhlükəyə  çevrilib 

yüzlərlə sivil, günahsız insanın qanının axıdılmasına səbəb ola bilər. 

Belə hadisələrin  qarşısını  almaq üçün  müəyyən dairələr tərəfindən 

çox böyük işlər görülür. Sevindirici  haldır ki,  artıq müsbət nəticələr 

var.  Əgər  Fransada  məşum  "Varfolomey  gecəsi”ndən  sonra  Roma 

papası  XIII  Qriqori  faciəni  alqışlayaraq  Vatikanda  fişəng  atılması­

nı  və  medal  təsisini  əmr  etmişdisə,  hadisədən  425  il  sonra  papa 

II  ioann  Pavel  rəsmi  şəkildə  Varfolomey  qətliamını  qınamışdı 

(9). 


Bir  məsələni  də  diqqətə  çatdıraq  ki,  tolerantlıq  deyərkən,  adətən, 

dinlərarası münasibətlər nəzərdə tutulur və məsələyə bu aspektdən 

yanaşılır.  Hər nə qədər dinlərarası  münasibətlər önəm  kəsb edirsə, 

dinlərdaxili  münasibətlər,  yəni  bir  din  daxilində  məzhəblərarası 

münasibətlərin  ələ  alınması  və  ziddiyyət  yaradan  məsələlərin 

müzakirəsi  nəticəsində  ortaq  məxrəcin  tapılması  da  çox  vacib­

dir.  Filosoflar,  sosioloqlar  zaman-zaman  din  probleminə  müxtəlif 

aspektlərdən yanaşaraq bu və ya digər formada öz münasibətlərini 

ifadə  etmişlər;  məsələn,  ingilis  filosofu  və  ictimai  xadimi  Bertran

84 

Mədəniyyət.AZ / 2 • 2017



Rassel  (1872-1970)  bildirirdi  ki,  “din  insanlar  ara­

sında  anlaşılmazlıqları  daha  da  kəskinləşdirə  bilən 

amildir".  Filosofun  fikri  ilə  razılaşmaq  olaq.  Bəllidir 

ki,  hər  din,  hətta  hər  məzhəb  özünü  haqlı  hesab 

etməkdədir.  Dünyada  isə  dinlərin  (məzhəblərin)  sayı 

çoxdur.  Bu  da  müxtəlif  yolların,  üst-üstə  düşməyən 

fikirlərin  çoxalması  deməkdir.  Məhz  həmin  amil 

müəyyən  münaqişələrin,  konfliktlərin  yaranması  və 

genişlənməsi səbəblərindən biri kimi götürülə bilər. XX 

əsrin  II  yarısından  etibarən  dinlərarası  münaqişələrin 

baş  verməməsi  üçün  bəzi  məlum  addımlar  atıldı.

1962—65-ci  illəri  əhatə  edən  II  Vatikan  Konqresi  və 

yekunda  qəbul edilmiş  «Kilsənin  qeyri-xristian  dinləri 

ilə qarşılıqlı münasibətləri haqqında» bəyannamə pro­

sesi  yeni  bir  mərhələyə  gətirib  çıxarmışdır.  Hazırda 

dialoq  çağırışları  həm  islam  ruhanilərindən,  həm  də 

müsəlman  ölkələrinin  hökumət  başçılarından  dəstək 

ala  bilir.  Təsadüfi  deyil ki,  Rum  patriarxı  I  Varfolomey 

2003-cü il aprelin  16-dan  18-dək Azərbaycanda rəsmi 

səfərdə  olarkən  dövlət zəruri  sayılan  bütün  addımları 

atmışdı.  Həmin  səfərin  əsas  məqsədi  müxtəlif  dinlərə  etiqad  edən 

insanların  narahatlığına  səbəb  olan  bir çox  mürəkkəb  məsələlərdə 

qarşılıqlı  anlaşma  və  razılığa  gəlmək,  sıx  münasibətlər yaratmaq, 

habelə  dinlərarası  dialoqu  daha  da  irəli  aparmaqdan  ibarət  idi.  I 

Varfolomey  səfəri  zamanı  demişdir:  “Mən  buradakı  tolerantlığın 

səviyyəsindən məmnunam. Azərbaycanda  hər kəs istədiyi  dinə eti­

qad edir,  istədiyi kimi  ibadət edə bilir" 

(10).


  Rum patriarxının ifadəsi 

Azərbaycanda tolerant mühitin etirafı baxımından xüsusi əhəmiyyət 

daşıyır.

2016-cı  ilin  oktyabrında  Roma  papası  Fransiskin'“Biz  hamı­

mız  qardaşıq”  şüarı  altında  baş  tutan  Bakı  səfərinə  ayrıca  nəzər 

salmaq  lazımdır.  Səfər  zamanı  papa  Bakı  Katolik  kilsəsində  ayin 

keçirdi,  Heydər  məscidində  dini  icmaların  rəhbərləri  ilə  görüş­

dü.  Azərbaycanda  tolerantlıqla  bağlı  heç  bir  problem  yaşanmasa 

da,  belə  görüşlərin  baş tutması  bizləri  sevindirir.  Bu  gün,  yuxarıda 

qeyd  etdiyim  kimi,  həm  dinlərdaxili,  həm  də  dinlərarası  dialoqlara 

böyük ehtiyac var. Xristianlıqda məzhəblərarası  ixtilaflar son  illərdə 

qabardılmadığı  kimi,  islam  dünyası  alimləri  də  məzhəblərarası 

münaqişələrə  son  vermək  üçün  yollar  axtarmaqdadırlar,  “islami 

birlik  ili",  "vəhdət  ili" çağırışları  son  illərdə  həm  siyasi  liderlər,  həm 

də  ruhanilər  tərəfindən  səsləndirilərək  məzhəblərarası  yaxınlığa 

əvəzsiz  töhfələr  verilməkdədir.  Ölkəmiz  islami  məzhəblər  arasın­

da  konfiliktlərin  yaşanmaması  ilə  də  müsəlman  aləminə  örnəkdir. 

Zaman-zaman Bakı məscidlərində sünni və şiə  məzhəblilərin birgə 

namaz qılmaları həqiqətən çox gözəl nümünədir. Cənab prezident il­

ham Əliyev tərəfindən 2017-ci ilin “islam həmrəyliyi ili” elan edilməsi 

isə  sözügedən  münasibətləri  bir  qədər  də  möhkəmləndirəcək  və 

irəli aparacaqdır.

Bəzən Qurani-Kərimin “Allah yanında (məqbul olan) din,  əlbəttə, 

islamdır” (3:19). “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) 

heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən 

olar!"  (3:85)  ayələrini  səthi  anlayanlar  digər  səmavi  dinlərə  qeyri-

tolerant münasibət bəsləyirlər.  Halbuki  bütün  ilahi  dinlərin  həqiqəti 

eyni,  ideyası  birdir.  Bəli,  həqiqət  təkdir,  amma  onun  bir  çox  fərqli 

şərhindən bəhs edilə bilər.  Böyük sufi mütəfəkkir ibn Ərəbiyə görə, 

fərqli dinlər Haqqın bir təcəllisidir. Vəhy edilmiş hər din Haqqa apa­

ran bir yoldur və həmin yollar müxtəlifdir. Bu fikir islamın müqəddəs 

kitabının “əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət 

edərdi” ayəsi ilə də səsləşməkdədir. İdeyanın bir olmasına digər sü- 

büt Quranın “Saf” surəsinin 6-cı ayəsində Həzrət isanın adından qeyd 

olunan  “Ey  israil  oğulları!  Həqiqətən,  mən  Allahın  sizə  göndərdiyi, 

məndən  əvvəl (nazil edilmiş) Tövratı  təsdiqləyən və  məndən  sonra 

gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!" fikridir. 

Təəssüf ki, Şərqdə yalnız islamı nicat yolu hesab edənlərin mövcud­

luğu  kimi,  Qərb  dünyasında  da xristianlığa  o cür yanaşanlar vardır; 

məsələn, Qərbdə eksklüzivist (bir dinə bağlananların qurtuluşa çata- 

cağını bəyan edən nəzəriyyə) ideya tərəfdarlarından isveçrəli protes­

tant ilahiyyatçı Karl Bart (1886-1968) həqiqi səadət yolunun xristian 

dininə məxsusluğunu iddia edir və insanın yalnız isa vasitəsilə Allaha 

qovuşa biləcəyini vurğulayır. Yaxud inklüzivistlər -  “qurtuluşun digər 

dinlər vasitəsilə  də  mümkünlüyünü  qəbul  etməklə  birlikdə,  qurtu­

luşa çatdıran  əsl yol xristianlıqdır"  iddialı  paradiqma tərəfdarları  da 

bildirirlər ki, yəhudi, müsəlman, buddist və b. xilas olanlar isanı qur­

tuluşlarının qaynağı sayıb-saymamalarından asılı olmayaraq ancaq 

isa  vasitəsilə  ona  çata  bilərlər.  Çünki  isa  yalnız  xristianların  deyil, 

bütün insanların günahlarını öz üzərinə götürmüşdür. Elə Qərb dün­

yasında  qeyd  olunan  bu  fikirlərə  tənqidi  münasibət  bəsləyənlər  də 

vardır.  Buraya XX əsrin  ingilis teoloqu və filosofu Con Hikki, müasir 

din fəlsəfəçilərindən V.C.Smit və  N.Smartı aid edə bilərik. Con  Hikk 

yuxarıdakı  fikirlərə  cavab  olaraq  özünün  “Din  fəlsəfəsi"  əsərində 

yazırdı:  “Məgər biz  mehriban Allahın  bütün  insanlara  nicat vermək 

istəyini  qəbul etmirikmi? Eyni  zamanda bunun yeganə yolunu xris- 

tianlıqdamı  görürük?  Həmin  məntiqlə  yalnız  insanların  bir  dəstəsi 

nicat tapacaq və onların çoxu ondan məhrum qalacaqlar” (11).  Gö­

ründüyü kimi, həm  islam,  həm  də xristian dünyasında dinmərkəzçi

Mədəniyyət.AZ / 2 • 2017  85



THE STATE COMMITTEE 

ON RELIGIOUS ASSOCIATIONS

i f '  

ISLAMIC CONFERENCE



^   YOUTH FORUM

FIRST


INTERNATIONAL 

BAKU 


Jh) 

FORUM 


y

STATE AND  RELIGION:

STRENGTHENING 

TOLERANCE IN - 

A CHANGING WORLD

1 9 - 2 1   December,  2012

baxışlar mövcuddur.  Bu,  bir daha tolerantlıq  ideyalarının  inkişafının 

zəruriliyini göstərməkdə və bizləri bu istiqamətdə daha fəal olmağa 

səsləməkdədir.

Sevindirici  haldır  ki,  XX  əsrin  II  yarısından  etibarən  bu 

istiqamətlərdə müəyyən addımların atılması öz müsbət nəticələrini 

göstərməkdədir.  1995-ci ildən etibarən hər ilin 16 noya'brı "Tolerant­

lıq günü" kimi qeyd olunur. Dinlərarası dialoqların keçirilməsi isə, öz 

növbəsində,  bu  məsələyə yeni  nəfəs gətirmişdir.  Ölkəmiz də  bu  işə 

öz töhfəsini  verir.  “Mədəniyyətlərarası  dialoq  Avropa  və  onun  qon­

şu regionlarında davamlı  inkişafın və sülhün əsasıdır" mövzusunda 

beynəlxalq  elmi-praktik  konfrans  (2-3  dekabr  2008),  "Dinlərarası 

dialoq:  qarşılıqlı  anlaşmadan  birgə  əməkdaşlığa  doğru”  mövzu­

sunda  keçirilən  beynəlxalq  Bakı  konfransı  (6  noyabr  2009),  dünya 

dini  liderlərinin Bakı sammiti (26 aprel 2010), “Dəyişən dünyada to­

lerantlığın gücləndirilməsi”  mövzusunda  I  Beynəlxalq  Bakı  Forumu 

(19-21  dekabr 2012) və  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi, 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, ATƏT Demokratik Təsisatlar 

və insan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə həyata keçirilən 

"Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" 

(10-11  oktyabr 2016 ) mövzusunda  ikigünlük seminar söylədiyimə 

əyani  misallardır.  Bundan  başqa,  qeyd  olunmalıdır ki,  ölkəmiz belə 

mötəbər  tədbirlərə  ev  sahibliyi  etməklə  yanaşı,  dövlətimiz  burada 

mövcud  olan  müxtəlif dini  icmalara da  hər cür dəstəyini  göstərir.  5 

iyul 2016-cı  ildə imzalanmış "Azərbaycanda dini qurumlara maliyyə 

yardımı göstərilməsi haqqında" sərəncam Azərbaycan Respublikası 

Prezidentinin müxtəlif dini icmalara göstərdiyi qayğının təzahürüdür. 

Həmçinin  xüsusi  vurğulanmalıdır  ki,  tolerantlıq,  multikulturalizm 

və  humanizm  ideyaları  bütün  əsrlərdə  Azərbaycanda  mövcud  ol­

muşdur.  Məsələyə  diqqət  yönəldən  cənab  ilham  Əliyev  bildirirdi:

“Əsrlərboyu  müxtəlif  dinlərin  və  mədəniyyətlərin  nümayəndələri 

Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlü­

lük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. "Mul­

tikulturalizm" sözü mövcud otmadığı bir zamanda belə həmin ideya­

lar daim yaşayıb. Onun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli 

və çoxkonfessiyalı ölkədir.  Burada  bütün dinlərin və etnik qrupların 

nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar".

Sadalanan  cəhətlərə  görə  Azərbaycan  həqiqətən  nümunə  ola 

biləcək  ölkələrdəndir.  Bunu  tarixi  mənbələr,  ədəbi-bədii  qaynaqlar 

və  mədəni  abidələr  də  təsdiq  edir.  Hazırda  ölkəmizdə  rəsmi 

dövlət  qeydiyyatından  keçmiş  onlarca  dini  icma  var.  Qafqazda 

ən  qədim  kilsə  sayılan  Kiş  məbədi  (I  əsr)  və  Cənubi  Qafqazın  ən 

qədim  islam  dini  ibadətgahı  olan  Şamaxı  məscidinin  (743-cü  il) 

mövcudluğu təsdiqləyir ki, bu ərazilərdə tarixən müxtəlif dinlər hələ 

ortaya  çıxdıqları  ilk  dövrlərdə  özlərinə  ardıcıllar  taparaq  fəaliyyət 

göstərmişdir. Sonrakı  illərdə də məscid,  kilsə və sinaqoqların tikilib 

istifadəyə  verilməsi  tolerantlıq  baxımından  ölkəmizdəki  durumun 

müsbət  əyani  göstəricilərindən  biridir.  Yeri  gəlmişkən,  bu  zəmində 

bir neçə tarixi faktı da vurğulamaq yerinə  düşərdi:  "Jen  Mironosits" 

pravoslav  kafedral  kilsəsi  1909-cu  ildə  memar  M.F.Verjibitskinin 

layihəsi  əsasında məşhur azərbaycanlı milyonçu və xeyriyyəçi  Hacı 

Zeynalabdin  Tağıyevin  maddi  yardımı  və  ianələri  hesabına  inşa 

edilmişdi.  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  kilsə  bağlanmış, 

qanlı  yanvar  hadisələri  zamanı  ziyan  çəkmişdi.  Müstəqilliyimizin 

təkrar  qazanılmasından  sonra  kilsə  2001 -ci  ildə  təmir  olunub 

insanların istifadəsinə verilmişdir. Bu zaman isə digərbirazərbaycanlı 

xeyriyyəçi  Aydın  Qurbanov  kilsənin  normal  fəaliyyətə  başlaya 

bilməsi üçün lazımi vəsaiti öz üzərinə götürmüşdür. Göründüyü kimi, 

sözügedən  kilsənin  həm  tikintisində,  həm  də  sonradan  bərpasında



86 

Mədəniyyət.AZ / 2 • 2017


azərbaycanlı  xeyriyyəçilər  təqdirəlayiq  addımlar  atmışlar.  Bundan 

başqa,  Quba  rayonunun  Qırmızı  qəsəbəsində  "Altı  günbəz” 

adlandırılan sinaqoq yəhudilərin  Quba xanı  Hüseynəli  xanın  icazəsi 

ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Ümummilli lider 

Heydər Əliyevin  göstərişi  ilə  dini  məbədə  ehtiyac  duyan  katoliklərə 

kilsə tikilməsi  üçün  ərazinin ayrılması  və  2010-cu  ildə Azərbaycan 

Respublikası  Prezidenti  cənab  ilham  Əliyevin təşəbbüsü və  qayğısı 

ilə  dağ  yəhudiləri  üçün  yeni  sinaqoqun  inşasına  başlanması  tarixi 

tolerantlıq  ənənələrinin  davamıdır.  Təbii  ki,  heç  bir  ənənə  birdən- 

birə, öz-özünə yaranmır və möhkəmlənmir. Hər bir ənənə müəyyən 

bir  dünyagörüşünün  məhsuludur.  Ulu  öndərin  dili  ilə  desək, 

yüksək tolerantlıq,  ilk  növbədə,  yüksək  mədəniyyətin  təzahürüdür. 

"Ölkəmizdə tarixən mövcud tolerant mühitin mövcudluğu nə ilə izah 

edilə  bilər?”  sualına  gəldikdə  isə  bildirmək  istərdik  ki,  fikrimizcə, 

bu  ən  birinci  insana  olan  yüksək  dəyərin  mövcudluğundan, 

babalarımızın  həyata,  dünyaya  baxışından  irəli  gəlmişdir.  Təsadüfi 

deyildir  ki,  insanı  ən  ali  mərtəbəyə  qaldıran  orta  əsrlərin  məşhur 

hürufizm  dini-təlimi  Azərbaycanda  meydana  gəlmiş  və  buradan 

qonşu  ölkələrə  yayılmışdır.  Ondan  əvvəl  isə  Azərbaycanda  sufizm 

özünü göstərmişdi və bir çox ardıcıllar toplaya bilmişdi. Sufizm  dini 

təliminin  aşıladığı  fikirlərlə tanış  olduqca  onun  necə  gözəl tolerant 

və  multikultural  ideyalar  aşıladığını  görürük;  məsələn,  böyük  sufi

mütəfəkkir Mövlana deyirdi: “Kafirsən, müsəlmansan, bütpərəstsən, 

hətta  din  düşmənisənsə,  bizim  ümid  qapımız  sənin  üzünə  açıqdır, 

gəl”.  Bəli,  sufilər başqa  dindən olanlara  hörmətlə yanaşır,  onları  öz 

sıralarına dini, irqi ayrı-seçkiliksiz qəbul edirdilər. Bildirirdilər ki, “nə 

qədər insan varsa, Haqqa da o qədər yol var”. Sufilər öz baxışlarında 

müqəddəs  kitab  Qurani-Kərimin  müəyyən  ayələrinə  (məsələn: 

"Maidə” surəsinin 48-ci ayəsində deyilən “sizlərdən hər biriniz üçün 

bir şəriət və bir yol təyin etdik” və s . ) əsaslanırdılar. İslam haqqında 

kamil bilgilərə sahib babalarımız öz həyatlarında onun qoyduğu qayda 

və  prinsiplərə  əsaslanmışlar.  İslamın  tolerantlığından  danışarkən 

deməliyik ki, hətta qeyri-ilahi din mənsublarına da radikal münasibət 

sərgiləməmişdir.  “Bəqərə"  surəsində  qeyd  olunan  ‘Ta  ikrahə fiddin"

-   “dində  məcburiyyət  yoxdur"  fikri  isə  bütün  bu  məsələlərə  işıq 

tutur, islamın mahiyyətindən irəli gələn tolerantlıq xalqımızın canına, 

qanına,  ruhuna  hopub  desəm, yəqin  ki,  səhv olmaz. Təsadüfi  deyil 

ki, “islam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. 

Biz sülhsevər millətik. Dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, 

barışıq yolu  göstərmişdir.  Biz həmişə bu yolla  getmişik" deyirdi  ulu 

öndərimiz Heydər Əliyev. Hazırda ölkəmizdə 28 qeyri-islam (xristian

-   17; yəhudi  -   8;  krişna  -   1;  bəhai  -   2) təmayüllü,  721  islam  dini 

icması  fəaliyyət  göstərir və  Azərbaycanın  dünyəvi  dövlət  olmasına 

baxmayaraq, onlar hamısı daim dövlətin qayğısını hiss edir. ❖

Ədəbiyyat:

1. "Azərbaycanda tolerantlıq ənənəsi" /Azərb. Resp. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; red. N.Məmmədov. -  Bakı:  Nurlar NPM, 2015. 

-1 6 0  s

2. Aslanova R. “Qloballaşma və mədəni müxtəliflik”. Bakı: "Elm", 2004. -  264 s.

3. Adil Abdulla al-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007,108 səh.

A. Bünyadzadə Könül, "islam fəlsəfəsi: tarix və müasirlik". Bakı, Çaşıoğlu, 2010,-154 səh.

5. Əlizadə Aydın. “Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar)". Bakı, "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı, 2007,172 səh.

6. Əhədova Sevda Ağamirzə qızı. "Musir dünyada mədəniyyətlərarası münasibətlər”. Bakı, Elm—2014,348 səh.

7. Heydər Əliyev siyasəti: T O L E R A N T L I Q  (çıxışlar, nitqlər, görüşlər, təbriklər). Bakı, "Elm və təhsil" -  2015.504 səh.

8. Hüseynov Sakit. "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik”. Bakı, “Təknur”, 2012,176 səh.

9. https://az.wikipedia.org/wiki/Varfolom ey_gecesi http://525.az/site/index.php?name=xeber&news_id=5625 (“Dini tolerantlıq, qarşılıqlı 

ehtiram gündəlik həyat tərzimizdir” (Müsahibə))

10.  http://www.mediaforum.az/az/2012/06/06/D%C/%B0N%C/%B0-PL%C3%9CRAL%C4%B0ZM-115936630c06.html  (Fəlsəfə  doktoru 

Mail Yaqubun Dini plüralizm adlı yazısı

11. http://scwra.gov.az/pages/32/

Резюме


Прежде чем перейти к комментарию поставлен задачи, автор дает 

научный  анализ  понятию толерантность,  и  отмечает, что является 

одним из самых высших значений в истории человечества. Он это 

обосновыет тем,  причиной  что возникновения  конфликтов,  время 

от  времени  массовых  убийств  является  именно  религиозная  не­

терпимость.  В  статье  также  говорится  о  традиционной  толерант­

ности  Азербайджана,  пытается  объяснить  факторы  влияющие  на 

формирование толерантного духа.

Ключевые  слова:  Толерантность,  понятие толерантности,  тради­

ция толерантности в Азербайджане.

Summary

Before  reporting  the  gist  of  priority  issue  the  author  analysis 



theoretical points of tolerance and  notes  it as one  of  invaluable 

worth of history of mankind. He explains religious intolerance as 

the  main cause  of occured violences and conflicts at times and 

unfolds  main factors  impacted to formulating  process  of toler­

ance spirit of Azerbaijan nation.

Key words: Tolerance, The concept of tolerance,  religious toler­



ance, The tradition of tolerance in Azerbaijan.

Mədəniyyət. AZ / 2 • 2017 

87

Yüklə 309,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə