Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010



Yüklə 0,53 Mb.
səhifə1/4
tarix26.09.2017
ölçüsü0,53 Mb.
#2149
  1   2   3   4



toplayan

HƏSƏN BƏY HADİ

TƏBRİZ 2010

aba altından dəğənək göstərmək. (görnüşünə uyqun olmayan davranış).

acıqmış qudurqandan bətərdir.

ağ sıçan, qara sıçan, qapıda durub başa sıçan.

ağa, qara işləyən, özü görər yamanın. ( iyiliğə qarşı kötülük işlərsə, zərərı kəndisinə olur).

ağca, kişiyə, düşünmək öğrətir. (pul, pulluya düşünmə yarağın, imkanın verir).

ağcası dursun, qara daşı da yox. (parası hardeydi, qara daşı belə yox).

ağın ağın gəlib çəngələ taxılmaq. (çözülməz işdə qalmax).

ağladan, gülməz. (mutlu olmaz).

ağza girən, boğazda qalan tikə.

ağzın açar qarqa kimi qarıldar, ağzın qapar (yumar) , ilan kimi fısıldar.

ağzına istiot qoyub danışır (qızqın, acı, iti sözlü).

ağzına yerləşmiyən dili var.

ağzından çıxanı, qulağı duymamaq.

axıntıya kürək çəkmək.

axmasada damlasın. (az olsada olsun belə).

axşam axıra, yarın naxıra. (axşam axıra, yarın çayıra). (yemək içməkdən başqa işi olmayan kimsə).

al almaya, daş atan çox olar. (dəğər çoxların ilgisin çəkər).

al deyəndə can alır. (aşırı davranır. ölçüsü yoxdur).

alır məni götürürlər, sevgi dolu illərə. acının qucağındaki düşlər.

alqış, iki əldən (çıxar).

allah eləməsin, inşallah ölmüsən.

allah ona qıymasın . (tanrı saxlasın).

allah pisindən gözləsin.

allahım aşdır daşdır!, omurğanğ ol olsun, toğuranğ ol (oğul) olsun, çav (yağı) qaytarğan ər bolsun. (doğum törənində deyilir).

allahın xoşu gəlməz arvaddan, odurki peşman qalıb öz yaraddığından.

almaq vermək bazarlıq, sözün çoxu azarlıq.

ana arvad düz gedmək. (nəkivarın söğmək).

ana ata önündən keçmək yazıq (günah).

ana ilə toprağa güvənən, uduzmayıb.

ana quzu, qınalı quzu.

ana o deyil ki, doğub, ana odur ki, böyüdüb.

anadan doğmaq, ölmək üçün. (yazıdan qaçı yox).

anam arvadım olsun, ölüm var, dönmə yox.

ananın bastığı cocuq, incinməz.

anası nasıl doğurmuş bunu. (çox qırışmal, qırıq kimsəyə deyilir).

anası ögey uşağın, ögey atası olur.

anası pişirib oğlu yeyib. (anası sözündən çıxmayan).

anasından doğduğuna peşman olmaq. (çox bezikmək).

anasız cocuq evdə xordur, atasız cocuq çöldə.

anılar sürüklərkən məni, ağızdan qaçırmışım dəni.

anlar anlamazdan qorxulur. (ağır yalnışlıqlar yapır).

anlatışa görə hükm verilir.

ar buğda əkməği, gənc ərkək qoyun əti.

ar edən kar edməz.

ar namıs tərtəmiz. (utanmaz).

arada yeyir, qırağda gəzir.

araday yerqə çaraday yığın qılba. ( həbbəyi qubba yapma!). (kiçik alanda böyük çorba tası qədər toplantı yapma!).

arağı tökdüm cama, oğlan iç qana qana, gedərəm sevdiyimə, qalasan yana yana.

araq suyu içəsən, qənov qırağında yatasan.

arxa saçınğ hörməz qalsın. {arxa saçın hörülməmiş qalsın. dul qalasan! (sənə örqü örmək buyruq (nəsib) olmasın!}.

arı kovanına çomaq soxmaq. ( bilə bilə icəşmək).

arıdan bal çəkmək, hər kinin (kimin) işi dəğil. (hər kim hər işin öhdəsindən gələ bilməz).

arığ qadın qonşuda yaxcıdı.

arıq ata, qamçıda ağır (gəlir).

arpa kükəsi, təndir aşı, dad ələ düşməz, dos dosdu sikər yad ələ düşməz.

arpa saman yağıtqıl, olsun atı yaruqluq. {arpa saman tökginən, atı tapsın güc quvat (quvət). (atlı qonağa deyilir. )}.

arvad ev qurdu, tanrı dağırdanmadı, tanrı ev qurdu, arvad dağıtdı.

arzusu quru çıxdı.

asdara bax asdara, tellərivi yan dara, gözəl xamcıq göyçək qız, hərəngələ yanlama. (xamcıq: xanımcıq),

asdaradan asdarı, toya çönmüş yasları, hay hırını bilməyən, düğün günü ağları.

asdarı üzündən baha.

asdarsız üz gəzmək. (görnüşə, zahirə aldanmaq).

asılsanda köklü ağaca asıl. (1. ölsəndə çalqı ilə öl,2) yapışırsansa ağacın soylusuna yapış).

asqırıb gör dünyanın genliyin.

aslan qoçağlığı, puşiyə yaraşmaz.

aslan olcuya (qənimətə) sevinməz, üstələməyi sevər.

aslana tay qorxaq, onatay yırtıcı.

astar var, üzündən dəğərsiz, üz var, astarından dəğərli.

astara bax astara, tellərivi yan dara, gözəl xamcıq (xanımcıq), göyçək qız, hərəngələ yanlama.

astaradan astarı, toya çönmüş yasları, hay hırını bilməyən, düğün günü ağları.

astığı atıq, kəstiyi kəstik. (işi gərəyi kimi bitirdik).

aş atlının, toy donlunundu.

aş başa daş. (çörək qazanma güclüyü).

aş dəliyə qalmaq. (iş usdaları aradan çəkilmək).

aş duz ilə, duz oranı ilə (həddi ilə).

aş gəyirdir, tox səkirtir.

aş pişdi, bayram bitdi.

aşamda gərəksiz bir şey yoxdu olabilməzdə, yaşamın özündədə gərək yoxdu. ölməkdən olmaqdan danışmaq ola bilər, amma gərək deyir, bəs bu gərək hardan doğdu.

aşda duzun bulunsun. (azda olsa, qatqın olsun).

aşda, baş. (qarınpa).

aşıda yaxır, daşıda.

aşığın sözü qurtulanda, yaram yaram çağırar.

aşiq olan neynər dünya malını. sevərəm o qaş gözün qara xalını. otuva yanıram əşqindən yanıram sən niyə bilmisən.

aşıq olar saz ilə söz ilə, el dirsələr dil ilə.

aşıq oldur ki tapa tanrısın, yox o ki tapduğunu tanrı sana.

aşın yeyib, aşlığa qoyub (sıçıb) ), duzun yeyib, duzlağı qırıb.

aşırı qeyrət, axırı zillət. (aşırı: artıq).

aşq öyrətəndi, qulağ asın, taxılın (qaqılın) ona.

aşqa aşqa, bir məndən başqa.

aşqilə görülsəydi hər iş, qalmazdı heç aralıq ağrısı. (ürək ağrısı).

at dırnağın yay basar.

at ilə arvad, iyidin bəxdi. (at ilə arvad, iyidin bəxdinə bax.

at ılxısı, köpək yığıncısı.

at qazığı (mıxtöğlə) gümüşdən, yol azığı yemişdən.

at mənim altımda axsamasın.

at orağı, gözlə qırağı.

at səğirtdii, ox atdı, qılıc çaldı.

at, ər altında, ər, qeyrət altında.

at, yolda bəllənir, tat, yeməkdə.

ata ana qayqusudur ev eşik.

ata ana, oğul qız üçün, oğul qız, özü üçün.

ata ananın canı inciyər, öğrətmənin ürəyi.

ata anasın yavı qılmış cocuqlar.

ata bəzək yəhərdir, kişiyə geyim.

ata duyğusu dağlardan ucadır, ana duyqusu, ummandan dərin.

ata qora yeyər, oğlun dişi qamaşır. (oğul atanın etdikləri etgisində qalır).

atadan anadan qaptı qısu yox, qolayına böyümüş qorxusu yox. (qaptı qısu: çəkinib sıxılma).

atalar sözü söz yaraşığı.

atalara dayatan, gec yorulur.

atamız öldü qaldı yüz qoyun, üləşməkdə onarmadıq oyunu.

atası acı alma yesə, oğlanın dişi qamar.

atdan enib səcdəyə qoy başın.

atılan ox daşa dəyər, elçi sözün xana değər.

atın qarnı, itin burnu vardı.

atlı ilə yayaq (piyada), savaşa qıldılar yaraq (ayaq).


atlı yayak savaşa yaralandılar.

attılar ha attılar, tikmə qara böklülər,xan evinə gedərsiz,pənir çörək yiyərsiz, sıçan oğlu süleymana(siçan adı) deyərsiz,pıspısla püstə xanım,dabanı çüstə(çust) xanım,tüşüp, dərin -dәrin dәryalarda qәrq olub qalιb(at ayağının colasında, pıspısla tüşp, su qalmışdı.

avaçı gəbəçi, ya sən nəçi.

ay qəmin bir kərə, el qəmin min kərə düşün.

ay olsan göyə baxmaram, devlət olsan sənə yaxlaşmaram.

ay var ili gözlər, il var ayı gözlər.

ay var, ili gözlər, iş var günü gözləməz.

ay! yayana (piyadaya) gülən atlı.

ayağı qutsuz deyincə, utsuz desinlər.

ayağı yox yoxoldu, iz buraxmadan qayboldu.

ayağına daş toxunur, onuda məndən görür.

ayağından daş asılmaq. (nərsənin çox ağır, güclüklə keçməsi. - gecə, ayağından daş asılmışı, keçmir).

ayağının basdığı yerdə ot bitməmək. (uğursuz olmaq).

ayağla vurur, ağızla tutur.

ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

ayaq üsdə, qırxı çıxıb. (çox düşgün, arığ).

ayaq-ayaq, nərdivənə çıxarlar.

ayaz paşa qol gəzmək. {yaman soğumaq. (qol gəzmək: qaravulluq vermək. nərsəni əl altında, saxlayıb üstələmək)}.

aydan arı, gündən duru.

ayı biləyinə, insan ürəyinə güvənir.

ayı ilə meymun, bir birinə uyğun.

ayı kim görmüş. (kor xoca məmi).

ayıbsız, nə dost olar nədə arvad olur. ayıbsız dənq izləyən, dənqsiz qalır.

ayın başı səndə bir, məndə bir.

ayını öldürərlər, dərisinə qiymət qoyarlar. (ayını öldür ilkin, sonra dərisinə qiymət qoyqil).

ayıya dayı demək. (işi keçənə dək yaltaqlanmaq).

ayıya qaval çalmaq. (boşuna əməkləmək, əmək çəkmək, işləmək).

aylblı ayıbın bilsə, başına kilim taxar.

ayran ver ayransıza, qalmaz bu devran sizə,
vaxt olar ayran olar, verməzlər ayran sizə.

ayranım əkşi deyən olmaz.

az ağrı, hasat ölüm istəyim.

az tamah çox ziyan gətirir. kiçik nərsələri əldə tutmaq istərkən çox zərərə uğratır.

azgəlləm, nazgəlləm.

azığı yox, yazığı çox.

azıqlı ər, ərməz.
- yol yarağı yeməkdür.
- el dayağı bilikdür.
- çöl yarağı suluğdur.

azın bəsləmisən, çoxdan quru qalmısan.

azıydı arıq-uruğ, biri gəldi boynu buruq, o birsidə boynu yoluq.

azqın at dayçıya iyərər ( icəşər).

azqınlıqları onqarıb, düzəlmək yola gərək.

azmış, yolun yava qılmış.

azmışları onqarıcı, qalmışları yarıcı.

azι karar, çoku zarar, yeyənlər.

bacaran od qaladı, su içində od yaxdı, bacarmayan qaladı, quraqdada quru yanmadı.

bağ nə qədər uca olsada, yenə bataqlığına qonacaqdır.

bağdavası çıxmış. (arıqlıqdan gəmikləri çıxmışa gəlmək).

bağış dəvədə olar, ləpədə, düymədə.

bağışlanmaq, kişiyə zülmün nə olduğun qandırır.

bağışlasan, yaxcıraq onqat.

bağışlayın siz orucsuz, xeyir, mən orcdəyirəm, mənim qardaşım orucdu, amma mənə çox oxşar, hammı deyirbəski mən orucam.

bağladığı yerdə otlamaq. (durumunda bir dəğişiklik olmamaq. həmən kötü durumda qalmaq).

bağları kəsilmiş, bağı dağ olmuş, yanar odu sönmüş,.

bağlı qapıya xətə girməz.

bahananın ən yaxşısı " bilməm" deməkdir.

baxarsın bağ, baxmasın dağ olur.

baxcasında tomata, al yap onu salata, vermədi səni atan, turşu qoysun çor atan.

baxdı ucalsιn, qәdәmi urzalı olsun, atalı analı böyüsün,qәdәmi xoş olsun, doğani var oldun,dar günü uzaq olsun, qıza : allah bәxdini versin,boya başa çatsın, uğru xoş olsun, .

baxdın bəsin tezdən ayrışmasın(kəsilməsin) heç gecdən.

baxlı gör yaşın gör, baxsız gör yaşın gör. (baxlı gör'' yaşın'' (göylük. bolluq) gör, baxsız gör ''yaşın'' (göz yaşın) gör).

baxtın uğrundan (yolundan) çönməsin.

baxtın yarağın qılıb, baxtıva bax.

bal günü olsun, bal axsın yaşamından, yaşı bala batsın. (yaşı: yaşayışı. zindiyanlığı).

bal kərəsi yemiş kimi, ol qatı (qədər) sevindik ki.

barmağından bal damır, çanağından yağ.

başının taxcasında qurumlar qurdular.

başlı sözün başsıza söylətir.

başlı, biliginə güvəndi, başsız, soyuna.

başsız baş, ha vur, başdan başa vur.

batış qalxış, çıxış sıxış. çalqış salqış, gəliş keciş, öçrüş uçruş.

batmış baxda, oyaqlıq neylər?.

battır tapat, batman yeyt. {bətər (çox) qazanir, batmanla yeyir}.

bayram aşı, qara, qarşı.

bayram ol, ildə bir gəl, sayqıdan düşmə, gözə gəl.

bayram olsun uçurtsunlar cocuklar salıncağı.

bazar xandalanı,xan danışmaz yalanı, necə qəbrə qoyarlar,yar dərdindən olanı (öləni).

bazara geddin alverdi, düğünə geddin çal yeğdir.

bel bükük gözü yaşlı.

belimin fənəri çıxır. (çox yorxunam).

beş min tümənə əli bəyin daşşağıda yoxdu. pula nə verillər!.

beşdə alacağın, üçdə verəcəyin yox.

beşikdən biçilməmiş, ağzından süt iyi gəlir. (biçilmək: ayrılmaq).

bezi ordasa, arşını burdadı. kərdi uzaqsa, sovzusu burda.

bədbəxtliyi düşünməmək, özü xoşbəxlikdir.

bəğənmədiyin daş, baş yarar, göz çıxarır. (heç kimsəni kiçimsəməmək gərək).

bəxdi qaranın yeri olmaz. yeri varsa qapısı yox, qapısı varsa damı yox, damıı varsa tünü (bacası) yox, tünü varsa odu yox, odu varsa aşı yox, aşı varsa dəni yox, dəni varsa əti yox, ətdə tapdı, pişməmiş, pişik vurdu caldı.

bəxdi yatıq, qaşı çatık.

bəxdim yatıb qaxmır, ağzım aşa çatmır, yaşım başa çatmır

bərk tutulsa qamış, kəsməz əli.

bəy dediyin hara, bəyənmədiyin hara,bəy dedin bəyənmədin.

bəy kişilər.

bəyində dəvələri ayağyalın gəzir.

bəylər çomaqla gəzər, qulların yazığın keçər.

bəylik bəylik değil, birlik bəylikdi.

bəyliyin it aşasın (yesin).

bəzək pürçük.

bibim gedicək mənə ısmarladı dedi.

biçdim əlim ilə özümə qanlı kəfən.

biçkəm (pərçəm) vurub atlara, uyğurdaki tatlara, oğru yavuz itlərə, quşlar kimi uçmalı.

bildin qutdun, bilmədin düşdün.

bildiyin bu qədər, qalayın nərədən.

biləkdəndə var, ürəkdəndə.

bilən tapıb deyər.

bilik qazandın, bilək itirmə.

bilikligin (bilikliklə) uluğluğa dəğdim (çatdım).

bilinməz, qocalıq kosada, gənclik, belə.

bilirik ki, əvrəndə ( evrəndə. dünyada).ölüm var, qorxu nə üçündür.

bilmədiyim hər yolu dənədim, səndən sonra.

bilmirəm sürəcək nəqədər, qədəh vurub oturaq biz, sazın kökdü keyfin necə, yoldaşdan girən bizdi biz.

bir bardaq acı çay, qırx illik anıya yaz.

bir düşman yerdə qoymayalım, onda başlı (baş bağlamış, yaralı) bağrımdan onğularım.

bir əkmək az ye, işini özün gör.

bir əli bağlı, ciyəri dağlı arvat gördüm, bir yaşarca oğlancıq əlində tutup ağlar.

bir gözlü baxma, iki gözlü bax, bir gözlü baxmaq, şeytan işidir.

bir gün azar, ikinci gün mazar.

bir gün bir qoca arvat varıdı, ounun bir pişiyi varıydi. pişik ölür, arvad aparır onu quyluyur, qəbir daşında yazır : bir qoca arvad varıydi, onun bir pişiyi varıydi, pişik ölür, arvat onu aparır quyluyur, qəbir daşının üstündə yazır : bir gün bir qoca arvat varıdı, ounun bir pişiyi varıydi. pişik ölür, arvad aparır onu quyluyur, qəbir daşında yazır : bir qoca arvad varıydi, onun bir pişiyi varıydi, pişik ölür, arvat onu aparır quyluyur, qəbir daşının üstündə yazır.

bir gün o arvat yanında oturur, birdən baxır üzünə görür bir bənək qonuğ gözündə arvadın, ər düşər ortasına yüz mehnətin, ər deyir əcəb gördüm bugün, bir qonuğ gözündə ki yoxidi dün, ərə deyir kim hey canım, on il ildu ki gözümdədir mənim.

bir it bəğlənirdi, bir sümük verdim qul etdim, ac qurd kimi yavuzuydu, bir qoyun kimi yavaş etdim.

bir kərə aldanmaq, güvənc itirər.

bir kərə gənc olursun, iki kərə uşaq.

bir kişi bir xocaya deyir: gulaxların eşşəyin gulaqlarını yadıma salır. xocada deyir : vallah elə məndə sənə baxanda eşşəyim yadıma düşür.

bir kündəyə dözən, qalanına dözər.

bir qarqa ilə qış gəlməz. (bir qarqa ilə, qış olmaz).

bir qızı övəndə belə deyərlər : uzun boylu, incə belli, səmiz ucalı, göyçək gözlü, şirin sözlü, gülər üzlü, açıq könüllü bir xanım.

bir qoç qırx əlli soyuu doğruda bilər.

bir qolaylı işi, dolaylı göstərən. (göz boyacı).

bir ləpəcik boyudu, həm doğurar, həm boyadar, həm dolayar, qoparar. (kişi gövdəsində olan bacalar).

bir tanrı dayanır sözdən yuxarı, özdən yuxarı.

bir təh baxışın canımı aldı, məcnun eləyib çöllərə saldı, bu gecə mənim üçün qaraldı. bunu büldüm onda gecəm qaraldı, mən sevdiyim yarımı, yarəb kim aldı.

bir tikili ağacı olmamaq. (malı mülkü olmamaq).

bir uşaq tapılıb şalvarı elədi, başmağı qərədi. sıçıp həyəti bələdi. atoon lə'nət qodux yiyəsi. gəl uşoğuvu apar.

bir varmış bir yoxmuş. (biri varımış biri yoxumuş: dün vardı bugün yox. bir çağlar, zamanlar. çox əsgidən).

bir verdin, onğ (xoşbəxlik) gətirir.

bircədi tərcədi.

birə min qatmaq.

birək birəgi, bir birini, doğan doğanı öldürmək. (bəradər koşu).

biri gətirsin, biri yetirsin.

biri sağlıq verir deyir ki. (allah ölənlərizə rəhmət eləsin).

birikim, dirikim. (birlik, dirilik).

birin alır qardaşın axar tökər gözü yaşın.

birin əliynən o birin gözüylə ìrəlì .

birinci gün qızıl, ikincisi gümüş, üçüncüsü missən, dördündə sihdirməlisən. (qonaq).

birinin əli ilən o birinin gözü ilən irəlì .

birinin yayan qabarmış ayağı, şöylə kim əlində yoxdur dayağı.

birisi çılpaq təpsər, birisi tox təpəsər. (təpəsəmək: oynamaq).

birisi toxmaq, birisi çüy, birisin alda birisin döğ.

birisi ummadan (güdmədən) yumurta alır, birisi umaraq (güdərək) yumurta qabığı.

birləşən güc yenilməz.

birlik, dirilik. (birikim, dirikim).

birlikdə neçə yaşınız var?.

bitə bitə bitən bitər: yaza yaza yazıçı yazar olur.

bitidə yazılan qazılar bir gün. (biti: pitik).

biyiq dağın yanınan gör, başına çıxma, yaxşı kişini alıstan uq, yanına barba: yüksək dağa yanından bax, təpəsinə çıxma. iyi adam haqqındaki sözləri uzaqtan dinlə, yanına varma!.

biz açanda süfrəni,


pişik yedi küfdəni,anam geddi vurmağa,
pişik qalxdi cırmağa,kırıxdırdi ananı,
cırmaqladi sonani,sona qorxub ağladı,
ana əlin bağladi, .

biz bir ürək, cana canız, ayırq ayrım yox insanız, yetər ayrı anlasanız, vurulan mən, vuran məndən.

biz qonşuyuq ölü birimizin çiğnində gedəcax.

biz ondan, yoğurt umarız, o, bizdən ayran.

bizdən belin bağlı olsun. (bizə güvən, bizdən mütməin ol).

bizə bizdən ulular, iğən iyi hulular, bu iyi əməllilər, böylə dər gedər.

bizə uyan olsa çavımız çoxalar.

bizim qonşumuz dədəminən qardaşıdı,mənnəndə qardaşıdı, mənim oğlumunanda qardaşıdı,bəs bu necə qardaşıdı .

boğaz boğaza qapışmaq boğuşmaq. döğüşmək. dartışmaq.

boğazında tikən qalsın, gedəni yoldan qalsın.

boğulmaq, ürəkdə ölmək deməkdir.

bolluq ilində, dilənçilər lap yazıq olur.

borc odlu köynəkdir.

borclarıvın yarısın boş ver, öbür yarısın həvalə elə, qalanın nisiyə ver, hərnə qaldı əsrə qutar. (əsrəmək: xərcləmək).

boşa kürək çəkmək.

boşboşuna əy(ğ)ləmək: dolandırmaq.

boşuna çaba. (qəlbirdə su).

boşuna talaş, dikinə dirəş.

boyaçı küpü deyil ki, basıb çıxardasan.

boyum soyum qurusun, mən çəkilməm, çəkərim ( mən qaçmaram, dözərim).

boyumu üzüyün tozu qondu (qapdı). (üzüq: həsrət. - üzüyün: həsrətivin).

boyun soyun qurusun.

böylə gəlmiş, böylə gedər: iş olacağına varır.

böylə qusur, xan qızındada olar. nüqsansız nə olmaz. kiçi əksiklikləri aldırmamaq gərək.

böyük arzular kiçik nərsəyə kişini həsrət qoyar.

böyüyün sözünə baxmayan börüyə börüyə qalar.

bu arada quş uçmaz, kolan (yaban eşşəyi) yeriməz, adam necə yerir.

bu beşikdən nə başlar çıxdı.

bu dünyada yanar içim, göynər gözüm, igit ikən ölənlərə, göy əkini biçmiş kimi.

bu girdəkan devrin (dünyanın) işi axırı budur.

bu qədər qusur, qazi qızında tapılır.

bu məsəl iyi məsəldir birligə, birikənlər girdi kirtü (həqiqi) dirliğə.

bu oğlansıq qarı (bu ağ birçək) qodux qılıqlıdır.

bu ölü, bu yasa dəğməz. (bu əmək (zəhmət) bu sonuca dəğməz).

buda keçər yahu. {iyilik kötülük də sürəkli (həmməşəlik) değildir, keçər}.

budaki öz kefindədi .

buğuvu yeyim.

bulağ suyu içəsən, qənov qırağında yatasan.

bulam bucar.

bunca sıcağa, qarmı dayanır. nə yapsaq, qaçaq yol yox.

bunların ölüləri, şah qorxusundan, sin içində üşənir.

buraxma əlim sən ey kamanı tarım.

buynuz qulağı keçmək. (kiçik olaraq, böyüklərdən daha iləri gedmək. )

buynuzlu olmaqdansa, başqalarına buynuz qoy.


buynuzlu olmaqdansa, başqalarına buynuz qoymağı, daha pis bilirəb.

buyruq olsa, onar (dezələr) sənin işin.

buz üstünə yazı yazmaq. (etgisiz, təsirsiz nərsə söyləmək, qılmaq).

buzçudan soruşdular (- satdın buzu, - dedi: alan olmadı, qurtuldu).

bülbülün çəkdiyi dil bəlası.

bütün bildikləri qabıqda qalmış. (işə yaramamış. biliklərindən dəğərlənəməmə).

camış acıqlananda, öz potuğunuda buynuzlar. (potuğ: camışın balası.).

can ağrısa kor gözündən yaş çıxar.

can var dəğər verir yoldaşına, yoldaşım dəğər ver, yoldaşına, içən mənəm keflənən sən ''sən'', varın aldın, canın ver yoldaşına.

canı ölməz kimsə ki tapdi oni.

canın qorxusundan, sıçanda dişlər.

canın yansın vaxsey vaxsey.

canıva azar, belə xoş gəldin.

canız sağ dil damağız(göylüz) çağ olsun.

canlı təbrizim, dumanlı dənizim.

cıçqan yoyçu, tülkü yayçu. (sıçan qoqlayıcıdır, tülkü də avcıdır).

cihan xalqı səni görməyə aşıq, sanımda üzün göyçək yaraşıq.

cihanda kimdurur yazmaz yanılmaz, yanılur gündə yüz kəz amma bilməz.

cinə papaq tikir, şeytana başmaq.

curaca, qıraca.

çağı (zamanı), əl ayağla əzib, ayağlaşmaq olar.

çağrılan yerə getməyib ar etmə (çağırğan yergə barmayıb ar etmə).

çağsız yalan tez pozular.

çaqqan öltüröt, maqtaqan yetqirət. ( yerən öldürür. övən (məqsədə) yetiştirır).

çaqraq bilə oğut (uğut) olmaz. (çağra: keçəl).

çalba deməsində, çalva yeməsində bilmək. (acı iti, qaba saba söyləyibdə, dadlı dadlı sözündən qalmamaq).

çalış istəyivi amacıvı görüb biləsən. oykuvu duyğuvu fikrivi ona tuşla, cala. görünməyib ki kişi özün görünmədiyi şeyə çatdıra, yada kişi tanımadığı şeyi isdiyə.

çalış qızı ucuz al.

çalışan qollar arımasın (yorulmasın).

çantada kəklik. (əldə edilməsi kəsin, qolay nərsə).

çap qoymak = çapmak.

çapıq otuşan, çabıq ötüşür.


- çapıq tutuşan, çabıq otuşur.
- çapıq otuşan, çabıq otüşur.
- çapıq alışan, çapıq sönüşür.
- iticə qızan, iticə sönər.
- itisin yanar, itisin külər. (külər: kül olar). (çapıq bəğənib, çabıq vazkeçənlər üçün söylənir).

çaşıl sonğoyt, yaş çonğoyt. ( yaşıl solur, gənc büyür).

çay daşıyla, çaş quşu vurmaq. (gördüyü işlə, gedərin (xərcin) çıxarmaq).

çezi qulu cavad.

çəkildi hər yemək yollu yolunca, düzüldü süfrələr qollu qolunca.

çələp, onğur dedilər, yor ona (uğura, onğura) düşün dedilər.

çəlik (əsa) oldurki yerə taxılıb ağac ola.

çəliyinə görə qapcağı, kovaya görə qapağı. çölməyə görə duvağı.

çəri tərpənip qoparıp tozu, göydə yaşurdu (giuzlətdi) günəşin gözü.

çiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.

çıx dışarı tünlə sən, qonşu qapın dinlə sən.

çıxarır qurdaşını hər ki basarsa izimiz.

çıxma qadan alım sözündə yalan, məni boş boşuna əğləmə dedim.

çıxmaz ayın son günündə. (bəlirsiz, gələcək çağda. olması olağan, mümkün olmayan çağda).

çiqlingir sərpəsi. (içqi süfrəsi).

çiləğinə görə qapçağı . ( kovasına görə qapçağı).

çin, ísín ürəktən.

çirkin əllər üzüdə bulayar.

çirkin qoxu.

çoban dayağı ilə, gəlin duvağı ilə.

çoban ərmağanı, şam saqqızı.

çobana dayaq, gəlinə duvaq ver.

çox çətin səfeh tapılar ki o qədər ağılsız (səfeh) olsunki, öz səfehliyinə ehtiraf edsin.

çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşı.

çox danışma, ağzın böyüyər.

çox daşar, az dolar, az daşsa, çox dolabilməz.

çox gücdənsə, bir az bilik, yaxşıdır.

çox iyidlər varımış dünya üzə, bir iyid yoxdur gələ burda üzə.

çox qutlu, subaylar üçün olsun.

çox naz aşıq usandırır deyillər.

çox pul davarla doldu yanun, ver indi ki sonra dəğildir sanın (sənin).

çox savaşan rüşvət verər.

çomaq kütürdüsündən yer yanquladı.

çöldəki sonanı qoğub, evindəki toyuğu ıçqınma.

çömlək duvağıynan, ərəkək sınarıynan.

çörək ayağ tutup gedir.

çü tan yeri başladı ağara, yaradı seçilməyə ağdan qara.

çüçük it olur, it qart olur.

çünkü hər işgil (müşgül) ona asan durur.

dabbağ (səpici) səvdiyi dəriyi, daşdan daşa çalar.

dadlı dadlı deməklə, ağız şirində olar dadlıda olar.

dağ sınqırına yel dəğir. igid başa munğ dəğir.

dağa dırmaşdım, yolda qaldım.

dağa qaldırıb, dağın basır.

dağdan gəlib dağdakını qovmaq.

dağdan gəlib, bağdakın qoğmaq.(qonaq olub, ev yiyəsin qoğmaq).

dağdan hey götürüb desən "çoxdur", birdə görüsən dağ özü yoxdu.

dağlar anası. ( iri qadın).

dağların qarı, bağların barı, sən mənə təki yarı, gedənə arxa, qalanın yarı.

daha iyisi can sağlığı. (bundan yaxcısı olamaz).

dam üstündə sağsağan, vur belinə qazmayı.(yersiz, uyarsız, saçma söz).

danışdı, güllər aşdı.

danışdırdın, ağzımı aşdın.

danışığçın yox isə, börkün yana qoy.

danışma yeri gəlmədən, apardı sözün dinlədən.

danqaz, qanmaz.

danlamayın hər ki aşqa uya, deyiblər sevgi kilimi suya bıraxır.

darma dağın olmaq



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə