Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010



Yüklə 0,53 Mb.
səhifə2/4
tarix26.09.2017
ölçüsü0,53 Mb.
#2149
1   2   3   4
    Bu səhifədəki naviqasiya:
  • dilmac
. (çil yavrısı kimi dağılmaq).

daş at, qolların açılsın.

daş atıb, başın tutmaq.

daş daşınan, doğan doğanla, sırça sıçaynan, sərçə sərçəynən olsa nə biri sınır nədə biri qırılır, nə inciyib ülkür, nədə üşənür.

daş göndərir ürək yerinə, kül göndərir, gülün yerinə.

daşqallı kabab.

daşla daş başlandı, onda gəlki qovqa başlandı.

daşşaqlı kabab.

dayım ağadayım, hamısından aldım payım, yaxın tanış bildiyim kişilərdən, umduğum alammadım.

dedi ey xan sənə qurban olaram, kişi öz oğluna sanımu yaman.

dedi ey xanların xanı olan həq, bu gün şənlik sənindir əlhəq.

dediki. bala onla oturma. dedi: nə olar. dedi: götün gənələr, verəllər səni gələnə. dedi: nə olar. dedi: heç nə, olarsan götü gən götvərən!.

dedilər ki yarucun (köməyin) olsun allah, günün günündən yeğ olsun ey şaxıdanşax (> şahənşah).

dedilər: keçəl, başıvı yudun ? dedi : yudumda, daradımda.

dedim - dedim, yaxcı nədir


dedi, sözündür.
dedim, dadsız nədir,
dedi, uzaqlıq.
dedim gələn nədir,
dedi, ölümdür.
dedim sevgi nədir,
dedi, dözümdür.
dedim yazıq nədir, dedi, yarındı.
dedim gedən nədir,
dedi, yaşımdır.
dedim dönməz nədir,
genə dedi, sözümdür.

deməkdənsə, yazmaq gərək.

deməyi məndən, yozmağı səndən.

demokrat, sözə qulaq verməklə baş qatar.

desən savaş eylər, deməsən yavaş eylər. (yavaş: yaval. yava).

deyilən söz, atılan oxa bənzər.

deyillər, demə, dedi, de.

deyirdiki, çox bağışlayın ha, gərək çox eşşək olasan, ta belə qolay sözü başa düşmüyüsin.

deyirki dəliyəm dələcəm.

dədəm mənə kor dedi, gəl gedəni vur dedi.

dəgirmana girdi köpək, kəpək yedi, köpdi köpək, yoxsa kötək yedi?.

dəğərini biləcək, könlünü verəcək.

dəğişən ildi, ağlayan arvad.

dəğiştir onun yatlu xuyunu, itin olmaz çomaxla oyunu.

dəğürmüşlər sizə .

dəli törün verməz ( dəli baş köşəsin verməz).

dəlidi, onuda lap zırlamasınlan.

dəliyə baxıb dəli olma.

dəmir gəlib, dümür gəlməyib hələ.

dəniz qamışsa, artıq gəlir ol, və gər inmişisə, əksik gələr ol.

dənizdə qum, onda pul. (çox zəngin).

dənizi keçib, çayda boğulmaq. (ağır soar çözüb, yüngülündə qalmaq).

dərd ağladar, eşq söylədər.

dərd əlindən can durmaz, yaram çoxdur qan durmaz.

dərdi olan dartılır, dartılmasa artırır.

dərdim ağır, dəriyə sığmır, .

dərdin gizlədən adam ağrıdan eyikməmiş (düzəlməmiş).

dərin qazma quyu ayruq üçün, içində sən yatırsan biri gün.

dəsmal elə apar mәni yanιnca dosman elə.

dəvə dağa çıxdı.

dəvə gördünmü desə kimsə sana, kössəyin belə görmədim de ana.

dəvə qayadan çıxınca, can təndən çıxar.

dəvə silkinsə bir eşşəklik yük çıxar.

dəvənində oynamağına az qalıb.

dibin qazıb qaşa yaz, xoşun gəlsə daşa yaz.

dibinə darı əkmək. (tükətmək).

dil vətən qeyrət.

dilab açıq, pişiyin qurası (həyası) nərdə.

diləməzsən elin əlindən gedə,, ulu işi vermə kiçik iyidə.

dilənçidən pay həm çətin həmdə az olur. kişidən kişyə uğur (xeyir) ulaşır.

dili arı idi həm dini arı.

dili ilən quş tutar.

dili qorumaq təkərləməkdir (tikrarlamaqdır).

dilin altına istiod qoyub danışır.

dillənirəm, deyirlər ki dil uzun, dillənmirəm, deyillər ki, dili yox.

dilmac dərgisinə yazılmışdır). - ''dilmac'', seçik yol, əğilməz yol - aş yesən ovmac, oxusan ''dilmac''. - atmaca, yox dilmaca. - ''dilmac'', bizə tapmac. – dilmac. seçilən amac. – ''dilmac'', doğruya yalavac.– ''dilmac'', gecə gündüzü, yol ulduzu.

dilsiz elim var, neyləyim, daşsız dağım var, neyləyim, amansız düşmanım var neyləyim, ağılsız başım var neyləyim.

dirək olmaz, dirəş olmaz. tikən olmaz, tikik qalmaz.

dirilərin ''ölümün nə olduğundan'' danışmağlarına inanmıyın.

dirsək yaxındı, dişlənə bilməz, qulağ yaxındı, görünə bilməz.

dişinin kovuğuna yetməmək. (dişin dibində qalmaq. çox az olmaq).

doğduğuna peşman olmaq.

doğma elin unudan, doğma anasın necə unutamaz.

doğulan yerdə boğuleydin səni.

doğulmaq, boğulmağı bəlgürür. güz gəlişi, yazın bəlgürür.

dokuz kişi yatur başı kəsilmiş, qılıcları sınmış yayı yasılmış.

dolaylı danışıq, çaşdırar aşıq. ( dolaylı: kinayəli).

dondan endirmək. (üzdən aparmaq).

dosda düşmana qarşı. (dos üzülməsin, duşman sevinməsin).

doslar işdə görsün. (yalnız işləyən kimi göstəriş yapmaq).

dosluq başqa, borcluq başqa.

dostunla dost olana öyün, düşmanınla dost olandan çəkin (sağın).

dovşanı qamış öldürər, əri namus.

dovşanın boyun gördə, ətindən keç, qorxanın özün gördə, faydasından keç.

doyandan sonra, toxlunun (qoyun) əti, toprağ dadır.

doyuran kimdir, doyan kim.

dönəm dolağı. (zaman duzağı).

döşək dartıb yatmaq.( kəsəllənmək).

döyüşdə zor gərək, yox ədalət.

dözümsüz, yaşam yoxdur.

dul alma
- oğul alma arvadın dulunu, satar evin çal-çulunu,
yığar onun pulunu, özünə göt altı qayıyar,
oğul dul alma dul alma,
dula qul olma qul olma,
keçinin fikri rahatdı, başını qoydu yatdı.

dul arvad gedir sulduza (hamama), gözləri baxιr ulduza, dulvarki dəğər min qιza,dədə dul allam dul allam,dula qul ollam, qul ollam.

dul arvad yuxuda ikinci ərin görər.

duman axtaran, qurddur.

dumanlı dağlar könlüm. nə açılar nə gülər. həmməşə ağlar könlüm.

duran öküz yatan öküzün başına sıçar.

durquzavad. na koca abad.

durmaz bu çağ, çox tez keçər, xandır cahan qonan köçər, can quşu bir gün uçar, gəl yarağı (fürsəti) boş vermə sən!.

durmuş bir yarış, qoşan itirir, qazanır. (durmuş: yaşam. həyat).

durub durub, durnanı gözündən vurmaq. (bəkliyərək işin iyisin yapmaq).

durum mən əkilim, buralardan çəkilim.

duz çörək deyiblər, düz çörək yeyiblər.

duzlu ye, duz yemə.

düğün (toy) bizim, oyna qızım.

düğün dərnək, həp bir örnək: birbirindən ayrığı, fərqi olmayan. əşit.

dünya bir pəncərədir, biri yenər, biri çıxar.

dünya çəmbərindən keçmiş. (çox sınaqlar görmüş).

dünya gözəli, ürək üzəli, sözlərin qəzəli, payız xəzəli, dağ gəzəği, .

dünyaya ''yalançı'' dünya deyənlər, yalançıların ən oğrəşidir.

dürbününən baxdılar, qəbüstanı yıxdılar, ölülər darıxırdı, gordan gora soxdular. (gülüstan bağı düzələn zaman) .

düşdü ərənlər balığ (yaralı), indi ürək ağrınır.

düşdük elə bir çalıya, çıxılmağa yox güman çalım. (çalım: çıxış yolu).

düşman yanında, sayıq ol.

düşmandan qurtulmağın iki yolu var.( ya əllərivi işə sal, ya da ayağlarıvı).

düşmanın baltasına sap olmaq.

düşmanın ingəlsin (engəlsin).

düşmanın yolları kəsilmiş olsun, gücləri kamanları yasılmış olsun.

düşmən yaxamdan tutur, it ətəyimdən.

düşməndən özünə yoldaş seçmə.

düşmənin bilməyi, sirrivin bilməy (deməkdir).

düşmənin tuxumun dibindən qır, dosluğda yox toxum, əkməlisən.

düşsə qaranlıq gecə, qonmayanı qondurar, qanmayanı qandırar, yanmayanı, yandırar.

düşün, anlat, duyqu aşılat.

düz əğrini kəsər.

düz gözünən gir, əğri gözdən çıx.

düz sözü belə söyləmə, inanılmırsa əgər.

düz yolun yolçusu azmaz.

düzə dedilər nədən düz oldun. dedi: - əğriydim qala bilmədim. əğriyə dedilər: - nədən düz olmadın. dedi: - doğruydum, əğriliklərə dözə bilmədim.

düzələr süngü qılış yarası çox, düzəlmir dil yarası çarə yox.

düzgü (təğvim) işə gəlməz əsgiyincə.

düzlüyün canı, insafdır. (düzlüyün canı, ruhu, özü insafdır).

düzlüyün dabanı toxluqdu.

düzüldü yer yerin ərlər, çalındı dövüllər.

edmə bulma dünyası. (kötülük işləyən, kötü sonuclarla qarşılaşacağını bilməlidir).

el eybin sənə deyən, sənin eybin elə deyər.

el içində ol, ev içində öl.

el oğlu, yumurtaya qılp qoyar.

el yaxşı biz yaman, el buğda biz saman.

elçiyə zaval olmaz.{ elçiyə düşmək (savaşmaq) olmaz. elçiyə saldırmaq (düşmək. savaşmaq) olmaz}.

eldə bulunur, bəydə bulunmaz. (qarayaxa eldə tapılan bir çıxar, olsun ki yönəticilərdə olmasın).

elə bil qurbağa utub.

elə elədiki, yekginləri bir yana, kalları tökülür.

elə fırıldaq gəlib ki, fırlana fırlana qalmışıq.

elə günə düşüb ki burnun ucu titrəyir.

elim günüm olmasa, ayım günüm doğmasın.

elin ağzı torba deyil ki büzəsən.

elindən ısrıq, özündən üzrük, savından dönrük. (eldən qovulmuş, sevikdən ( eşqdən) üzülmüş, əhdindən dönmüş).

elinən işlə, eldə gəz (el içində ol).

elqəmi. (ad). (elin dərdin çəkən).

ellər köçər, dağlar qalar.

enində sonunda bitər. (tez gec bir gün bitər).

erkək erkək danışmaq. (kişi kimi, bərk danışmaq).

eşit ata ananı, savlarını qoyurma. (qoyurma: unutma. tərk edmək).

eşitdiyin hər nəyə inanma, inandığın hər nəyi demə.

eşitdiyin söyləyən, birinci yalançıdır.

eşq ilə görülsəydi hər iş, qalmazdı heç aralıq ağrısı. (ürək ağrısı).

eşşək kimi, gözü otdadır.

eşşəyi sağlam qazığa (mıxa) bağlayıb, üstəlik bir sobada yendirmək. (gərəyi işlərin hamısın yer bə yer edmək).

eşşəyi yiyəsi deyən yerə bağla birdə döy qabırğasına.

eşşəyin satıb, maşın alır.

etdiyi iyidlik, ürkütdüyü qurbağaya dəğməz. (olumlu yönü, olumsuz yönündən çox sönük olmaq).

evdən verməz, qonaq gedməz. söylədiyin yapdıran, istədiyin qoparan.

evlərin önü qaldırım, qaldırımdan düşdüm, məni qaldırın.

evli evinə, köylü köyünə. (hər kim öz işi ilə uğraşmalı).

ey gözü açılmaz qutsuz kişi.

ey qaranğu gecədə, qara qarıncanı, qara tövlədə yerirkən görən tanrım.

ey yeyənlər, - azι karar, çozu zarar !.

eybi yox deyin, eybsizləşin.

eybini bilən özgəyə eyb eyləməz.

eygiligin gəl, ısızlığın gəlmə.( xeyirlə gəl, şərrilə gəlmə).

eyginən adam, dağ aşır.

əcəl gəlməz, vax çatmasa. (əcəl qapını döğməmiş gəlir). (əcəl, qapı döğmək bilməz).

əçəni heçə, ləpəni dəvə, dənəni dana, cürəni gürə yapanı qaba yapmaq. (abartmaq. mubaliğə edmək).

əgər burdayam (burda varam) demək ki varam (yaxcıyam).

əgər saklarisəm (gizlədirsəm) sonra duyulur, ocağıma mənim sular qoyular (tökülür).

əğri dala, əğilmiş boyuna, minmək qolaydır.

əğri oturub, doğru qonuşmaq. (öz görüşlərinə uymasa belə, doğru olanı söyləmək).

əğri, indilik (hələlik) yaxşı, yaxşı həmşəlik.

əhməd əhməd, sənə nə zəhmət.

əkdiyin biçmək. (yaptığın qarşıtın almaq).

əkən əğlənər, əkməyən nə qəyyər.

əl bəbəyi, gül bəbəyi.( şımartıq. ərköyül).

əl bir olub altın basıb.

əl əldə baş başda. (uc uca).

əl əli yumadı, əldə üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.

əl görəni, baş yanıtar (cəvab verər).

əleyki mən səlam.

ələyağı odlu diri.

ələyi ələnib qəlbiri göydən asılıb.

əli aşından da, vəli aşından da olduğ.

əli bedavan. (taxma ad).

əli ilə xəmir ovur, gözü ilə dana qovur.

əli maşalı, gurultucu. yayqaraçı.

əli süpehri hesabı salıb köggəyə,, yüz il göt verəndən sora gedir məkkəyə.

əli üzümdə qaldı hey !.

əlidən vəliyə nə ilişik. nə mərbut.

əlimdən tutmadı barı ulu tanrım, buraxma əlim sən ey kamanı tarım.

əlin ver əlimə gedax bu yana, indi ki sevisən al apar məni, gedərlər deyərlər, döğəllər məni.

əlin yerdə, gözün gündə olsun, əkib biç, yeyib sik.

əlinin xəmiriylə, ərkək işinə qarışmaq. (üstəsindən gələməyəcək işə girişmək).

əlirik, qatırıq kəpəyinə.

əlivi vuranda dizivə, onda gələrsən özüvə.

əllərin böğrünə döşənsin. (öl!).

əlli ilin eşşəyinə, dəğirman yolu göstərir.

ər ağacı gül ağacı, taxsırım var vur ağacı.

ər od olar, arvad su. (sən ölmüyəsən!!??).

ər, axar çaydır, arvadsa ona ovsar.

ərə getmək asandır, ər donu tikmək çətin.

əringənə, əlli qarış bezdən yum olmaz.{ subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz)}.

ərinməsən, usta olarsan.

ərkəyə ürək gərək, qadına dirək.

əsər əsərdə (sonunda) susar, aldırma.( əsər əsərdə küsər. (atıb tutarda, əlindən iş gəlməyib, susub durar).

əsər qılmaz söz, ol yerdəki dərd yox, pişməz çörək, təndir olunca soyuq.

əsgi evin mərtəği, mən istəməm ortağı.

əsgi toprağa, iyi tuxum əkərsin, buyruq (qismət) olsa göğəribdə görərsin.

əsgisin arıd, əsgisin saxla.

əsil aynamaz, aynasada çürüməz.

əslin nədir, nəslin nədir.

əti nə, budu nə. (ətinə görə, suyu bu).

əti sənin, gəmiyi mənim.

əylənmək, əyləşmək, əğilmək, oturmaq.

əynimdə xalat, başımda papax.

əziziyəm dil açar, bərk toprağı bel açar, toprak sənin dil başqa, körpə dilin kim açar.

əziziyəm dilim dilim, kəs qarpızı dilim dilim, əlçəkmərəm dilim dən, kəssən dilim, dilim dilim.

əziziyəm dözər (xoca), hər dərdə dözər (xoca), basanda fıssa fıs eylər,, çəkəndə çezər (xoca).

fəqrilə fəxr eyləyən əhli riyazətlər kimi.

fələkin işinə bax, birinə qismət, birinə nisbət verir.

fırlana cıvar (dünya) kiminə yemək bitidi, kiminə əmək.

fış fışa olmaq.

fitilin basmaq. şeytanlamaq, izləyip izin vermək.

gecələr yatmamışam, yar səni, yoxlamışam.

gecəni diri tutmaq.( ertəyə dək yatmamaq).

ged day gözəlim, yarə vuran, yar ola bilməz, qəmsiz yaşayan bizlərə qəmxar ola bilməz, qırda əriyir qar sayağı gün qabağında,amma gözəlim, insafın olsun, dahi qır, qar ola bilməz.

ged tabağım gəl tabağım, gəlməsən dövül tabağım.

gedmə qal deyəmədim. sənsizlik yağmur oldu, öylə əsdi soluq yellər, soldu, tükəndi güllər. illər sovub keçdi, səni, yalnız səni, təkcə səni genə unutamadım. gözlürəm yenə, çevrəmi almış dörd duvarlar, bəlkə girdi bir daha, bu qapıdan yenə.

gedmək umu du, qalmaq tamu.

gej gəldi tez evləndi.

gen don opramaz, gəngəşli bilik artamaz (arxaya qalmaz).

gerçək gəlincə, yalan qaçar. (gəlincə: bəlirincə. bilinincə. ortaya çıxınca).

getmə qədimə, gir məqədimə.

geyik qındıqı, yıbar qoxar. (ceyran göbəyi ətir qoxar).

gədə burnuvu yığışdır.

gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq.

gəldik cahanda həqqi tapaq xoca qoymadı, külli cəhanı yedi, qarnı dolmadı.

gələn yeri dönməz olsun, girən yeri qalar olsun.

gələnə xoşluk, gedənə uğur dilə. (gələnə xoşluk, gedənə uğurlar dilər).

gələni xoş tut quru üzün döndərməgil.

gəlin atasına : "həm gedərəm deyər, həm ağlaram" deyər.

gəlin çörəyimdən kəsin, suyumdan için. (gələn qonağa söylənən qarşılama sözü).

gəlini evdə sına, dağa oduna yolla. (gəlini evdə sınıyıb, dağa oduna yollamışlar).

gəlinin yaxşısı, doğma qızdan, yeznənin yaxşısı, doğma oğuldan yeğ (yaxşıdır).

gəlsə uma düşürqıl, dinsin onun aruqluğ. (qonaq gəlsə, yerləşdir onu, yorqunluğu gidərsin).

gəncdən ölüm uzaq olsun, qocadan yoxsulluq.

gənclərin tapatın (dəlilik). doyurmaqla yatırmaq gərək, susuz qalıb, susamışı, su ilə qanırmaq gərək.

gənclikdir, sağlıqdır, dəğərləri olsada, itəndən sonra bəllənir.

gəncliyə güvənmə. (igitligə dayanma).

gəncliyin dəğəri bilinsə, qocalığın azarı azalar.

gəngəşli bilik utraşur, gəngəşsiz bilik opraşur (öprəşür. əprişür). (gəngəşli bilik, uzlaşır, gəngəşsizin öprəşur).

gər inanırsan onun birliyinə, yaxcılıq ed iblisin korlüğünə.

gərək dediyimiz, aldanmağın bir başqa biçimidi (formasıdı).

gərəklini bilməyən, gərəksizin nə bilər.

gəvəzənin işi qalar, astanın işi qalmaz.

gopçunun, xoruzuda banlar.

goplamalar, eyvay abaci pişik dama yorqan apardi,göz göz elədi, hamısιnι birdəmn apardi.

gopuzların güpültüsü (küpültü, küpürtü, gümbürtü: gümültü, patırtısı), oxların qıçıltısı(qıjıltısı, fışıltısı) qılıcların çaqqıltısı.

göbəyin özü kəsmək. (işlərin, çətinliklərin qaldıra bilən).

göləm (göləm) deyə köpürürsən, içində bir balıx yox.

gör səmada çün dənizlər çalxanur, göy üzündə bu dənizlər yalxanur.

görən günü unutma.

görənkimi, quşun qondu.

görmədim dünyada mən supa, pilovu ötürüb, girişə supa.

görməmiş, gördüyün qurusun!.

görməmişdən borc alma.

görməmişin yetməyi yaman.

görmüş keçirmiş, qonmuş köçünmüş, qoymuş qopunmuş.

görüm səni batlağa düşəsən dərd əlindən.(qarqış).

götü zınqırovli .( qaraçı. çingənə. cadugər).

gövəl (yaşıl) başlı ördəyim, axşam gəlsən evdəyim.

göy göy almaq.( nəğdən almaq).

göycə mıncıq kimdədir, mənim gözüm ondadır.

göydü göyərdi, nənəm məni döğərdi, yumruqla görməzdi (bəs değildir), toxmaqla döğərdi.

göyül (gönül) yaylasın yaylar.

göz boyamaq .( aldatmaq).

göz əllə gör, qulaqdan al ağızla ver.

göz qəlbin güzgüsüdür deyiblər.

göz qısqanıb ürəyimə, gözdən uzaq, ürəkdə qalan, pozuq bostana vurma talanı.

göz qulaq olmaq .( baş göz olmaq).

göz yaşı dərildi, gül yerinə.

göz yaşı, yaşama bəzək olmaz.

gözdən endirmə (salma, düşürmə).

gözdən uzaq, xanıda söyərlər.

gözdən yaş yuyunsun, ürəkdən pas.

gözə yasaq yoxdu (örnək: gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq).

gözəl, könül sevən sevən olur, yoxsa, könül sevən gözəl olur.

gözələ nə yaraşmaz.

gözəllər çox iş edərlər, soyub soyub dərviş edərlər.

gözəllərin talehi, çirkin olur .

gözləməkdən iki gözün dörd olsun. .

gözü gözünə, sözü sözünə, suyu suyuna uyqun.

gözü havada, günü bacada. (bəylik, dinclik yaşam sürən).

gözü yırtıq üzü sırtıq.

gözüm səğrər, qulax çınlar, könül inlər, ki candan sevgili dilbər gəlir dirlər, gəlir dirlər.

gözümün yaşı gərək bir gün daşa, sığmaya yazılara dağa daşa.

gözün açuğ ikən yaraqlan özün, ki sində qarınca yeyəcək gözün.

gözün ağını köpətmək .{ gözün ağιnι bərətmək ( yekətmək)}.

gözün başın aydın olsun ay qız.

gözünə çöp düşsə, dünya gözündən düşər.

gözünə qorxulu düşlər görünür, düş içində döyünürdə öğünür.

gözünü çetqə dartmaq.( aradan uzaqlaşdırmaq).

gurlayaraq gələn düşmandan, kötüdür (pisdi, yamandı) gülə gülə gələn düşman.

gurulda, amma yağma.

guşeyi bamdə düşdü gözərim (nəzərim) çəp təğiyə, istədim (olsun işim) rəmzilə (mətləb ola)aşkar təğiyə, arizin (yanağın) öpməyə quranə təfəüül elədim, gəldi bu ayə ki ən təp təğiyə.

güc aldan girsə, doğru tünlükdən çıxar.

gül gözlədim, tikan dəğdim, boş yerinə ürək əğdim. (əğdim: əritdim. yedim).

gül yaxşıdır, öz kolunda.

gülən ürəklər qırılmasın.

gün ağarkən, qalxanlar, gün batarkən yatanlar.

gün çıxandan, can çıxana can.

gün genə yeni gün. {hər günüzün öz günü (günlüyü) var}.

gün pəncərədən düşür, enir, girir.

gündə irük yox, bəydə qıyıq yox. (gündə yarıq yox, bəydə xəta yox).

günəş isdi, ac qarnı, gövdə arığ, başında ağır yük, dabanı yarıq.

günlük yaşam. ( hər günün, olaylarının keçişi).

günü doğmaq.( imkanlanmaq).

günün ölsün əlində qalsın, özün ölsən elində qalsın.

gününən kürk dəğişən.

gününən kürk dəğişmək.

günüz doğur olsun, üzüz uğur olsun.

güvəncli olsun kılavuz, ilahi yolunda azmayavuz.

güvəndiyi dağlara qar yağmaq. (ası, uyar, fayda güdülən nərsədən, istədiyin alamamaq).

güzgüyə bax, bəzən, adamlara bax düzəl.

ğışıq (eşq) dənizin boylayanlarda var.

ha düz olsa, orağcan əğrisi vardı.

ha geşdim ha ha geşdim,vurdum gilani geşdim,iki xoruz əlləşdi,biri qana bulaşdi,qan geddi çaydan aşdi,çadan gövərçin uşdu,gövərçin alataxta(dağda),yuvasi bula taxta(boz dağda), yarιm yatιb otaxda.

haçadan huçadan biridə çıxdı bacadan.

haq yardısından (cəzasından) qaçan, yarqıya düşər.

haq yolunda doğru durqıl, yolu gösdər yolsuza gaypınmadan.

hamama girən, tərləyər.

hamamdan çıkanın əri olasan, səfərdən gələnin arvadı.

hamı baxta baxır, o heç kəsə.

hamı qalmışlara sənsin aracı, hamı azmış lara həmdə aracı.

hamı saraydan çıxıb sinə gedir, görmədim bir kimsəki sindən vara saraya.

hamı yaşlar qurur, yaşıl saralır, saralır bağlar, qaralır dağlar.

hamınız bir uğurdan çağrışın çalışın. .

hamısı bir yuvanın quşudur.

hammı öz işin oxusa, çətinlik qalxar.

hammi süpürgəylə qalxιp, dәstәsilә enip.

hançı sinliyə bölüyün düşür düşsün. nə biçimdə oldun o biçikdə qopun.

hanı bura bura gələnlər, mənəm mənəm deyənlər, indi gör necə onlar toprak olup yatırlar.

hardan gəlirsən – bülbül qalasından, niyə başın qanlıdır – dilim bəlasından.

havadı, yavadı, yaxadı.

hay günün görməyən, vay gününə inanmaz, vay günün görməyən, hay gününə inanmaz.

hay gününü günləyən, vay gününü izləməz. {özün iyi düşünən, pislikləri geridə qoyur (bıraxır)}.

hay hayı geçmiş, vay vayı qalmış.

hay hayına oynamır, vay vayına ağlamır.

hay hayında oynamaz, vay vayında ağlamaz.

haydı qoyma, haydı vurmağla yaşam keçməz.

hayın gördün, vayında gör.

heç bir işi quramaz, xeyrə şərrə yaramaz.

heç nədənsə torlağı yeğ.

heyvanı qırmacla, kişini, dillə öğrətərlər. (qırmac: qamçı).

həbbəni qubbalar, ləpəni dəvəlir.

həqiqət ara gəz əfsanələrdə, zəncir, zinət olur divanələrdə.

həm həbibim deyib anı oxşadı,, o gəlicək cümlə dinlər qoxşadi.

həm xayasız həm hayasız.

həmməşə gülən kişinin, ürəyindən keçəni bilmək, çox güc olur (çətindir).

həmməşə utan!, gələr gün ki ütüləsən.

həp beləkəy boyu bar, yeti qabat donu bar (bilməcə). {boyu qısadır, yedi dənə kürkü vardır (soğan)}.

həpili pilov, pişdi pilov, həşiri pişirə getdi gicov (kişi), iki itin bir yoldaşı, buda arvadın oynaşı, həpili pilov pişdi pilov, həşiri pişirə getdi gicov.

hər ağacı daşlama, ras gələni dişləmə.

hər bacıya əlivi salma, birində sıçan var, birində ilan.

hər başqa işin bir kişisi var.

hər bəfasız yar olmaz, ətəyi kəssən dar olmaz.

hər boyayı boyadı, qaldı fındıq boyası. (önəmsiz nərsələrlə uğraşmaq).

hər daraxda bezi olmaq. (çeşitli işlərlə, kimsələrlə ilişgisi olmaq).

hər elin çıxarına görə yazar yazısı var.

hər enişin bir yoxuşu var.

hər gecə oyunda varam, inan məndə sənə yaram. özgələr desə yar olmaz. axirdə mən sənə yaram.

hər kim özünə görə don biçər.

hər kimi oğru san, ta malın oğrudan sakın salasın. (sakın salasın: gizli saxlayasın).

hər qafadan bir səs, hər ağızdan bir söz çıxma. (qaramaqarışıqlıq. pozqunluq. düzənsizlik).

hər nə edər özünə edər, külü də gözünə edər.

hər nə gedir tərsinə, dünya dönür pisinə.

hər nə qaşına qaşına, yaraşır.

hər öldürən qatil olmaz, hər ölən suçsuz olmaz (qapalı, fanatik baxış, fəlsəfə).

hər söz hər qulağa keçmir, hər qulağ, hər sözü eşitmir.

hər sulanan, yanmayıb, hər yananda sulanmayıb.

hər tarladan bir taxıl, hər başdan bir ağıl.

hər teldən çalmaq. (hər nədən qonuşmaq, çox işlərlə uğraşmaq).

hər yarağı düzəlmişdi, qalmışdı saqqal darağı.

hərədən bir tük kosuya bir sәqqəl olub.

hərkəs gedir mərsinə, biz gedirik tərsinə.

həs nədi hüs nədi, bu nə bilir yas nədir. (şey. sik).

həyatım dirəyi canım dayağı, ümidim başı, məqsudum ayağı.

həyatın yazılmamış zanğı (yasası, qanunu) yazılmışın basar .

hörüyü hörüksüzdən qoruyan, damcını sudan, bulağı çaydan qoruyan tanrıya güvən.

hündür düğünün sünbülü boş olar.

hünərli iğid ölməz.

xam dəridi, açılar.

xam yer axdarır bosdan atmağa.

xan bir oğlandan sorur:
– oğul sən neçə qazanırsan.
– xan kimi.
– xan neçə qazanır.
– xan gərəkləricə.
– sən neçə qazanırsan.
- məndə gərəklərimə görə.

xan dilərsə açar, dilərsə qapar.

xançı əsrik, yolçu əsrik. (hər nə qarma qarışıq).

xarab olsun o toprağ ki, məni özündə batırıb, itirir.

xeyir söyləməz.( solağızlı. şum söyləyən. tərs. əks).

xəbərçi yalançı olar, yalançı xəbərçi.

xəbəri çatmayan yerdə, hər şey xəbərsiz olar.

xəlil cəlil, dalsı gəlir.

xənəkə (xaniqah) içrə xor xor yatan dərvişlər, eşq dağın hər birisi coşan aslanıdı.

xəsdə dərd əlində, həkim para dərdində.

xəsdə olub xoşluğu güdməkdənsə, xoş olub xəsdələnmək yeğ.

xəsdəlik mənim üçün, ölüm sənin üçün.

xətmi ruziğardı.

xoca sevinər, kişi (adam) ölsə, qarğa sevinər, heyvan ölsə.

xocaların sözləri, dalı qoyub bizləri, dedikləri düz olsa, əməl edər özləri.

xoşluğu çox olan qudurqan olur, xəsdəliyə düşən küsəgən.

ıslaq ağac əyilir tez, vay quru ağacın halına.

ışıq bahalandı korun nəyinə.

ışıq sönməzdən öncə, daha parlaq yanar.

içgi ilə yuxu, yoxsulluğa ən yaxın yollardandır.

içim devrimi, biçim devrimi, öz devrimi üz devrimi, baş devrimi aş devrimi.

içtə qalsın. ( kötülüklə anmayın!).

içtikləri su ayrı gedməz. (çox yaxın olan yoldaşlar).

igid çün bula aşq ilə qərar, onu tutmaq necə yarar (mümkün olar).

iğnə sapa dönmək. (iğnə ipliyə dönmək. (iğnə çöpə dönmək. (çox arığ, üzük, incəkinmək, zayıflamaq).

iğnə yataxda gizlənməz . (iğnəylə çuval kimi).

iğnədən sapa. (ayrıntılaıyla).

iki ayağ bir başmağa girməz, amma girdirəllər.

iki evi bir elədik, düyünü batman yarım.

iki gözləri san külxan ocağı, yedi arşın dişinin ən uvağı.

iki könül bir olunca, samanlıq seyrangah olur.(iki könül bir olursa, samanlıq seyran olur). (sevgilər üçün, güc qoşul önəm daşımaz.

iki nənğ (şey) , arınar (arıtlanar) əriməkdən, - biri kişi. biri qızıl.

iki səksən uzatmaq.{ güclü vuruqyla (vurmaqla) yerə sərmək}.

iki yanda çavış yasavul, kimisi yürü dər kimisi savul. (kimisi yeri deyər, kimisi savrul)

ikimiz biriz, iki görmən bizi.

ikisi dörddən ağırsa, altısı lap ağır olar.

il sözü birinci gün qurulur, gün sözü sabahın.

ilan soxmadan, at təpmədən. (nədənsiz, səbəbsiz. durup dururkən).

ilin sonu toplanır, sana bitik sınanır, kötü işlər qınanır.

ilin sonun bayramla, görən işi sınağla.

ilkin büdrəyib, sonra ayağ altına baxır.

inanan yatmır, inanan qalxır.

inanc insanı özündən alıb özgə bir şeyə çevirər.

incə ələyib (əğirib, açıb) sıx toxumaq. (titizlik gözdərmək. arından arıya incələyib qoşmaq).

incə eliyib sıx toxuyan.

incə eliyib sıx toxuyan.

incə əliyib, sıx toxuyan.

incədən yoğuna girmək qolay (rahat), yoğundan incəyə girmək çətin.

inci saçan dili var, bal kərəli dadı var, dağlar aşan adı var.

indi qoy heyvanı ged insanə gəl, ol xayaldan keç bu gerçək canə gəl.

insafsıza göt versən, daşşaqlarında yerləşdirər.

ipdən iplikdən. (hər nədən).

ipdən ipliyə dək.

ipə sapa gəlməz sözlər, duyulardan qutarmaz canım, bizə düşür yarım qəhbə, qonşuya bütüncə xanım.

ipin uzunu, sözün qıssası (dilin qıssası).

ipliyi bazara çıxmaq. (əksikləri, pislikləri, iç üzü açığa çıxmaq).

islandım qurudum, yel mənə neylər, ələndim bəlləndim, el mənə neynər.

istək (həvəs) qaranlığı.

istəksiz sevgi olmaz, sevgili olan istəksiz olmaz

istəyi kimi at çapmaq, oynatmaq. (ürəyicə davranmaq.

istəyin gora qalsın!. (arzın gözündə qalsın).

istəyirsən belə, meşədə doğul, amma adam içində böyü.

istirəm onu sel aparsın, bir dolda dalından mən töküm.

istiyot tumu (tuxumu) xırda olsunda, yaxar (acıdır) .

istiyotdan acılıq, arvaddan qısqanclıq az olmaz.

iş başındaykən, alçaq uca bəllənir.

iş bitən deyir, gücdür bitən.

iş doğurur, ışıqlar olur.

iş var qılsan yaxır, iş var qılmasan.

işi başlamaq başqa, başa vurmaq başqa.

işi kovlasan, iş çıxar.

işləndikcə ışıldar.

iti göz. iti ox, biri gördü, biri deşdi.

iti gözün olsun, iti oxun.

itin axsaması gəlincək karvana vurar.

iyi sanlı.

iyicəsinə yeyib için, suçum varsa, ondan keçin.

iyidin gözü tox, yağının gözü yox.

iyidin yaşına calansın. (ömrü uzansın) .

iyilik kişilik.

iyilikdə, tez gec yox. (iyiliyin tez geci yox).

kamil palançıda olursa insan, çox yaxcıdı yarımçılıq papağçılıqdan.

kasıbın bir atı olar oda çolaq.

keçən ömür, yanan kömürdəndi. (keçən ömürdəndi, yanan kömürdəndi).

keçənə üzülmə (yaxınma. təəsüf eləmə) , gələndən qorxma. (keçənə yazıq (heyif) deyilmir, ola bilib, keçənmiyənə yazıq (heyif) demişlər).

keçmiş tasasından daşınmış, yeni oykular aşınmış.

kefi kök, qarnı tox, tanrıla işi yox.

keflinin kağızı, meyxanada oxunur.

kəfən almamış, gorun qazdırır.

kələm kimidir hər bir qulağı, uyuz şalğam kimi başı qabağı.

kəndi yağında qavrulmaq.

kəpəkdən qubba yapmaq. (boş nərsəni şişirtmək.

kəsəl batmanla, dərman darı ilə ölçülər.

kəsgin cızıq sınırlar götəldi qalxdı, sındı qırıldı, əridi bitdi.

kəsilən əkmək, yenidən bitməz.

kəsilmiş quyruğun ilan unutmaz.

kətdi qonaq qaytarmaz, deyərki .( qonacaq yerim yoxdu).

kətdi, bir günə bəddi.

ki böylə əhval, qurdun pəncəsi oldu keçi saqqal darağı.

kiçik ağzım olsun, ağca üzüm olsun. (kiçik ağzım, ağca üzüm).

kiçik uluq duruşmaz, qırğı sunqır qarışmaz. (qarışmaz: qarşılşamaz). (qırqı sunqura muqavimət edəmməz).

kiçikdən başla, böyükdə qurtar.

kiçikdisə böyür, oğlandısa ulur, iqitdisə qocur. (kiçikdi böyüsün, oğlandı ulusun, igiddi qocasın).

kim ağrısın basdırdı, olmazilə dost oldu. (ölüm ilə dost oldu) . {kim ağrısın basdırdı, ölüm ilə yastırdı (dost oldu)} .

kim bəfa savın umarsa dişidən, ürəyi yonğalmayar (düzəlməz) heç dərddən.

kim gizləsə dərdini, axır yıxar dərd oni.

kim ivər, şeytanə ol uymuş durur, sol ki istəknə irər (çatar) küymüş durur.

kimə kim çələp verməyə, bayımaz, onundur onun, vergi həp çoxda az.

kiməsnə çarə bulmaz ağlamaqtan, yaş ağlayıb ciyər dağlamaktan.

kimi qopuz, kimisi ney, kim çalır qoval.

kimi tutmaqda qulluq, kimi qovmaqda.

kimi umsundu, kiminin ussu geddi.

kimin kim olmaya yazusu onmaq, ani sə'yilə müşgüldür onarmaq.

kimin yanında məni kölgəlisən (naxcuvan) .

kimsə kim, aldı ürəkdə, sən kimi düşmən yaği, saxlayanmaz, qurtaranmaz od düşən candan yağı.

kimsədən yarmaz sənə gəlsin mədəd.

kimsənəm yox səndən özgə ya ilah.

kimsəni gözləmirəm, ürəyim yolda qalsada.

kimsənin böyüyü (hər böyük şəxs) suçu özündə görür, kiməsnənin kiçi, suçu dünyada.

kiri kir açar, sirri sir.

kirpiklə xərmən süpürmək.

kirşan kimi ağ apbağ.

kişi çapdırdılar, çəri tizətdilər, tez gəlsin dedilər.

kişi çün yiyə qarnı tox ola, yaraşır gözü yuxulu ola.

kişi don girmək ilə adəm olmaz, yalıncaq mıncığın qədri az olmaz.

kişi doslarından azar.

kişi gocaldı evə nökər nə gərək, arvad qocaldı evə külfət nə gərək.

kişi haralıdır, qazanan, sərpəyən yerli. (


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə