Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010



Yüklə 0,53 Mb.
səhifə3/4
tarix26.09.2017
ölçüsü0,53 Mb.
#2149
1   2   3   4
sərpəyən: xərcləyən).

kişi harda varsa yaraqlı gərək.

kişi işin alıqlama (özgənin işin, qılığın, lağa qoyma&.

kişi itirtsə, tanrım bitirər.

kişi ki gözlədi dirilik yatın (yolun), gərək ki oxşaya yad obanın itin. (yatın: yolun).

kişi kim yavızlıqdan qaça, gərək kim iyi fala ağzın aça.
{kişi kim yavızlıqdan qaça, gərək kim iyi fala (baxa, baxta) ağzın aça}.

kişi qanı yerdə yatmaz, yuğulub gedər.

kişi qundağa qonduqda girən xuy. salacada (tabutda, qəbirdə) çıxar məşhurdu bu.
{kişi qondağa qonduqda girən xu. salacada çıxar məşhurdu bu. (salacada: tabutda, qəbirdə). (kişi qundakta aldığı qoy (xuy), ölmədən dəyişməyəcək, qoytuya qoy) (qoy: xuy).}

kişi qursuz qalmaqdansa kor qalası. (qursuz: yoldaşsız) .

kişi nərsəyi ki yansılar, gələr günü, özü ona sancılar.

kişi oxşarı, işləyən sözdür.

kişi oldur ki arvadı inandıra, özü inanmıya.

kişi oldur ki canın fəda eyliyə cananına, yox oki canın qıya cananına.

kişi seldir, arvad göl.

kişi var arvadı qədər, ölkə dəğişir, ölkə də var, kişisi qədər, arvad dəğişir.

kişi var yaşlandıqca aşılanır, kişidə var aşlandıqca yaşlanır.

kişidən aravad çıxar, arvaddan kişi çıxmaz.

kişidən kişiyə uğur (xeyir) ulaşır.

kişilər arasında bir dişi yox, dişilər olduğu yerdə kişi yox.

kişini (insanı) meymun eləmək qolaydı, ta meymunu insan edmək.

kişinin (insanın) ən yadda qalan anları, yuxuda keçir.

kişinin (insanın) kötüsü iyilikdən bilməz, qursaksıza öğüt versəndə almaz, insan çiğ süt əmmiş, güvənc olmaz, qapında qolçu, qulluqdan sakın.

kişinin (insanın) söyləməsindən, suyun şarlamasından qorx.

kişinin (insanın) ya gərək saçı ola, ya başı, ya pulu.

kişinin ağı qarası içindədir, heyvanınki üzündə.

kişinin çiçəyi ''dildir, sözdür, işdir''.

kişinin qəhbəsi, arvadın qəhbəsindən əsgikdir.

kişiyə hörmət, artırar minnət.

kor atı minib, şahlıq iddiası var.

kor boğaz .( gərəkli olan, qaçınılmaz şey).

kor çüçə .(dalsı olmayan) .

kor dəğənəği bəllər kimi.( lap əsgidən, heç dəğişmədən).

kor döğüşü.

kor eşşəyə saman vermax hshatdı, yol dayağı içib yemək, daha atdı.

kor xət .( kor yol, davamsız cızqı).

kor qazi .( əsirgəməyən).

kor nişançığ.( şansı).

kor yoldansa, kor olmaq yeğdir.

köçmədən öncə qonşuvu öğrən. .

kömürçünün üzü qara olar.

könlü ayaz, başı daz.

könül birliyi, iç birliyi. (çox sıxı işbirliyi).

könül yaylasın yaylar.

könüllər buz kəsildi, əllər balta.

könüllər olmuş arslan yatağı. (könüllər olsun arslan yatağı).

könülsüz arslan olmaz.

köprünün altından (astından) keç, ya üsündən.

körpü, çaydan oyanaydı!.

körpünü, alçaq qurmuşsa, ondan keçmə.

köşşəyi yiyəsi deyən yerə bağla birdə döy qabırğasına.

kötü dilli kocadan, yalın (tək) dulluq yeğ.

küçüklər qocaldı, qocalar qırıldı .

küçüklər qocaldı, qocalar qırıldı.

küləkdə, cılız od sönər, tonqallı od öc alır.

kürədən çıxdın, korluğa düşdün.

kürəklə bel örtülü gərək, göğüşlə üz açıq.

küsüklüyüz yerində. köməkləş yükü çataq.

küşən dəniz, qalın qalıq. (coşan dərya, bulqan hava).

qabaq sırlı, qabaq sırlı qadəhdir, döyərsən yarasa qırlanqıç olmaz.

qabaqdan qılış kimi qış gəlir.

qaçanda tanrını çağırır qovanda.

qaçarsa ardından yel yetməz, qovarsa önündən geyik qurtulmaz.

qaçmağdan qovalamağa vaxıt bulmamaq.

qaçmaq məndən, qovmaq səndən.

qadın alsan bir bəla, ondan doğar min bəla.

qadın başlıdan erkək olmaz.

qadın erkəyin əşi, evin günəşi.

qadın, erkəyin əşi, evin günəşi.

qadın, yanağ allığın, kişidən alar.

qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.

qadına göz yaşı sudu.

qadını çimrinin qazanı qaynamaz.

qadını evindən, kişini pirindən sorarlar.

qadının xoşluğu, kişinin əlində, kişinin xoşluğu, qadının dilində.

qaqılmadan açılsın, günün çıxsın saçılsın (alqış. yarqış. iyi dilək) .

qaldır qaşıvı, yesin aşıvı.

qan dolaşan könüldə arslan yatar.

qana qan, cana can, duza duz, düzə düz demişlər.

qanana bir imək (işarə) yetər, qanmaza min kötək.

qanat büküp budağa qondu.

qanmaz özü ilə düşmandır, başağası ilə necə dost olur.

qapağsız, qapağlı görən, qulağlı quylağsız duyan kimdir?

qapını qoyub, damdan düşür.

qar yağır yer ağarır, mənim üzüm qaralır, könül qalsa yar alır, soyuq düşər gülüm saralır.

qara baxt elin, qara baxt dili var, dil yoxdusa, elin kimi var ?.

qara qara qarqalar, qalın qalın qar qalağlarının qabağında, qar qar qarıldaşırlar.

qara qarıların otsuz ocağı, qara günlərin qutsuz bucağı.

qara qarqa qar istəyir, qəhrəman arvat istəyir,arvadda paltar istəyir, paltar da pul istəyir, pulda qəhrəman istəyir, qəhrəman arvat istəyir, ~~~~~.

qara qatır belə (qapıda) yatır, gəl gedənə şıllaq atır.

qara üzdən (qəhbədən: oruspudan ) arvad olmaz, oynaşdan ər.

qarabaxt topu qara bulut kimi könlüm göyün bürüdü.

qaraçıdı kimisi, kimi qurbət, hələ yox başlarında heç devlət.

qaranquluq gecədə, ay olmasa, ulduzlar parıl parlar.

qaranlıq enmişidi, qurd payın yenmişidi (yemişidi).

qaranlıq gecə, dar keçit.

qardaş qardaşın yoxluğun istər, ölümün yox.

qarından, qursaqdan atmaq. (bilməmişdə, bilirmiş kimi ucadan danışmaq).

qarqa dərnəği, it yığnağı. (avaralar topluluğu).

qarqa qarısın (qocasın) kim bilər, kişi alasın kim tapar.

qarnı burnunda olmaq.( şişmək).

qarnım kürəyimə qovuşub, mənimki məndən sovuşub.

qarnımdan çıxan qada, kimə gedim səndən dada.

qarpuz başdan, ağac yaşdan böyüyər.

qaşıq qalıbı .( sıxışıq).

qatı yay çəkən uz atar.

qavalι çala çala, geddim bağa, bağdaki qιzlarιnan oynamağa, əl atdιm böyük qιzιn mәmәsinə, çiçik qιz harayladi nənəsinə, nənəsi çιkdi dama, bir daş vurdi qabιrqama, qabιrqami tuta tuta geddim xana, xan dedi: qaşi qәrә gözi qәrә, nə tüşmüsәn bu çöllərә.

qavqanı basmaq.( həll etmək).

qayğı vuran vurmanı (zərbə) , illər vurmur.

qayqanağı pişirmək üçün yumurtanı sındırmaq gərək.

qaynana bir çiçək, hər sözü bir gerçək.

qazan qaynar dursa, ağıl durmadan gələr.

qeyrətlinin ürəgi qaynar, qeyrətsizin ürəgi oynar.

qeyrətsizdə iman arama.

qəbri dolu od ola, qiyamətdə qözsüz qopa .

qərq olan ne'mətdə, bilməz ne'məti üzma nədir, toprağa düşsə balığ onda bilər dərya nədir.

qərqərə, ipi düzənli yığıb açma üçündür,.

qılarlar qulluğnu gecə gündüz, tapından kiməsnə döndərməyə üz.

qıldan incə, qılıncdan kəsgin.

qıldığın yazqarlığa (pisliyə), olqıl ökün (peşman), olmaqıl ökkün (peşman), eddiyin eyquluğa. (yaxcılığa).

qılıcı sınmış, yayı yasılmış.

qılınc çəkib baş alır, arşın çəkib bez alır, yorulduqda yer alır.

qıp qızıl yalançı.

qırağına baxıb bez aldıq, başına baxıb göt aldıq, qarı savduq yağıya qaldıq.

qırx gün izzət, gırx il zillət.

qırx gün, qırxıda qılpı qırıx gün.

qırx gündə doyular cəmalıdan, qırx ildə doyulmaz kamaldan.

qırxılıb qalsın saqqalım!. (and içmə sözlərin biridir) .

qısqancın gözü oniki olar.

qış keçər, yaz dönər.

qışın nəyinə, gün əğri durur, yaz doğru günə, doğru durur. (qışın nəyinə: qışda nə üçün).

qız birlə gürəşmə, qısraq birlə yarışma.

qız osdurar, ana basdırar.

qızı tanımaq üçün anasın gör, lap yaxcı tanımaq üçün nənəsin.

qızıl yumurtlamaq. (saçma sapan sözlər söyləmək).

qızıla baxma! məgər gül çiçəklə ola, yaşılla ola.

qızlatgilən ürəkdəki sevgivi.

qızlıq (qıtlıq) olsa buğda al, arvad ölsə qızın al.

qoca havax inanar gücünə, çünki onun ömrü yetmiş ucuna.

qocalar sağ başlı olursa, gənclər dinc yaşar.

qocaların sözləri, dalı qoyub bizləri, dedikləri düz olsa, əməl edər özləri.

qocanın sayqısın tutan, ucalar.

qocaya eşşək gərək, cavana arvad.

qoxmayasan deyəndən, qorxun olsun yeyəndən.

qoxusu gəldi, umusu gəldi.

qol sınsa yenğ içində, baş sınsa börk içində.

qonağ ilə qonağçı, eşşək ilə eşşəkçi dil tapar.

qonağa qoyaram hörmətim olar, özüm yeyərəm quvvətim olar.

qonağa ümüd olan, öz evində qonaq qədərdi.

qonağlarız bol olsun, istiyənləriz çox olsun.

qonaq başı, seyrəyi yey.( salxımın seyrəyi iyidir).

qonaq çarşavı kimi, hər gələnin altına döşənmə.

qonaq oldun, əşgi (insaflı) ol, eşşək yox.

qonaq yedi qazı, öpdü gülnazı, keçdi arazı, genə narazı.

qoncaq (mənzili) uzaq, eşşək çolaq.

qonçamız var güllər içində.

qonduq yurdun dəğəri, köçtük yurtda bəllənir (bilinir) .

qonşu atır, qonşu tutur.

qonşu qonşunu qaşımaz.

qonşudan qonşuya heç nə ulaşmazsada (çatmasada) duvar ulaşır.

qorxu nə üçündür, ölümlü əvrəndə ( dünyada) .

qorxusundan ağlını yavalır.

qoşa badam sığmayan ağızlım.

qotur keçi, sürər sürünü, bəlaya salar.

qoyun vardı ki qurddan qorxur, qoyun yoxdu ki qurddan qorxmur.

qoz qırmaq.( varın, çıxarın göstərmək. - görək nə qoz qırır).

qoz qozalax çaxatmak. (qoz üstə qoz).

qoz ola badam ola, özü də bir adam ola .

qudurqan it, yügürər öz kölgəsinə. (quduzqan it özünü qapar olmasada kölgəsini).

ququq kimi qalmaq. (tək başına oturmaq, qalmaq).

qulağa xoş gələn insan, gözədə gözəl görünər.

qulağı çanda (zəngdə, səsdə), gözü yolda.

qulun bir gözü, yalçının iki gözü kor olur. ( yalçı: gün işçi) .

qundağa girdin, qoyun (xuyun) aldın.

qurbağa bacı yeriyəmmir, bacısında alır dalısıca.

qurban gedən yoldaşına!, yolda qaldın, düşdün daşına, yoldaki daş düşsə ayağ başına, yol sənin daş sənin çıxammadın! daş olar başına.

qurban ollam düşmənə, qoymaz məni düşməyə.

qurbət eldə, öz elivin itində yaxın sayırsan.

qurdu basan, qurda basan 'it', yorqa gedib, yorulmayan 'at,.

qurlu quriylə qopuz qıliylə.

qurt bağırsağından kiriş (tel) quralar qopuza, çalsan tam bütün telləri qırar.

qussələri daşa vur, quraqları yaşa vur, tutulsa ürək, zəngi alıb mənə vur.

quş qanatsız, kişi yarsız olmasın.

quş uçmaz kolan yeriməz, gözə görünməyən uca dağlar.

quş uçub avlar, kişi işləyib, dişlər.

quş ürəkli.( qorxaq. ürəksiz).

quşun gücü qanatla, balığınkı üzgəçlə, kişinin ki biliklə biləklədir.

qut qovuq versə yiyə (tanrı) quluna,, gündə işi yüksəlibən yuğar ağar.

qutsuzun yeddi evə dək ziyanı olur.

quyruğu qapana sıkışmaq (qısılmaq) . (quyruğu qapı arasında qalmaq).

quyuq sözləri, oyaq gözləri, soyuq işləri, issi üzləri.

lap zirək adam oduki zirəklik eləmiyə.

ləpədən demə düğünü de, dünəni demə, büyünü de.

lüt, sudan qorxmaz.

lütün yuxusuna köynək girər.

mahnı saz ilə qız nazilə.

mal qara otlağın arar, ər tanışların.

malı qiymətdən baha alana, mal gərəkdi. malını qiymətdən baha satana da pul gərəkdi.

maral ovlağı çöldür, kişi ovlağı ev.

mat qalmasan, matah olmasan.

mehribanlıq, iki yanlıq.

məçidin kökün qoyan bənnadı, saxlayan malla.

məktəb yolun ötmək.

mən aradım (ardadım) onu bucaq-bucaq.

mən dedim hər nə olacaq olsa gərək, hər nə yazmış çələbim gəlsə gərək.

mən gətirrəm qısa-qısa, arvad dağıdar kisə kisə.

mən qurbəttə değilim, qurbət mənim içimdə.

mən ləpədən deyirəm, o düyüdən.

mən səni o qədər sevirəm ki, hər nə acı versən yeyərəm, amma gözüvü çıxararam, bir acı söz desən.

mən səni sevərəm sevisərəm, bu sözü türkcə ‘quyuq’ deyərəm.

mən yeyim, sən qoxula .

məndən yuxumu qapdın, vardın yalavuz yatdın, etqıl nə bəladır bu, eşqin nə dilər məndən.

mənə toxunmayan ilan, min yaşasın.

məni bu aşq işindən pənd yığmaz, ki təqdirin işi tədbirə sığmaz.

mənidim, hadiyidi, hudiyidi, koroğlu kosmançıydı, əbdüləli zırnaçıydı, geddik şikara, tüfəngimiz varıdi, çaxmağı yoxudi, lüləsi varıdi, gülləsi yoxudi, o tüfənginən ov ovladıq, pıçağ axdardıq, ovun başın kəsək, hadi pıçağın var, dedi: yox, hudi pıçağın var, dedi: yox, kor oğlu pıçağın var, dedi : yox, əbdüləli piçağın var, dedi : yox, bir pıçax tapdıq, dəsdəsi var, tiyəsi yox, onlan ovun başın kəsdik, ətin doğradıq, dedik ki : qazan axdaraq, onu pişirək, bir qazan tapdıq, dövrəsi varıdı, təki yox, onnan əti pişirib, yedik,yedi işdi yerə keşdi, göydən üç alma düşdü, biri mənim,biri özümün, biridə nağıl deyənin (musdafa bəy) .

mənim təkcə məssəbim, məssəbləri tanmaqdır.

mənimki bitsin, səninki batsın.

məramından dönər, inamından dönməz.

mərcimək kimi biridir, nə kürəyi var, nə gövüsü.

mərtlə gəz ki bafalı olur, nakəsə yoldaş olan xar olur.

məsnəvi kim birligə ayinədir, ona bax kim biləsən ayi nə dir.

milli məssəplisiz! - yox bala, nə milimiz var nə məssəbimiz.

min darağda bezi olmaq. (çox nələrlə uğraşmaq. başı çox qarışıq olmaq).

namuslu olun, pəxmə yox.

neynisən ? – gözlürəm. – gözləmə bala, gözdәyәr.

nə ağız yandıran aşdır, nə baş sındıran daş.

nə aşı yarır (doyuyur) , nə daşı yarır (incidir) .

nə çarə olubgələn işə, kəsilməyən əl öpülür həmişə.

nə dadı var nə duzu, ətsiz verdi govduşu.

nə isdisən bacından, bacın ölür acından.

nə toyun gördün, nə yasın dosluğun nə babətdə .

nə yoruldum, nə uğurdum, hazırca kukə tapdım.

nədənsə bizlər yaxcı işləri ən sona saxlayırıq.

nəməniyə bəncir .( çor vurmuş qara badımcana) .

o and içdi, bu and içdi, osduraq mənim başıma düşdü.

o daldan budağa, o dağdan bu dağa.

o dedi ki - onun biraz başı çıxır. - olsun, qoy çıxsın, indi soxarιğ yerinə.

o yapdığı qaşığın, qılpı olmaz.

o yer ki sevib sevilmə, sevidib sevinmə yasaq, ayağ sallama, tü dabana qoy qaçaq. (tü dabana: tov ayağa) .

oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.

ocaq çatmaq.

od sönsə kül qalar, sevgi gedsə nə qaar?.

oda odun daşıyıb, yağ tökəndən uzaq.

oda vurdun, qızıldısa bəllənir, işə vurdun, kişi isə bəllənir, dişə vurdun, yeməkdisə bəllənir, suya vurdun, daş oldusa bəllənir.

odunçu ölsə od su qalır, ovçü ölsə çaxmağ qov qalır.

odundan suyundan olmaq.

oğlanların süpəh daşı, - vay dizim vay dizim. qızların yumşaq əti, - vay dişim vay dişim.

oğlun oldu qoy nəzərəli , xeyri olmazsa nə zərəri.

oxu tar, sənin kimin var.

oxuşdular, baxışdılar, toxuşdular.

ol dəm (hara) qaçılır, baş götrəsi ər gərək.

ol gerəklik şamını göz görmədi, kimsənə anın nişanın vermədi.

ol nəsəyi kim kiməsnə bulmadı, ol kim anı buldi, canı ölmədi.

olsun ki sıçan yuasıda gün görsün.

onbeşində qız, ya ərdə gərək, ya yerdə.

ondaki adam söz danışmaqdan yorulur, yaşamaq vaxtıdı.

onqaran kimdir, azdıran kim.

onu, yüz on səggizdən soruş.

onun atdı biri düşdü, özgədə yemək, bizdə ürək pişdi.

onun əli götün bulur. (o heç nəyi saymaz, önəmləməz).

onun uğrunda baş, can oynadır.

orman, qulaq, qır göz.

ortaq aşı, it içməz.

ortaq evə od düşsün.

oruc tut, uçmağı ut.

oturub sizin birlə, nə xoşdur bizə.

oyar gəlmədən, çalar qapı, göz qıpımında, alar canı, hayın çönər dəmində vaya, yaxın uzaq, çatmaz əl yara.

oyun dedin oyna, oynamadın ornama (həddidən çıxma) .

öğrəniş yədəkdi, öğrənmək yetmək.

öğüt dinləməyənə nə kömək.

öküzə ovhə desən, götrülənər.

ölçənlə biçən bir olsaydı, say sap (hesab) yığcam olardı.

öləkdə (ölməkdə) incimək yoxdu, yaşada (yaşamaqda) incimək çoxdu.

ölən məndən, bel-külük səndən.

ölən öldü, olan oldu, atlı olsun, ya yaya.

ölənə cək, qan tökəcək gözlərim.

ölmək qolaydır, yaşamaq çətin.

ölməkdə incimək yoxdu, yaşamaqda incimək çoxdu.

ölməmişəm varam mən.

ölməyən kişi, altın ayağtan (qədəhdən) su içər. ( ta kişi ölməyib, qızıl qabdan su içə bilir). ( sağlıq olsa, çörək tapılır, yağlısından belə!). (qafa omuzlar üzərində bulunduqça əkmək bulunur. ).

ölü üzi donmluğ.{ ölü üzü don (soyuq) olur}.

ölüm çuxuru.

ölüm körpüsün atlamaq.

ölümü dirlik ola, ölümsüz dirlik bula, başlı (yaralı) könlüm onğula, yağluyu (mərhəmi) sən olasın. (başlı: yaralı).

ölüncə kirdən arınır.

ölünü dirildincan diridə can qalmaz.

ölüyə günüdə ağlarlar.

ömür axarı.

önə gəldi, gözə gəlmədi.

öpməyə can dilərmiş dodağın.

ötəri gələn, ötüb keçər.

öylək, günü tavratır. {fələk (zəmanə) ruzgarı devirir}.

öz çuxam, gözəl çuxam, qara saçım, gözəl qaşım, çala saçım, çalan saçım. (əldə olana qanıq edib, güvənib, bəğənib, sevinən kimsə üçün söylənir).

öz gözünə, tikan əkmək.

öz gücünə güvənən, hədələməz.

öz gücünə inanan, daşı çörəyə döndərər.

öz ipivi, özün eş, danışmada, uğun, eş.

öz kölgəsindən uzağı görmür.

öz qatın qartan. ( öz yaravı bağla). (ölçüvü aşma. öz işən bax).

öz ölüsündən qorxmaq. (olmamış, ola bilməyən bir nərsəni düşünmək).

öz ölüsünə aynada baxammır.

öz pişiyin aslan görən, özgənin aslanın pişik görər.

öz tarazından, daş götürmə.

özəndi kamu illət, ana çatmaq için.

özgəyə gəngəş (məşvərət) et, öz bildiyini əldən qoyma.

özgüyə quyu dərin qaz, ta düşdün çıxmağın çətin olsun.

özü duzlu, bəxdi buzlu, bəxdi yatıq, qaşı çatığ, bəxdi qarlı, gözəl yarlı,.

özü ölüb, özü dura bilmək. (öz kilimin sudan çıxartmaq).

özü yıxılıb, özgənin büdrəməsinə gülür.

özündən yekəsin bilməyən səhvə yol verər.

özünə elədi, külü gözünə elədi.

özünü qonduğun yerdən tez aşur, oturma, yol əri yolda yaraşur.

özünü öğmə (tə'rifləmə) , özgəni söymə.

özünü özgədən axdaran, özsüz qalır, üzsüz qalır.

papağı tülkü dərisindən, xəbəri yox gerisindən.

para verdik mal aldıq, oğul verdik qız aldıq.

paşalıq yol, ulu yol, ayaşıb gedməz. ( ana yol, böyük yol dolşıb gedməz).

pay bölənə pay qalmaz.

pələngə ət yeməyi, doğşana ot yeməyi öğrətməzlər.

pılan oldu torba doldu.

pis boğazdan, göyçək ağızdan, ətacıdan uzaq olasız. (pis gözdən, əğri əldən, pozuq duyudan, çarpaz yoldan qırağ olasız).

pis günə, yaxcı günə, yaşadıq döndük külə.

pis günlərin bol olsun, xoş günlərin yox olsun. (qarqış) .

pisginin ( bədxahın) bağında, nə gül bitər nə çiçək.

pişik oğlu miyov doğar.

pişik olub yorqan döşək üsdə yat, aslan olub qəfəsdə yatma.

pişiyə ət, keçiyə ot yeməyi, öğrətməzlər.

pişməz çörək, təndir olunca soğuq.

postumu daha postumudu,o kişi mənim dostumudu,güddi bazara gəlmәdi,yaylığımı gətimədi,yaylığımın ucu qәrә,yalvardım peyqubərə,bəlkə dstum gələ yaylığımı gətirə.

pşiklər pişiklər, sari pişiklər,sizi görüm qιrsιn tanri pişiklər,birisi oğjudu birisi hәrami,birisi yan dacadan verər səlami,birisi kiliddani ypolaq eylədi,birisi qovurmanι soraq eylədi(bələddədi),yeriynən apardi sari pişiklər, sizi görüm qιrsιn tanri pişiklər.

rüşvəxorluqda böyük kiçik, haram, halal da var. (rüşvəxorluqda böyük kiçik, həram hlal olmaz).

saat qabağı dayir olub,, hər götvərən şair olub.

sağır xoca belə duymuş.

sağlam başmaq deyil. (çulu əğri).

sakın sanma yeməz sofi soğani, qabın dahi qoymaz bulduqda ani.

saqqalı qoduk.

sancağın (bayrağın) qaqacaq yer bulmamaq.

sanı birgə danı bolsun. (yalnız kəmmiyət dəğil keyfiyət də olsun).

sapaq (səfeh) kimi baxmaqdansa, başlı (bilgin, ağıllı) . kimi işlə.

sapdan iğnəyə nərlər yatır.

sapınan ağızdan saqqız oğurlayan.

sarılı gəzir, hər yanı bəzir.

sarpdaki yalçın qayalar, yastılın ayvaz gəlir.

savalanda qaram mən, sevgilimə yaram mən, gedin o yara deyin, ölməmişəm sağam mən .

savap eliyəmmədin, barı kabab eləmə.

savaş bilməyən, atasın yerə vurar.

savaş birinci sözdən doğur, iştah birinci tikədən.

savaş dalaş öldürməyin başlanqıcıdır.

savaşa batan savaşla batsın.

savaşdan dönüb yerinə qonub.

sazsız söz olmasın, elsiz dil olmasın.

sazuqladı, yaruqladı (yaraqladı) yola saldı.

sevgi alovdur, ilqar (əhd) külək.

sevgi ilə sevən səni, .

sevgi odu tutunsa, öpgə ürək qavrılır.

sevgi suda olan yosun kimidir, ona sarı gedsən uzaqlaşır, ondan qaçsan, yaxınlaşır.

sevgi yara bitirir, baş itirir. (yara bitirir: əsgi yaraları sağaldır)

sevgi, and götürməz.

sevincinə aykırı yeriyən, çatmayasan istəgə sən.

sevincli olasız. (yarqış. dua sözü).

sevməyi öğrətmək, sevgini böyütməkdir . (sevgini becərtmək, bəsləmək, dəğərləməkdir) .

səbr ilə çox iş açılur, işdə aşuqqan çox yayılur.

səfehlik, düşünüb edmək dəyir, düşünüb edməməkdir.

səfehliyin sibut edmək çətindir, ağıllının.

səhər durdun, günü görməsəndə, olduğuna inan.

səhərin uğurlu deyənlər, günlərin bir günü, səni basdırıb yarıq (rəhmət) olsun deyərlər.

sən duza gedəndə mən duzdan gəlirdim.

sən mənə nə üzül, nə süzül (qırcan) .

sən olara qapınma, qara gördün yapınma (qara: tiryək. ( yapınma: qılınma) .

sən səfehləsən, ya özüvü səfehliyə vursan ikisidə bir gəlir.

sən yağış olsan, mən sənin toprağın ollam.

sənə yaraşmır sölmək, gül, güllərin gülü,

səni görüm gorun çatlasın.

səni öyləsinə sevirəm, tapılsa yüzər sənə tay, durmadan alaram.

sənin düşmanını istəyən, səni istəməz.

sıçan kimi bir gözü var dəlikdə.

sıçan pişikdə düzlük axdardı, tapanmadı.

sıçan yolun tapsa izlər, tapdığın oğurlayıb gizlər.

sınamasa. ər sınar. sağınmasa utsuqar. (düşünməsə. quşqarmasa. utuzar). (dənməsə aldanar. gözləyib diqqət edməsə utuzar) .

sınığ qapda su qalmaz.

sınsan elə sın ki, qalxa biləsən. ( yapışa biləsən) .

sır alan mindi, sır verən birdə yox.

sırtında yumurta küfəsi yox ki.

sısqa yağışda çox yağsa, daşqın olur.

sıydan könül doymaz.( can sevgiyə doymaz).

siz daş qoyan yerə, mən baş qoyaram.

sizdən yana yaranmış aldatmaq, yox içizdə, zərrəcə qanmaq.

sollu sağlı.( muvafiq muxalif).

soluğum toxdamadan (kəsilmədən), yollar qapanmadan al məni, an məni.

soruşdular nə əkirsin, dedi: - "bitər, görərsən".

söğüşüb vuruşub, ortada don didişir.

sökdü gücüm, keçdi yaşım.

söz altı.

sözə baxan arvadın, kişisi ağıllıdır.

sözü, darı üstə qoyma. (çox qurdalamaq).

sözüzüzün dadı gəlsin, çayızın tamı gəlsin, uğurladan savı gəlsin. (yarqış. dua).

su qatqılı iş. (kələk iş).

sucuq qatsan acına, uzaq çəkməz, tez keçər.

suda batan, içgidə batandan az olur.

sudan durun, aydan arın.

sulu olsa, itdə olar "it ağa".

susmaq, tanımaq deməkdir.

suya daş atılsa, dərinliyi bəllənir.

suya dedilər: - nəyə hay salırsan, dedi: - dosdum daşlardır.

suyu iplə bağlamaq. ( olmayacaq iş yapsınmaq, tasarlamaq).

suyu sütlü. (1. işi duru olmayan. 1. suyu qaymaqlı. kimsənin bayağı nərsəsi, hər nəyi uğrulu, asılı, faydalı olan).

suyun canıva yarısın.

suyun sütlü, sütün sulu olmasın. (yarqış) .

suyun şırıltısı damcısıynan oynar.

suyuna gömül, üzündə gül.

sümüyə sarılmış ətsiz dəriyəm, səmizlikdən qalavatdan bərirəm.

süngüğü qaxşamış (qatımış. çürümüş) beli bükülmüş, ənəği (əngi) qöğsü üsdünə tökülmüş.

süsü deyən dillərə qurban.

süzəgən danıya, tanrı buynuz buyurmasın. (süsəgən (çox süsən. buynuz vuran) inəğə tanrı buynuz verməsin).

şafdalı gəlməmiş, tabağı gəldi.

şahın, başı vəzirdi, vəzirin əli, şah.

şaqayiq gülü.( gəlincik).

şam kimidir, kölgəni özünə, ışığı yanlara salır.

şanğur şunğur olmayanda, yapalaq, meydan sular. (


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə