Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010



Yüklə 0,53 Mb.
səhifə4/4
tarix26.09.2017
ölçüsü0,53 Mb.
#2149
1   2   3   4
şanğın: > şahin) .

şansı qımıldadı.

şarabın içməyi yaxcıdı, içip keflənməyi ondan yaxcı.

şatır çörəkdən yeməlidir.

şeytan başmaqçı bazardan keçəndə, bir əlin qabağına, bir əlin dalına qoyar.

şeytan sapına ignədir.

şeytanın nəyidi qanığan (qanan. bilən. dana) , şeytanın nəyinə qanmaz, deyiblər atalar, çox qınayan varmaz.

şəkərin yeyib, şükrün edib.

şəkkər ağzından acı dil verəli, yaxşılardan başladı gəlir yaman.

şəlğəmi dadmasanda, barı tarlasından keç.

şərri şeytandan, məkri arvaddan, quru böhtandan, bəylər qəzəbindən – özüvü qoru.

şərrin azıda, çoxdur.

şirin dilin olsun, ətin yağın özüvün.

şol ucdan ki bularda ağl kəmdir, ırağ olmaq bulardan gey (böyük) qədəmdir.

taksıçılıq başlamağa güldü, dayanmağa küldü.

taqqa alıb börk vermək. (sənli mənli. ərköz. əşöz. taarüfsüz).

tamara tamara top qızı,erməni saldat qızi,tamara geddi beş günə,gəlmədi on beş günə.

tamunu qızdır uçmağı bəzə.

tanrı əlizdə ovcuzda saxlasın. (uşaq üçün deyilir) .

tanrı işləri onqarsın.

tanrı kora, necə baxsa, korda ona, elə baxar.

tanrı qaldırdığın kim basa bilər ?, həq quran yayı kim yasa bilər ?. (tanrı qaldırdığın, kimsə basamaz, yayı ki həq basa, kimsə yasamaz).

tanrı sənin o dünyavı bu dünyavı onartsın.

tanrı verdisə, alsın, tanrı yazdısa, pozsun.

tanrı verədə. (kaşgi).

tanrı yarqasın, belə yarqasın.

tanrım bir yastıqda qocaltsın. (ər arvada deyilən uğur).

tanrım böyüklərdən ululuğu, qocalardan sayqını, cocuğlardan utancı qoparmasın.

tanrım dərd verib, dərman aratmasın.

tanrım əsirgəsin. (qorusun) .

tanrım gecindən versin. (yaşıyasan) .

tanrım ki qurtuldum üzündən, qulağım dinc olmuştur sözündən.

tanrım kiməsnəni pul, uyat (namus), qeyrət utsu edməsin. (utsu: utlusu: utancı).

tanrım sənə sundum əlim, səndən artıq (başqa) yoxdur əmim.

tanrım səni dəğməgözdən qorusun.

tanrın versin (qarqış) .

tanrıya yalvar ki oldur yavlağın yavlaları.

tapınsız dünya, ələ kündə, ayaxda bağ.

tapundur (xitmətindir) , yatancağım yastancağım qapundur.

tası darağı toplamaq. (yığışıb sürüşüb gedmək).

tat tata, üzün qara demiş.

tavşanı araba ilə avlamaq.( əməksiz, talaşsız nərsəni əldə edmək).

tavtava (qızqın) sözlər, qılışlardan uzaq.

taza görən daylaqlar, çuluna baxar oynaqlar.

tez gəlmədin, gej qaldın, soğan yedin gij qaldın.

təxdən maşa, səfehdən paşa olmaz.

təndə can beş gün qonaxdı çox günah arturma gəl.

tənhalık tanqalıqdı.


tənhalık tanqılıq.

təni (donu) arıq, bənzi sarı, sümüyü incə.

tərəfdən nəfəqə istədilər, infaq keçirdi.

tiriliktin gücü birliktə. (yaşamın quvvəti birliktədir).

toxlu üzüb, quyruğda pıçaq sıma.

toxun çözülməsn, ipin qırılsın. (qarqış) . (tox: dərd)

topaç başlı, burma qulaq, gözü çuxur, burnu uca.

topal eşşəklə karvana qoşulmaq.

toprağ deyər: - tərlə mənə, zər töküm sənə.

toprağ itgisi bir dəd, dağlar dayanmaz!, düşmana üz versən dağlar, dayanmaz!.

toprağ, odu, suyu qardı yelə, gör nə hekmət gösdərir dördü belə.

toprağına yad olar! yoxsul.

torlağı bəslə, gözün çaxartsın.

toy tutmaq, tor qurmaq.

toydan sora nağara.

tuxum səpən, əkin əkən, ağac tikən.

tumanı doğru çıxsın. (sonu iyi olsun).

tut ağacı deyiləm tutasan, çox dadlı deyiləm utasan.

tutar qatıq, tutmaz ayran.

tükənib tanıq oldular .

tülkü yatağın bilir.

tülküyü nallayan.

tünü çıxınca, tütü çıxdı. (adı çıxınca, düdü, tüstüsü çıxdı).

türk demə tək de. bəs demə tərs de. (türk demə tək de. fars demə tərs de).

türk elin, tanrım yarqulasın, yarquladı, sona qoysun işin, çəksin bu qaralıqı, yaratsın ağı.

türkün dilinə, tük bağlanıb, baş yerinə, daş saxlanıb.

tüstüsüz od yandırır, sağı sola calıyır.

tüt çaydan vur geç, lam çaydan qox geç.

uca dağdan duman əsgik olmaz, yumşaq ürəkdən sevgi, daş ürəkdən kin.

ucuq bucuq oğlan, uşağ) . (balaca malaca, xırda mırda).

ucuzlu ət şorbasıda pis olmaz, aşçı yaxcı olursa.

uçmağı (cənnəti) bəziyən, tamuyu qızdıran nədir.

ufaqlı irili, hər türlü quşlar, var idi suda yaz ilə qışlar.

uğur (yol) tapan var, qılıncsız, qılınc vuran var, uğursuz. (uğur : yol) .

uğurlar topu düşdü başına.

ulu dövlət uca himmət ağır baş ( təmkin ) , öğüş ne'mət, qatı heybət, uzun yaş.

ulu kimdir bilinmədi, yaxşıdan yaman seçilmədi.

ulular sözünə baxmayan, uluya uluya qalar. (ulunu dinləməyən, ular qalar).

unutmadı ilan, kəsilmiş quyruğun.

uşağki var, yox bilməz.

uşaq ağlayanda (başıza çırpmayın, ərizin başına çırpın. qaynanavı, qaynatavı söy).

uşaqlığ yaz, igitlik yay, yaşın ortası oldu güz, qocaldın qış .

utursan, tanrı edir, utuzsan, tanrı dilir.

uvaklı irili hər türlü quşlar, var idi suda yaz ilə qışlar.

uyanc, utanc damarı çatlamaq. (üz suyu tökülmmək).

uyar ağlını qəflət uyxusundan, səlamət tut qiyamət qorxusundan.

uzatdım yorqanına yastığım, şair olub hər götünə basdığım.

uzaydan (fəza) böyük, çağışdan (zamandan) qoca, sevgidən dərin olmaz.

uzun üzün, asın salın, qısın sıxın, çatın çapın, əl çəkmərəm dilimdən.

uzun yaşama! duzlu yaşa.

uzunluq ucalıq, şan san (şöhrət) gətirmir, inanmısansa adamın qulağına bax.

üç şey kişilikdəndir 1. dil 2. topraq. 3. ərdəm .

ünüm anla, sözüm dinlə.

ürək ağlayır, baş ağrır.

ürək ağrısı, göz ağrısı deyil, bir untulur gedər, biri itinir gedər.

ürək bölünər tikə tikə, dərd ilə.

ürək hara çəksə, ayağda ora gedir.

ürək sevənin ağıda olar, qarasıda.

ürək sözün, dilsiz baş, deyəmmədi.

ürək yanar, tüstüsü görünməz.

ürəklə ağlasan, kor gözdəndə yaş çıxar.

ürəklə gözə bel bağlayan, tez batar.

ürəyi dağlı, əli bağlı.

ürəyi əlində saxla.

ürəyin ağızda yox, ağızın ürəkdə olsun.

ürəyini üzmə, könlüvü pozma.

üz satıb, asdar alır, pisdən pisinə qalır, dodağından yağ damır, qarın qursaq boş qalır.

üzə gülür ayağdan çəkir.

üzü qərәnin üzü yox, paxıl adamın gözü yox.

üzü pırıldır, içi qırıldır.

üzü səni süzdürür, içi məni üzdürür. (üzü səni çəkər, içi məni sikər). (üzü səni bayıldar, içi məni bağırdar. (dışı səni yaxar, içi məni).

üzümünü yedə, bağın sorma.

üzün qızsın, qulağların çınlasın.

üzünə baxıb, asdar almaq. (aldanmaq. toğlanmaq).

vaxda (vaxıt) keçər, sular durular.

vaxsız əzandan, tanrı qorusun.

validədi ha!.

varlılar, su içir, bilginlər buz yalır.

verdin qırxı, getdi qorxu.

verən əli, hər kəs öpər.

verən əliz arınmasın (yorulmasın) .

verən tarı yeri. (yoxsullar üçün gecələmə yeri).

verirəm diyə quluna, çıxarıb qoyar yoluna.

və ol qutlu ağac ki tanrı yad qıldı.

vətən daşı olmayandan, olmaz vətəndaşı.

vətən, doğma ana, qurbət ügey ana.

vırnığan tülkü, yatmış aslan üstələr.

vurulan mən, vuran məndən.

ya adın çıxsın ya ''od''un çıxsın.

ya cin ya şeytan.

ya dəvə ölər, ya dəvəçi, ya üstündəki haci.

ya dəvə ölər, ya dəvəçi, ya üstündəki hacı.

ya sizin öğüdüzlə öğüdlənə, ya ki içinə qorxu düşüb bizə yönələ.

yad özüçün durmağa yer eylədi, durdu anda qışladı həm yayladı.

yadın yağlı tikəsindən, özün qanlı tikən yeğ.

yağış yağar toprağa, heyvan qaçar otlağa.

yağışdan qaçan yerin itirər, yersiz hürən, çətin gətirər.

yağmur quni qan saçar. (yağış kimi qan tökər).

yağmurdan qaçıb, doluya düşdük.

yağsız malı, qurd yesin.

yaxası açlmadıq sözlər. (açılmamış, hələ deyilməmiş sözlər).

yaxcı sözlərin yaxcısından, yaxcılıq gözləyən, yamaşdan yavaş gedər.

yaxcıdan, yaxcını seçmək, hünərdi, yaxcıdn pisi seçmək görəvdir.

yaxcılar gəlir dar gündə, yaman verir, zay gündə.

yaxcılara umursan, yamanlara yaraqlan.

yaxcılıq tez itər, yamanlıq iti kök salar.

yaxcını gözlüsən gəlsin qapıva! qapıvı bağlı qoy.

yaxcını yatluyan pisin çıxarar (pisinə batar) .

yaxcını, pislər ''günülər'', yaxcı çox olsa pisin güdülər.

yaxcının nə olduğun pisdən soruşma, pis bilməz yaxcılıq nədir.

yaxcısı özüvə, pisi özüvə, yelə tüpürsən, yeldə təpər gözüvə.

yaxcıya sən alış! pislik qapıda.

yaxşı tanıb qapırar, yaman qapıp qanırar.

yaxşıla dost olsan səni əzizlər, yamanilə dost olsan dalıca pislər.

yaxşılığı itirəndən, duz çörək umma.

yaxşılıq elə, yatdan çıxarıb at çaya.

yalan aytma, yararmı ? ( yaraşarmı) .

yalançını qov ta tumanı düşüncən.

yalançının gözü çıxsın.

yalanı inandırmaq çox çətindir, amma bir dəfə inandırdın unutdurmağı, ondanda çətin.

yalanın anışı tanışı (şahidi) çoxdu, çalış ''doğruya'' ''yalandan'' tanıq (şahid) tap.

yaldızlı yalanlar göyül qapıcı aldanlar. (yaldızlı: ulduzlu. parlaq).

yaman arvad, qırx illik qıtlığa oxşar.

yaman olsa güvənmə, ağlar olsa inanma, açıq olsa qapınma, bağlı olsa, qayıtma, borcun olsa qaçınma, vergin olsa çəkinmə, sevgin olsa utanma, yaran olsa gizlənmə, suçun olsa danınma, .

yamanı pullu deyib yaxın durma, yabını yallı deyib satın alma.

yamanlıqdan qaçın sən, yaxcılıq özü gələr. (yamanlıq: pislik) .

yan gedən yardan yar olmaz.

yansın çırağı, gəlsin sorağı.

yapılı qapının yarağından baxma.

yapışırsansa ağacın soylusun yapış.

yapraq gördüm qan ləkəli.

yar ilə vardı yolu doğru varan, yarı əldən qoymadı kirtü ərən.

yaradan yar olsun.

yarağın gör, bilirlər bunu hamu, ki olur yaz uçmaq, qışın tamu .

yarağın görməyən axmaxdır erkən (tezdən), qışı göy (bitgi) üzrə qışlamaz bilirkən. (yarağın ərkən görməyən axmaqdır).

yarağlan kefə başla, qayğının quşun daşla. (yarağ oldu kefə başladılar, qəm qussənin quşun daşladılar).

yarağlı oldur kim, duyur elinin səsin.

yarağlu arağın görmək: hər kəs öz işini görüp, yerinə gətirmək.

yarağsızdan yoldaş olmaz.

yaraq (silah) yiyəsinə yağıdır (düşmandır).

yaralı yatdı, ac yox.

yaramaz deyib, yaramaz eşitmə.

yaramaz evdə, ölüyü nelnərəm, girir ağlaram çıxır ağlaram.

yaramaz yoldaşdan yalnızlıq yeğdir. .

yaramazdan var genə (iğən: artıq, çox) yaramaz.

yaramazı qeytərən, uğurlar gətirən.

yaramazlıq gizli oda bənzər ki gözləmədən yazar.

yaraşır dürlər içrə göycə mıncıq. (yaraşur göylər içində göycə mıncıq).

yarıq tapan, dolağın tapar.

yarıvı gör özün danış, evlər yıxıb arasözlər.

yarıya duz səpmək. kökünə kibrit suyu tökmək.( yandırıb yaxmaq).

yası yasılmış, qara günə batmış.

yaşam yolu bir yönlüdü, bir yanlıdır, durmaz eşinməz, sözün deyər, söz eşitməz, yolun gedər, geri dönməz. yuxar gedər boşa çıxar, aşağ enər, puça çıxar.

yaşama gəlmədik, tanınmaq üçün, ona gəldik tanımaq üçün.

yaşamağa dünən gecdi, yarın tezdi.

yaşamda baş gərəkdir, balqabaq yox.

yaşamın öz anlamı, düz anlamı, kefliliklə ayıqlığın arsındadır.

yaşda quruda, suda qarada.

yaşı dümüş. (yaşlı adam).

yaşın ağlı, başın ağlı.

yaşın sorma, aşın ye.

yaşın uzun olsun, aşın bol.

yaşι uzuzn uzaq olsun. (doğum günü deyilir.).

yataqdan qorxan, ərkək olmaz.

yatış oldu, qatış olmadı.

yatmış qaplan yanında, bığ eşmə, ayılar, qalarsan başsız.

yatsanda, baxdın oyaq olsun.

yattım ya allah, ölləm inşallah, əgər ölmədim, la ilahə illəlah.

yavız işdən yığan (çəkinən), uğurlara uğradar.

yavuz gözlər ərmiyə (irurməyə, dəğməy) .

yavuz günlər yanaşır yatlu adəm, qoymaz yatluluğun ölüncə bir dəm. (yatluluğun: yamanığın).

yay görməyən, ox bilməz. qış görməyən qar bilməz. qar görməyən ağ bilməz. ağ görməyən gün bilməz. gün görməyən tün bilməz. tün görməyən dan bilməz.

yay var qış var, nə tələsik iş var.

yayın yasdı, dilin kəsdi.

yaz bir çiçəklə yazlamaz heç.

yaza çıxarsan, tərə yesəndə, kərә yesəndə.

yazda çay yatağında qalma, qışda düzdə.

yazda çıxan cücəni, güzdə sayarlar.

yazığ o kəsə ki (kəsgə ki) qaraqabaqdır, nə gözəl yaraşır üzlərə gülmək.

yazıq da var başa çıxardır başı, yazıq da var, başa saldırır daşı. (yazıq: suç. saç. tərs ( iş) . qəza. iş) .

yazıqların biridə elə yazıcıdır.

yazılı gora girməz, görməyincə yazısın. (yazı: baş yazısı).

yazılı yazısın gördi, gora girdi.(yazılı yazısın görə gərək, görməsə sinə (gora) necə girə).

yazın yaylarlar yaylağını, qışın qışlarlar qışlarını. (yazın yazlardı yaylağını, qışın qışlardı qışlağını).

yazıya əğri oxuyanlar girir.

yeddi arxın suyun bir arxa calama.

yeddi kərə öz evində axdar, sonra qonşudan istə.

yeddi qonşu bir qaza möhtac.

yedin duzun, duzluğun oğma (uşatma) .

yel (yenğ. yen. cin) atına minmək. (çox sınırlanmaq).

yel belə әssə ! balta belə kəssə ! vay mənim halıma.

yel əsəndə arvadın başı titrər.

yel əsib qoz tökülüb.

yel üfürdü, su köpürdü.

yemirəm, işmirəm, vermirəm, yatmıram burda olmaz.

yenğ olmadan adam çarpmaq. (gücü yetməyəcək işi yapmaya qalxışmaq).

yer altınıda bilmək, üstündə. (çox bilmək).

yer basmayıb yeriyən. (quş ayağ).

yer basruğı dağ, boy basruğı bəy.

yerdən yerə küp düzələr, bir birinə bənd edələr, atdan birin çəkələr, gəl onda gör, guppa gup.

yerində yellər əsir.

yerli yerindən. (hər tərəfdən).

yetənə yetir, yetməyənə bir daş.

yeznə qovsa eşiyə çıxarsan, oğul qoğsa, beşiyə baxarsan.

yəhər, gah atın belində gəzər, gah yiyəsinin.

yığışıb, atışıb, doluşub.

yıxılan ölünü dirildən.

yoxsul, itin adın ya qızıl ya gümüş qoyar.

yoxsulluqda olmaq, istərmisənsə, xəşlə.

yol yatı yarağı.

yolçu olan yolağçı öşgü sarayı neylər, təvi tacı netsin şol kimsə kim qonaqtır. .

yoldan irəli yoldaş, evdən irəli qardaş.

yolları kəsilmiş, gücləri kamanları yasılmış.

yolların ən çətini, yola qoşuntusuz (yarağsız) çıxanındır. .

yoluğdan alıb, qırığa verir.

yolum burtaq, ayağ ağsaq.

yolun açıq, düşmanın basıq (olsun).

yolun boş olmasın.

yolun sevinci, istəyip gedmaxda yox, gedə gedə istəməkdədir.

yolun yaxın, yükün yüngül.

yuxxarı bax qəm eylə, aşşağı bax dəm eylə.

yuxu yuxlamıram quşqulanıram.

yumurtadan yun qırxan.

yumurtasız qayqanaq olmaz.

yurdun yekəliyin, sən bilməsəndə, qar bilər.

yüngül sözlü, süycü (şirin) dillim.

zahid! o dünyadə od olmaz, onlar ki yanırlar, odu burdan aprırlar.

zaman durduqca dursun göyçək adın, yamanlıq görməsin iyku içəğun.

zaman elə gətdi ki dəgirman başımıza tərs fırlandı.

zaman keçərək əsgiyər hərhanki bir şey.

zaman zamana uymaz.

zamana yatlu oldu, halal yeyilməz, haram qiymətli oldu.

zamanaya qayqıran, qazığı samanla dolar.

zamani həp tanrı yaşar, kişioğlu hep ölmek için var !" .


zamani ten(g)ri yaşar, kişioğlu hep ölmek için var !" .

zamanında yumuşaq döşəktə yatmaq yaxcıdır.

zar zor olsada başlaması, xoş olsun qutulması.

zəmanə çox incilər süzüb, çoxlusun pozub.



zərrə dərdin olmasun dərddən xilas et qıl məni.

zirəm sənə su verərəm, bu gün verəcəm sabah verəcəm, özüm billəm haçan verəcəm.
Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə