Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə50/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   42   43   44   45   46   47   48   49   50
Vəla Kəliməsi ərəbcədən yaxın olmaq, yanında olmaq, bir işə sahib olmaq və o, işi yerinə yetirmək, hökm etmək, idarə etmək və sevmək mənasına gəlir. Qarşılıq gözləmədən, məhəbbətdən ötrü tərəfini tutduğun kimsəyə Vəli – Vəla deyilir. Dostluq düşmənçiliyin ziddidir. Vəli etməyin əsası sevgidir. Həmçinin birini sevmək, mütləq ona tabe olmaq – «Şeytanın hökmü yalnız onu dost tutanlar və onun vəsvəsəsiylə Allaha şərik qoşanlar üzərindədir». (ən-Nəhl 100). Həmçinin kömək mənasına da gəlir – «Allah sizə ancaq sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 9). Termin olaraq isə: Möminləri sevmək, onlara kömək etmək, onlara dostluq bəsləmək deməkdir.

1525 Bəra Kəliməsi uzaq olmaq, arındırmaq, təmizlənmək, (xəstəlikdən) qurtulmaq, bir kimsəni sevməmək, intiqam almaq, zərər vermək üçün qəlbdə yerləşən duyğu, dostluğun ziddidir. Düşmən bilməyin əsası isə nifrətdir. Termin olaraq isə: Kafirlərə nifrət etmək, onlardan uzaq olmaq, onlarla dostluq etməmək, onlara düşmənçilik bəsləmək deməkdir. O, halda Vəli etmək söz, əməl və niyyət yolu ilə bir şeyə yaxınlaşmaq deməkdir. Düşmənçilik isə bunun ziddidir.

1526 Dost Və Düşmən Qavramının Mühümlüyü 1 –Əhli Sünnə vəl Cəmaat dotluq və düşmənçilik bəsləməyin şəriətlə vacib olduğuna inanırlar. Lə İləhə İlləllah şəhadətinin bir parçasıdır. Əqidənin və imanın böyük bir əsasıdır. «İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). 2 – İmanın sağlam bir qulpudur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İmanın ən sağlam qulpu Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün sevmək, Allah üçün nifrət etməkdir». Əhməd 4/286, İbn Əbi Şeybə 11/14, əl-Albani «Səhih Silsilə» 998. «Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar». (Ali İmran 28). 3 – İmanın dadını dadmaq üçün bir səbəbdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç şey vardır ki, sizdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək, Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)». Buxari, Müslim. 4 – İmanın kamil nöqtəyə çatmasına səbəbdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar». İmam Əhməd 3/438,440, Əbu Davud 4681, Tirmizi 2521, əl-Albani Səhih Silsilə» 380, «Mişkətul Məsabih» 30,31, «Səhih Cəmius Səğir» 5965. 5 – Hər kim Allahdan və Allahın dinindən başqasını sevib, Allahı və Onun dinini, o dinin mənsublarını sevməyib və Onun dinindən başqa bir yolu yaxşı görərsə o, kimsə Rəbbini inkar etmiş və kafirdir. «Sizdən kim onlarla dostluq edərsə o, da onlardandır». (əl-Maidə 51). «De ki: Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm? De ki: Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!». (əl-Ənam 14).

1527 Əhməd 2/50, Səhih Əbu Davud 4031. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir». Səhihul Cəmi 5439. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi dostunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın». əl-Albani «Səhihul Cəmi» 3539.

1528 Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə (Başqa rəvayətdə: Şirk əhlinə) oxşamayın». Heysəmi «Məcmuəz Zəvaid» 5/166, Əhməd «Musnəd» 2/356, Buxari 5892, Müslim 259.

1529 Hicrət Tərk etmək deməkdir. Küfr ölkəsindən İslam diyarına köçmək. Həmçinin Allahın qadağalarını tərk etməkdə hicrət adlanır.

1530 Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: Kafir diyarına səfər etmək yalnız bu üç şərtə əsasən olar: 1. İnsanın şübhələri dəf edə biləcək bir elmə sahib olması. 2. İnsanı istək və şəhvətlərdən qoruyacaq təqvasının olması. 3. Belə bir şeyə ehtiyacın olması. Kafirlərin diyarlarına dincəlmək üçün səfərə getməyə gəlincə isə, belə bir şey ehtiyac deyildir. Allaha həmd olsun ki, bu anda İslam ölkələrində bəzi yerlərində səyahət edə bilmək üçün yerlər vardır. İnsan belə yerlərə gedib tətilini orada keçirə bilər. Küfr diyarında yaşamağa gəlincə isə: Bunun müsəlmanın dini, əxlaqı, yaşayışı üçün böyük bir təhlükə təşkil etdiyində şübhə yoxdur. Biz də, başqalarıda kafir diyarlarında qaldığı üçün azan kimsələri çox görmüşük. Bunlar fasiq kimsələr olaraq geri döndülər, hətta bəziləri dinlərindən dönmüş – Belə bir şeydən Allaha sığınırıq -, digər dinləri də, öz dinlərini də inkar etmiş mürtəd olaraq geri dönmüşlər. Hətta bəziləri müsəlmanları və dini də ələ salmaq məqamına qədər çatmışlar. Buna görə də küfr diyarında qala bilmək üçün iki şərt: 1. Orada qalacaq kimsənin elmi, imanı, dini üzərində sabit olması, sapmaqdan və əyri yollara getməkdən çəkinmək üçün özünü rahatlatacaq şəkildə güclü bir əzimə sahib olmasıdır. Ayrıca qəlbində kafirlərə düşmənçliyi və nifrəti bəsləməsi, onları dost etməkdən və sevməkdən uzaq durması lazımdır. Çünki onları dost etmək və onları sevmək imana ziddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövmü sevən onlardandır». 2. Əngəl olan hər hansı bir səbəblərin olmaması İslamın namaz qılmaq, cəmaat namazları, cümə namazları, həcc, zəkat, oruc və s. ibadətləri yerinə yetirməlidir. Əgər bunları yerinə yetirməkdə imkan yoxdursa belə bir vəziyyətdə orada qalmaq caiz deyildir.

1531 Öyrənmək məqsədilə kafirlər diyarında qalmaq ehtiyacdan ötrüdür. Ancaq bu daha təhlükəlidir. Çünki qalanın din və əxlaqını daha çox yaralayır. Tələbə olaraq özünü aşağı, müsəllimlərini isə yuxarı hissə edər. Bunun nəticəsində də onlara təzim edər, onların görüşlərini, düşüncə və yaşayış tərzlərini təqlid edər. Allahın qoruduğu çox az kimsələr müstəsnadır. Digər tərəfdən müsəlliminə ehtiyac duyar bu da ona sevgi bəsləməyi və onun azğınlığında ona müdaxilə etməməsinə səbəb olur. Tələbə oxuduğu yerdə tələbə yoldaşları ilə dostluq edər. Aralarında səmimi olanlar da olur. Onları sevər, onları dost tutar. Onlardan bir şeylər də qazanır. Bu kimi şeylərin təhlükəsindən qorunmaq üçün elm və təqvanın olması lazımdır. Artıq bu kimi şeylər çox görünmüşdür. Bir çox tələbələr kafir diyarlarına müsəlman gedərək kafir kimi dönmüşlər. Bu da onların yaşadıqları toplumlar üçün də çox zərərlidir. Həmçinin tələbə haqq ilə batili bir-birindən ayırd edə biləcək bir biliyə sahib olmasıdır. Ta ki, onların batilinə aldanaraq onu haqq zənn etməsin və ya haqq ilə batil onun üçün qarışıq bir hala gəlməsin. Əksi təqdirdə özünü itirərək batilə meyl edər. Həmçinin tələbənin küfrə və fasiqliyə qarşı özünü qoruyub himayə edə biləcək bir dindar olması lazımdır. Dindarlığı zəif olan bir kimsə Allahın dilədikləri müstəsna özünü qoruya bilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – etdiyi dualarının birində buyurur: «Allahım! Mənə haqqı haqq olaraq göstər və məni ona tabe olmağı nəsib et. Batili də batil olaraq göstər və ondan uzaq durmağı mənə nəsib et. Sən mənə haqqı başa düşülməz bir hala gətirmə. O, zaman azaram». Həmçinin öyrəndiyin bu elmə İslam diyarlarında ehtiyacın olması, müsəlman məktəb və Universitetlərində bu kimi elmlərin keçrilməməsi səbəb olmalıdır. Lakin müsəlmanların ehtiyacı olmayan və müsəlman məktəb və Universitetlərində bu kimi elmərin olması halında kafir diyarında qalmaq caiz deyildir. Çünki bu qalmaq həm din, həm iman üçün təhlükəli və çox sayda malın boş yerə sərf edilməsidir. «Üç əsas» Şeyx Useymin.

1532 Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hənif – haqq üzərində düz yeriyən və ona uyan kimsə deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir». «Lisanul Ərəb» 9/157, «İbn Kəsir təfsiri» 1/186,187, «Muhtarus Sihah» s. 159. Digər bir tərif isə: «Şirkdən uzaq olan, Allaha ixlas üzərində bina edilmiş dinin adıdır» Şeyx Useymin «Üç əsas».

1533 Onların məclislərini tərk etmək: «Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz, himayədarı-nız yoxdur. Sonra sizə kömək olunmaz». (Hud 113).

1534 Əbu Vəhb – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzə Peyğəmbərlərin adlarını qoyun. Allahın ən çox sevdiyi adlar Abdullah və AbdurRahmandır. Adların ən doğrusu Həris (qoruyan, gözətçi) və Həmməmdir (Ləyaqətli, möhtərəm). Ən pisi isə Hərb (Müharibə) və Murradır (Acı)». «Ədəbul Mufrad» 814.

1535 Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Anam üçün istiğfar diləmək üçün Rəbbimdən izn istədim mənə inz vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izn istədim mənə izn verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölmü xatırladır». Müslim 976.

1536 Məcmuu Fətava 28/646.

1537 Bax: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in həyatı ilə bağlı kitablara.

1538 Həmçinin - Kafirlərin durumlarını incələmək, batil əqidələrini, batil ibadətlərini, əxlaqlarını öyrənmək məqsədilə və insanları onlara aldanmaqdan çəkindirmək, onları bəyənənlərə iç üzlərini açmaq bir cihaddır. Çünki bunun sonunda küfrdən və kafirlərdən çəkindirmək ortaya çıxar ki, bu da İslama dəvətdir. Bütün bunları etdikdə yenə də bir şərti yerinə yetirmək lazımdır ki, o da: İslama, Peyğəmbərinə, müsəlmanların əmirlərinə bunun qarşılığın-da təhqir, alçaltmaq kimi fitnələr baş verməsin Əgər belə bir hal baş verərsə onda bu işdən uzaq durmaq lazımdır. «Allahdan başqalarının tanrılarını söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Sonra onlar Allahın hüzuruna qayıdacaqlar. Allah isə onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir». (əl-Ənam 108). Həmçinin - müsəlmanlara cəsusluq məqsədilə küfr diyarında qalmaq da buna bənzər. Çünki belə bir kimsə kafirlərin müsəlmanlar üçün hazırladıqları hiylələri öyrənib müsəlmanları bu təhlükələrdən qorumuş olar. Buna qarşı tədbir görmələrinə səbəb olmuş olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xəndək döyüşündə müşriklərin halını öyrənmək üçün Xuzeyfə b. Yəmən – radıyallahu anhu – nu müşriklərin yanına göndərmişdir. Sələmə b. Əkva – radıyallahu anhu – rəvayət edir ki, Mədinəyə qayıtmaq üçün yola çıxdıq. Yolda müşrik olan Lahyan qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Bizimlə onların arasında bir dağ var idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu gecə o, dağa çıxıb müşriklər haqqında həm (düşmənin halı, sayı, həm də müsəlmanları düşmənlərin hücumundan xəbərdar etmək üçün) xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Əbu Sələmə deyir ki: «Mən o, gecə iki və ya üç dəfə o, dağa çıxdım». Buxari «Xeybər döyüşü babı», Müslim 2406. Həmçinin Müsəlman dövlətinin ehtiyacı və kafir bir dövlət ilə əlaqələri düzəltmək üçün qalmaq. Səfirliklər buna aiddir. Bax: «Üç əsas» Şeyx Useymin.

1539 Cərir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən müşriklərin arasında yaşayan nə qədər müsəlman varsa ondan uzağam». Mən: “Ey Allahın Rəsulu! Nə üçün?” deyə soruşdum. O: «Onların atəşləri bir-birini görməz» deyə buyurdu. Əbu Davud, Tirmizi, əl-Albani «Səhihul Cəmi» 146. Yəni onların evlərini yanyana qurmaları baş tutan bir şey deyildir. Onlarla iç-içə yaşamaq, övladlarını onlarla oxuyub, böyüyüb boya-başa çatması, onların əxlaqını, ibadət və ədəblərini təqlid edəcək hala gəlməsidir. Hər küfrün şəriət elan edilməsi, hökümlərin Allah və Rəsulunun haqqından başqasına verildiyi kafirlərin diyarında mömin bir kimsə könül xoşluğu ilə necə qala bilər? O, bunları gözləri ilə görüb, qulaqları ilə eşidirkən belə bir şeyə necə razı ola bilər? Hansı ki, onun dini, imanı, övadları üçün böyük bir təhlükə vardır. Şeyx Useymin «Üç əsas».

1540 Buxari 6011, Müslim 2586.

1541 Buxari 6026, Müslim 2585.

1542 Buxari 13, Müslim 45.

1543 Müslim 2564.

1544 Müslim 2564.

1545 İmam Əhməd, Həkim.

1546 «Ədəbul Mufrad» 350.

1547 Buxari 2139, Müslim 1412.

1548 Müslim 1414.

1549 «Ədəbul Mufrad» 358.

1550 Buxari, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah zəif və gücsüz olanların duaları, namazları və ehsanları səbəbiylə bu ümmətə yardım edir» Nəsai.

1551 «Ədəbul Mufrad» 25.

1552 Kafirlərlə Rəftar Necə Olmalıdır? - İslam şəriəti beş prisipin – din, can, ağıl, namus, var-dövlətin qorunmasının zəruriliyini bildirərək, kimliyindən aslı olmadan, onlara təcavüz edənlərə qarşı cəzalar təyin etmişdir. Burada müsəlmanla əhd bağlanılan kafir arasında fərq yoxdur. Müsəlmanlara aid olan qanunlar əhd bağlanılan kafirlərə də aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhd bağlanılan kafiri öldürərsə Cənnətin iyini belə hiss etməz». Əgər müsəlmanlar əhd bağlayan kafirlərin xəyanətindən qorxub ehtiyat etsələr, aralarında olan əhdin pozulduğunu elan etməyincə onlara qarşı vuruşmaları doğru olmaz. «Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünkü Allah xainləri sevməz». (əl-Ənfal 58). Kafirlər üç qismdir: 1. Hərbiyyun Müsəlmanlarla onlar arasında olan müharibə olanlar. Kafir öz ölkəsində olduğu zaman hərbi sayılır. Müsəlman ölkəsinə himayəsiz gələrsə hərbi sayılır döyüş əhlindən olmasa da belə. Əgər müsəlman ölkəsinə himayədar ilə gələrsə o, digər qism kafirlərin hökmünə daxil olur. Onlarla döyüşmək yenə də tabedir dövlətə və başçıya. 2. Zimmə Əhli Onlar müsəlman ölkələrində yaşayaraq öz dinlərində qalan Kitab Əhlidir. Onlara himayə verilmiş və onlara əziyyət vermək və özldürmək olmaz. Ərəbstanda kafirlər, Zimmə əhli yoxdur. Ora gələnlər Mustəmnun himayədar ilə ölkəyə daxil olanlardır. Artıq o, qorunmaq altındadır. Ölkəyə daxil olanlar da iki qismdir: 1) Hansı şərtlərlə daxil olubsa o, şərtlərə zidd hərəkət etməməlidir. Bu şərtləri pozmurlarsa (söz və əməlləri) ilə onlarla ədalətlə və yaxşılıqla davranılır. Belələrinə İslamı sevdirmək, onları dəvət etmək lazımdır. Onların haqlarını Allahın əmr etdiyi formada vermək lazmdır. «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır». (ət-Tövbə 6). «Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Allah din yolunda sizinlə vuruşmyan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Müsəlmanlarla rəftar edildiyi kimi onlarla rəftar edilməz. Onlara birinci salam verilməz. Onlara Allahın əmr etdiyi formada haqqını verirsən və haqqıvı alırsan. Dəvət et və dəvətlərini də qəbul et. 2) Onlar müsəlman ölkələrinə daxil olduqdan sonra insanlara nifrət edər, ələ salmaq, istehza etmək. Belə kimsələrlə yaxşılıqla rəftar etmək olmaz. Belələri ilə ancaq ədalətlə rəftar olunmalıdır. Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün. Kafirlərin Qismləri: 1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli kitab. 2) İxtilaf olanlar. 3) Kitab olmayanlar. 1) Əhli Ktab olan Yəhudi və Nəsranilər. 2) Əsli kafirlərdir ki, onların Əhli kitab olub-olmamasında ixtilaf vardır. Onlardan birincisi Əshabiyunlardır. Qurani Kərimdə onların adı zikr olunur. Əhməd – rahmətullahi aleyhi – rəvayət edir ki: «Onlar Nəsranilərin cinsindədir». Həmçinin İmam Şafii – rahmətullahi aleyhi – bu rəyi götrmüşdü ki, onlar Nəsranilərə aiddilər. Əhməd – rahmətullahi aleyhi – başqa rəvayətdə: «Mənə çatdı ki, onlar 6-cı günü qeyd edirlər və onlar Yəhudilərə oxşayırlar». İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: «Düzgün rəy odur ki, onlar Kitab əhli deyil. Baxmayaraq ki, onlar dinlərində birləşirlər». Bəzi alimlər qeyd edirlər ki: «Onlar Bəni Tələq qövmünün Nəsraniləridir ki, onlarında Əhli kitab olub-olmaması barəsində ixtilaf var». İbn Abbas – radıyallahu anhu – və onunla həmrəy olan insanlar deyirlər ki: «Onlar Əhli kitabdandırlar. Onların kəsdiryini yemək caizdir». Bunu həmçinin İmam Şabi və İmam Şafii – rahmətullahi aleyhi – də bu rəydədirlər. Əli, İbn Ömər, Aişə – Allah onlardan razı olsun - və s. səhabələr onları Nəsranilərə aid etməmişlər. Çünki onların əsilləri ərəbdir. Onlarda olan hallar da Nəsranilərdə olan hall deyil. Bu baxımdan da onlar Əhli kitabdan sayılmırlar. İbrahim əleyhissəlam - ın sühüflarında, Davud – əleyhissəlam - a nazil olan Zəbura ittiba edənlər. Bu barədə İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Onlar Əhli kitabdan deyillər». Həmçinin Hənbəlilərdən bəziləri bu rəydədirlər. Məcusilər: Məcusilər arasında ixtilaf var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab deyil. Ən səhih rəy onlar Əhli kitab deyillər. Çünki bu haqda Əhməd – rahmətullahi aleyhi – nas gətirib. Həmçinin çoxlu alimlər bu rəydədirlər ki, Məcusilər Əhli kitabdan sayılmırlar. 3) Əhli kitab barəsində olan 3-cü qisimdə isə kitab olmayan kafirlərdir. Onlarada Bütpərəstlər, ateistlər, fəlsəfəçilər və s. Bu firqələr kitab olmayan kafirlərdir ki, əsli olan kafirlərdir. 2- Əsli müsəlman olub, hansısa səbəbdən kafir olanlar. Onlara hüccət qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər. İnsan müsəlman olandan sonra mürtəd olması. Riddə bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddə deyilir. İrtidad və Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. «Ey qövmüm… geriyə dönməyin». (əl-Maidə 21). Riddəirtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Mürtəd geri dönən deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir. İstilahi Mənası İslamı qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək – İslama zidd – bir inancla, bir davranışla və ya bir sözlə və ya bir şübhə ilə gerçəkləşir.

1553 Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə məni övladlarından, valideyin-lərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz». Bu hədisi eşidən Ömər: «Ya Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən sevimlisən!». Peyğəmbər: «Və Min Nəfsikə Yə Umaru – Ya Ömər! Nəfsindən də sevimli olmalıyam!» deyə buyurdu. Ömər: «Və Min Nəfsi Nəfsimdən də!» deyincə Peyğəmbər: «Ya Ömər! İndi tamam oldu». «Peyğəmbər möminlərə öz nəfslərindən də yaxındır». (əl-Əhzab 6). Buxari, Müslim. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yalnız möminlərlə dostluq et və yeməyini də yalnız təqvalı kimsə yesin». Əbu davud 4832, Tirmizi 2397.

1554 Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudi və Xaçpərəstlərə ilk olaraq siz salam verməyin. Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin» Müslim 2167.

1555 İbn Cərir.

1556 Buxari 6502.

1557 Tirmizi 3862, Əhməd 4/87, 5/54,57.

1558 əl-Albani «Səhihul Cəmi» 3539.

1559 Məcmuu Fətava 2/133.

1560 Muslim 1/27.

1561 əl-Xəlləl “Sunnə” 965.

1562 Təbərani 54/52, əl-Albani “Səhih Cəmi” 3039, 3045.

1563 əl-Acurri “əş-Şəria” 61.

1564 Buxari “Ədəbul Mufrad” 789, əl-Albani “Həsən”.

1565 “əl-İztizkar” 6/345.

1566 “Cəmiul Ulum vəl Hikəm” 389.

1567 “Amr Bin Maruf” 37.

1568 “İləmul Muvakkin” 1/81.

1569 “Məcmuul Fətava” 28/132.

1570 Buxari 39.

1571 Əhməd “Zuhd” 365.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə