Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İBN TEYMİYYƏ – Rahmətullahi Aleyhi – XƏVARİCLƏRİN VƏSFİ HAQQINDA



Yüklə 5,74 Mb.
səhifə6/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   2   3   4   5   6   7   8   9   ...   50

İBN TEYMİYYƏ Rahmətullahi Aleyhi XƏVARİCLƏRİN VƏSFİ HAQQINDA

Müsəlmanları təkfir etmək bidətdir. İlk olaraq onlar Hz. Əli radıyallahu anhu - nun dövründə çıxmışlar. Onların namazları, orucları və ibadətləri vardır. Elə bir əməllər ki, ümumi səhabələrdə yox idi. Lakin buna baxmayaraq onlar Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsindən, müsəlmanların cəmaatından uzaq idilər. Xəvariclərin bidəti İslamda ilk çıxan bidətlərdəndir. Sünnədə və əsərlərdə ən çox məzəmmət olunan bidətdir. Çünki Xəvariclərin birincisi Peyğəmbər sallallahu aleyhi və səlləm in üzünə demişdir ki: «Ey Muhəmməd adil ol!». Peyğəmbər sallallahu aleyhi və səlləm onları öldürməyi və onlara qarşı vuruşmağı əmr etmiş, Peyğəmbər sallallahu aleyhi və səlləm in səhabələri Əli radıyallahu anhu - ilə bərabər onlara qarşı vuruşmuşlar. İmam Əhməd rahmətullahi aleyhi deyir ki: «Xəvariclər barəsində hədislər on yoldan sabit olmuşdur». Xəvariclər Dəccəlin çıxma dövrnə qədər davam edəcəklər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»193. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Hədislərdə xəbər verilmiş dir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər çıxmaqda davam edəcəklər»194. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Onların çoxlu namazlarına, oruclarına, qiraətlərinə, zahidliyinə baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm onların öldürülməsini əmr etmişdir H. Əli radıyallahu anhu - ilə birlikdə Peyğəmbər sallallahu aleyhi və səlləm in səhabələri onları öldürmüşlər. Peyğəmbər sallallahu aleyhi və səlləm in şəriətindən çıxdıqlarına görə»195.

Onların vəsflərindən biri də odur ki: Onlar öz bidətlərini məcburən qəbul etdirmək üçün tədricən əməl edirlər. 1. Bidətin müqəddiməsini gətirilər. 2. Bunun üçün qiyaslar, dəlillər gətirirlər. 3. Bu fikri həyata keçirmək üçün səbəblər gətirirlər. 4. Bu bidəti vəziyyətə məcburən yerləşdirmək istəyirlər. Onların bidətlərinin əsası Allah kitabının muradını, qəsd olunanı, Peyğəmbər sallallahu aleyhi və səlləm in sünnəsini düzgün başa düşməməkdir. Niyyətləri Qurana zidd olmaq deyildir, lakin fəhmləri səhv olduğu üçün belə ediblər. Onlar Qurandan Quranın dəlalət etmədiyi fəhmi başa düşüblər. Onlar elə zənn edirlər ki, Quran böyük günah sahiblərinin təkfir olunmasını tələb edir. İslamda ilk çıxan bidətdir196. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Xəvariclərin zəlalətinin əsası odur ki, onlar hidayət imamları və müsəlmanların cəmaatlarının böyükləri barəsində etiqad edirlər ki, onlar dindən çıxıblar və zəlalət içindədirlər. Bu da sünnədən kənar olan Rafizilərin qınanıldığı yerdir. Zülm gördükləri hər bir şeyi küfr sayır, sonra da bu küfr üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxanların Rafizi, Xəvaric və bidət əhlinin üç məqamıdır ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş və ox ovdan çıxdığı kimi İslamdan çıxmışlar»197. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Xəvariclərin onlara xas iki əməlləri var. Onlar bu iki xislətlə müsəlman cəmaatını, imamlarını tərk etmişlər. 1. Onların sünnədən çıxması, günah olmayan bir şeyi günah saymaları, savab olmayan bir əməli yaxşı əməl saymalarıdır. Bu sifət də onların babalarından sayılan Zul Xuveysrənin Peyğəmbər sallallahu aleyhi və səlləm in üzünə dediyi də bu olmuşdur: «Ya Muhəmməd! Adil ol». 2. Onlar günahlara görə təkfir edirlər. Bu təkfir üzərində müsəlmanların mallarının və qanlarının halallaşması, İslam diyarının hərb diyarına çevrilməsi və öz diyarlarının isə iman diyarı olmasıdır. Hər bir insana vacibdir ki, bu iki xəbis əsasdan çəkinsin. Bunun üzərində yaranan müsəlmanlara nifrətdən, məzəmmət etməkdən, lənət etməkdən və müsəlmanların mallarını və qanlarını halal görməkdən çəkinməlidirlər. Bu iki əsas da Sünnəyə müxalifdir. Kim Sünnədə gələn bir şeyə müxalif olarsa o, sünndən çıxar və bidətçi olar. Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha görə təkfir edərsə və onunla kafir müamiləsi edərsə o, cəmaatdan ayrılan bir kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır»198.

Onların dəlilləri nədir? Xəvariclər dəlili haradan götürürlər və Xəvariclərin dəlil çıxartmaqda üslubu necədir? Xəvariclər öz əsaslarını əsalandırmaq üçün Quranın zahiri açıq dəlillərinə etimad edirlər. Sünnədən öz iddialarına görə Qurana zidd olanları qəbul etmirlər. Hətta onlar Mütəvatir hədislərdən uzaq olurlar, əgər Qurana ziddirsə. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Sünnədən gələn dəlil Mütəvatir olsa da belə. Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə görə kim mürtəd olubsa, onun malını, qanını halal sayırlar hansı ki, belə bir halallığı onlar əsli kafirdə görmürlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər»199. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bidət əhlinin günahlarından Sünnədə əmr olunan əmrləri tərk etmələridir. Onların da bidətlərinin əsası Peyğəmbər sallallahu aleyhi və səlləm itaəti sünnə görmürlər. Özlərinə görə o, sünnə Qurana müxalifdir. Bu da vacibi tərk etməkdir»200. Onlar iki təhlükəli məsələyə düşmüşlər: Sünnəni, Peyğəmbər sallallahu aleyhi və səlləm ə tabeçiliyi tərk etmələri və Quranı öz ağılları ilə təfsir etmələri (Öz rəyləri və nəfsi istəklərilə). İbn Teymiyyə rahmətullahi aleyhi Xəvariclərin və Rafizilərin bidəti barəsində və onlar arasında fərqə diqqəti yönəltdiyi zaman deyir ki: «Xəvariclər Qurana öz rəylərinin tələb etdiyi şəkildə tabe olurlar. Rafizilər isə məsum imama tabe olurlar»201. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Sünnənin Quranın zahirinə müxalif olduğunu iddia edirlər»202. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Xəvariclər Sünnədən yalnız Quranın ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana isə tabe olmurlar»203. Zinakarı daşqalaq etmirlər, çünkü Quranda yoxdur, oğurluq üçün müəyyən bir hədd görmürlər, çünkü Quranda yoxdur. Ona görə də deyirlər ki, Quranda mürtədin öldürülməsi yoxdur. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «…Onlar zülmdən və zülm etiqad etdikləri məsələlərdən çəkindilər, lakin bu onları böyük vacibləri tərk etməyə gətirib çıxartdı. Cüməni, cəmaat namazını, həcci, cihadı, müsəlmanlara nəsihəti, müsəlmanlara rəhmli olmağı tərk etdilər»204.

Digər vəsfləri və xətaları təhdid ayələrində üzə çıxmışdır. Ayələri düzgün başa düşməmişlər. Xəvariclər bir rəy etiqad edirlər, sonra Quranın ayələrini etiqad etdikləri şeyə tərəf çevirirlər. Onlar bu məsələdə iki yol tutublar. Ya Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi bir mənaya yönəldirlər. Onların dəlil çıxartma və gətirmə üslubu da batildir. Onların törətdikləri fəsad, islahdan daha böyük olmuşdur. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu rəydə kim onlara müxalif olarsa kafir sayırlar. Əhli Sünnə vəl Cəmaat Rəbbi tərəfdən gələn haqqa tabe olurlar. Çünki onu Peyğəmbər sallallahu aleyhi və səlləm gətirmişdir. Lakin Əhli Sünnə vəl Cəmaat özlərinə müxalif olanları təkfir etmirlər. Çünki onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən rəhmli olanlardırlar»205. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “İlk bidət, məhz Xəvariclərin bidəti Qurani Kərimi doğru başa düşməməkdən baş vermişdir”206. İmam əl-Əcurri rahmətullahi aleyhi deyir ki: “Xəvariclər - Onların Orucları, namazları, həvəslə etdikləri ibadətləri onlara fayda verməyəcəkdir. Hətta onların açıq-aydın yaxşılığı əmr edib, pislikdən çəkindirməsi onlara fayda verməyəcəkdir. Çünki bu toplum Quranı öz nəfsi istəyinə uyğun olaraq təfsir edir. Bizləri onlardan Allah və Rəsulu çəkindirmişdir, Rəşidi xəlifələri və səhabələr və onların ardınca gedənlər çəkindirmişlər”207. Əbu Umamə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurdu: “Üç şey vardır ki, ölümdür: itaət olunan simiclik (acgözlük), ardınca gedilən nəfsi istək, insanın özü-özülə öyünməsi”208. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Elmin ardıyca getməyən hər bir kəs, nəfsinin ardınca getmişdir”209.

Həmçinin onların vəsflərindən Sələfə mənsub olanların xətalarını izləməkdir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Onlar Sələfə mənsub olan alimləri naqisləşdirirlər, hətta içtihadi məsələrdə də hansı ki, bununla da müxalif olan üçün bir fitnə yaranır və xətaya düşür. Çünki alimlər onların öz hədəflərini yerinə yetirməkdə bir maneədirlər»210. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri gizlətməsin. Özünə müxalif olan dəlilləri danışmaqdan xoşlanmır və kim də bu dəlilləri danışırsa onlara da nifrət edirlər» 211. Sələflər deyir ki: «Hər hansı bir şəxs bir bidət ortaya çıxardarsa hədisin şirinliyi onun qəlbindən çıxardılar».

Hakimlərin xətalarını izləmək, avam cəmaatı onlara qarşı qaldırmaq, onlara tənə edib kafir saymaq onların vəsflərindəndir. Onlar qiyam üçün müəyyən zaman və şərait axtarırlar. Çıxmaları üçün müəyyən bir səbəb tapmalıdırlar. Ümumi olaraq onlar böyük fitnələrin ardınca çıxırlar. İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Nəhrəvan günü çatanda insanlar dedilər: «Onların kökünü möminlərin əmiri kəsdi, Allaha həmd olsun!» Əli: «Allaha and olsun ki, elə deyil! Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar. Onlar şər insanlardan törəndikdə bir-iki nəfər adam tapan kimi qiyam etmək üçün qüvvələrini birləşdirərlər». Yaxşı əməlləri günah, günahları isə küfr sayırlar. Onlar öz cəmaatlarına görə və bidətlərinə görə dost tutur və düşmənçilik edirlər. Xəvariclər və Rafizilərin bidəti xilafət və imamət məsələsində birləşir. Rafizilərdə din Əhli Beytdən ibarət olduğu kimi bunlarda da din yalnız hakimiyyət və təkfirdən ibarətdir. Onların Rafizilərlə bir çox oxşarlıqları vardır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə