Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə8/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

KÜFR VƏ NÖVLƏRİ

Təkfirçilərin azmalarına ən böyük səbəb küfr məsələlərini bilməmələri olmuşdur. Bu məsələdə cahil olduqları üçün insanları sağa-sola təkfir edirlər. İbn Ömər - radiyallahu anhu deyir ki: «Onlar kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»216.

Lüğəti mənası örtmək, gizlətmək deməkdir. Zirehini libasının altına geyərək gizlədənə «Qad Kəfəra Dərahu» – zirehini gizlətdi deyilir. Silahını paltarının altından bağlayaraq gizlədən adam. Burada söhbət həqiqətin gizlədilməsindən getdiyi üçün imanın əks mənasını verən küfr kəliməsi işlədilmişdir. İbni Əsir rahmətullahi aleyhi deyir ki: «Küfrün əsli bir şeyi örtməkdir. Bu baxımdan da əkinçilər Kuffər (kafir) adlandırılır. Çünki onlar buğdanı torpağla örtdüklərinə görə. Buğdanı torpağda gizlədən. Yəni torpağı yarıb buğdanı ora qoyub, üstünə torpaq örtən kafirdir. Həmin əkinçi lüğəti mənada kafir sayılır». Kafir ona görə kafir sayılır ki, onun qəlbini küfr örtmüşdür.

İstilahi mənası İmanı tamamlayacaq bir şeyi inkar etmək deməkdir. Öyrənilməsi zəruri olan qəti şəkildə ifadə edilən vacib və yaxud haram bir hökmü inkar etmək. Şəhadət Kəliməsinin sübuta yetirdiyi mənanı inkar etmək kimi bir kafirlikdir. Namazın vacib olduğunu, faizin haramlığını inkar etmək və s.

Küfr sözü bəzən İslamdan çıxaran, bəzən də İslamdan çıxarmayan kimi iki mənaya əsaslanır. İmanın dərəcələri olduğu kimi küfrün də öz dərəcələri, bölmələri vardır. Küfrün iki növü vardır.

1. Böyük Küfr əbədi Cəhənnəmə aparan, imandan uzaqlaşdıran, imanı tamamlayacaq əsasları və ya onlardan hər hansısa birini inkar etməkdir. Beş qismə ayrılan böyük küfr özünü etqadda, sözdə və yaxud da əməldə göstərir. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki, böyük küfrün 5 qismi var: «Yalanlamaqla küfrə düşmək, təsdiq etməklə yanaşı təkəbbürlük etmək, üz döndərmək küfrü, şəkk küfrü, nifaq küfrü». Həkəmi rahmətullahi aleyhi deyir ki, böyük küfr 4 qisimdən qırağa çıxmır: «Cəhalət və təqzib küfrü, cəhd etmək küfrü, inadkarlıq və təkəbbürlük küfrü, nifaq küfrü».

Bütün bu alimlərin dediklərin bir yerə cəm etsək, təkrarları silməklə görərik ki, böyük küfr 9 qismə bölünür. Onlar məna etibarı ilə bir-birinə yaxın olduğundan biz onları bir neçə qismə aid edə bilərik. Bir qismdə bir neçə adı bir yerə cəm etmək olar. Məs: İnkar etmək, yalan, cahillik bunlar arsında məna etibarı ilə yaxınlıq var. İnsan inkar edir, çünki o hökm barəsində cahildir. Onlar 3 də bir mənaya cəm olunur. Həmçinin təkəbbürlük, inadkarlığı da bir mənada cəm edə bilərik. Bununla da 9 qismi 6 qismə cəm etmək olar. 1) İnkar etmək və yalanlamaq (cahillik də bura daxildir). 2) Cəhd göstərmək. 3) İnadkarlıq və təkəbbürlük. 4) Nifaq. 5) Üz döndərmək. 6) Şəkk küfrüdür.

1) Yalanlamaqla Küfrə Düşmək (təkzib küfrü) İnkar etmək və yalanlamaq (cahillik də bura daxildir) küfrü: Peyğəmbərlərin yalançılığına, həqiqəti olduğundan fərqli olaraq göstərdiklərinə, Uca və Böyük olan Allahın halal və haram etdiyinin əksinə olaraq əmr və qadağalar etdikləri kimi boş və yalan iddialara əsaslanmaq, qəbul etmək bu qəbildəndir. İmam Bəğavi rahmətullahi aleyhi deyir ki: «İnkar küfrü Allahı əslən tanımır, onu etiraf etmir, artıq ona küfr edir». Təkzib küfrü isə, İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «O, Peyğəmbərləri yalan saymağı etiqad edir». Burada olan yalan saymaq Peyğəmbərləri inkar etməkdir. Təkzib, cahil, inkar baxmayaraq ki, ayrı-ayrı sözlərdir, lakin 3-ü də bir mənada cəm olur. O, da inkar etməkdir. Rağıb İsfəhani rahmətullahi aleyhi deyir ki: «Dilin inkarı qəlbin inkarından irəli gəlir. Dildə insanın yalan sayması qəlbində həmin şeyin yalan saymasıdır. Dildə tələffüz olunan, qəlbdə əmələ gələn yalandır. Artıq qəlb etiqad etdikdə dil onu tələffüz edir. İnkar etmək, bilməyin əksidir. Yalanın, inkarın yaranma səbəbinə qayıdanda görürsən ki, bu cahilliyə qayıdır. İnsan cahillikdən, bilməməzlikdən həmin şeyi yalan sayır». İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Bu küfr bu gün kafirlərdə çox azdır». Həqiqətən də bu sözdə haqq var: Kafirlər heç də Allahı, Peyğəmbəri inkar etmirlər. Bu gün bu kafirlərdə olan küfr inadkarlıq, təkəbbürlük, cəhd göstərmək küfrüdür. «Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Quran və Peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalim kim ola bilər? Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə vardır! Niyə bunu dərk etmirlər)». (əl-Ənkəbut 68). «Kitabı və Peyğəmbərimizə göndərdiklərimizi yalan hesab edənləri mütləq biləcəklər». (əl-Mumin 70). «O, gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar bir yerə cəm edilib məşhərə sürüklənərlər. Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda Allah buyurar: Ayələrimi anlamadığınız halda onları yalanmı hesab edirdiniz? Yaxud siz (dünyada) nə edirdiniz?». (ən-Nəml 82-83).

2) Cəhd Göstərmək (Cuhud) Küfrü - Haqq bəyan edildiyi halda cəhd göstərmək, ondan yayınmaqdır. Bəğavi rahmətullahi aleyhi deyir ki: «Cəhd odur ki, Allahı qəlbində bilir. Bilirki yaradan Allahdır, Peyğəmbər haqdır, din haqdır, lakin dili ilə tələffüz etmir. Qəlbi etiqad etdiyi halda, dili ilə onu etiraf etmir». İbn Əsir rahmətullahi aleyhi deyir ki: «O, Allahı qəlbi ilə tanıyır, lakin dili ilə onu iqrar etmir». Həkəmi rahmətullahi aleyhi deyir ki: «Əgər insan bildiyini, haqqı gizlətsə, onun küfrü gizlətmək küfrü olur». «Kitab verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-Bəqərə 146). İmam Bəğavi və İbn Əsir rahmətullahi aleyhi deyir ki: «İblisin küfrü bu küfrə dəlalət edir. İblis bildiyi halda, dili ilə iqrar etmədi». İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Həqiqi mənada İblis dili ilə iqrar etmişdi. O zaman ki, Allah ona möhlət verəndə dedi ki: «Ya Rəbbim! Mənə Qiyamətə qədər möhlər ver». İbn Qeyyim rahmətullahi aleyhi İblisin küfrünü təkəbbürlük qisminə aid edir.



Cuhud Küfrü 2 Qismdir: 1) Mütləq küfr: Allahın Rububiyyətini inkar etmək, Allahın nazil etdiklərindən hər hansı bir şeyi inkar etmək və yaxud Peyğəmbərlərin göndərilmələrini inkar etmək mütləq küfrdür. 2) Müəyyən küfr: İslamın fərz olan ərkanını cəhd edib yalan saymaq, üz döndərmək və yaxud haramın halal olmasını, Allahın və Peyğəmbərin xəbərlərindən birini yalan saymaq.

3) Təsdiq Etməklə Bərabər Üz Çevirmək (İnadkarlıq) Və Ya Təkəbbürlük Üzündən İnkar Etmək Küfrü «Onlar: Sənə rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyirk? dedilər». (əş-Şüəra 111) ayəsində Allahın Nuh əleyhissəlam la əlaqədar bildirdiyi kimi haqq əhlini öz təkəbbürlərindən və onları aciz görmələrindən istifadə etməklə təhqir edərək Peyğəmbərin gətirmiş olduğunun haqq olduğunu bildikləri halda itaət etməyə razı olmamaları, üz çevirmək şəklində üzə çıxan küfrdür. İnadkarlıq odur ki, insan bir şeyi tanıyır, ancaq onu qəbul etməkdən üz döndərir. Buna misal olaraq Əbu Talibin küfrünü göstərmək olar. Çünki Əbu Talib Peyğəmbər - sallallahu aleyhi və səlləm – in haqq olduğunu bilir və iqrar da edirdi. Ancaq yenə də öz qövmünün sözlərinə görə inadkarlıq edib üz döndərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə tabe olmadı. Bununla da onun küfrü inadkarlıq küfrü sayılır.

İmam Bəğavi rahmətullahi aleyhi deyir ki: «İnadkarlıq küfrü, insanın Rəbbini qəlbi ilə tanımasıdır. Onu dili ilə də etiraf etməsidir. Yalnız və yalnız ona əməl etməməsidir». Bu günlərdə də çox insanların halı belədir. Görürük ki, dili ilə iqrar edir, qəlbi ilə tanıyır, lakin əməl etmir. Biz ona demirik ki, o insan kafirdir. Xüsusi hökm üçün şərtlərin və manelərin qaldırılması lazımdır. O, insan dünyasını dəyişməyənə qədər. Çünki Əbu Talibin bu qismə aid edilməsi, onun kafir kimi sona çatması və ölməsinə görə idi. Ölümündən sonra bilindi ki, artıq kafir əhlidir. Səid b. Musəyyib atasından rəvayət edir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət, Əbu Talibin onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər: «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin leyhinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər: «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56)217.

İbn Əsir rahmətullahi aleyhi deyir ki: «İnadkarlıq küfrü insanın qəlbi ilə bilməsi və dili ilə deməsidir. Yalnız və yalnız üsyançılıqla və yaxud həsədə görə onu etməməsidir. Bu da Əbu Cəhilin və onun misalında olanlar kimidir. Çünki onlar Allahın Rəbb olduğunu, Peyğəmbərin də haqq olduğunu bilirdilər. Lakin onlara nifrət etməklə, həsəd aparmaqla tabe olmadılar». İbn Qeyyim rahmətullahi aleyhi inadkarlıq küfrünün təfsir edərkən deyir ki: «Təkəbbürlük və üz döndərmək küfrü, inadkarlıq küfrü kimidir. O, da İblisin küfrü kimidir. Çünki İblis küfrünü Allahın əmrini inkar etdiyindən, təkəbbürlüyündən və itaətdən üz döndərməsi ilə üzə çıxmışdır. «Biz mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34). Onun küfrü təkəbbürlük, üz döndərmək küfrüdür. Allahın haqq olduğunu bilir, Peyğəmbər - sallallahu aleyhi və səlləm in sadiq olduğunu bilir, lakin təkəbbülüyünə görə ona tabe olmur. Kafirlərin küfrü budur. Onlar bunu dilləri ilə etiraf edirlər, onlar bunu kitablarında oxuyurlar, lakin onların Peyğəmbərə - sallallahu aleyhi və səlləm tabe olmamaqlarına səbəb onların təkəbbürlükləridir. Bu günlərdə görürsən ki, bir qrup insanlar var ki, özünün mədəniyyət səviyyəsini, dünya, yaşayış səviyyəsini başqa insanlardan üstün görür. Öz ağlını onlardan üstün sayır. Onu dəvət edəndə istehza ilə deyir ki: «Mən filankəslərlə bir yerdəmi səcdə edəcəyəm?». Keçmiş ümmətlərin çoxu beləcə inkar edib üz çevirmişdilər. «Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz». (İbrahim 10) ayəsində olduğu kimi uca Allah onların hekayəsini bizə xəbər verir. «Möcüzələrimizin həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» (ən-Nəml 14). «Bildikləri (Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-Bəqərə 89). «Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi Peyğəmbər olduğunu yaxşı bilirlər)». (əl-Ənam 33).

4) Şübhə (Şəkk) Etmək Küfrü İnsandan tələb olunan şey Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyinə şəksiz, şübhəsiz əminliklə itaət etmək olduğu halda, tərəddüd edərək nə onu təkzib etməsi (yalanlaması), nə də təsdiq olmadan yaranan küfr formasıdır. Kim Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyinin haqqın əksi ola biləcəyini etiqad edərsə, bu şübhəsi onu küfrə salmış olar. Şəkk yəqinin ziddidir. Şəkk insanın Allahın əmrlərindən birinə şəkk etməsidir. Məs: Allaha, Mələklərinə, Peyğəmbərinə, kitablarına iman gətirir, axirətə və ya qəza və qədərə iman gətirmir (inanmır). «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm». (əl-Kəhf 32-42). «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl-Hucurat 15). Qadi İyad rahmətullahi aleyhi deyir ki: «Kim ki Quranı alçaldarsa, yaxud Quran yazılı müshafları alçaldarsa, onlardan bir şeyi söyərsə, ondan bir şeyi inkar edərsə, onu yalan sayarsa, ondan bir hissəsini yalan sayarsa, Allahın hökmlərindən birini açıq-aşkar inkar edərsə, Peyğəmbərdən gələn xəbərləri inkar edərsə, Allahın isbat etdiyini inkar edərsə, inkar etdiyini isbat edərsə bu baxımdan onun bu barədə elmi var və yaxud şəkk edərsə, Əhli Sünnənin icmasına görə bu insan artıq kafir olar».

5) Kufru İrad - Üz Çevirmək Küfrü İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: “Kufru İrada gəlincə - Bu bir kimsənin təsdiq və ya təkzib etmədən Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyi haqdan qulağını və qəlbini çevirməsi, Onu dost saymamaqla bərabər, Ona düşmənçilik də bəsləməməsi, lakin dinləməkdən də çəkinməsidir. Onu yalançı saymamaqla bərabər, onun Peyğəmbərliyini də təsdiq etməmək, Ona nifrət etməməklə yanaşı onu sevməmək və Onun gətirdiklərinə tərəf də meyl etməməkdir”218. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Hər kim Peyğəmbəri sallallahu aleyhi və səlləm yalanda ittiham edərsə kafirdir. Hər kimdə üz döndərdisə etiqad etmədən, təsdiq etmədən, yalan saymasa da belə kafirdir”219. Beləcə haqqı tərk edər, əməl etmədiyi kimi öyrənməzdə. Haqdan danışılan yerdən də qaçar. Bu şəkildə bir dəfə üz çevirməklə küfrə düşər.



6) Nifaq Küfrü Bu bir kimsənin zahirən özünü Peyğəmbər sallallahu aleyhi və səlləm ə tabe olduğunu göstərməklə bərabər, qəlbən Ona qarşı çıxması, Onu inkar etməsidir. Belələri özlərini iman sahibləri kimi göstərərək küfrlərini gizlədirlər. «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik deyirlər». (əl-Bəqərə 8). İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Nifaq küfrünün əsası yalan üzərindədir. Çünki münafiqin zahiri özünün sirrində olana müxalif çıxır. Bu da yalandır. Çünki yalanın lüğəti mənası insan bir şeyi izhar edir, haqqın ziddini inkar edir. Onlar dili ilə iqrar edir, ancaq qəlbi ilə etiqad etmir». İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Nifaqın insanda yetişməsi 2 budaq üzərində olur. 1 - Budaq onun yalanıdır. 2 - Budaq isə riyadır. Onların hər ikisinin çıxması ayrı-ayrı gözlərdəndir. 1-ci onun gözünün zəif olması (haqqı görməmək mənasındadır). 2-ci zəifliyi onun əzəmətinin zəif olmasıdır. Əgər bu 4 ərkan insanda tamamlanarsa, yalan, riya, haqqı görməmək və əzəmətin zəif olması onda artıq nifaq baş qaldırmağa başlayar».

Nifaq Küfrü 2 Qismdir: Onlardan biri böyük, digəri isə kiçikdir. Böyük nifaq: İslamdan çıxaran küfrdür. İmanı izhar etmək, küfrü isə gizlətməkdir. Bu da Peyğəmbər - sallallahu aleyhi və səlləm in vaxtında münafiqlərin sifəti idi. Onlar imanı izhar edir, ancaq qəlbində isə küfrü gizlədirdilər. «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). Kiçik nifaq: Hansı ki, insanı kafir etmir, millətdən çıxartmır. Bu da əməldə insanın yalan danışması, vədinə xilaf çıxması, xəyanət etməsi və s. münafiqlərin əlamətləridir.

Küfrün Şirk, Zülm, Fisq Kimi İşlədilməsi - Əgər küfr, zülm, fasiqlik iki qismə ayrılırsa Qurani Kərimdə küfr sözü həm şirk, həm zülm, həm fasiqlik kimi də gələ bilər. Burada olan küfr həm İslamdan çıxardan şirk, zülm, fisq ola bilər, həm də İslamdan çıxartmayan şirk, zülm, fisq ola bilər.

Birinci - Qurani Kərimdə küfrə şirk deyilməsi. Bu şirk dindən çıxaran şirkdir. Allah Kəhf surəsinin 32-42 ayərində biri mömin, digəri kafir kimsə barəsində danışır. «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: Əvvəlcə səni (atan Adəm) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə salmış Allaha küfr (inkar) edirsən Beləliklə (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o, kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb) bağa qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. (əl-Kəhf 32-42). Bu kimsə inanmırdı ki, onun bağı dağıla, yerlə yeksan ola, Qiyamət nə vaxtsa qopa. Bütün bunlarda şəkk edirdi. Allah onun bu küfrünü şirk olaraq adlandırdı. Təbəri, Qurtubi rahmətullahi aleyhi bu ayənin təfsirində deyirlər ki: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. Lakin dostu ona küfür etdin demişdi». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»220. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi (qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul namazı buraxdığı zaman heç şübhəsiz ki, şirkə (küfrə) düşmüş olur»221. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»222. İmam Nəvəvi rahmətullahi aleyhi bu hədislərin şərhində deyir ki: «Hərdən şirk və küfr bir mənaya itlaq oluna bilər. Həmçinin onların arasında fərq də olur».

İkinci - Qurani Kərimdə küfrə zülm deyilməsi. Bu zülm dindən çıxaran zülmdür. «O, gün zalım (küfrə düşməklə özünə zülm edən) əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım». (əl-Furqan 27). İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Şəkk yoxdur ki, burada olan zalım kafirdir. O, Peyğəmbərə - sallallahu aleyhi və səlləm – iman gətirmədi». Təbəri rahmətullahi aleyhi öz təfsirində deyir ki: «Ayə Uqbə b. Əbu Muayti haqqında nazil olmuşdur. Bu kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – iman gətirdikdən sonra dostu Ubey b. Xələf (müşrik idi) ona deyir ki, əgər sən Peyğəmbər - sallallahu aleyhi və səlləm – iman gətirsən mənim üzüm sənə haramdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dinindən dönərək dostu Ubey b. Xələfin yoluna düşür». «(Sən Quran oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalimlərin öz aralarında gizli-gizli danışıb: Siz ancaq ovsunlanmış bir adama uydunuz! Dediklərini də bilirik». (əl-İsra 47). Bu ayədə olan zülm küfr mənasındadır. «Kafirlər zalimlərdir» (əl-Bəqərə 254). Ayəsində olduğu kimi kafirləri zalım deyə isimləndirmişdir.

Başqa ayələrdə Allah ona asi olanları zalım adlandırır. Lakin burada zalımlıq dindən çıxaran zülm deyildir. Kiçik zülmdür. Allahın Peyğəmbəri Yunus əleyhissəlam - belə deyir: «Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam» deyib dua etmişdi» (əl-Ənbiya 87). Allah dostu Adəm əleyhissəlam - belə dedi: «Adəm və Həvva: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik» (əl-Əraf 23). Allahın kəlimi Musa əleyhissəlam - belə dedi: «Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim» (əl-Qəsəs 16). Bu zülm küfr mənasında olan zülm deyildir. Mərvəzi rahmətullahi aleyhi deyir ki: «Burada olan zülm, kafirə də zalım kimi itlaq olunur, asi müsəlmanlara da zalım kimi itlaq olunur. Kafirlərə nisbət olunan zülm, İslamdan çıxaran zülmdür. Lakin müsəlmanlara itlaq olunan zülm isə, İslamdan çıxartmayan zülmdür. Burada zülmün küfrə aid olduğu və zülmün müsəlman asilərə aid olduğu bilinir».



Üçüncü - Qurani Kərimdə küfrə fasiqlik deyilməsi. Allah fasiqi də kafir deyə isimləndirmişdir. Allah ayədə buyurur: Allah İblis haqqında buyurur: «O, öz Rəbbinin əmrindən çıxdı (fasiq oldu)» (əl-Kəhf 50). İmam Mərvazi rahmətullahi aleyhi deyir ki: «İblisin bu fisqi küfrə gətirib çıxartdı. İblisin etdiyi fisq küfr oldu. Ayə onu göstərdi ki, Qurani Kərimdə küfr kimi itlaq olunan sözlər çoxdur». «Allah bu məsəllə bir çoxlarını (fasiqləri) düz yoldan azdırır, bir çoxlarını isə doğru yola aparır. O, kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar» (əl-Bəqərə 26-27). «(Ya Muhəmməd!) Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər» (əl-Bəqərə 99).

Bu kimi ayələr Qurani Kərimdə çoxdur. Allah mömini də fasiq olaraq isimləndirir. Allah ayədə buyurur:


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə