Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu



Yüklə 26,06 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü26,06 Kb.
#6351


Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu 

ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair 

əlavə tədbirlər haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinin 

səkkizinci  abzasını  rəhbər  tutaraq,  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır: 

1.  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  və 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 

tərəfindən  Bakı  şəhərində  və  Abşeron  yarımadasının  digər  ərazilərində 

aparılan  tədqiqatlar  nəticəsində  torpaq  sürüşməsi  təhlükəsi  olan  əraziləri 

müəyyən  edən  coğrafi  koordinatlar  əks  olunan  xəritələr  kağız  və  elektron 

variantda təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan 

ərazilərdə  tikinti  işlərinin  aparılmasına  icazə  verən  yerli  icra  hakimiyyəti 

orqanları  torpaq  sürüşməsinə  qarşı  mövcud  tikinti  norma  və  qaydalarına 

uyğun  mühəndisi  tədbirlər  nəzərdə  tutulmaqla  hazırlanmış  layihələrin 

Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin 75.4-

cümaddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar 

Nazirliyi  və  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər. 

3.  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyinə  və  yerli 

icra  hakimiyyəti  orqanlarına  tapşırılsın  ki,  bu  qərarın  1-ci  hissəsində 

göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi 

ilə müəyyən edilən tələblərə cavab verən layihələr  istisna olmaqla, aparılan 

tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin  dayandırılmasını təmin 

etsinlər  və  bu  tapşırığın  icrası  ilə  əlaqədar  ildə  2  dəfə  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. 

4.  Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura 

Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma 

və  qaydalarının  təkmilləşdirilməsi  məqsədi  ilə  2015-ci  ildə  yeni  normativ 

sənəd  hazırlayıb  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi, 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər 

əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin. 

5.  Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura 

Komitəsinə  və  yerli  icra  hakimiyyəti  orqanlarına  tapşırılsın  ki,  hazırlanan 



və  mövcud  ərazi  planlaşdırılması  sənədlərində  bu  qərarın  1-ci  hissəsində 

göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi 

ilə  müəyyən  edilən  tələblərə  cavab  verən  layihələr  istisna  olmaqla,  tikinti 

aparılması  məhdudlaşdırılan  ərazilər  kimi  müəyyən   edilməsini  aidiyyəti 

üzrə təmin etsinlər. 

6.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyinə 

tapşırılsın  ki,  2015-ci  ilin  sonunadək  Abşeron  yarımadasında  və 

Azərbaycan  Respublikasının  digər  ərazilərində   aparılan  tədqiqatları 

davam  etdirərək, torpaq sürüşməsi  təhlükəsi  olan  əraziləri müəyyən  edən 

coğrafi  koordinatlar  əks  olunan  xəritələri  hazırlayıb  təsdiq  edilməsi  üçün 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. 

  

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 5 mart 2015-ci il

 

                 № 56



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

  



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

 




 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

 



  


 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

 




 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

 



  


 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

 




 


 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

 

 



  

 

  



 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2015-ci il 5 mart 

tarixli 56 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

 

 




 

Yüklə 26,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə