Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu
ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair
əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində
aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri
müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron
variantda təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan
ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti
orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına
uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-
cümaddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və yerli
icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu qərarın 1-ci hissəsində
göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi
ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan
tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin
etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma
və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ
sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər
əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan
və mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində
göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi
ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti
aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti
üzrə təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə
tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında və
Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları
davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən
coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 mart 2015-ci il
№ 56
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 mart
tarixli 56 nömrəli qərarı ilə
təsdiq edilmişdir