Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

 
57 
dirmələrini təmin edən beynəlxalq orqan kimi yaradılmışdır. 
BMTİP-in İcraedici Direktorunun sədrliyi altında ƏMƏŞ öz işini 
BMT-nin  Əlaqələndirmə üzrə  İnzibati Komitəsi (ƏİK) (bax) 
çərçivəsində  və  rəhbərliyi altında yerinə yetirmişdir. Nəzərdə 
tutulurdu ki, ƏMƏŞ BMT və ixtisaslaşdırılmış idarələr və 
həmçinin BMT sisteminin digər hissələri arasında  əlaqə kanalı 
olacaqdır. 1975-1987-ci illər  ərzində  ƏMƏŞ bir neçə  dəfə 
dəqiqləşmişdir. BMT sistemi çərçivəsində ümumu idarələrarası 
əlaqələndirmənin funksiyalarının  ƏİK-ə verilməsi ilə  əlaqədar, 
ƏMƏŞ-in  ƏİK-də baxılan bir çox fəaliyyət növlərinin təbiəti 
mühafizə aspektlərinin  əlaqələndirmə aləti olması planlaşdırılır. 
ƏMƏŞ və ƏİK-in paralel fəaliyyəti (təkrarlama) təcrübəsi ixtisas-
laşmış BMT və BMTİP  İŞ idarələri arasında  əlaqə üçün xüsusi 
orqanın yaradılmasında səmərəsizlik göstərmişdir. Nəticədə  ƏİK 
bə  ƏMƏŞ birləşdirilmiş  və  əlavə olaraq, birinci olaraq funksi-
yaları öz üzərinə ƏMƏŞ götürmüşdür.  
 
ƏTRAF MÜHİT VƏ  İNKİŞAF ÜZRƏ BEYNƏLXALQ 
KOMİSSİYA / ƏMİBK  (International Commission on 
Environment and Development) – qlobal ətraf mühitin mühafizəsi 
strategiyasının hazırlanması üçün yaradılmış xüsusi komissiya. 22 
üzvdən ibarətdir – görkəmli dövlət, ictimai xadimlər və  ətraf 
mühit məsələləri ilə  məşğul olan müxtəlif ölkələrin alimləri. 
Komissiyaya Norveçin İşçi partiyasının lideri Q. Brundtland 
rəhbərlik edir.  
Komissiyanın vəzifəsi –
ЯМБТП-ya köməkçi orqan kimi 
yaradılmış hökumətlərarası komitənin tövsiyələri üzrə “2000-ci ilə 
qədərki dövr və daha sonra üçün dayanıqlı inkişafa nail olmaq 
üçün uzunmüddətli təbiəti mühafizə strategiyasını  təklif etmək”. 
1984-cü ildə ƏMİBK BMTİP SU-nun 14 sessiyası ilə bəyənilmiş 
(1987) və  aşağıdakılara baxılan, “Bizim ümumi gələcəyimiz” 
məruzəsini hazırlamışdır: 
əhalinin məskunlaşması  və texnologiya və  ətraf mühitin 
iqtisadi inkişafı sahəsində prespüktivlər; 


 
58 
enerji,  ətraf mühit və inkişaf (CO
2
, havanın çirklənməsi, 
turşulu yağışlar, odun yanacağı, bərpa olunan sərvətlər və s . 
problemlər daxil olmaqla); 
sənaye, ətraf mühit və inkişaf (kimyəvi maddələr, tullantıların 
istifadəsi və emalı); 
kənd təsərrüfatı,  ətraf mühit və inkişaf,  ərzaqla təminat 
(torpaqların eroziyası, səhralaşma, 
якиналты  торпагларын  itkisi, 
bitki və heyvan aləminin vəziyyəti daxil olmaqla); 
meşə  təsərrüfatı, kənd təsərrüfatı  və  ətraf mühit (texniki 
yardım, maliyyə  və ticarət siyasəti, beynəlxalq amillər, transmilli 
korporasiyalar); 
qlobal ekoloji monitorinq və  ətraf mühitin vəziyyətinin 
şərhləri; 
beynəlxalq əməkdaşlıq. 
Qeyd olunan məsələlərə onlarla sıx  əlaqədə olan beş amilin 
fonunda baxılır: dövlətlərin bir-birindən iqtisadi və ekoloji asılılı-
ğı, insanların təhsili və ünsiyyəti, dayanıqlı iqtisadi və inkişafa 
meylləri, ətraf mühitə və onun sərvətlərinə münasibətdə hüquq və 
vəzifə  bərabərliyi, təhlükəsizliklər və  həyat üçün ekoloji risklər 
(ətraf mühiti dağıdan və  məhv edən hərbi və ya qeyri-hərbi 
təhlükə). 
Məruzə rus dilində 1989-cu ildə “Proqres” nəşriyyatında dərc 
olunmuşdur.  
 
ƏTRAF MÜHİT VƏ İNKİŞAF ÜZRƏ BMT KONФРАН-
СЫ, (ƏMİK)  (United Nations Conference on Environment and 
Development (UNCED), “Earth Summitt”) – 3-14 iyun 1992-ci 
ildə Braziliyanın Rio-de-Janeyro şəhərində dövlət və hökumət 
başçıları  səviyyəsində keçirilmişdir. Onun işində dünyanın 180 
ölkəsinin nümayəndələri iştirak ediblər.  
Konferensiyanın çağırılması ideyası – təbiətin hədsiz 
istismarının bəşəriyyət üçün məhvedici nəticələri. Sivilizasiyanın 
ekoloji cəhətdən tətbiq oluna bilən dayanıqlı iqtisadi inkişafı 
strategiyasının hazırlanması  məsələsi ortaya qoyulmuşdur. 1989-
cu ilin dekabrında BMT BA bu məsələnin həlli üzrə xüsusi 
konferensiyanın təşkil olunmasını çağıran 44/428 qətnaməsini 


 
59 
qəbul etmişdir. Konferensiyada bir sıra vacib sənədlərə baxılıb və 
qəbul edilib: 
-
 
bioloji müxtəlifliklər haqqında BMT Konvensiyasını 
(onun qüvvəyə minməsi üçün 30 ölkənin parlamenti və ya 
hökuməti tərəfindən ratifikasiya olunması lazımdır); 
-
 
iqlim dəyişmələri üzrə BMT Konvensiyasını (qlobal iqlim 
dəyişmələri təhlükəsini azaldan tədbirlərin hazırlanması zamanı 
dövlətlərin istiqamətlənmələri olduqları əsas zaman anlarını ifadə 
etdiyi üçün çərçivə konvensiyasıdır). Qüvvəyə minməsi üçün 50 
dövlətin ratifikasiya etməsi lazımdır.  
-
 
bütün növ meşələrin səmərəli istifadəsi, qorunması  və 
mənimsənilməsi ilə  əlaqədar qlobal konsensus üçün prinsiplərin 
şərhi ilə bəyanatı; 
-
 
 ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyro deklarasiyasını. 
Ona bizim sivilizasiyanın dayanıqlı inkişafa - inkişafın yeni 
modelinə - nail olmaları üzrə dövlətlərin 27 tövsiyəvi prinsip-
öhdəlikləri daxildir; 
-
 
21-ci əsrin gündəliyi (bax) – 
konfрансdan sonrakı dövrdə, 
onun qərarlarına uyğun olaraq dövlətlərin fəaliyyət proqramları. 
 
ƏTRAF MÜHİT ÜZRƏ ÜMUMSİSTEMЛИ ORTAMÜD-
DƏTLİ PROQRAM / ƏÜOP  (System-wide Medium-term 
Environmental Programme) – bütün BMT sistemində  təbiəti 
mühafizə  fəaliyyətlərinin planlaşdırılması  çərçivəsi üçün ümumi 
strategiyadır; bu, BMT sistemi təşkilatlarının bir-bir ilə  və ya 
digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirdikləri bir 
çox proqramların sintezidir. Proqramın əsası olaraq, seçilmiş ətraf 
mühit problemlərinin və  həmçinin də  səhralaşma problemlərinin 
həllinin planlı  əsasını  təmin edən “birgə tematik proqramlaşdır-
ma” və ya proqramlaşdırmaya “üç səviyyəli yanaşma” konsep-
siyaları olmuşdur, 
ЯМБМТП-in fikrincə,  bu yanaşma 
“proqramın hələ öz miqyasına və BMT sistemləri çərçivəsində 
mürəkkəbliyinə görə  bərabəri olmayan əlaqələndirmə  səviyyəsini 
və qarşılıqlı tamamlanmasını təmin etmişdir”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə