Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   2   3   4   5   6   7   8   9   ...   56

 

saxlanılması, artırılması  və  həmçinin kənd təsərrüfatı istehsalının 
diversifikasiyasından ibarətdir. 
 
 
AQROMEŞƏMELİORASİYA  (Silvicultral reclamation) – 
ərazinin torpaq-hidroloji və iqlim şərtlərinin yaxşılandırılmasına 
istiqamətlənmiş, onu kənd təsərrüfatı üçün daha əlverişli edən 
meşə təsərrüfatı tədbirləri sistemi. 
 
AQROSƏHRA  (Agrodesert) – otlaqların 
dеградасиyası 
(bax.) nəticəsində son dərəcə  dəyişmiş ekoloji 
сявиййялярин 
təbəqələşməsi prinsipi əsasında yaranan  yerli flora növlərindən 
olan süni fotosenoz. A-nın yaranmasının nəzəri  əsasları  və  qəbul 
olunması Türkmənistan EA-nın akademiki N.T. Neçayev 
tərəfindən işlənib hazırlanmışdır. A-nın tərkibinə ehtiyatlardan 
istifadənin yüksək dərəcəsini təmin edən və yem yararlılığı  təbii 
səhra otlaqlarından 4-8 dəfə artıq olan məhsul almağa imkan 
verən ağaclar (saksaul), kolluqlar, xırda kolluqlar, yarımkolcuqlar 
və otlar daxildir. 
 
ALTERNATİV ENERJİ  MƏNBƏLƏRİ, ALTERNATİV 
ENERJİ  (Alternative source of  energy, Alternative energy) -- 
ənənəvi qazıntı  mənbələrindən (kömür, neft, qaz, şist…) deyil, 
günəş, külək, geotermal mənbələr, “enerjili”
 
ağac bitkiləri və s-
dən alınan enerji (
шякил 1). 
 
ALTERNATİV TEXNOLOGİYA  (Alternative  Technology) 
– ekoloji böhranı    zəiflətməyə, sənaye, nəqliyyat, kommunal 
təsərrüfatı  və s.-dən  ətraf mühitə  dəyən zərəri azaltmağa imkan 
verən yeni, daha “təmiz” texnoloji sxemlər. Bu termin BMT-nin 
insanı  əhatə edən mühit konfransında (Stokholm, 1972) təklif 
edilmişdir. 
 
ANTROPOGEN AMİLLƏR  (Anthropogenic factors) – 
insanların təbiət obyektlərinə  təsirlərinin müxtəlif formalarını 
daxil edən amillər qrupu. 
 


 

ANTROPOGEN GƏRGİNLİK  (Anthropogenic pressure) – 
müxtəlif növ təsərrüfat fəaliyyətlərinin təbii mühitə  təsirlərinin 
məcmusu. 
 
ANTROPOGEN HADİSƏ  (Anthropogenic phenomen) – 
insan fəaliyyəti və ya davranışından yaranan hadisə, məsələn 
səhralaşma.  
 
ANTROPOGEN LANDŞAFT (Anthropogenic landscape) – 
insan fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə dəyişmiş landşaft. 
 
ANTROPOGEN LANDŞAFT KOMPONENTLƏRİ 
(Antropogenic landscape components) – insanların istehsalat və 
qeyri-istehsalat fəaliyyətlərinin müxtəlif “izləri” və obyektləri. 
 
ANTROPOGEN MONİTORİNQ  (Anthropogenic monito-
ring) – insanların təsərrüfat fəaliyyətləri nəticəsində təbii mühitdə 
yaranan bütün növ dəyişikliklərə müşahidə  və  nəzarət sistemi. 
Ətraf mühitin hazırkı  vəziyyəti haqqında hərtərəfli məlumat 
mənbəyi kimi, həmçinin mümkün mənfi dəyişikliklərin qarşısının 
alınması  və  ətraf mühitin gələcək vəziyyəti barədə elmi proq-
nozların işlənib hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir. 
 
ANTROPOGEN MÜHİT   (Anthropogenic environment, 
human environment) – insanlar tərəfindən birbaşa və ya dolayı, 
bilərəkdən və ya bilmədən dəyişdirilən təbii mühit. 
 
ANTROPOGEN SƏHRA  (Anthropogenic desert) – insanlar 
tərəfindən həddən artıq istismar olunma nəticəsində yaranan 
səhra. UNEP-in 80-ci illərin  ə
vvəлlярinдə olan məlumata  эюря 
antropogen səhraların sahəsi 9,1 mln. km
2
 təşkil edirdi.  
 
ANTROPOGEN SƏHRALAŞMA  (Anthropogenic desertifi-
cation) – insanların səmərəsiz təsərrüfat fəaliyyətinin (mal-qaranın 
həddən artıq otarılması, bitkilərin yerinin dəyişdirilməsi, 
истилик вя 
су  балансы  щяддян  чох  дяйишкян  олан  torpaqların mənimsə-
nilməsi (bax) və s.) səbəb olduğu səhralaşma (bax). 


 

 
 
 
 
Шякил 1. Енеръинин алтернатив нювляри 


 

ANTROPOGEN SÜRƏTLƏNMİŞ EROZİYA  (Anthropo-
genic erosion, Accelerate erosion) – insanların səmərəsiz
 
тясяррцфат  fəaliyyətləri nəticəsində torpaьын  мцнбит  гатынын 
йуйулмасы вя даьылмасы просесидир. 
 
ANTROPOGEN TƏSİR  (Anthropogenous impact, human 
impact) –insanların nəyə isə birbaşa və ya dolayı təsirinin cəmi. 
 
ANTROPOGEN TORPAQ DEQRADASiYASININ DÜN-
YA XƏRITƏSI  (World Map of Human Induced Soil 
Degradation) - Xəritə 1990-cı ildə, Torpaq üzrə beynəlxalq sorğu 
və məlumatlandırma mərkəzi və BMTİP tərəfindən, 1:10 000 000 
miqyasında hazırlanmışdır. Miqyasla bağlı  məhdudiyyətlər səbə-
bindən xəritə torpaqdan istifadənin digər sistemləri ilə qarşılıqlı 
əlaqə olmadan, yalnız qitələr üzrə  məlumat almaq imkanı verir. 
Dünyanın torpaq deqradasiyası vəziyyəti cədvə
л 1-də verilmişdir. 
Cədvəl 1 
Торпагларын  аntropogen deqradasiyası  
(UNEP məlumatlarına görə) 
 
  
mln.ha 
Quraq 
torpaqların 
ümumi 
sahəsi
nя 
эюря % 

Deqradasiyaйа уьрамыш suvarılan torpaqlar 
43 0,8 

Deqradasiyaйа уьрамыш suvarılmayan 
якиналты torpaqlar 
216 
4,1 

Deqradasiya
йа уьрамыш  отлагалты торпаглар 
 (torpaq və bitki örtüyünün deqradasiyası) 
777 14,6 

1 + 2 + 3 antropogen torpaq deqradasiyasına 
məruz qalmış quraq torpaqlar 
1,036 19,5 

Deqradasiya olan otlaq yerləri 
(qeydiyyata alınmamış deqradasiya
йа уьрамыш 
торпаглар) ( bitki örtüyünün deqradasiyası) 
2,556 50,0 

4 + 5 = deqradasiya
йа уьрамыш quraq 
torpaqların ümumi sahəsi 
3,592 69,5 

Deqradasiya
йа уьрамыш  quraq torpaqlar 
1,580 30,5 

6 + 7 = ekstraarid səhralar qeydə alınmamaqla 
quraq torpaqların ümumi sahəsi  
5,172 100% 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə