Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

 
67 
atmosfer və iqlim, vəhşi təbiət – heyvanlar, bitkilər, ətraf mühitin 
çirklənməsi, insanların səhhəti və sağlamlığı, torpaqdan istifadə, 
ətraf mühitin monitorinqi və qiymətləndirilməsi; dəniz mühiti, 
məskunlaşdırılmış  məntəqələr, təhsil, kadrların və  məlumatların 
hazırlanması, tullantılar, preslənmiş su mühiti, təbii sərvətlər, 
ərzaq və kənd təsərrüfatı, sosial-iqtisadi baxış, kimyəvi və bioloji 
baxış, energetika.  
 
İNFOTERRA-nın vəzifəsi ölkələr və təşkilatlar arasında ətraf 
mühit üzrə  məlumatların toplanması, qiymətləndirilməsi və pay-
lanmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə vasitəçi-
lik etməkdir: inkişaf layihələrinin planlaşdırılması zamanı  qərar 
qəbul edən şəxslərə ətraf mühit üzrə məlumatları çatdırmaq; ətraf 
mühit üzrə  məlumatların axtarılması, işlənməsi və ötürülməsi 
üçün milli orqan və vasitə sistemlərinin inkişafına köməklik gös-
tərmək; yeni məlumat mənbələrinin aşkarlanması  və SMM 
şəbəkələrinin genişləndirilməsi yolu ilə  sorаq sisteminin özünü 
inkişaf etdirmək.  İNFOTERRA-nın mərkəzləri  şəbəkəsi soraq 
mənbələrini potensial məlumat mənbəyi ilə  əlaqələndirən 
“kommutator”dur.  İNFOTERRA-nın proqram fəaliyyəti mərkəzi 
1976-cı ildən başlayaraq iki ildən bir 
мəlumat mənbələrinin 
beynəlxalq sorğu siyahısını, və  hər altı aydan bir onun  ingilis, 
fransız, rus və ispan dillərində əlavələrini buraxır. 
İNFOTERRA Proqram fəaliyyəti mərkəzində birləşmiş milli 
regional və bölmə  mərkəzlərinin 
айры-айры  щиссяляря  айрылмыш 
şəbəkəsidir. Seçilmiş milli mərkəzlər (SMM) və  həmçinin məlu-
mat mənbələri sorğu sistemi üzrə hansı  məlumatı hansı  şərtlərlə 
təqdim etmələrində azaddırlar. SMM İNFOTERRA sistemində 
ölkə hökumətləri tərəfindən təyin edilir.  
Yerləşdiyi ərazi: Nayrobi, Keniya.  
 
“İNSAN VƏ  BİOSFER” PROQRAMI” (
ИБП)  (“Man and 
Biosphere”, MAB) – UNESKO-nun irimiqyaslı uzunmüddətli 
beynəlxalq inzibati elmi-tədqiqat proqramı, Biosfer proqramları 
üzrə hökumətlərarası 
konfранс nəticəsində hazırlanmışdır (Paris, 


 
68 
1963). 1970-ci ildə UNESKO ÜK XVI sessiyasında qəbul 
edilmişdir (2.313 qətnaməsi ilə).  
Əsas məqsədi – biosfer sərvətlərinin səmərəli istifadəsinin və 
qorunmasının elmi əsaslarını və  müxtəlif növ ekosistemlərə (dağ, 
tropik, səhra və s.) bütövlükdə  və ayrı-ayrılıqda olan antropogen 
təsirlərin yol verilə bilən həddinin təyin edilməsi. Proqram ayrı-
ayrı 14 proqram layihələri  şəklində hazırlanmış bir sıra ekoloji 
problemlərin həllinə istiqamətlənmiş inzibati yanaşma  əsasında 
hazırlanmışdır. MAB layihələri arasında ikisinin səhralaşma 
problemi ilə birbaşa  əlaqəsi vardır. Layihə 3 – insanların 
fəaliyyətinin və torpaqdan istifadə vasitələrinin otlaqlara təsiri və 
layihə 4 – insan fəaliyyətinin arid və yarımnarid zonaların ekosis-
temlərinə  təsiri, otlaqlardan istifadə  və irriqasiyanın nəticələri 
daxil olmaqla.  
ИБП-in rəhbər orqanı Beynəlxalq  əlaqələndirmə  şurasıdır 
(BƏŞ). Onun tərkibinə 25 dövlətin nümayəndələri daxildir –
 ИБП 
iştirakçıları  və bir sıra hökumət və qeyri hökumət təşkilatları. 
Proqramda iştirak edən hər bir ölkədə 
  ИБП-  иn beynəlxalq 
proqramla əlaqəli olan, konkret milli problemlər üzrə tədqiqatları 
təşkil edən Milli Komitəsi vardır (onlar 80-dən çoxdur). BƏŞ 
milli tədqiqatların  əlaqələndirilməsi və beynəlxalq proqramların 
hazırlanması üçün xüsusi işçi ekspertlər qrupunu yaradır. BƏŞ və 
proqramın digər orqanlarının  əlaqəsini və daimi koordinasiyasını
 
ИБП katibliyi həyata keçirir. 
 
İRAN SƏHRA TƏDQİQATI MƏRKƏZİ  (Iran Desert 
Research Centre) – 1975-ci ildə Tehran Universiteti yanında 
yaradılmışdır. Aqronomiya, heyvandarlıq, 
мясафядян zondlaşdır-
ması, təbii sərvətlərin bərpası və həmçinin 
Dəşt-Kяvir səhrasının 
qərb sərhədlərində  kənd 
бюлэяляринин coğrafiyası üzrə tədqiqatlar 
aparır. Ayrı-ayrı nəşrlər buraxır.  
Yerləşdiyi ərazi: Tehran, İran.  
 
İRİQASİYA (Irrigation) – bax, suvarma. 
 


 
69 
İSTİ ARİD  БЮЛЭЯЛЯРИН  SƏHRALAŞMA VƏZİYYƏ-
TİNİN XƏRİTƏSİ  (Status of Desertification in the Hot Arid 
Regions) – 1977-ci ildə səhralaşma problemi üzrə BMT 
Konfран-
сы (bax) üçün amerika alimi Q. Dreqne tərəfindən 1:25 mln. 
miqyasında tərtib edilmişdir. Xəritə dünyanın səhralaşmanın hal-
hazırkı probleminin vəziyyətini və miqyasını əks etdirir. Səhralaş-
manın statusu üç amil üzrə  təyin edilmişdir: bitki aləminin 
tərkibində  dəyişikliklər, eroziyalar və  şor
лашма. Səhralaşmanın 
dörd səviyyəsi seçilmişdir: zəif, orta, güclü və çox güclü.  
Güclü səviyyə torpaqların məhsuldarlığının bərpası mümkün 
olmayan, geri qayıtmaz səhralaşma vəziyyətidir. Bu, qum təpələri
duzлу  гяртмяляринин  çıxışı  вя  bеdlənd  вя  sahələrində yayılır. 
Belə sahələr çox deyildir, onların ümumi sahəsi 50 min km
2
 
artıqdır. Səhralaşmanın orta səviyyəsi bitki örtüyünün pozulmasını 
yaradır, bunun da nəticəsində mal-qaranın otarılması üçün 
əlverişsiz şərait yaranır, külək və su eroziyası inkişaf edir. Bundan 
əlavə, o, şoranlaşmaya, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı-
nın təxminən 10-50% azalmasına gətirib çıxarır. Bu kateqoriya 
torpaqların bərpası iqtisadi cəhətdən mümkündür və buna əkinçi-
lik metodlarının təkmilləşməsi yolu ilə çatmaq olar. Güclü 
səhralaşm
ыш otlaqlarda yem bitkilərini sıxışdıraн  алаг    otлары  və 
kol növlərinin geniş yayılması ilə; eroziyanın təsiri altında torpa-
ğın məhsuldar qatının dağılması  və beləliklə  də, məhsuldarlığın 
50-90% azalması ilə  əks olunur. Səhralaşmanın bu mərhələsində 
pozulmuş  ərazilərin bərpası (bax) çox ləng gedir və  əhəmiyyətli 
miqdarda kapital qoyuluşunu (şək.4) tələb edir. Səhralaşmanın 
zəif dərəcəsi bitki örtüyündə  və torpaqda nəzərə çarpmaz pozul-
malar və ya heç birisinin olmaması ilə əks olunur. Şoranlaşma zəif 
və ya heç olmur. Məhsuldarlıq 
иткиси 10%-dən az azala bilər. 
 
İSTİLİK EFFEKTİ  (Greenhouse Effect) – antropogen kar-
bon, dioksid və flüorxlorkarbohidrogenlərin tədricən artması 
hesabına atmosfer temperaturunun 
йцксялян  хятля  чохалмасы  иля 
iqlimdə istil
яшмянин artması. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə