Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT


SƏHRALAŞMA  ÜZRƏ  DÜNYA BIBLIOQRAFIYASI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

 
109 
SƏHRALAŞMA  ÜZRƏ  DÜNYA BIBLIOQRAFIYASI 
(World Desertification Bibliography) – Arizona ştatı Universi-
teti yanında Arid torpaqların  öyrənilməsi  üzrə  büroda hazır-
lanmışdır, 1991-ci ildə BMTİP tərəfindən çap edilmişdir. 38937 
адда ədəbiyyat, coğrafi, мювзу və müəllif göstəriciləri ilə təmin 
edilmişdir. Biblioqrafiyanın məqsədi universitetləri, kitаbxana-
ları, beynəlxalq təşkilatları  və  ətraf mühit  üzrə  tədqiqat insti-
tutlarıны  və təşkilatlarını səhralaşma problemляри иля məlumat-
landırmaqdır. 
 
SƏHRALAŞMA VƏ QURAQLIĞA QARŞI  ÜMUM-
DЦNYA MÜBARİZƏ  GÜNÜ  (World Day to Combat 
Desertification and Drought) – 17 iyun 2004-cü ildə  Səh-
ralaşmaya qarşı  mübarizə konvensiyasının gününün formal 
olaraq bəyənilməsi ilə  əlaqədar BMT BA-sı bu günü  Səh-
ralaşma və quraqlığa qarşı  ümumdünya mübarizə  günü kimi 
elan etmişdir. Bu gün ilk dəfə 17 iyun 1995-ci ildə qeyd edilib.  
 
SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ  (Combat on 
Desertification, Desertification control) – səhralaşmanın (bax) 
qarşısının alınması, azaldılması  və tamamilə aradan qaldırıl-
masına istiqamətlənmiş texniki, sosial və iqtisadi ölçülərin 
məcmusu. 
 
“SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ 
Ü
ZRƏ 
BMTİP BÜLLETENİ”  (Desertification Control Bulletin, 
UNEP) – BMTİP-in elmi-məlumatlandırma buraxılışı, müxtə-
lif  ölkələrdə  səhralaşmaya qarşı  mübarizə  üzrə  Fəaliyyət 
planının yerinə yetirilməsi gedişini işıqlandırır. 1978-ci ildən 
başlayaraq ildə iki dəfə buraxılır. 
 
SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ  ÜZRƏ  FƏA-
LİYYƏTLƏR PLANI (Plan of Action to Combat 
Desertification) – səhraların hücumuna qarşı  mübarizə  və 
2000-ci ilə qədər səhralaşmanın qarşısının alınması üzrə əhatəli 
qlobal proqram. Səhralaşmaya qarşı  mübarizə  üzrə BMT 


 
110 
Konфранsında qəbul edilmiş və 1977-ci ildə BMT BA-nın 32-ci 
sessiyasında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə 
планы uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir.  
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının 
alınması və dayandırılması və mümkün olan yerlərdə səhrala-
şan torpaqların məhsuldarlığını  bərpa etmək. Son məqsədi 
“əhalinin həyat səviyyəsinin artırılması  məqsədilə, ekoloji 
imkanlar daxilində  səhralaşmaйа  гаршы  тагятсиз  olan, arid, 
yarımarid və kifayət qədər rütubət  чатышмамазлыьына  малик 
ərazilərin qorunması və inkişafı”.  
Planın  əsas məqsədi – qərar qəbul edilməsi  сащясиндя 
mövcud biliklərin və texnologiyaların dərhal mənimsənilməsi 
və  təcrübədə  tətbiqi və  səhralaşmaya qarşı  mübarizə  üzrə 
tədbirlərin bu regionların əhalisi tərəfindən onların daha yaxşı 
anlamaları məqsədilə təxirəsalınmaz icrası. Səhralaşmaya qarşı 
uğurlu mübarizənin zəmini torpaqdan istifadənin yaxşılandırıl-
masıdır. Plana aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə 
daxildir: 
A.
 
səhralaşmanın qiymətləndirilməsi və torpaqdan istifa-
dənin yaxşılaşdırılması. 
B.
 
Sənayeləşmə  və urbanizasiyanın kənd təsərrüfatının 
inkişafı ilə uyğunlaşdırılması və onların arid ərazilərin ekologi-
yasına təsiri. 
C.
 
Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər. 
D.
 
Sosial-iqtisadi aspektlər. 
E.
 
Quraqlıq riskləri və onun nəticələrinə qarşı  sığortalan-
maq. 
F.
 
Milli elmi-texniki potensialın möhkəmləndirilməsi.  
G.
 
Səhralaşmaya qarşı  mübarizə proqramlarının  ümumi 
inkişaf planlarına inteqrasiyası. 
H.
 
Beynəlxalq əməkdaşlıq əlaqələrində tövsiyələr. 
I.
 
İlk növbəli təxirəsalınmaz fəaliyyətlər  əlaqələrində  töv-
siyələr. 
Fəaliyyətlər planı tövsiyə xarakteri daşıyır və ona gələcəkdə 
səhralaşmaya qarşı  mübarizə  üzrə konkret milli və regional 
proqramların hazırlanması  üçün  əsas kimi baxılmalıdır. Bu-


 
111 
nunla birgə, o, problemlərin həllinin beynəlxalq və regional 
imkanlarının güclənməsinə istiqamətlənmişdir.  
 
SƏHRALAŞMAYA QARŞI MÜBARİZƏ  ÜZRƏ  FƏA-
LİYYƏTLƏR PLANININ ÜMUMİ  QİYMƏTLƏNDİRİL-
MƏSİ  (Desertification General Assessment of Progress, 
Desertification GAP) – Fəaliyyətlər planını yerinə yetirilməsini 
ü
mumiləşdirən sənəd. Səhralaşma problemləri  üzrə BMT 
Konfранsı  2000-ci il üçün Fəaliyyətlər planını  qəbul edərkən 
1977-1984-cü illərдя  yeddi illik dövrü Planın ilk növbəli 
tövsiyələrinin yerinə yetirilməsi mərhələsi kimi təyin etdiyi 
üçü
n qiymətləndirmə 1984-cü ilin mayında SU UNEP-in 12-ci 
sessiyasında aparılmışdır. Qiymətləndirmə prosesiня  üç qrup-
да  material və  tədqiqatын hazırlанмасы  daxil ediлмишдир. 
Birinci qrupa 10 seçilmiş ölkədə FAO/UNEP-in səhralaşmanın 
qiymətləndirilməsi və  xəritələşdirilməsi (bax) metodikaları 
təcrübələrinin nəticələri; Konfрансda təqdim olunmuş 15 tam 
tədqiqatdan ibarət hissənin yeniləşməsi; səhralaşmaya məruz 
qalmış  bütün  ölkələrə paylanmış  səhralaşma  üzrə sorğulara 
cavabın təhlillərinin nəticələri; iqlim və  səhralaşma (WMO), 
arid torpaqların tədqiqatı  üzrə beynəlxalq proqram 
UNESKO-MAB, və  həmçinin BMT Universitetinin arid 
torpaqlar alt proqramı üzrə məruzələr daxildir. İkinci qrupun 
əsasını sorğulara cavabın istifadəsi ilə hazırlanmış regional 
qiymətləndirmələr, milli məruzələr və  həmçinin BMT-nin 
(FAO və UNESKO) ixtisaslaşdırılmış idarələri və BMT-nin 
regional komissiyaları  tərəfindən təqdim olunmuş  məlumat-
landırma materialları daxildir. Bundan əlavə, 1:5 mln miqya-
sında Afrikada ekvatordan şimala səhralaşma təhlükəsinin 
xəritəsi, 1977-ci ildən demoqrafik dəyişikliklərin onların 
Fəaliyyətlər planını yerinə yetirilməsi və səhralaşma problem-
lərinə  təsiri  бахымындан  şərhi, səhralaşmaya qarşı  mübarizə 
sahəsində BMT sistemiндяки təşkilatlarının layihə və proqram-
larının xülasəsi.  
Yuxarıda sadalanan çıxış materialları iki əsas köməkçi 
sənədlərin (3-cü qrup) hazırlanması  üçün  əsas olmuşdur, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə