Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   2   3   4   5   6   7   8   9   10   ...   56

 
22 
yaxşılaşdırılması  üzrə  tədqiqatlar aparır. Nəşrləri: “Arid zonalar 
üzrə bülleten” (Bulletin de Regions Arides), texniki bülleten 
(Bulletin Technigue), Ira Əsərlər məcmuəsi (Cachier de I’IRA), 
ayrı-ayrı nəşrlər.  
Yerləşdiyi ərazi: Medenin, Tunis. 
 
ARİD ZONALARIN TƏDQİQATLARI MƏRKƏZİ 
(Centro de Investigaciones de Zonas Aridas, CIZA) – 1976-cı ildə 
La Moline Milli Kənd təsərrüfatı universiteti çərçivəsində 
yaradılmışdır. Onun vəzifəsi – müstəmləkə dövrlərindən hal-
hazırkı dövrə qədərki müddətdə insan fəaliyyətlərinin arid ekosis-
temlərə  təsirlərinin kompleks tədqiqatlarının aparılmasıdır. Elmi 
tədqiqatlar ölkənin sahilyanı  səhralar zonasında səhralaşmaya 
qarşı mübarizə üzrə  tədbirlərin təcrübi olaraq həyata keçirilməsi 
üçün bazanın yaradılmasına imkan yaratmışdır. Mərkəz “Arid 
zonalar” (bax) jurnalını buraxır.  
Yerləşdiyi ərazi: Lima, Peru. 
 
ARİD ZONALARIN TƏDQİQATLARI MƏRKƏZİ 
(Centro de Investigaciones de Zonas Aridas, CIZA) – 1962-ci ildə 
Del-Norte Universiteti yanında günəş enerjisinin tədqiqatları 
mərkəzi bazasında yaradılmışdır. Günəş enerjisi, külək enerjisinin 
tətbiq olunması, bioiqlim tədqiqatları, atmosfer fizikası, bərpa 
olunan təbii sərvətlər sahələrində tədqiqatlar aparır. 
 
ARİD ZONALAR VƏ QURAQ TORPAQLARIN ÖYRƏ-
NİLMƏSİ ÜZRƏ  ƏRƏB MƏRKƏZİ (AKSAD) (The Arab 
Centre for the Studies of Arid Zones and Dry Lands, ACSAD) – 
1971-ci ildə  Ərəb Dövlətləri Cəmiyyəti tərəfindən yaradılmış 
hökumətlərarası muxtar təşkilat. Arid və quraq ərazilərin iqtisadi 
inkişaf proqramların regional araşdırmasını 
və 
işlənib 
hazırlanmasını  həyata keçirir. Araşdırmaların mövzusu su və 
torpaq ehtiyatlarının, əkinçilik və heyvandarlıq, aqroiqlimşünaslıq 
və sosial inkişaf problemlərini əhatə edir. Region hüdudunda elmi 
heyətin hazırlanması  və  məlumat mübadiləsi aparılır. AKSAD-a 
rəhbərlik Cəmiyyətin hər bir ölkə-üzvündən bir nümayəndənin 


 
23 
daxil olduğu direktorlar Şurası  tərəfindən həyata keçirilir. 
AKSAD araşdırma işlərini, elmi və texniki məruzələri, dövri 
nəşrləri, biblioqrafiya, layihələr haqda texniki-iqtisadi məlumatları 
və digər materiallar buraxır. 
Baş qərargah – Dəməşq, Suriya. 
 
ARİZONA-SONOR SƏHRA MUZEYİ  (Arizona-Sonor 
Desert Museum) - əsası 1952-ci ildə qoyulmuşdur.  İctimaiyyət 
tərəfindən seyr edilməsi üçün ABŞ  səhrasının flora və fauna 
yığınıdır. Muzey Sonor səhrasının ekologiyası, etnobotanika, 
biologiya, torpaqşünaslıq, bitki örtüyünün tarixi və Sonor və 
Çiuaua səhralarının iqlim şərtləri, xırda məməlilər, reptillər və 
amfibilər üzrə tədqiqat işləri aparır. Illik məruzə (Annual Report) 
və “Sonorensis” (Sonorensis) 
рцблцк jurnallarını buraxır.  
Yerləşdiyi ərazi: Tuson, Arizona ştatı, ABŞ. 
 
ASİYA VƏ SAKİT OKEAN ÖLKƏLƏRİNDƏ  SƏHRA-
LAŞMAYA QARŞI MÜBARİZƏ ÜZRƏ TƏLİM VƏ TƏDQİ-
QAT MƏRKƏZLƏRİNIN REGİONAL 
ŞƏBƏKƏSİ 
/DESKONAP/  (Regional Network  of Research and Training 
Centres on Desertification Control in Asia and the Pacfic, 
DESCONAP) – UNEP İŞ-in 12/10 qətnaməsinə cavab olaraq, 
1987-ci ildə ASOİSK-nun 43-cü sessiyasının qərarına  əsasən 
yaradılmışdır. Səhralaşmaya məruz qalmış  
бюлэялярин ehtiyacları-
na uyğun prioritet və proqramlarla birgə  səhralaşmaya qarşı 
kompleks mübarizənin aspektlərini  əhatə edir. Şəbəkə ASOİSK-
nun mövcud təşkilatı 
гурумлары  çərçivəsində yaradılmışdır və 
səhralaşmaya qarşı mübarizə üzrə plan və proqramların regional-
milli səviyyədə reallaşmasını əlaqələndirir.  
1988-ci ildə  Məsləhətləşmə qrupunun birinci iclasında 
DESKONAP-ı iki qrupa bölünməsi tövsiyə edilmişdir: Arid 
layihələr (Əfqanıstan, Hindistan, İran, Monqolustan, Pakistan) və 
Subhumid layihələr (İndoneziya, Malaziya, Nepal, Filippin, 
Tailand, Vyetnam). 


 
24 
Şəbəkə üç əsas məsələnin həlli üçün yaradılmışdır: səhralaş-
manın hazırkı  vəziyyətinin qiymətləndirilməsi; təlim və  təhsil
SQMMFP-nın hazırlanmasına kömək. 
1987-ci ildə qeyd olunan şəbəkənin tərkibinə daxil olan 
ASOİSK xətti ilə Türkmənistan MEA-nın Səhralar  İnstitutunun 
üzərinə Milli Tədqiqatlar
 
və  səhralaşmaya qarşı mübarizə üzrə 
kadrların hazırlanması  Mərkəzinin funksiyaları qoyulmuşdur.  
 
ASİYA VƏ SAKİT OKEAN ÜÇÜN İQTİSADİ  VƏ 
SOSİAL KOMİSSİYA (ASOİSK)  (United Nations Economic 
and Sosial Commission for Asia and Pacific, ESCAP) – BMT-nun 
regional orqanı. 1974-cü ildə Asiya və Uzaq Şərq ölkələri üçün 
İqtisadi Komissiyanın (AUŞİQ) əvəzində yaradılmışdır.  
ASOİSK  əhalisi Yer üzərində olan əhalinin ½-ni aşan region 
ölkələrinin sosial-iqtisadi inkişafına kömək və regionun ölkə-
üzvlərinin iqtisadiyyat-ticarət münasibətlərinin möhkəmlənməsinə 
dayağa səbəb olmaq üçün yaradılmışdır. ASOİSK-un üzvləri 
BMT-nin 40 üzv ölkəsi (o cümlədən Rusiya) və  həmçinin 10 
birləşdirilmiş ölkədir.  
1977-ci ildə Dehli, Hindistanda  ASOİSK ölkələrinin  BMT-
nin səhralaşmaya qarşı mübarizə konfransına hazırlıq üzrə 
regional iclas keçirilmişdir. Sonrakı illərdə ASOİSK nümayəndə-
lərinin arid və yarımarid ölkələrin mənimsənilməsi təcrübələrinin 
öyrənilməsi məqsədilə tanışlıq səfərləri (Çin, 1983; SSRİ,1884) 
baş tutmuşdur. 1983-cü ildə ASOİSK UNEP-in əməkdaşlığı ilə 
Səhralaşmaya qarşı mübarizə üzrə  Fəaliyyətlər planını gedişi 
haqda Regional texniki seminarın protokolunu buraxmışdır 
(Codxpur, Hindistan, 1981). Bu “ASOİSK regionunda səhralaş-
maya qarşı mübarizə problemləri və perspektivləri” sənədi 
regionda səhralaşmaya qarşı mübarizə üzrə  tədbirlərin təşkili və 
aparılması üçün əsas olmuşdur. 1986-cı ilin sentyabrında 
ASOİSK, UNEP və UNESKO birgə ASOİSK regionu üçün elmi 
tədqiqatlar və kadrların hazırlanması regional şəbəkəsinin yaradıl-
ması  və  fəaliyyəti haqda məsələyə baxmaq üçün Banqkokda 
hökumətlərarası iclas təşkil etmişlər. Bu iclasın yekunlarından biri 
Səhra institutu bazasında səhralaşmaya qarşı mübarizə problem-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə