Ə
Ə
l
l
i
i
i
i
b
b
n
n
A
A
b
b
d
d
u
u
`
`
r
r
-
-
R
R
A
A
H
H
M
M
A
A
N
N
ə
ə
l
l
-
-
H
H
U
U
Z
Z
E
E
Y
Y
F
F
İ
İ
T
T
Ö
Ö
V
V
B
B
Ə
Ə
N
N
İ
İ
N
N
Ə
Ə
H
H
Ə
Ə
M
M
İ
İ
Y
Y
Y
Y
Ə
Ə
T
T
İ
İ
www.islamevi.az
2
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d saylı razılığı
ilə nəşr edilmişdir.
Kitabın müəllif hüquqları qorunur.
3
T
T
Ö
Ö
V
V
B
B
Ə
Ə
N
N
İ
İ
N
N
Ə
Ə
H
H
Ə
Ə
M
M
İ
İ
Y
Y
Y
Y
Ə
Ə
T
T
İ
İ
Tövbələri qəbul və çoxlu mərhəmət
edən, hər şeyi bilən və hikmət sahibi olan
ALLAH`a həmd olsun. RƏBB`imə həmd və
şükr edirəm. Ona tövbə edir və Ondan bağış-
lanma diləyirəm. Şəhadət edirəm ki, ALLAH`-
dan başqa ibadətə və itaətə layiq haqq ilah
yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət
edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun
qulu və Rəsuludur, böyük əxlaq sahibidir.
ALLAH`ım! Qulun və Rəsulun Muhəmmədə,
əhli beytinə və əshabına, onların doğru yolun-
da gedənlərə xeyir-dua və salam elə!
Bundan sonra... ALLAH`dan layiqincə
qorxun, ey ALLAH`ın qulları! Ona tövbə edin
və Ondan bağışlanma diləyin ki, savablarınızı
çoxaltsın və günahlarınızı bağışlasın. Ey mü-
səlmanlar! İnsanın ən fəzilətli halı və ən qü-
sursuz sifəti, sevdiyi və razı olduğu, bəyən-
mədiyi və qəzəbləndiyi şeylərdə ALLAH`a Q
4
tabe olmasıdır. Beləcə qul, RƏBB`inin sev-
diyini sevər və yaradıcısının bəyənmədiyinə
də qəzəblənər. Sevdiyi və razı olduğu şey-
lərdə ALLAH`a Q tabe olmaq, Ona Q qarşı
edilən asiliyi bəyənməmək, ancaq hər cür qü-
sur və günahdan səhih bir tövbə etməklə,
ALLAH`a Q itaətdə doğru olmaqla və haram-
lardan uzaq durmaqla olur. Səhih tövbə, iba-
dət edənlərin məqamlarının ən ucasıdır. Mö-
minlərin hallarının ən şərəflisi və təqva sahib-
lərinin itaətlərinin məqsədidir.
Hidayət Peyğəmbəri
, tövbəyə işarə
edərək tərif etmiş və tövbənin, qulun həyatında
müvəffəqiyyətli edildiyi ən xeyirli şey olduğunu
bildirmişdir. Ka`b ibn Malikdən ÷ bu hədisi
rəvayət edir: Rəsulullah
, Kə`b ÷ Təbuk
Savaşına getmədiyi zaman ALLAH`ın Q onun
tövbəsini qəbul etdiyini bildirərək belə buyurur:
“Anan səni doğduğundan bəri olduğun ən
xeyirli gün ilə sevin.”
5
Kə`b ÷ belə deyir: “İnsanlar dəstə-
dəstə məni qarşıladılar. Tövbəmə görə məni
təbrik edir və mənə “ALLAH`ın tövbəni qəbul
etməsi mübarək olsun” deyirdilər.”
1
ALLAH Q, bu ümmətdən hər cür insa-
na, xeyirlərlə önə keçənlərə, ibadətlərdə mötə-
dil davrananlara və haramlarla nəfslərinə
zülm edənlərə tövbə etməyi vacib etmişdir.
ALLAH Q belə buyurur:
“…Ey möminlər! Hamınız ALLAH`a
tövbə edin ki, nicat tapasınız!”
2
“...Bu, ayələri hikmət sahibi, (hər şey-
dən
) agah olan (ALLAH) tərəfindən təsbit
olunmuş, sonra da müfəssəl izah edilmiş bir
Kitabdır ki, Siz ALLAH`dan başqasına ibadət
etməyəsiniz. Mən sizi ALLAH tərəfindən (Cə-
hənnəmlə
) qorxudan və (Cənnətlə) müjdələyə-
nəm. Və RƏBB`inizdən bağışlanmağınızı dilə-
1 əl-Buxari. Muslim.
2 ən-Nur surəsi, 24/31.
6
yəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir
müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-
güzəran versin və hər bir əməl sahibinə (əmə-
linin
) mükafatını ehsan buyursun...”
3
Rəsulullah
belə buyurur:
“Ey insanlar! ALLAH`a tövbə edin və On-
dan bağışlanma diləyin. Şübhəsiz mən, gündə üz
dəfə tövbə edirəm.”
4
Tövbə, bəşərin nöqsanının və insanın
qüsurunun şərtlərindəndir. İbadətlə məsul tu-
tulan insan, ibadətində qüsurdan, səhvdən,
qəflətdən, xətadan, unutqanlıqdan və günah-
dan uzaq olmaz. Buna görə Əbu Hureyrədən
÷ rəvayət edilən hədisdə Rəsulullah
belə
buyurur:
“Nəfsim əlində olan (ALLAH)`a and olsun
ki, əgər siz günah etməsəydiniz ALLAH sizi gö-
türüb, günah işləyən və ALLAH`dan bağışlanma
3 Hud surəsi, 11/1-3.
4 Muslim.
7
diləyən, buna görə onları bağışlayan bir cəmiyyət
gətirərdi.”
5
Yenə Rəsulullah
belə buyurur:
“Hamınız xəta edənsiniz, xəta edənlərin ən
xeyirliləri tövbə edənlərdir.”
ALLAH`ın Q sifətlərəndən biri də,
Ondan Q bir kərəm və ehsan olaraq tövbəni
qəbul etməsi və buna sevinməsidir. ALLAH
Q
belə buyurur:
“Bəndələrinin tövbəsini O qəbul edir,
günahları O bağışlayır və sizin nə etdiyinizi
də O bilir.”
6
“Məgər onlar bilmirlər ki, ALLAH
qullarından tövbə qəbul edər, sədəqə (zəkat)
5 Muslim.
6 əş-Şura surəsi, 42/25.
8
alar və ALLAH tövbələri qəbul edəndir,
rəhmlidir?!”
7
ALLAH`ın Q gözəl isimləri, bu kainatda
onların bir təsirinin olmasını labüd edir. “Töv-
bələri qəbul edən və çoxlu mərhəmət edən” ismi,
tövbə edərək ALLAH`a Q dönən və mərhəmət
edilmiş bir məxluqu labüd edir. ALLAH`ın Q
bütün isimləri eyni şəkildə uca sifətlərini əha-
tə və onlara işarə edir, bu kainatda təsirlərini
vacib edir. Qula düşən vəzifə, hər zaman ona
vacib olan tövbəni yerinə yetirməsidir. Bu töv-
bəni qəbul edən, ona savab verən, əcrini
böyüdən və onunla günahlarını bağışlayan
ALLAH`dır Q.
Tövbə, Nəbi və Rəsulların, ALLAH`ın Q
dostları möminlərin qulluq məqamlarından biri-
dir. ALLAH Q belə buyurur:
7 ət-Tövbə surəsi, 9/104.
9
“Həqiqətən, İbrahim həlim xasiyyətli,
(həmişə dua edərək) yalvarıb-yaxaran və özünü
tamamilə (ALLAH`a) təslim etmiş bir zat
idi.”
8
“ALLAH (müsəlmanlardan) bir qismini
ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və
cihaddan
) dömək üzrə ikən Peyğəmbərə, çətin
saatda onun arxasında gedən mühacirlərə və
ənsara tövbə nəsib etdi. Sonra da onların
tövbələrini qəbul buyurdu (onları bağışladı).
Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli,
çox rəhimlidir.”
9
ALLAH Q, Musadan bəhs edərək
belə buyurur:
“…Ayılandan sonra isə: "Sən paksan,
müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaq-
san!
) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən
iman gətirənlərin birincisiyəm!" - dedi.”
10
8 Hud surəsi, 11/75.
9 ət-Tövbə surəsi, 9/117.
10 əl-Ə`raf surəsi, 7/143.
10
ALLAH Q tövbənin, cənnət qarşılığında
RƏBB`lərinə canlarını və mallarını satan mö-
minlərin sifətlərindən biri olduğunu zikr edir.
ALLAH Q belə buyurur:
“...Etdiyiniz sövdəyə görə sevinin. Bu,
böyük qurtuluşdur (uğurdur)! (Onlar ALLAH`a)
tövbə, ibadət və şükür-səna edənlər, oruc
tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək
üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər
),
rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər
görməyi əmr edib pis işləri yasaq edənlər və
ALLAH`ın hədlərini (halal-haramı) qoruyanlar-
dır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə)
müjdələ!”
11
Tövbənin bərəkəti tez və ya gec, gizli
və ya aşkar olaraq görülür. Tövbənin qarşılığı,
qəlblərin təmizlənməsi, günahların silinməsi
və savabların çoxaldılmasıdır. ALLAH Q belə
buyurur:
11 ət-Tövbə surəsi, 9/111-112.
11
“Ey iman gətirənlər! ALLAH`a səmi-
mi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə)
tövbə edin. Ola bilsin ki, RƏBB`iniz günahla-
rınızın üstünü örtsün və sizi (ağacları) altın-
dan çaylar axan cənnətlərə daxil etsin. O gün
ALLAH Öz Peyğəmbərini və onunla birlikdə
iman gətirənləri xəcil etməz. Onların (iman)
nuru (qıl körpüsü üstündə onlara yol göstərmək
üçün
) önlərindən və sağ tərəflərindən axıb şölə
saçarkən onlar belə deyəcəklər: "Ey RƏBB`i-
miz! Bizim nurumuzu tamam-kamal elə və
bizi bağışla. Həqiqətən, Sən hər şeyə Qadir-
sən!”
12
Tövbənin qarşılığı, imanın, razılığın,
hüzur və rahatlığın, qəlb sakitliyinin kölgələn-
dirdiyi bir həyatdır. ALLAH Q belə buyurur:
“...Bu, ayələri hikmət sahibi, (hər
şeydən
) agah olan (ALLAH) tərəfindən təsbit
olunmuş, sonra da müfəssəl izah edilmiş bir
12 ət-Təhrim surəsi, 66/8.
12
Kitabdır ki, Siz ALLAH`dan başqasına ibadət
etməyəsiniz. Mən sizi ALLAH tərəfindən (Cə-
hənnəmlə
) qorxudan və (Cənnətlə) müjdələyə-
nəm. Və RƏBB`inizdən bağışlanmağınızı dilə-
yəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir
müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-
güzəran versin və hər bir əməl sahibinə (əmə-
linin
) mükafatını ehsan buyursun...”
13
Tövbənin qarşılığı, göy üzündən enən
və yer üzündən çıxan bərəkətlərdir. Mallarda
bolluq, istehsalda və nəsildə bərəkət, bədən-
lərdə sağlamlıq və müsibətlərdən qorunmaq-
dır. ALLAH Q, Huddan bəhs edərək belə
buyurur:
“(Hud dedi ki:) “Ey camaatım! RƏBB`i-
nizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə
edin ki, göydən sizə bollu (peydərpey) yağış
göndərsin, qüvvətinizin üstünə bir qüvvət də
artırsın. (Mənim dəvətimdən və imandan) günahkar
olaraq üz çevirməyin!”
14
13 Hud surəsi, 11/1-3.
14 Hud surəsi, 11/52.
13
İbn Abbas
, Rəsulullahın
belə
buyurduğunu rəvayət edir:
“Kim bağışlanma istəməyə daima davam
edərsə, ALLAH onun üçün hər çətinlikdən bir
çıxış, hər problemdən bir qurtuluş yaradar, onu
gözləmədiyi yerdən ruziləndirər.”
15
Bağışlanma diləmə (istiğfar) tövbə ilə
birlikdə zikr edilməsə tövbəni də içinə alır və
ona işarə edir. Tövbə qurtuluşdur. Hər arzula-
nanı qazanmaq və hər çətinlikdən qurtulmaq-
dır. ALLAH Q belə buyurur:
“Tövbə edərək iman gətirib yaxşı işlər
görənlərə gəldikdə isə, onların nicat tapmaları
mümkündür.”
16
ALLAH Q, qullarının tövbə etməsini
sevir. ALLAH Q belə buyurur:
15 Əbu Davud.
16 əl-Qasas surəsi, 28/67.
14
“... ALLAH (günahından) tövbə edənləri,
(təmiz və) pak olanları sevər!”
17
ALLAH Q, Ondan Q bir ehsan və
ikram olaraq, qulun tövbəsi ilə sevinir. Ənəs
ibn Malik ÷, Rəsulullahın
belə buyur-
duğunu rəvayət edir:
“Şübhəsiz ALLAH, Ona tövbə etdiyi
zaman qulunun tövbəsindən, sizdən birinizin (bu
sevincindən) daha çox sevinir. Sizdən biriniz boş
bir ərazidə minəyini itirir. Onun üstündə yeməyi
və içməyi vardır. Ondan ümidini kəsir, bir ağacın
yanına gəlir və kölgəsində uzanır. Minəyindən
ümidini kəsmişdir. O bu halda ikən bir də görür ki;
minəyi yanında durub. Onun yüyənindən tutur və
sevincinin şiddətindən belə deyir: “ALLAH`ım!
Sən mənim qulumsan, mən də sənin RƏBB`i-
nəm!” Sevincindən səhv söyləyir.”
18
17 əl-Bəqərə surəssi, 2/222.
18 Muslim.
15
ALLAH Q, Ona Q ən böyük şirki qoşan
və Ona Q qarşı çıxan: “İsa , ALLAH`ın oğlu-
dur” deyənləri belə tövbəyə çağırır. ALLAH Q,
onların söylədikləri bu sözdən ucadır. ALLAH Q
belə buyurur:
“Məgər onlar ALLAH`a tövbə edib On-
dan bağışlanmalarını istəməyəcəklər? Axı
ALLAH Bağışlayandır, Mərhəmətlidir!”
19
Yenə, ALLAH`ın Q ən pis qulları olan
münafiqlərə də tövbə qapısını açmışdır.
ALLAH Q belə buyurur:
“(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin
yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən
heç vaxt onlara yardım edən tapmazsan!
Tövbə edənlər, özlərini islah edib düzəldənlər,
ALLAH`dan möhkəm yapışanlar və ALLAH
qarşısında dinini (etiqadını) təmizləyənlər
müstəsnadır. Çünki onlar möminlərə bərabər-
19 əl-Maidə surəsi, 5/74.
16
dirlər. Möminlərə isə ALLAH böyük mükafat
verəcəkdir!”
20
Əbu Sə`id əl-Xudri ÷, Rəsulullahın
onlara bunu xəbər verdiyini rəvayət edir:
“Sizdən əvvəlkilərin içində yüz insanı
öldürən bir adam vardı. Bir alimdən, onun üçün
tövbənin olub-olmadığını soruşdu. Alim, “Bəli”
dedi. Rəhmət mələkləri onun ruhunu aldılar və o
adam bağışlandı.”
21
Tövbənin mənası, ALLAH`a Q dön-
mək, günahı tərk etmək və onu bəyənməmək,
ibadətlərdəki səhlənkarlığına peşman olmaq-
dır. İmam ən-Nəvəvi belə deyir: “Hər cür
günahdan tövbə vacibdir. Günah, qul ilə
ALLAH Q arasındadırsa və qul haqqı ilə
əlaqəli deyilsə, tövbənin üç şərti vardır:
Birincisi, günahı dərhal tərk etmək. İkincisi,
etdiyinə peşman olmaq. Üçüncüsü, o günaha
bir daha dönməməyə qəti qərar vermək. Bu
20 ən-Nisa surəsi, 4/145-146.
21 əl-Buxari. Muslim.
17
üçündən biri olmasa, qulun tövbəsi səhih
olmaz. Günah, qul haqqı ilə əlaqəlidirsə,
tövbənin dörd şərti vardır: Yuxardakı üç şərt
və qul haqqından qurtulmaq. Bu haqq, mal və
buna bənzər şeydirsə, onu sahibinə geri
qaytarar. İftira cəzası və buna bənzər şeydirsə,
bunun tətbiq edilməsinə icazə verər və ya ba-
ğışlamasını tələb edər. Qeybətdirsə, o şəxs-
dən, haqqını halal etməsini istəyər. Bütün
günahlardan tövbə etməsi vacibdir. Əgər bir
qismindən tövbə edərsə, o günahlardan töv-
bəsi səhih olar və digər günahlar üzərində
qalar.”
Tövbə edənlərin tövbələri və tövbələ-
rinə səbəb olan hekayələri, qulaqlara zövq
verir. Söhbətlər onlarla gözəlləşir və insanlar
onlarla təsəlli tapır. Dostlar aralarında onlar
haqda danışır. Onların hamısı yaxşıca düşün-
müş, bəsirətlə baxmış və ömrünün keçən
səhifələrinə nəzər etmişdir. Həyatının geri
qalan hissəsini düşünmüş, ölümü və əziy-
yətini, qəbri və qaranlığını, siratı və sürüş-
kənliyini, Quran`ı və dəlilini, Rəsulullahın
18
yolunu və sünnəsini xatırlamışdır. Bunun
üzərinə qəlbində hidayət şimşəyi çaxmışdır.
Ürəyində haqq günəşi doğmuşdur. Üzərin-
dəki qəflət, istək, günah və həlak səbəblərinin
qaranlığı dağılmış, ah çəkib inləməyə başla-
mış və qəlbi, keçmiş günlərdə səhlənkar dav-
randıqlarına peşmançılıqla dolmuşdur. Göz
yaşları yağış kimi axmış, tükləri dik-dik
olmuşdur. RAHMAN və RAHİM olan RƏBB`i-
nin Q qarşısında özünü atmışdır. ALLAH`a Q
belə yalvarır: “Sənə döndüm RƏBB`im!.. Peşman
oldum!.. Tövbəmi qəbul et!.. Günahımı bağışla!..
Xətamı əfv et!.. Ey ALLAH`ım!.. Əgər məni
qapından qovsan mənə kim sığınacaq verər?..
Əgər məni özündən uzaqlaşdırsan məni kim
yaxılaşdırar?..” Bunun üzərinə ALLAH Q,
rəhməti ilə onun tövbəsini qəbul edər.
Biri, yol kəsməkdən tövbə etmişdir.
Biri, zinadan tövbə etmişdir. Biri, içki içmək-
dən tövbə etmişdir. Biri, narkotik istifadə et-
məkdən tövbə etmişdir. Biri, qohumluq bağla-
rını qoparmaqdan tövbə etmişdir. Biri, namazı
19
tərk etməkdən və ya onu camaatla qılmamaq-
dan tövbə etmişdir. Biri, ana-ataya pis dav-
ranmaqdan tövbə etmişdir. Biri, faiz və rüşvət
yeməkdən tövbə etmişdir. Biri, oğurluqdan
tövbə etmişdir. Biri, siqaret çəkməkdən tövbə
etmişdir. Hər cür günahdan ALLAH`a Q
dönən hər kəsə tövbələri mübarək olsun!.. Sə-
mimi tövbə ilə insan, yenidən doğulmuş kimi
olmuşdur. İnsanın həqiqi ömrü, ALLAH`a Q
itaət etdiyi zamandır. ALLAH`a Q itaət
etmədiyi zaman isə, ömründən deyildir.
Tövbə, hər an vacibdir. Fəqət, fəzilətli
zamanlarda və məkanlarda, günahdan dərhal
sonra, ibadətlərdən sonra, qırx yaşından son-
ra, tövbə etmədən ölməməsi üçün yatmazdan
əvvəl və ömrün sonunda tövbə etmək daha
güclü bir şəkildə vacibdir. ALLAH Q belə
buyurur:
“Ey iman gətirənlər! Nə mal-dövlətiniz,
nə də oğul-uşağınız sizi ALLAH`ın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (ALLAH`ı yada
salmasa
), belələri əsl ziyana uğrayanlardır. Biri-
20
nizin ölümü çatıb: "Ey RƏBB`im! Mənə bir az
möhlət versəydin, sədəqə verib salehlərdən olar-
dım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən
(ALLAH yolunda) xərcləyin və (bilin ki) ALLAH
əcəli çatan heç kəsə möhlət verməz. ALLAH sizin
nə etdiklərinizdən xəbərdardır!”
22
ALLAH Q, məni və sizi Uca Quran ilə
bərəkətləndirsin...
Ehsanı üçün ALLAH`a həmd olsun.
Müvəffəqiyyətli etməsi və nemətləndirməsi
səbəbi ilə ALLAH`a şükürlər olsun. Şəhadət
edirəm ki, ALLAH`dan başqa ibadətə və ita-
ətə layiq haqq ilah yoxdur. Onun şanı ucadır.
Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəm-
məd Onun qulu və Rəsuludur. Onun rizasına
dəvət edəndir. ALLAH`ım!.. Qulun və Rəsu-
lun Muhəmmədə, əhli beytinə, əshabına və
din qardaşlarına xeyir-dua və salam elə; onları
bərəkətli et!..
22 əl-Munafiqun surəsi, 63/9-11.
21
Bundan sonra... Ey müsəlmanlar!..
ALLAH`dan layiqincə qorxun və möhkəm bir
bağla İslama sarılın. RƏBB`inizi, Ona Q ibadət
edərək ucaldın.
ALLAH`ın qulları!.. RƏBB`iniz Q belə
buyurur:
“(Tövbə edib) RƏBB`inizə dönün. Əzab
sizə gəlməmişdən əvvəl Ona təslim olun. Son-
ra sizə heç bir kömək olunmaz! Qəfil əzab
özünüz də bilmədən başınızın üstünü alma-
mışdan əvvəl RƏBB`inizdən sizə nazil
edilmiş ən gözəl sözə (Qurana) tabe olun! (Elə
edin ki, sonradan
) bir kəs: “ALLAH`a itaət
barəsində etdiyim təqsirlərə görə vay halıma!
Həqiqətən, mən (ALLAH`ın hökmlərinə, Qurana,
Peyğəmbərə və möminlərə
) istehza edirdim!” -
deməsin. Yaxud: “Əgər ALLAH məni doğru
yola yönəltsəydi, mən mütləq müttəqilərdən
olardım!” - söyləməsin. Və ya əzabı gördüyü
zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda
22
biləydim; yaxşı işlər görənlərdən olardım!” -
deməsin!”
23
İslam ümməti bu əsrdə, ağır fəlakətlər
və arxa-arxaya gələn çətinliklərlə qarşı-qar-
şıya ikən, tövbəyə və ALLAH`a Q dönməyə
nə qədər də möhtacdır. Bununla, vəziyyətini
düzəldər, RƏBB`inin Q rəhməti enər, düşmə-
ninə qalib qələr və dininə dəstək olar. Müsəl-
manlar üçün tövbədən və ALLAH`a Q dön-
məkdən başqa, heç bir çətinlikdən çıxış yolu
yoxdur. Qudsi hədisdə, ALLAH Q belə
buyurur:
“Mən qulumun haqqımdakı zənnində-
yəm. Kim məni öz nəfsində xatırlayarsa mən
də onu öz nəfsimdə xatırlayaram. Kim məni
bir cəmiyyətdə xatırlayarsa, mən də onu on-
lardan daha xeyirli bir cəmiyyətdə xatırla-
yaram. Mənə bir qarış yaxınlaşana mən bir
23 əz-Zumər surəsi, 39/54-58.
23
qulac yaxınlaşaram. Mənə gəzərək gələnə mən
qaçaraq gələrəm.”
24
ALLAH`ın qulları!.. İnsanların ən xe-
yirlisinə xeyir-dua və salam edin. Çünki bunu
sizə ALLAH Q əmr etmişdir. O Q belə
buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri
Peyğəmbərə salavat göndərirlər (xeyir-dua ve-
rirlər
)
. Ey iman gətirənlər! Siz də ona salavat
göndərib (onun üçün salavat deyib) layiqincə
salamlayın!”
25
Əli ibn Abdu`r-RAHMAN əl-HUZEYFİ
05/03/1423 Hicri – 17/05/2002 Miladi
24 əl-Buxari.
25 əl-Əhzab surəsi, 33/56.
Dostları ilə paylaş: |