TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


“De: "Bu, mənim yolumdur. Mən və mənə



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə8/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   4   5   6   7   8   9   10   11   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“De: "Bu, mənim yolumdur. Mən və mənə 
tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah 
pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm". 
(Yusuf 108).
 
Peyğəmbər 

Muazı 

Yəmənə göndərdiyi zaman ona olan ilk nəsihəti: “İnsanları 
Lə İləhə 
İlləllah –
kəliməsinə dəvət et!”- deməsidir
6
. Bu başlıq dəlildir ki, müsəlman 
Tövhidi bildikdən sonra insanları buna dəvət etməlidir. Bu zaman iki şeyə 
diqqət etmək lazımdır: 
1)
Dəvət etdikdə Tövhidə dəvət etmək. 
2)
Dəvəti də 
yalnız Allah üçün İxlasla etmək. Səhl ibn Sad 

 
rəvayət edir ki: "Allah Rəsulu 

Xeybər günü belə buyurdu: "Sabah bu bayrağı mütləq Allahın fəthi ona 
nəsib edəcəyi bir adama verəcəyəm ki, o, Allahı və Rəsulunu sevir, Allah və 
Rəsulu da onu sevir. Səhər açıldıqda (səhabələr) Allah Rəsulunun 

yanına 
getdilər. Hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər 

belə 
buyurdu: "Əbu Talibin oğlu Əli haradadır?" Ona: "Gözü ağrıyır!"- dedilər. 
Peyğəmbər 

dedi: "Xəbər göndərin, gəlsin". O, xəbər göndərilib gətirildi. 
Allah Rəsulu 

mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat 
sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. 
Əli dedi: "Ya Rəsulullah! Xeybər (Yəhudiləri) ilə onlar da bizim kimi 
(müsəlman) olana qədər vuruşacağam". Peyğəmbər 

: "(Ey Əli!) Tələsmə! 
Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et 
və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, 
Allah bir nəfəri sənin səbəbinlə hidayətə yönəldərsə, bu sənin üçün qırmızı 
dəvələrdən də xeyirli olar!"- deyə buyurdu”.
7

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə