TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 17
Tövhidin Faydaları Və Səmərələri - 1. Tövhidi həyata keçirən, haqqını verən
bir qul hesaba çəkilmədən, əzaba uğramadan Cənnətə girəcəkdir. 2. Tövhidi
gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir. 3. Dünya və axirətin
sıxıntısı, qəmi, kədəri və əzabından qurtulub hüzura və rahatlığa çıxmağın ən
böyük vəsiləsi və səbəbidir. 4. Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha
az miqdarda olduğu zaman Cəhənnəmdə əbədi qalmaqdan qurtulmaqdır. 5.
Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin-amanlığı təmin
etməkdir. 6. Tövhid, Allahın razılığına və savabına nail olmağın yeganə
səbəbidir. 7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və
savaba çatmaq tövhidə bağlıdır. 8. Tövhid qulun yaxşılıq edib, pislikdən
çəkinməsini asanlaşdırır. Onu müsibətlərə qarşı səbrli edir. 9. Tövhid qəlbdə
tam olduğu zaman Allah onun sahibinə imanı sevdirir. Qəlbində onu gözəl
göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir. 10. Tövhid qulu
yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi və ən
yüksək izzət və şərəf də elə budur. 11. Tövhid qəlbdə tam və kamil olduğu və
tam bir ixlasla yerləşdiyi zaman əməlin azı çox olur, əməllərin və sözlərin
mükafatı sayılmayacaq miqdarda qat-qat artır. Qulun tərəzisində onun ixlası
göylər və yerin qarşılamayacağı qədər ağır gəlir. 12. Allah tövhid əhli olan
quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti, asanlığı, xeyirli söz və
əməllərində isabətli olmağı zəmanət verir. 13. Allah iman əhli Muvahhidləri
dünya və axirətin pisliklərindən qoruyur və onlara təmiz, gözəl bir həyat bəxş
edir.
Tövhid ilə yanaşı Muvahhid bir kimsədə şirkə düşmək qorxusu (ondan
qorunmaq) da olmalıdır. Çox az bir kimsə öz Tövhidinə görə qorxur. Bu
Tövhidi istəyən, həris olan bir kimsə mütləq şirkdən qorxmalı və ondan
qaçmalıdır. O qorxu daima Muvahhidin qəlbində olmalıdır, qəlbi daima
Allahdan qorxan kimsə isə daima Allaha itaətdə olacaq, Allahdan bağışlanma
diləyəcək və şirkdən qaçacaqdır. Şirkə düşməmək üçün də insan şirkin bütün
növlərini bilməlidir. Şeytanın ən başlıca məqsədi insanları şirkə salmaqdır.
Çünki, bunu Allaha vəd vermişdir: “İblis dedi: "Onların dirildiləcəyi günə
qədər mənə möhlət ver". Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdən-
sən". İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun
üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önləridən və
arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların
əksəriyyətini şükür edən görməyəcəksən". Allah buyurdu: "Oradan mənfur və
qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi
sizin hamınızla dolduracağam”. (əl-Əraf 14-18). İbrahim dua edərək onu və
ailəsi üçün Allahdan istəyir ki: "…Məni və övladlarımı bütlərə tapınmaqdan
uzaq elə!" (İbrahim 35). Əgər möminlərin imamı və Allahın dostu, öz qövmünə
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 18
qarşı mübarizə aparan, bütləri sındıran kimsə şirkə düşməkdən qorxurdusa,
deməli bütün müsəlmanlar Allaha şərik qoşmaq təhlükəsinə görə qorxu hissi
keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər? O zaman bu kitabı öyrən! Bu
kitabı öyrənmə ki, insanları şirk və küfürdə ittiham edəsən, öyrən ki, özünü və
ailəni müşrik olmaqdan, şirkə düşməkdən qoruyasan. Çox təəssüf ki, bir çox
müsəlmanlar öz yaxınları şirkdə boğulduqları halda, bu kitabı yalnız insanları
ittiham etmək üçün öyrənirlər.
Bu gün insanları Tövhidə çağıran, onlara şirkdən qaçmağı və şirkə
düşməməyi öyrədən - insanların ən xeyirlisi və ən gözəl bir şeyə çağıranıdır.
Günümüzdə insanları Tövhidə dəvət edənləri görürsən ki, incidir, təhqir
edirlər, “sən düz danışmırsan”, “biz ata-babalarımızı belə görmüşük” və s. Bu
kimi sözlər deyirlər. Sələflər deyirlər ki: “Əgər onlar nəyə dəvət olunduqlarını,
Tövhidin mahiyyətini bilsəydilər, mən onlar üçün atalarından, analarından
belə əziz olardım”. Lakin siz anlamayan bir qövmsünüz. Bunu Allahın haqqını
bilən kimsə bilə bilər.
Şükürlər olsun aləmləri Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi
nemətlər sayəsində bu kitabı tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr
etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki
Allahın bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da
şükrə ehtiyacı vardır. Necə ki, Davud buyurur: "Ey Rəbbim! Sənə necə şükr
edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət
verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə
Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və
Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim
olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər
birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə,
yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"
29
.
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə toplayıb başa
çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını,
məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər
haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və
çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri
tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə
bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona
əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Ayrıca bu kitabı toplamaqda mənə kömək edən, bu kitabda zəhməti olan,
öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə də
təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!
29
İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362.
Dostları ilə paylaş: |