TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə2/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   2   3   4   5   6   7   8   9   ...   15

İMAN


Sözdə iman təsdiq etmək deməkdir. Səriətdə isə qəlb ilə etiqad etmək, dil ilə söyləmək və əzalar ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər - səllallahu aleyhi və səlləm - in məşhur Cəbrail – əleyhissəlam ın hədisində xəbər verdiyi kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam a belə cavab vermişdi: «İman, Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…»10. Amr b. Əbəsə radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər - səllallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?» Peyğəmbər: «Qəlbinin Allaha təslim olması və müsəlmanların sənin dilindən və əlindən salamat olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «İman etmək» deyə cavab verdi. Adam: «Bəs iman nədir?» deyə soruşdu. Peyğəmbər: «Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab verdi. Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. Peyğəmbər: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Cihad» deyə cavab verdi. Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər: «Onlarla qarşılaşdığın zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Atının ayaqları kəsilib yerə yıxılaraq öldürüldüyü və qanının axıdıldığı cihad…»11.

Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani Kərimdə də Allah bu haqda bir çox ayələr nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəy-yən ölçüdə (qədər) ilə yaratqıq». (əl-Qəmər 49).

Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz. Bunlardan birini inkar edən kimsə kafir olur. O, halda iman bu altı əsas üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə, əlbətdə ki, mömin olmaz. Çünkü o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina ancaq təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın rükunlarıdır. Kitab və Sünnətə uyğun olaraq bunlara əməl edilmədikcə iman da tamamlanmaz. Sələfi Salihin yəni Əhli Sünnə vəl Cəmaatın əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq etmək, dil ilə söyləmək və əzalarla əməl etmək deməkdir. İman itaətlə artır, asiliklə azalır. Şəriətdə isə gizli və açıq bütün itaətlərdir. Gizli əməllərə qəlbin əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas, məhəbbət və s. Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə isə bədən ilə edilən əməlləri məs: Ruku, səcdə və s. misal göstərmək olar. Qısaca iman – qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən, meyvələri Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə ortaya çıxan şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası da olmaz. Əməldən uzaq bir elimin bir kimsəyə faydası olsaydı, Allahın lənətinə düçar olan iblisə faydası olardı. O, Allahın şəriki olmadığına, tək olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin Allah: «Adəmə səcdə et!» deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafir-lərdən oldu. (Allah) buyurdu: «Ey iblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın!». (Sad 75-78). Allahın vəhdəniyyətini bilməsi ona (İblisə) fayda vermədi. Çünkü əməldən ayrı bir elmin aləmlərin Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Useymin rahmətullahi aleyhi «Üç Əsas» kitabının şərhində dediyi kimi: «Əməl elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o, Xristianların misalındadır. Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».

«Əməllər iman deyilən şeyin içərsinə girməz» - deyənlər, iman tək bir şey olduğuna görə: «Mənim imanım Əbu Bəkr əs-Sıddıq, Ömər radıyallahu anhum un imanı kimidir. Hətta mənim imanım Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - deyənlər də vardır.



Ayə və hədislərdən bizə məlum olduğuna görə - əməl olmadıqca iman kamil olmaz. Niyyətsiz nə söz və nə də əməl olur. Sünnətə uyğun olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. Allah Qurani Kərimdə bir çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh əməl edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» l-Kəhf 107). Şübhəsiz ki: «Rəbbim Allahdır deyən, sonra da (söz və əməllərində) düz olan kəslərə lüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin». (Fussilət 30). «Bu sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz Cənnətdir». z-Zuxruf 72). «Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsə-lərdən başqa». lsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab radıyallahu anhu rəvayət edir ki, mən Rəsulullah sallallahu aleyhi və səlləm- in belə buyurduğunu eşitdim. «Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti12 Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onadır»13. Əbu Amr-Əbu Amra da deyirmişlər - Sufyan b. Abdullah radıyallahu anhu rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! İslama aid mənə elə bir söz de ki, bu haqda səndən başqa heç kimə sual verməyim?». Rəsulallah sallallahu aleyhi və səlləm- buyurdu: «De - Allaha iman etdim və bu yolda düz dur»14. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Məhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir»15. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığını (Lə iləhə illəllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»16. Dinə girmək üçün ilk söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə qəlbin əməli, söyləmək etibarı ilə dilin əməlidir. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: «Pəyğəmbərlərin dinindən başa düşülür ki - bu fikirlə bütün ümmət də razılaşır - İslamın əsaslarından ilki hansı ki, hər bir məxluqatın üzərində haqdır bu da şəhadət kəliməsidir. Şəhadət kəliməsini deyən kimsə kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı azad və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş olur. Əgər o, bunu yalnız dili ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə o, kimsə İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə. Yox əgər o, şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o, kimsə həm zahiran həm də batinən də kafirdir və bütün müsəlmanlarda bu fikirdqə yekdildilər»17. Əziyyət verən bir şeyi yoldan qaldırmaq – əzaların əməli, həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək bir əməl olduğu halda, Rəsulullah sallallahu aleyhi və səlləm - onu imandan saymışdı.

İbn Battal – rahmətullahi aleyhi - 18 deyir ki: «Buxari – rahmətullahi aleyhi - nin iman bölümündə qeyd etmək istədiyi məna da elə budur. O, bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: Umurul iman (imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad imandandır adı altında açdığı başlıqlar ilə o, Murciənin - iman əməlsiz sözlərdən ibarətdir - (yəni əməl imandan ayrıdır) sözlərini rədd etmiş, onların bu səhf fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir19. «Allah sizin imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Allah bu ayədə namazı iman deyərək adlandırmışdı. Namaz həm qəlbin, həm dilin, həm də əzaların əməllərini bir yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına görə qəsd - İslamın ilk əvvəlində müsəlmanların Beytul Məqdisə tərəf qıldıqları namazlardır. Allah «Kəbəyə tərəf dönün!» deyə əmr etdikdən sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə Allah bu ayəni nazil etmişdi.



Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan olduqları üçün iman itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta möminlər də öz imanlarında, əməllərində və s. bir-birindən fərqlənmişlər. «Sonra Kitabı bəndələrmizdən seçdiklərmizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaq-layıb) irəli keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33).

1. Xeyir işlərdə irəli keçənlər fərz20 və müstəhəbləri21 edənlər, haram və məkruhları22 tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır. 2. Orta yolda olanlar. Sünnətləri etməsə də, məkruhlardan çəkinməsədə, sadəcə fərzləri edib haramları23 tərk etməklə kifayyətlənənlər. Bu vacib iman sahibidir. 3. Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə də qüsurlara yol verirlər. İcmali iman sahibləri. Abdullah b. Abbas radıyallahu anhu dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər Allahın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Məhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər24.

Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Quran və Sünnədə bur çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13).»Allah doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar». (Məhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-Fəth 4). «İman gətirənlərin imanının daha da artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). «O, kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi radıyallahu anhu , Əbu Bəkr radıyallahu anhu ilə birlikdə Rəsulullah sallallahu aleyhi və səlləm in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik etdi, ya Rəsulallah!» Rəsulallah sallallahu aleyhi və səlləm : «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz şübhəsiz mələklər sizinlə döşəklərnizdə və yollarnızda toqquşardılar». Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»25. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir»26. Abdullah b. Məsud radıyallahu anhu nun rəvayətində isə: Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur27. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar»28. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən gözəl olanıdır»29. Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz»30. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»31. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn Ömər radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı»32. Həmçinin Ənəs radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: «Ya Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…». Başqa rəvayətdə isə Rəsulullah sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım dinar ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onalrın iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının yarsına qədər, kimisinin diz qapaqlarına qədər yandırar33. Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»34. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər.

Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq. İndi isə bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman haqqında olan fikirlərinə nəzər salaq.



Əli radıyallahu anhu deyir ki: «İman qəlbdə ağ bir nöqtə kimi başlayır, iman artdıqda o, ağ nöqtə də artır»35. Digər bir rəvayətdə isə Əli radıyallahu anhu deyir: «Səbrin imana görə durumu, başın bədənə görə durumudur. Səbri olmayanın imanı da olmaz»36. İbn Məsud radıyallahu anhu dua edərək deyir ki: «Allahım! İmanımızı, yəqinliyimizi və fikhimizi artır!». /ALLAHUMMƏ ZİDNİ, İLMƏN, YƏQİNƏN VƏ FİKHƏN/ 37. Ömər radıyallahu anhu – səhabələrə: «Gəlin imanımızı artıraq!» - deyərək, Allahı zikir edərdilər»38. Buna görədir ki, Bəkr b. Abdullah əl-Muzni – rahmətullahi aleyhi deyir: «Əbu Bəkr radıyallahu anhu namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun qəlbində olan imanla qabaqlayıb». İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda radıyallahu anhum deyirlər ki, iman həm artır, həm də azalır39. İmam Vəki b. əl-Cərrah - rahmətullahi aleyhi - deyir ki, Əhli Sünnə deyir ki, iman söz və əməldir40. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki, iman artar və azalar. Artması əməl ilə, azalması isə əməli tərk etməklədir41. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki, iman arzularla, xəyallarla olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan bu qəbul olunmaz»42. İmam Şafıı - rahmətullahi aleyhi - deyir ki, iman söz və əməldir. Artar və əskilər. İtaətlə artar, günahlarla azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə»43. Əbu Hənifə rahmətullahi aleyhi yə görə: «İman – dil ilə iqrar, qəlb ilə təsdiqdir»44. İqrar tək başına iman olmaz. Çünki iqrar sadəcə iman olsaydı, bütün münafiqlər mömin olardılar. Yenə eyni şəkildə təsdiq də tək başına iman olmaz. Çünki sadəcə təsdiq iman olsaydı, Əhli-Kitab (Yəhudi və Xristianlar) mömin olardılar»45. İbn Battal - rahmətullahi aleyhi - deyir ki: «İman söz etibarı ilə təsdiqdən ibarətdir - deyiləcək olursa, buna cavabımız budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca imanı daha da kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər əskildi mi imanın kamilliyi də əskilir. İman haqqında ən mötədil rəy də budur»46. İbn Abdurrazzaq deyir ki: «Mən keçmiş nəsil və elm sahiblərindən Sufyən əs-Sovri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b. Rəşid, İbn Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman, söz və əməldir, artar və əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə, ən-Nəhai, Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b. Mubərəkin də yekdil rəyləridir»47.
ALLAHA İMAN

Allah – subhənəhu və təalə yə iman onun varlığına iman etmək deməkdir. Bu da Fitrət, Ağıl, Şəriət və Duyğularla olur.



1. Fitrət - Fitrətin Allahın varlığına dəlalət etməsi: Şübhəsiz hər bir yaradılış yaradıcısına iman etmək fitrətinə sahib olaraq yaradılmışdır. «(Ya Məhəmməd!) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut». (ər-Rum 30). Peyğəmbər sallallahu aleyhi və səlləm in Rəbbindən buyurduğu rəvayətdə: «Mən qullarımı həniflər48 olaraq yaratdım. Lakin sonra şeytanlar onları sağa-sola sürüklədilər…»49. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Hər bir doğulan uşağ fitrət üzərində doğular. Lakin sonra valideyinləri onu Yəhudi, Xristian və ya Məcusi edər»50.

2. Ağıl - Ağlın Allah – subhənəhu və təalə nin varlığına dəlalət etməsi: Əvvəlinci ilə sonuncuya qədər bütün yaradılmışların var edici bir yaradıcısı olması qaçınılmaz bir şeydir. Çünki bu yaradılmışların özü-özlərini var etmələri imkansız olduğu kimi, təsadüfən var olmalarına da imkan yoxdur. Özü-özlərini var etmələri imkansızdır. Çünki heç bir şey özü-özünü yaratmaz. Çünki o, şey var olmadan əvvəl yox idi. Yox olmaq heç bir şey olmaq deməkdir. Heç bir şey isə bir şeyi var edə bilməz. Necə özü-özünün yaradıcısı, var edəni ola bilər? Bu yaradılmışlar təsadüfən də var ola bilməz. Çünki sonradan meydana gələn hər bir şeyin mütləq bir meydana gətirəni vardır.

O, özündən əvvəl heç bir şeyin olmadığı ƏVVƏL, ondan sonra heç bir şeyin qalmayacağı AXIR, ondan üstə heç bir şeyin olmadığı ZAHİR, ondan o, tərəfə heç bir şeyin olmadığı BATİNDİR. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram. Sən ƏVVƏLSƏN, səndən əvvəl heç bir şey yoxdur. Sən AXIRSAN, səndən sonra heç bir şey yoxdur. Sən ZAHİRSƏN, sənin üstündə heç bir şey yoxdur. Sən BATİNSƏN, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və faqirlikdən məni qurtar»51. O, hər şeyə həyat verən özü də mütləq şəkildə həyat sahibi olan HƏYY, bütün varlılıqların işini düzüb qoşan, öz yoluna qoyan QAYYUM, bir və tək olan ƏHƏD, heç kimə möhtac olmayan SAMƏD, aləmlərin Rəbbi olan Allah – subhənəhu və təalə dir. «Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən odur». (əl-Ənam 2). «Sizi yaratdıq, sonra sizə surət verdik». (əl-Əraf 11). «Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq». (əl-Hicr 26). «Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «O, yaratdığı hər şeyi gözəl yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi». (əs-Səcdə 7-8). «Biz həqiqətən insanı tər-təmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o, bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər ulu və ucadır». (əl-Muminun 12-14). «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). «O, axıb tökülən bir sudan yaranmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar». (ət-Tariq 6-7). «Halbuki, sizi də sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffət 96).



Allah – subhənəhu və təalə Qurani Kərimdə ət-Tur surəsində buyurur: «Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yaradılıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?». (ət-Tur 35). Bu ayə nazil olduğu zaman Cubeyr b. Mutim Rəsulullah sallallahu aleyhi və səlləm - in bu ayəni oxuduğunu dinləmiş və demişdir: «Mən müşrik idim. Bu ayəni eşitdikdə qəlbim az qala yerindən çıxacaqdı. Bu an imanın qəlbimə girdiyi ilk an idi»52. Bütün bu ayə və hədislər heç bir şeyin təsadüfən var olmasına ehtimal buraxmır.

3. Şəriət - Şəriətin Allah – subhənəhu və təalə nin varlığına dəlalət etməsi: Bütün səmavi kitablar Allahı tanımaq, onun göndərmiş olduğu şəriəti qəbul etmək və əmrlərinə gərəkli şəkildə itaət etmək, boyun əymək və bu kitablarda olan xəbərlərin hər şeyi var etməyə qadir olan Allah tərəfindən endirilmiş olduğuna dəlildir. Qul Allahın kitabında olan ayələr haqqında düşündükcə Rəbbini bilib tanıyır. Qul bu ayələr haqqında nə qədər düşünsə onun biliyi, elmi o, qədər də artar. «Yerdə tam yəqinliklə insanlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır». (əz-Zariyat 20-21). «Göylərdə və yerdə neçə-neçə əlamətlər nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçirlər». (Yusif 105).

4. Duyğular - Duyğuların Allah – subhənəhu və təalə nin varlığına dəlalət etməsinə gəlincə bu iki yolladır. 1) Bizlər dua edənlərin, dualarının qəbul edilməsi, sıxıntı anlarında əllərini göyə qaldıraraq dua etmələri qəlbdən olan o, hisslər, duyğular Allahın varlığına dəlalət edir. «O, zaman siz (dua edərək) rəbbinizdən kömək diləyirdiniz». (əl-Ənfal 9). Ənəs b. Məlik radıyallahu anhu rəvayət edir ki, bir gün bir Bədəvi ərəb cümə günü Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verərkən məscidə girib deyir: «Ey Allahın Rəsulu! Mallarımız tələf oldu, uşaqlarımız ac qaldı. Bizim üçün Allaha dua et». Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini qaldıraraq dua etdi. Buludlar dağlar kimi ortaya yığıldılar. Minbərdən enməmiş yağış dənələri saqqalından süzülməyə başladı. İkinci cümə yenə o, bədəvi ərəb qalxıb dedi: «Ey Allahın Rəsulu! Evlərimiz dağıldı, mallarımızı sular yuyub apardı. Bizim üçün Allaha dua et» Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini qaldıraraq dua etdi: «Allahım üztümüzə, ətrafımıza yox!» Əli ilə işarə etdiyi tərəfə yağış yağmağa başladı»53. Allaha səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının qəbul edilməsinin günümüzdə də şahidi oluruq. 2) Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına kəsin bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki bunlar bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir. Məs: Musa əleyhissəlam ın əsası. Allah ona: «Əsanı dənizə vur!» deyərək əmr etdikdə o, da əsanı dənizə vurdu. Dəniz on iki ayrı yola ayrıldı. Bu yollar arasında sular dağları xatırladırdı. Onda Musaya belə vəhy etdik: «Əsanla dənizə vur. Dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu». (əş-Şuəra 63). İsa əleyhissəlam hansı ki, Allahın izni ilə ölüləri dirildirdi. «Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildirəm». (Ali-İmran 49). Məhəmməd sallallahu aleyhi və səlləm hansı ki, Qureyş ondan bir möcüzə göstərməsini istəmiş o, da aya işarə edərək ayı iki yerə ayırmışdı. «Qiyamət yaxınlaşdı, ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı».(əl-Qəmər 1).

Allah – subhənəhu və təalə yaratdıqlarını yox edər, ancaq özü əbədi qalar. Ancaq onun istədiyi olur. O, istədiyini edəndir. «Allah öz istədiyini edər!» (əl-Bəqərə 253). Allah bir işi istədiyi zaman bütün yaratdıqları onu istəməsələr də onu yaradır. Əgər Allah istəməzsə yaratdıqlarından hamsı bir olsalar da onu istəyə bilməzlər. Bu şeydə olan xeyir və şər onun istəməsi ilə olur. O, nəyi istəmişsə o, da olur, nəyi istəməmişsə o, da olmaz. Allahın yaratdıqlarından heç birisi öz elmi ilə onu qavraya bilməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşə bilməz. «Onların elmi isə onu əhatə edib qavraya bilməz». (Ta ha 110). Yaratdıqlarından heç kimsə onun zatının sirlərini bilməz. O, da yaratdıqlarından heç birinə nə zatında, nə isimlərində, nə də sifətlərində, nə də əməllərində bənzəməz. Onun misli yoxdur. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o, qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi». (ən-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı və dər-yalar mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüvvət və hikmət sahibidir». (Loğman 27). O, ölməzdir, daima diridir (HƏYYDİR). Ölüm ona gəlməz. «Ölməz, həmişə diri olan Allaha bel bağla». (əl-Furqan 58). O, nə mürgülər, nə də onu yuxu tutar (QAYYUMDUR). Yoxsa kainatda hər şey məhv olardı. Allah insanlara, cinlərə, quşlara, vəhşi heyvanlara, möminlərə, kafirlərə və istəyənə istədiyini verdiyi zaman mülkündən heç bir şey əskilməz. Əbu Zərr əl-Ğifari - radıyallahu anhu dan, o da Peyğəmbər sallallahu aleyhi və səlləm dən, (Peyğəmbərdə) Uca və böyük olan Rəbbindən buyurmuşdu: «Ey mənim qullarım, sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamısı birlikdə məndən istəsələr, mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı (və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər»54. O, yaratdıqlarını qorxuya düşmə-dən öldürür, çətinlik görmədən yenidən yaradır.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə