TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə3/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   2   3   4   5   6   7   8   9   ...   15

ALLAHA İMANIN FAYDALARI


Allah – subhənəhu və təalə iman etmək möminlərə olduqca xeyirli və dəyərli faydalar verər.

1. Allahı başqalarından bir şey ümüd etməyəcək, başqalarından qorxmaya-caq və başqasına ibadət etməyəcək şəkildə, həqiqi mənada Tövhid etmək.

2. Allahı kamil dərəcədə sevməyə çalışmaq, onun İsim və Sifətlərinə lazımı şəkildə təzim etmək.

3. Əmr etdiklərini yerinə yetirmək, qadağalarından çəkinməklə ona ibadət etmək.

MƏLƏKLƏRƏ İMAN


Mələklərə iman hər hansı bir şübhə və tərəddütdən uzaq olaraq var olduqlarına inanmaq deməkdir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (onların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər». (əl-Bəqərə 285). Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha ibadət edən varlılıqlardır. Allah onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini yerinə yetirmək gücünü vermişdir. Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)»55. «Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmazlar və yalnız onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).

Mələk – ƏLƏKƏ sözündən götürülüb, göndərilən deməkdir. Mələklərin varlılıqlarını inkar edən hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.

Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara): «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).

Mələklərin sayı çoxdur. Sayını Allahdan başqa heç kimsə bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirilmişdi56. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə buyurur: «Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr: «Yox, ya Rəsulallah». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən eşidirəm. Göydə bir qarış yer yoxdur ki, orada Qiyamda, rukuda və səcdədə olan mələk olmasın»57.

Mələklərə iman özündə bir neçə xüsusiyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir.

1. Onların varlılıqlarına iman gətirmək.

2. Cəbrail, Mikail, İsrafil əleyhimussəlam - kimi adlarını bildiyimiz mələklərə iman, adlarını bilmədiyimiz mələklərə isə icma ilə iman gətirmək.

3. Cəbrail əleyhissəlam kimi sifətlərini bildiyimiz mələklərin o, sifətlərinə iman gətirmək. Məs: Allah bizim onları görməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış şəkildə görə bilmərik. Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17).

Həmçinin İbrahim və Lut əleyhimussəlam - ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman». (Hud 77).

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail əleyhissəlam ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul-Muntəhanın yanında». (ən-Nəcm 6-14). Cəbrail əleyhissəlam ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi. Cəbrail əleyhissəlam əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətil əl-Kəlbi radıyallahu anhu nun qiyafəsində gələrdi58.

Mələklərin çox qanadlı olmaları. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi edən Allaha həmd olsun. (Fatir 1).

Mələklər Allahın ordularıdır. «Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).

Allahın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Əbu Cəhl: «Muhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» Ona: «Bəli, sürtür» - dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm». Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılmağa başladığı vaxt Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona yaxınlaşmağıma mane olurdu». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça edərdilər»59.

Mələklər Allaha yaxınlaşdırılmış varlılıqlardır. Kişi və qadın vəsfləri yoxdur. «Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar mələklərin yaradılışına şahidmi olmuşlar. Onları bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər möhtərəm qullardır». (əl-Ənbiya 26).

Yeməzlər, içməzlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də: «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70).

Onların qidaları Allahı zikr etməkdir. Bundan da əsla usanmaz və buna ara verməzlər, yorulmazlar. «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar». (əl-Əraf 206).

Həya və utanmaq kimi sifətlərə sahibdilər. Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaqları baldıra qədər açıq vəziyətdə uzanmışdı. Əbu Bəkr, Ömər radıyallahu anhum onun yanına içəri girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman radıyallahu anhu onun yanına girən kimi ayaqlarının üstünü örtdü. Niyə belə etdiyini soruşduqda: «Ondan mələklər həya edir mən necə həya etməyim»60.

Allaha itaət və ona üsyan etməmək fitrəti ilə yaradılıblar. «Xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).

4. Mələkləri Allahın əmrlərini yernə yetirdiklərinə və hər birinin müəyyən vəzifəsi olduğuna iman gətirməliyik. Cəbrail əleyhissəlam Allahın vəhyinin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail əleyhissəlam yağış və bitkilərlə, İsrafil əleyhissəlam Qiyamətin qopacağı və insanların diriləcəyi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları almaqla əmr olunur. De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». (əs-Səcdə 11). O, yaradılmış olaraq mələklərin ən əzəmətlisidir. Onun haqqında Quran və Sünnədə bəlli bir ad yoxdur. Bəziləri Əzrail deyə adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.

Həmçinin kimilərinə Ərşi daşımaq: «Həmin gün sənin Rəbbinin ərşini onların başı üstündə səkkiz mələk daşıyacaqdır». l-Həqq 17). Petğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun qulağının ucu ilə boynunun arasındakı məsafə yeddi yüz ilə bərabərdir. Quş bu məsafəni qət etməkdə acizdir»61.

Kimisinə Cəhənnəmin atəşini qorumaq Məlik və Cəhənnəmin mələkləri Zəbanilər: «Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O, isə (min ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız».z-Zumər 77). «Biz də Zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq».lləq 18).

Kimiləri möminlərin ruhlarını rahatlıqla alırlar: «And olsun (möminlərin canını) rahatlıqla alanlara». n-Nəziat 2). Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!». (Fussilət 30).

Kimiləri kafirlərin ruhlarını zorla alırlar: «And olsun (kafirlərin canını) zorla alanlara». n-Nəziat 1). «Kaş ki, sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: «Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbürlük göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaq-sınız» dediyini görəydin. (əl-Ənam 93).

Kimiləri insanın ana bətnində olduğu müddətdə qədərini yazmaq ilə: Əbu AbdurRahmən Abdulla b. Məsud - radıyallahu anhu rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə62 şəklində olaraq bir yerə gətrilir. Sonra bu müddət ərzində alaka63 şəklində olur. Sonra yenə bu müddət ərzində mudğa64 şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»65.

Onlardan möminlərə məğfirət diləyən, onlara dua edən, möminləri sevən kimsələr olduğu kimi elm məclislərinə gələrək onları əhatəyə alan, onların etdiklərini Allaha çatdıran, elm öyrənən və öyrədən üçün dua edən mələklər də var. «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər». (əl-Əhzab 56). Əbu Uməmə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən Allah mələkləri, göydə və yerdə olanlar…elm öyrədənə dua edirlər»66. Əbu Dərda - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma diləyər»67. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asantlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar, Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim bu əməlləri gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»68.

Mələklərin möminlərin dostları və onları sevmələri. Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada və axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfslərinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (Fussilət 30-31).

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar»69.

Mələklərin kafirləri, müşrikləri, münafiqləri səvməmələri və onlara nifrət etmələri. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Allah bir qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyi!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o, kimsə haqqında nifrət və kin qoyular»70.

Həmçinin mələklər birinci səfdə olanlar, namazı gözləyənlər üçün dua edirlər. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Namazın girmə vaxtını gözləyən insanlar üçün mələklər Allaha dua edərək, Ya Rəbbimiz onu bağışla, ona rəhm et»71. Bəra b. Azib - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən Allah və mələkləri birinci səff üçün dua edərlər»72. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz Allah və Mələkləri səflərin sağında olanlara rəhmət və istiğfar diləyərlər»73.

Həmçinin mələklərin Cümə günü insanları qeyd etmələri. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cümə günü oldu mu məscidin hər bir qapısı üzərində mələklər durub sıra ilə tez gələnləri qeyd edərlər. İmam xütbə vermək üçün oturdu mu onlar da səhifələri bağlayıb xütbəni dinləməyə gedərlər»74.

Həmçinin mələklərin xəstəni ziyarət edən üçün dua etmələri. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kəs öz müsəlman qardaşını səhər ziyarət etməyə getsə axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər, axşam getsə səhərədək yetmiş min mələk onun üçün bağışlanma diliyər»75.

Əhli Sünnə vəl Cəmaat həmçinin Kiramə və Kətibin mələklərinə də inanır-lar. Allah onları üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar». (Yunus 21). «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara ikramınız (hörmətiniz) olsun»76.

Mələklərin möminlər üçün bağışlanma diləmələri. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, ona inanır və möminlərin baığışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru». (əl-Mumin 7). «Mələklər də (ondan) bağışlanmağınızı dilərlər. Allah möminlərə rəhm edəndir». (əl-Əhzab 43).

Mələklərin möminləri salamlamaları. «Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73).

Həmçinin mələklərin sədəqə verənlər üçün dua etmələri. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər səhər Allahın izni ilə yer üzünə iki mələk enir və Allaha dua edərək deyirlər: «Ey Rəbbimiz! Allah yolunda xərcləyənin ruzisini artır, xəsislik edənin ruzisini isə azalt»77.

Həmçinin mələklərin İbrahim əleyhissəlam ı oğlu İshaqın olması ilə78, Məryəmı İsa əleyhissəlam ın olması ilə79, Xədicə - radıyallahu anhə ni Cənnətdə onun üçün hazırlanmış daş-qaşlı saray və Allahın salamı ilə80, Aişə - radıyallahu anhə ni Cəbrail əleyhissəlam ın salamı ilə müjdələmişlər81, mələklər Məsih Dəccəlin Məkkə və Mədinəyə girməsinin qarşısını alacaqlar82. Qiyamətə yaxın vaxtlarda İsa əleyhissəlam ın Şamın şərq tərəfində ağ minarəli (məscidin) üstünə iki mələyin qanadında enməsi83.

Həmçinin mələklərin döyüşlərdə müsəlmanlara kömək etməsi, xüsusi ilə Bədr döyüşündə. «Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldiklər zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 124-125). (əl-Ənfal 9). Rifa b. Rafi əz-Zurani - radıyallahu anhu rəvayət edir ki, Cəbrail əleyhissəlam Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail əleyhissəlam dedi: «Mələklərdən də Bədr mələkləri belədir»84.

Əhli Sünnə vəl Cəmaat qəbr əzabının olduğuna da inanırlar. Qəbr əzabı deyildikdə, bildiyimiz qəbr çuxurunda görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə verilən əzabdır. Əzabı qəbirdə də olsa, yerin dibində də olsa, dəniz dibində də və ya balığın qarnında da olsa bərzəxda əzab görəcəkdir. Munkər və Nəkir mələkləridir ki, bərzəx aləmində insana: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?» - deyə sullar verirlər85.

Həmçinin mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu Təlhə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mələklər it və şəkil olan evə girməzlər»86. Adəm oğullarına əziyət verən şey onlara da əziyyət verir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Soğan və sarmısağ yeyən hər bir kəs bizim məscidə yaxın durmasın. Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir»87.

Bütün bunlara iman gətirmək vacibdir. Buna görə də mələklərə iman etmək, imanın əsaslarını təşkil edən altı əsasdan biridir.


KİTABLARA İMAN

Kitablar - əl-KUTUB ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında gələn əl-KƏTBDƏN gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir. Kitablardan qəsd səmadan Allahın Rəsullarına endirilmiş kitablardır. Bizim bu kitablardan bildiklərimiz İbrahim əleyhissəlam ın səhifələri, Musa əleyhissəlam a lövhələrdə endirmiş olduğu Tövrat, İsa əleyhissəlam a endirilmiş olan İncil, Davud əleyhissəlam a endirilmiş olan Zəbur və son olaraq nazil olan əvvəlkiləri doğrulayan Qurani Kərimdir.

Bizlər Allah subhənəhu və təalə nin bunlardan başqa peyğəmbərlərinə endirmiş olduğu başqa kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını Allahdan başqa heç kəs bilməz. «Ey möminlər! Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!». (ən-Nisa 136).

Bizlər Allahın Peyğəmbərlərinə endirmiş olan kitabların Allah tərəfindən gəldiyinə, onların haqq olduqlarına, bir hidayət, bir nur, bir bəyan və bir şəfa olduqlarına iman edirik. (Ey möminlər!) Belə deyin: «Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə iman etdik. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanıq». (əl-Bəqərə 136). «Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik». (ən-Nisa 163). «İbarahimin və Musanın səhifələrində». (əl-Əla 19). «Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Quranı) da o nazil etdi». (Ali İmran 3-4).

Allah kitabları Rəsullarına insanları hidayətə yönəltmək, onları zülmətdən nura çıxartmaq üçün endirmiş olduğuna iman gətirməliyik. «Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik». (İbrahim 1).

Bu kitablardan bəziləri Allahdan, arada elçi, mələk olmadan pərdə arxasından endirilmiş, kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ etmiş, kimisini də Allah öz əli ilə yazmışdı. «Allah onlarla ancaq vəhylə, yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər». (əş-Şura 51). «Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı». (ən-Nisa 164). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sənin üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı»88.

Qurana iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki hökmlərə tabe olmaqdır. Qurandan başqa Allah digər kitabları qorumaq üçün insanların öhdəliyinə buraxmışdı. Lakin onlar bu kitabları qoruya bilmədilər. Onlara haqqıyla riayət etmədilər, kitablarda bir çox dəyişikliklər və yeniliklər etdilər. «Halbuki (Musa dövründə) olanların içərsində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75).

Buna görə də bütün kitablar Qurani Kərimin endirilməsi ilə nəsx89 edilmiş oldular. Digər tərəfdən əvvəlki kitabların qorunması insanlara həvalə edilmişdisə, Qurani Kərimin qorunmasını isə Allah öz üzərinə götürmüşdür. Bu kitab nə nəsx edilir, nə də dəyişdirilir. Allah dünyadan qaldırdığı günə qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur. «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr 9). «Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və şükrə tərifə layiq Allah tərəfindən endirilmişdi». (Fussilət 42).

Bu baxımdan da hər bir kəs Qurani Kərimin hökmlərinə tabe olmalı, boyun əyməli və ona iman etməlidir. Çünki bu kitab özündən əvvəlki kitabları doğrulayan, onlarda olan dəyişiklikləri və təhrifləri bəyan edən bir kitabdır. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik. (əl-Maidə 48). «Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökümlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir». (Yusif 111). Təfsir alimləri qeyd edirlər ki, MUHEYMİN ləfzi özündən əvvəlki kitablara qarşı bir şahid və onları doğrulayan mənasındadır. Yəni Qurani Kərim bu kitablarda olan doğru xəbərləri təsdiq edərkən, bu kitab-larda ortaya çıxan təhrifləri, dəyişiklikləri qəbul etməz. Ömər - radıyallahu anhu deyir ki, mən Tövratın bir neçə hissəsini tapmışdım və Peyğəmbər sallallahu aleyhi və səlləm ə orada yazılan hökmləi göstərdim. Onun mənim bu əməlimdən bərk qəzəbləndiyini gördükdə qorxuya düşdüm ki, nə isə deyər və dərhal dedim: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Nəbi olaraq Məhəmməd sallallahu aleyhi və səlləm dən razı oldum» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Vallahi Musa əleyhissəlam sağ olsaydı o, da mənim dinimə tabe olardı»90.

Bəs biz müsəlmanlar, başqa kitablarda olan məlumatlara neçə münasibət bəsləməliyik. 1. Quran və Sünnəyə uyğun gələni qəbul edir. 2. Quran və Sünnəyə zidd olanları inkar edir. 3. Nə ziddir, nə də uyğun – bunları da nə inkar edir, nə də təsdiq edirik. Bunlar İsrailiyyat adlanır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məndən heç olmasa bir ayə belə insanlara çatdırın. Yəhudilərdən də danışın və bunda heç bir günah yoxdur. Kim bilə-bilə mənim adımdan yalan danışsa keçib Cəhənnəmdə yerini tutsun»91.

Qurani Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların sonuncusu və sağlam ipidir. Allah onu Abdullahın oğlu Məhəmmədə insanları zülmətdən nura çıxartmaq, doğru yola və Sıratal Mustəqimə yonəltmək üçün endirmişdi. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə göndərilmişdir. «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər». (ən-Nəhl 44). «Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, məfrhəmət və müjdə olaraq nazil etdik». (ən-Nəhl 89).

Qurani Kərim Peyğəmbər sallallahu aleyhi və səlləm ə bir başa endirilməmişdir. İyirmi üç il ərzində hisə-hissə endirilmişdi. «Biz Quranı haqq olaraq nazil etdik o, da haqq olaraq (həç bir dəyişikliyə uğramadan) nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik». (əl-İsra 106).

Qurani Kərimdə 114 surə vardır. Bunlardan 87-si Məkkədə, 27-si isə Mədinədə nazil edilmişdi. Məkkədə nazil olan surələrə Məkkə surələri, Mədi-nədə nazil olan surələr isə Mədinə surələri adlanır. Ümumi olaraq 114 surə, 6236 ayə vardır. QURAN qiraət etmək, oxumaq deməkdir. KƏRİM Allahın bizə məlum olan 99-z adından biridir. Səxavətli, kəramətli deməkdir. AYƏ açıq əlamət, dəlil, işarə, ibrət deməkdir. İlk nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. SURƏ yüksək rütbə, şərəf deməkdir.

Qurani Kərimdə ayələr üç qismə bölünür. 1. Xəbərlər (yəni hekayələr). 2. Hökmlər (şəriət qaydaları). 3. Əqidə (Tövhid).

Hər bir müsəlmanın üzərində Allahın haqqıdır ki, Qurani Kərimi öyrənsin, öyrəndikdən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən sarılsın. «Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155). «Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız». (əl-Əraf 3). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahın kitabını götürün və ona səmimi qəlbdən sarılın»92. Osman - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir»93.

Qurani Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir? Kitabı əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri üzərində düşünmək, halalı halal, haramı haram qəbul etmək, əmrlərinə bağlanmaq, qadağalarından uzaq durmaq, verdiyi nəsihətlərdən ibrət almaq, buyurduqlarına əməl etmək, mütəşabih94 buyurduqlarına təslimiyyət göstərmək, onun hüdudlarını aşmamaq, bu kitaba nəsihətçi olmaq95 (buyurduqlarını səmimiyətlə yerinə yetirmək) və ona dəvət etməkdir. Buna görə də Əhli Sünnə vəl Cəmaat Qurani Kərimin hərf və mənaları ilə Allahın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə, Allah tərəfindən endirilmiş olub, məxluq olmadığına, Allahın kəlamı olduğuna iman edirlər. Bu kitab sonsuz hikmət sahibi (HAKİM) hər şeydən xəbərdar (XABİR) olan Allah tərəfindən endirilmişdir.


QURAN MƏXLUQ DEYİLDİR, ALLAHIN KƏLAMIDIR!!!

Quran hərfləri və mənaları etibarı ilə Allahın kəlamıdır. Allah Qurani Kərimi söz ilə söyləmiş, Cəbrail əleyhissəlam onu Allahdan eşitmiş və onu vəhy yolu ilə Peyğəmbəri sallallahu aleyhi və səlləm ə endirmiş, möminlər də ona iman gətirmişlər. Qurani Kərim hər nə qədər əllərlə yazılırsa yazılsın, dillərlə oxunursa oxunsun, qəlblərdə əzbərlənirsə əzbərlənsin, qulaqlarda dinlənilirsə dinlənsin, gözlər onu görsə də bu hallar onu Rahmən olan Allahın kəlamı olmasından çıxarmaz. Əllər, mürəkkəb, qələmlər, vərəqlər yaradılmışdır, lakin yazdıqları Quran məxluq deyildir. Dillər, səslər yaradılmışdır, lakin oxuduqları Quran məxluq deyildir. Qəlblər, hafizələr yaradılmışdır, lakin əzbərlənən, hafizələrdə olan Quran məxluq deyildir. Eşidən qulaqlar yaradılmışdır, lakin bu qulaqların duyduqları Quran məxluq deyildir. «Çox qiymətli Qurandır. O, (Allah dərgahında) qorunub-saxlanılan bir kitabdır». (əl-Vaqiə 77-78). «Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir». (əl-Ənkəbut 49). «Onun sözlərini heç kəs dəyişdirə bilməz». (əl-Kəhf 27). «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin». (ət-Tövbə 6). «Bu yalnız bəşər sözüdür. Biz onu (Cəhənnəmin təbəqələrindən biri olan) Səqərə atacağıq». (əl-Muddəssir 25-26).

Allah subhənəhu və təalə Qurana bəşər sözüdür deyənləri Cəhənnəm əzabı ilə qorxutmuşdur. Möminlər, Quranın bəşər sözü kimi yaradılmamış olduğuna kəsinliklə iman edirlər. Onun sözü əlbəttə ki, insanların sözünə bənzəməz. Nəcə ki, Allahın zatı qulların zatlarına bənzəmədiyi kimi, sifətləri də qulların sifətlərinə bənzəməz. Məs: Bir kimsə Quran oxuyarkən ƏLHƏMDULİLLƏHİ RABBİL ALƏMİN deyərsə, ondan eşidilən bu söz Allahın kəlamıdır. O, kimsənin sözü deyildir. Onu oxuyan şəxs isə Allahın səsi ilə deyil öz səsi ilə oxumuş olur. O, özü yaradılmış olduğu üçün, səsi də yaradılmışdır (məxluqdur).

Quran və ya Quranın bir hissəsi məxluqdur deyən bir kimsə, insanı İslamdan bütünlüklə çıxardan ən böyük küfr etməklə kafir olur. Çünki Quran Allahın kəlamıdır, ondan gəlmiş və ona da dönəcəkdir. «Siz kitabın bir hissəsinə inanır, digər həssəsini isə inkar edirsiniz». (əl-Bəqərə 85).

Allah istədiyi təqdirdə, istədiyi zaman, istədiyi şəkildə, istədiyi kimsələrlə onların başa düşdükləri şəkildə bir kəlam ilə danışır. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o, qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi». (əl-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüvvət və hikmət sahibidir». (Loğman 27). «Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur». (əl-Ənam 115).

Bəzi İslam alimlərinin Quran haqqında sözləri.

Əbu Hənifə rahmətullahi aleyhi deyir: «Allah öz kəlamı ilə danışır. Kəlam onun əzəli sifətidir»96. «Quran məxluq deyildir»97. İbn Abdul Bər Abdullah b. Nafin rəvayət edir: «Məlik b. Ənəs rahmətullahi aleyhi deyirdi ki: «Kim Quran yaradılmışdır desə döyülür, tövbə edənə qədər həbs edilməlidir»98. Laləkai, Rəbi b. Süleymandan rəvayət edir ki, Şafi deyir: «Kim Quran yaradılmışdır deyərsə kafirdir»99. Laləkai, Məlik b. əl-Attardan rəvayət edir ki, Əhməd b. Hənbəl deyir: «Quran Allah kəlamıdır, məxluq deyildir. Allahın kəlamı Ondandır və Ondan olan heç bir şey məxluq deyildir»100. Amr b. Dinar rahmətullahi aleyhi deyir: «Yetmiş ildən bəri yaşadığım insanlardan yalnız bunu eşidərdim: «Allah yaradandır, Ondan başqa hər şey yaradılmışdır. Bundan yalnız Quran xaricdir. Çünki Quran Allahın kəlamı olub yaradılmamışdır. Ondan başlamış və Ona da dönəcəkdir»101.

«O, Quran ondan başlamış və ona da dönəcəkdir» sözlərinə gəlincə, buradakı gəliş əl-Bəd – başlamaqdan törənmişdir. Ondan başlamışdır sözünün məna-sı isə onu ilk dəfə kəlam olaraq söyləyən Allahdır. Yəni onunla ilk və başlanğıc olaraq danışan Odur. «Ona dönəcəkdir» sözünün mənası isə: «Quranla danışmaq sifəti Allaha dönər. Çünki Quranla danışan Allahdır. Danışmaq da danışanın bir sifətidir» deməkdir. Sonda isə müshaflardan, hafizələrdən qaldırılacağı vaxt – axır zamanda ona dönəcəkdir. Xuzeyfə b. Yəmən - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu bilməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə iləhə illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik»102.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə