TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə6/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   2   3   4   5   6   7   8   9   ...   15

PEYĞƏMBƏRİMİZİN XÜSUSİYYƏTLƏRİ


Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm in bir neçə xüsusiyyətləri vardır.

1. Peyğəmbərlərin sonuncusudur.

«Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər sallallahu aleyhi və səlləm Dəccal ilə əlaqəli olan hədisdə buyurur: «Mən Xatəmun-Nəbiyyinəm (Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir»124. Başqa rəvayətdə: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Məndən sonra Peyğəmbər yoxdur»125.

2. Allah onu ən yüksək məqama yüksəldib.

Ən yüksək məqam isə şəfaət məqamıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm orada şəfaət edəcək. «Gecənin bir vaxdı durub yalnız sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin». (əl-İsra 79).



3. Hər bir Peyğəmbər öz qövmünə, o isə hamıya göndərilib.

«Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm». (əl-Əraf 158). (Ey Muhəmməd!) Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olaması (sənə) kifayət edər». (ən-Nisa 79). Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç bir Peyğəmbərə verilməyib… Hər bir Peyğəmbər müəyyən bir qövmə göndərilib mən isə hamıya göndərilmiş Peyğəmbərəm»126.

4. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Xəlildir.

Məhəbbətin ən yüksək dərəcəsi olan Xəlillik dərəcəsinə Peyğəmbər sallallahu aleyhi və səlləm də çatmışdır. Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi məni də xəlil etmişdi127. Bu hədis Xəlil İbrahimə, məhəbbət isə Muhəmmədə aid bir məqamdır deyənlərin fikirlərini məhv edir. Çünki Məhəbbət digər insanlar haqqında da sabitdir. «Allah tövbə edənləri, təmiz və pak olanları sevər». (əl-Bəqərə 222). «Şübhəsiz ki, Allah müttəqiləri sevər». (Ali-İmran 76). «Allah yaxşılıq edənləri sevər». (Ali-İmran 134). Beləliklə xəlillik İbrahimə, həbiblik Muhəmmədə xas olduğunu söyləyənlərin sözlərinin tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin bilin ki, bu hədis zəifdir. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İbrahim Allahın Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və övünmürəm»128.



5. Qurani Kərim.

«De ki: «Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olunub». (əl-Ənam 19). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Peyğəmbərlərdən elə bir peyğəmbər yoxdur ki, ona bəşərin məğlub olaraq inandığı (bir möcüzə) verilmiş olmasın. Möcüzə olaraq mənə verilən şey isə Allahın mənə vəhy etdiyi Qurandır»129.

6. Merac.

Peyğəmbər sallallahu aleyhi və səlləm on il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonara göylərə yüksəldi. Merac – ARACƏ sözündən götürülüb. URUC - qalxmaq, yüksəlmək deməkdir. ISRA ƏSRA sözündən götrülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o sallallahu aleyhi və səlləm , Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə bir dəfə olub. Məlik b. Sasa - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kəbədə əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib130 boğazımdan qarnımın alt tərəfinə qədər olan hissəni yardı. Sonra qızıldan bir qab gətirdi. Qəlbimi çıxardıb Zəm-Zəm suyu ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Sonra (qəlbimi) yerinə qaytardı. Bu da məni irəlidə gözlənilən üçün bir hazırlıq idi. (Başqa rəvayətdə: Ənəs b. Məlik - radıyallahu anhu deyir ki, Əbu Zərr - radıyallahu anhu belə rəvayət etdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən Məkkədə olduğum vaxt evimin tavanı yarıldı. Cəbrail əleyhissəlam endi. Köksümü yardı. Sonra onu Zəm-Zəm suyu ilə yudu. Sonra o, hikmət və iman ilə dolu qızıldan bir qab gətirdi. İçindəkiləri köksümün içinə boşaltdı. Sonra köksümü bağladı. Sonra əlimdən tutub məni səmaya doğru qaldırdı!»). (Başqa rəvayətdə isə: Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm uşaqlarla oynayarkən Cəbrail əleyhissəlam onun yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını çıxardıqdan sonra Peyğəmbərə: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerinə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Muhəmməd öldürüldü!» dedilər. Onun yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in sinəsində o, izi görmüşdüm!» dedi).



Sonra qatırdan alçaq, eşşəkdən böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik addımını gözün son görmə hədinə qədər qoyardı. (Başqa rəvayətdə: «Cəbrail əleyhissəlam ilə birlikdə miniyə mindim. Beytul Məqdisə gəldim. Onu (miniyi məndən əvvəlki) Peyğəmbərlərin bağladıqları halqaya bağladım. Sonra məscidə girdim. Peyğəmbərlərə imam olaraq iki rükət namaz qıldım. (Bütün Peyğəmbərlər də onun arxasında namaz qıldılar)». Sonra Cəbrail əleyhissəlam ilə birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail əleyhissəlam (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma (qapısı) açıldı. Birinci səmada Adəm əleyhissəlam göründü. Cəbrail mənə: «Bu sənin baban Adəmdir, ona salam ver!» dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona salam verdi, o da salamı alıb: «Saleh övladıma və saleh Peyğəmbərə salam olsun!» dedi. (Başqa rəvayətdə: «Adəmin sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfində isə bədbəxt kimsələrin ruhları vardır. O, sağ tərəfinə baxdıqda sevinər və gülərdi, sol tərəfinə baxdıqda isə ağlayardı. Çünki sağ tərəfində olanlar Cənnət əhli, sol tərəfində olanlar isə Cəhənnəm əhlindən olan kimsələr id!»). Sonra Cəbrail əleyhissəlam mənimlə ikinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. İkinci səmada Yəhya və İsa əleyhimussəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bunlar Yəhya və İsadır, hər iksinə salam ver. O, da onlara salam verdi, onlar da salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedilər. Sonra Cəbrail əleyhissəlam mənimlə üçüncü səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Üçüncü səmada Yusif əleyhissəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bu Yusifdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail əleyhissəlam mənimlə dördüncü səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Dördüncü səmada İdris əleyhissəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bu İdrisdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» deyə dua etdi. (Başqa rəvayətdə: «Allah buyurur: «Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail əleyhissəlam mənimlə beşinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Beşinci səmada Musa əleyhissəlam ın qardaşı İmran oğlu Harun əleyhissəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bu Harundur, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail əleyhissəlam mənimlə altıncı səmaya çıxdı və səmanın (qapısının) açıl-masını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Altıncı səmada Musa əleyhissəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bu Musadır, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Yanından getdikdə Musa ağladı. Ondan soruşdular: «Səni ağladan nədir?». Musa: «Çünki məndən sonra Peyğəmbər olaraq göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur!». Sonra Cəbrail əleyhissəlam mənimlə yeddinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalə verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Yeddinci səmada Xalilur-Rahmən İbrahim əleyhissəlam göründü. Cəbrail əleyhissəlam dedi ki, bu sənin atan İbrahimdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh övlad və saleh Peyğəmbərə salam olsun!» dedi.

Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Sidrətul-Muntəhaya qədər yüksəldim. Bir də gördüm ki, Sidr ağacının yarpaqları fillərin qulaqları kimidir. Onun yemişləri isə (Yəmənin Həcər qəsəbəsindəki) fincanlara (gildən düzəldilmiş qablara) bənzəyirdi. Orada Sidrənin dibindən çıxan dörd çay vardı. Bu çaylardan ikisi zahiri, ikisi isə batini çaylar idi. Mən: «Ey Cəbrail! Bu nə çaylardır?» deyə buyurdum. Cəbrail: «Batini olan çaylar Cənnət çaylarıdır. Zahiri olan çaylar isə Nil və Fərat çaylarıdır». Allahın əmri ilə orada olan gözəllikləri gördüm. Artıq Allahın məxluqlarından oranın gözəlliyinin bir qismini belə təsvir və ya tərif etməyə qadir ola biləcək bir kimsə yoxdur.

Sonra Beytul-Məmura yüksəldik. (Başqa rəvayətdə: «İbrahim əleyhissəlam belini yeddinci səmadakı Beytul-Məmura söykəmişdi»). Bu Beytul-Məmura gündə yetmiş min mələk girər, orada Allaha ibadət edər, namaz qılar, sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Oradan çıxdıqdan sonra Cəbrail əleyhissəlam mənə bir qab şərab və bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail əleyhissəlam mənə: «Sən fitrəti seçdin, ümmətin də fitrət üzərindədir. Əgər şərabı seçmiş olsaydın ümmətin haqq yoldan azardı (azğın olardı)» dedi. (Başqa rəvayətdə - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sonra Cəbrail əleyhissəlam məni yuxarıya götürə-götürə nəhayət (Qəza və Qədəri yazan) qələmlərin cızıltılarını eşidəcək bir səviyyəyə çatdıq!»).

Sonra Allah Muhəmməd sallallahu aleyhi və səlləm ə bir gün və bir gecədə əlli vaxt namaz fərz qıldındı. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa əleyhissəlam ın yanından keçərkən: «Rəbbin ümmətinə nəyi fərz qıldı?» deyə buyurdu. Mən: «O, bir gündə əlli namaz fərz qıldı!» buyurdum. Musa: «Sənin ümmətinin buna gücü çatmaz. Səndən əvvəl mən öz ümmətimə bunu bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə qayıt və ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən on vaxt namaz endirildi. Sonra Musa əleyhissəlam ın yanına qayıtdım: «Məndən on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən yenə də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən (qalan namazların vaxtından) yenə də on vaxt namaz endirildi. Sonra Musa əleyhissəlam ın yanına qayıtdım: «Məndən yenə də on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Beləcə Rəbbim ilə Musa əleyhissəlam arasında beş vaxt namaz əmr olunana qədər gedib-gəldim. Sonra yenə Musa əleyhissəlam ın yanına qayıtdım və o, mənə: «Nə ilə əmr olundun?» deyə buyurdu. Mən: «Hər gün beş vaxt namaz ilə əmr olundum!» deyə buyurdum. Musa: «Sənin ümmətin hər gün beş vaxt namaz qılmağa da taqəti çatmaz. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən: «Rəbbimdən çox istədim. Artıq ondan utanıram. Mən beş vaxta razıyam. Allahın əmrinə təslim oluram!» deyə cavab verdim. Bundan sonra bir carçı: «Fərzlər yəqinləşdi, qullarıma da (yükləri) yüngülləşdirildi!» deyə səslədi. Rəbbim: «(Namazlar) beşdir, yenə onlar əllidir. Mənim dərgahımda hökm əsla dəyişməz!». Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ə Cənnət və Cəhənnəm də göstərildi. Cənnətəin içində bir çox incidən olan qübbələr (çadırlar) vardır. Torpağı da miskdən idi. Daha sonra Peyğəməbr sallallahu aleyhi və səlləm səmadan enib Məkkəyə geri qayıtdı»131.

Peyğəməbr sallallahu aleyhi və səlləm in digər başqa möcüzələri.

Allah Peyğəmbərinə nübuvətinin bir dəlili olmaq üçün vermiş olduğu olduqca böyük möcüzələrdən biri də İnşiqaqi-Qamər (ayın bölünməsi) möcüzəsi-dir. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm minbər olmayanda kötüyün üstündə xütbə verərdi. Minbər düzəldikdə isə kötüyü tərk edir. Səhabələr o, kötüyün yanından keçəndə onun inildəməsini, ağlamasını eşidib Peyğəmbərə xəbər verirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib o, kötüyü qucaqlayıb buyurur: «Bilirsiniz o, niyə ağlayır? Allahın ayələri onun üstündə zikr olunmadığına görə darıxır»132. Cabir b. Səmura - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən Məkkədə bir daş tanıyıram ki, mən peyğəmbər göndərilmədən əvvəl mənə salam verirdi. Heç şübhəsiz ki, mən indi də o, daşı tanıyıram»133. Bundan başqa yeməyin çoxalması, suyun çoxalması, barmaqlarının arasından suyun fışqırması və üç yüz insanın o, sudan dəstəmaz alması, daşların ona salam verməsi, yağışın yağması və s. kimi möcüzələri vardır. Alimlər xırdalı böyüklü Peyğəmbər sallallahu aleyhi və səlləm in möcüzələrini üç minə qədər çatdırırlar134.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə