TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə7/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   2   3   4   5   6   7   8   9   10   ...   15

PEYĞƏMBƏRLƏRƏ İMANIN FAYDALARI


1. Onların Allah tərəfindən haqq ilə, elçi olaraq göndərildiklərinə iman etmək. Onlardan hər hansı birisinin risalətini inkar edən kimsə, hamısını inkar etmiş sayılır. Məs: Allah buyurur: «Nuh qövmü Rəsulları yalanladılar». (əş-Şuara 105). Bu ayədən göründüyü kimi Allah onları bütün Rəsulları yalanlamış olduqlarını qeyd edir. Halbuki onu yalanladıqlarında Nuhdan başqa rəsul yox idi. Buna görə də Muhəmməd sallallahu aleyhi və səlləm i yalanlayan və ona tabe olmayan Yəhudi və Xristianlar eyni zamanda Musa əlehissəlam ı, Məryəm oğlu İsa əlehissəlam ı da yalanlamaqda və ona tabe olmamaqdadırlar.

2. Peyğəmbərlərdən adlarını bildiklərimizə iman gətirir, adlarını bilmədiyimiz Peyğəmbərlərə də icma ilə iman gətiririk.

3. Onlardan bizə səhih olaraq nəql edilən xəbərləri təsdiq etmək.

4. Göndərilmiş olan Rəsulun şəriətinə gərəyincə əməl etmək. Bu rəsul da sonuncu olan Muhəmməd sallallahu aleyhi və səlləm dir.

5. Allahın qullarına olan rəhmət və mərhəmətini bilmək. Allah onları Öz yoluna yönəltmək, Allaha necə ibadət edəcəklərini onlara başa salmaq üçün Peyğəmbərlər göndərmişdir. Çünki insan tək ağlı ilə bunları dərk edə bilməz.

6. Allahın göndərdiyi peyğəmbərləri sevmək, onları təzim etmək və onlara yaraşır şəkildə tərif etmək. Çünki onlar Allahın rəsullarıdır, onlar Allaha ibadət etmiş, risalətini təbliğ etmiş və onun qullarına səmimi öyüd-nəsihət vermişdilər.

7. Bu böyük nemətə görə Allaha şükr etmək.

AXİRƏTƏ İMAN


Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da qiyamət gününə Allahın kitabında, Rəsulullah sallallahu aleyhi və səlləm in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).

Allah Qurani Kərimdə Allaha iman ilə, axirətə iman etməyi bir-birinə bağlı olaraq zikr etmişdir. «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə inanandır». (əl-Bəqərə 177).

Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah tərəfindən bilindiyinə, Allah-dan başqa kimsənin onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya Muhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Muhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Ömər - radıyallahu anhu nun rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm dən Qiyamət saatı haqqında soruşan Cəbrail əleyhissəlam a Rəsulullah sallallahu aleyhi və səlləm belə cavab vermişdi:»Soruşulan soruşandan cox bilmir»135.

Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Günlərin ən xeyirlisi beşinci gündür. O gün Adəm əleyhissəlam yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır»136.

Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi Qiyamətin əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Məhəmməd 18). «...Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).

QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ

Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatırladaq.



1. Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm in göndərilməsi. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər»137. İmam Bağavi rahmətullahi aleyhi deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»138.

2. Onunla peyğəmbərliyin, risalətin sona yetməsi və Peyğəmbər sallallahu aleyhi və səlləm in vəfat etməsi. Auf b. Məlik rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü»139. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu140. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər - radıyallahu anhum onun süd anasını ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Niyə ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radiyallahu anhum da ağlamağa məcbur etdi141.

3. Beytul-Məqdisin fəth edilməsi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi»142. Ömər - radıyallahu anhu nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur.

4. Fitnələrin ortaya çıxması. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin»143.

5. Yəhudi və Xristiyanlar kimi keçmiş ümmətlərin yolu ilə getmək. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən siz əvvəlkilərin adət ən-ənələr ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulullah! Sən Yəhudi və Xristianları nəzərdə tutursan?» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu144.

6. Yalançıların və peyğəmbərlik iddiasında olanların ortaya çıxması. Səvban - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»145.

7. Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında hədislərin uydurulması. Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın»146.

8. Yalanın artması. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarnızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin»147. Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar»148.

9. Elmin qaldırılması, cahillik və fitnə-fəsadın çıxması. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq»149. Huzeyfə b. Yəmən - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaq-dır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə iləhə illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik». «Bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi»150. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz»151.

10. Ölüm hadisələrinin artması. Əbu Musa əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır» Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması»152. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək»153.

11. Qəbirdəkilərə qibtə edilməsi. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – «Kaş ki, onun yerində mən olaydım» deməyincə154.

12. Bəlaların və fitnələrin artmasından insanın ölmüş birisinin yerində olmasını təmənna etməsi. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ruhum əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən özünü toza çırpıb – «Kaş ki, qəbrdə mən olardırm» deməyincə Qiyamət qopmaz155.

13. Zəlzələlərin və xəstəliklərin çoxalması. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz»156. Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa Allah onları taunla və başqa bir xəstəliklə cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər»157.

14. Kişilərin sayca azalması və qadınların çoxalması. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət qopmazdan qabaq qadınların sayı artacaq, kişilərin sayı azalacaq, belə ki, əlli qadına bir kişi düşəcəkdir»158.

15. İnsanların göz qabaqlarında zinanın artması. Nəvvas b. Səman - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar»159. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o, vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər160.

16. Musiqinin, içkinin, zinanın artması və bunların halal qəbul edilməsi. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır»161. Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq»162. Səhl b. Səd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu163. Ubadə b. Sabit - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ummətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar»164.

17. Əmanətə xəyanətin artması. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman siz qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu165.

18. Qul qadının öz ağasını doğması, kasıbların varlanıb hündür binalar tikməkdə bir-birləri ilə yarışmaları. Peyğəmbər sallallahu aleyhi və səlləm dən Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları»166.

19. İnsanların yalnız tanıdıqları kimsələrə salam vermələri. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»167.

20. Yalan şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»168.

21. Qohumluq əlaqələrini kəsməyin, qonşuluq münasibətlərinin pisləşməsinin çoxalması. Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz»169.

22. Vaxtın sürətlə getməsi. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da közərən külün sönməsinə bərabər olacaqdır»170.

23. İnsanların bir-birinə inamının itməsi. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»171.

24. Məscidlərin və Quranın bəzədilməsi. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət qopmaz»172. Ənəs - radıyallahu anhu deyir ki, insanlar məscidlərlə öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas - radıyallahu anhu deyir ki, siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»173. Əbu Dərdə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız»174.

25. Yuxuların çin çıxması. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir»175.

Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların çoxalması, Hicazda alovun əmələ gəlməsi, malın çox olmasına baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları, heyvanların və cansız əşyaların danışması, müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi, Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır176.

Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaqdır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xeyirli əməllər etməyə çalışın! Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar»177. Allah bizi o, günlərdən qorusun! Amin!

QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ

Bunlar qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət də onların ardı ilə gələcəkdir. Əhli Sünnə, Peyğəmbər sallallahu aleyhi və səlləm dən gəldiyi şəkildə bu əlamətlərə inanırlar. Huzeyfə b. Əsid əl-Ğifari - radıyallahu anhu rəvayət edir ki, bizlər (Qiyaməti) müzakirə edən halda Peyğəmbər sallallahu aleyhi və səlləm bizim yanımıza gəldi və: «Nəyi müzakirə edirsiniz?» deyə buyurdu. Orada olan səhabələr: «Qiyamət saatını müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa əleyhissəlam ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması»178.

Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir. «(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman) bürüyəcəkdir. Bu ağır bir əzabdır». (əd-Duxan 10-11).

Məsih Dəccəlin gəlməsi179. İmran b. Hüseyn - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm əleyhissəlam ın yaradılmasından Qiyamətin qopacağı vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır»180. İmran b. Hüseyn - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dəccəl barəsində eşidən mütləq qaçacaqdır. Allaha and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hisləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır»181. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məkkə və Mədinə müstəsna Dəccəlın ayaq basmadığı torpaq qalmayacaqdır. Məkkə və Mədinənin hər girəcəyində mələklər durub bu şəhəri qoruyacaqlar»182. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən sizi Dəccəldən çəkindirirəm. Hər bir Peyğəmbər öz ümmətini ondan çəkindirmişdir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir Peyğəmbər bunu öz ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki gözü arasında kafir yazılmışdır. Oxuya bilən və oxuya bilməyən hər bir mömin bu kəlməni oxuyacaqdır»183. Ribi b. Xiraş - radıyallahu anhu rəvayət edir ki, bir gün Əbu Məsud əl-Ənsari ilə birlikdə Huzeyfə b. Yəmən - radıyallahu anhu nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: «Dəccəl haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm dən eşitdiyini bizə xəbər ver» dedi. Huzeyfə dedi: «Dəccəl ortaya çıxacaq. Onunla bərabər su və atəş də olacaqdır. İnsanların su kimi gördükləri yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən hər kim o, vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və soyuq sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu Peyğəmbər sallallahu aleyhi və səlləm dən eşitdim» dedi184.

Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır. İstədiyi hər şeyi Allahın izni ilə edəcəkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dəccəlin fitnələrindən biri də budur ki, o gəlib bir ərəbə deyəcəkdir: «Mən sənin ölmüş ata-ananı dirildib yanına gətirsəm sən şəhadət verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət et. O, sənin Rəbbindir»185. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dəccəl çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlın gözətçiləri onun qabağını kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə vəsf etdiyi Dəccəldir». Dəccəl əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu tutun. Başını yarın. Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir. Dəccəlin əmri ilə mömini mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə bölünmüş cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin üzünü cəmaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin Allah mömimin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «O, mömin aləmlərin Rəbbinin yanında şəhidlərin ən əzəmətlisi olacaqdır»186.

Nəvvas b. Səman - radıyallahu anhu rəvayət edir ki, bir gün səhər Peyğəmbər sallallahu aleyhi və səlləm bizə Məsih Dəccəl haqqında danış-mağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləm bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya Rəsulallah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalığ) deyilən bir yerdə zənn etdik». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa, ona qarşı mən sizə kifayət edərəm. Yox əgər mən aranızda yox ikən o, ortaya çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edər187. Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı Kəhf surəsinin ilk on ayəsini oxusun188. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya çıxacaqdır189. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya Rəsulallah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq. Peyğəmbər: «Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya, bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulallah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o, uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hesablayıb, namazlarınızı qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulallah! Dəccəl yer üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşduq. Peyğəmbər: «Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu.



Peyğəmbər: «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də hər cür bitkilərini bitirəcəkdir. O, qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin o, qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o, qövümdən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!» deyər və bal arılarının (ana) arının ardınca düştükləri kimi xəzinələr də onun ardınca düşərlər».

Peyğəmbər sallallahu aleyhi və səlləm sözünə davam edərək buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa əleyhissəlam ı göndərər. O, da iki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün son görmə həddinə qədər çatar. İsa əleyhissəlam Dəccəli axtarır. Nəhayət onu (Beytul Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlığında yaxalayaraq öldürər. Sonra İsa əleyhissəlam Allahın Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa əleyhissəlam onların üzərilərinə əli ilə toxunub məsh edir və onlara Cənnətdəki dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah subhənəhu və təalə -, İsa əleyhissəlam a: «Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir. «Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri İsa əleyhissəlam və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa əleyhissəlam və səhabələri Allaha dua edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və səhəri hamısı məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla birlikdə olanlar yerə enərlər. Yer üzündə Yəcuc və Məcuc tayfasının cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu aləmi bürüyəcəkdir. Allahın Peyğəmbəri və onunla birlikdə olanlar Allaha dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun boylu quşlar göndərər. Quşlar o, leşləri götürüb Allahın istədiyi yerə apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o, yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O, gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O, da Beytul Məqdisdə dağdır. «And osun ki, biz yer üzündə hər şeyi məhv etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər»190.

Məryəm oğlu İsa əleyhissəlam ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər sallallahu aleyhi və səlləm in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır»191. «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o Qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu İsa əleyhissəlıam gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək istədikdə İsa əleyhissəlam əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa əleyhissəlam Qüdsə gedəcəkdir. Orada Ludd qapsının192 yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi kimi əriyəcəkdir»193.

Mehdinin gəlməsi. Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər sallallahu aleyhi və səlləm in əhli beytindəndir. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, Əhli-Beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»194. Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»195.

Yəcuc və Məcuc tayfasının çıxması. Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf 90-98)196. Zeynəb b. Cəhş - radıyallahu anhə rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm üzü qıp-qırmızı halda, həyacanlı olaraq çölə çıxdı və: «Lə İləhə İlləllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəkilində etdi. Bunun üzərinə mən: «Ya Rəsulillah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»197.



Dabbətul-Ardın (heyvanın) çıxması198. «Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir.

Cəssəsə kimdir? - Fatimə b. Qeys - radıyallahu anhə rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ƏSSƏLƏTU CƏMİATƏN (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə gəldim. Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə namaz qıldım. Mən qadınların səfində idim. Peyğəmbər sallallahu aleyhi və səlləm namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam edərək buyurdu: «Cuzam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su varmı? Oranın əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər» dedik. O: «Mənə NƏBİYYUL-UMMİYİN (ümmətlərin Peyğəmbəri) haqqında xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların Peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm. Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar».

Fatimə b. Qeys - radıyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!»199.

Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir»200. O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, gün insan qaçacaq qardaşımdan, anasından, atasından, zövcəsindən, oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». (Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»201.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə