TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə9/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

1. Əvvala şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa düşəcəkdir.

2. Bərzəx (qəbr) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.

3. Əzab, nemət, qəbrin genişliyi və darlığı - bütün bunları sadəcə ölü hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin yuxusunda özünü sıxıntılı və dar bir yerdə görməsi kimi və ya geniş, rahat bir yerdə görməsi kimidir. Kənardan o, yatan insana baxan kimsə onda heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O, öz çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri arasında olarkən vəhy gəlirdi. O, özü vəhyi hiss etdiyi halda səhabələr isə o, vəhyi hiss etmirdilər. Mələk onlara bir insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi görür, nə də onu eşidirdilər.

4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın onlara verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların arasında olan hər şey Uca Allaha həmd və təsbih edir. Allah bəzən yaratdıqlarından istədiyi kimsələrə onların təsbihlərini eşitdirir. Bununla belə bu həqiqət bizim üçün pərdəlidir. «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44).

Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzuruna gəlmiş və Quranı dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər. «Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna görə də insan qeyb aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar etməsi düzgün bir iş deyildir.


Sur

Allah bu dünyanın sona çatması hökmünü verirsə İsrafil əlehissəlam a Sura birinci dəfə üfürməsini əmr edəcəkdir. O, zaman göylərdə və yerdə olanların hamısı (Allahın istədiyi kimsələrdən başqa) öləcəkdir. «Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Rəbbinin hüzuruna müti, zəlil vəziyyətdə gələr». (ən-Nəml 87).

Yer üzü düm-düz olacağı zaman, dağlar darmadağın və yumşaq toz dənələri halına düşəcəkdir. Bu dünya günlərinin sonuncusudur. «Günəş sönəcəyi zaman, ulduzlar səpələnəcəyi zaman, dağlar yerindən qopardılacağı zaman, dənizlər od tutub yanacağı zaman, ruhlar (bədənlərə) qovuşacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy (yerindən) qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət yaxınlaşdırılacağı zaman, hər kəs nə hazır etdiyini biləcəkdir». (ət-Təkvir 1-15). «Göy parçalanacağı zaman, ulduzlar dağılıb səpələnəcəyi zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman, qəbrlər çevriləcəyi zaman, hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?». (əl-İnfitar 1-6). Abdullah b. Amr - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dəccal öldürüldükdən sonra insanlar iki nəfər arasında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Sonra Allah Şam tərəfdən soyuq bir külək göndərər (bir rəvayətdə Yəmən tərəfdən) və artıq yer üzündə qəlbində zərrə ağırlığında xeyir və ya iman olan heç kimsə qalmaz. O, külək qəlbində zərrə qədər iman olan hər kəsin ruhunu alar. Hətta sizdən biriniz bir dağın ortasına girsə belə o, külək o kimsəni təqib edib ruhunu alacaqdır. Yer üzündə ancaq ən şərli insanlar qalacaqlar. Onlar heç bir yaxşılığı tanımaz və heç bir günahı da rədd etməzlər»214.

Allah İsrafil əlehissəlam a Sura ikinci dəfə üfürməsini əmr edəcəkdir. O, vaxt kafirlər və münafiqlər: «Sur (ikinci dəfə) çalınan kimi (Qiyamət günü) qəbrlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar». (Yasin 51-53).

Allah səmadan bir su endirəcəkdir. Onlar yaşıl yabanı bitkisi kimi (yerdən) bitəcəklər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun hər bədən üzvünü torpaq yeyəcəkdir. Yalnız bel sümüyünün aşağı hissəsində olan xırda sümük müstəsnadır. İnsan təkrar ondan qiyamət günü yoğrulacaqdır. Torpaq əbədiyyən onu yeməyəcəkdir»215.

İki sur arasında olan müddət haqqında dəqiq məlumat yoxdur. Yalnız bir hədisdə Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki sur arasında 40 vardır». Səhabələr: «Ya Əbu Hureyrə! Bu 40 gündür?» deyə soruşdular. Əbu Hureyrə dedi ki, mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 aydır?» deyə soruşdular. Mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 ildir?» deyə soruşdular. Mən buna da cavab verməkdən cəkindim216.


ƏL-BAS - Öldükdən Sonra Dirilmək -

əl-Bas məna etibarı ilə bir şeyi qaldırmaq və hərəkət etdirmək deməkdir. İstilahi mənası isə ölülərin Qiyamət günü dirilərək qəbrlərindən çıxmalarıdır. Uca Allah əməllərin qaşılığını vermək üçün ölümlərindən sonra insanları dirildəcəkdir. Kim zərrə qədər xeyir işləmişsə onu görəcəkdir, kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). Peyğəmbərlər göndərməyin nəticəsi də elə budur. «Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (Qiyamət günü dirildib oradan da) çıxardacaqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq». (Ta ha 55).

Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O, zaman insanlar aləmlərin Rəbbinin hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan (sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (Qiyamət gününü) yadınıza salın. (O, gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-Ənbiya 104). Onlar: «Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirilib yeni məxluqmu olacağıq?» deyirlər. (Ya Məhəmməd!) De ki: «(İstəyirsiniz) daş, yaxud dəmir olun! Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq hesab edin! (Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi kim dirildəcək-dir?» De ki: «İlk dəfə sizi yoxdan yaradan Allah dirildəcəkdir!». (əl-İsra 49-51). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə - radıyallahu anhə dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»217. «(Qiyaməti inkar edən) İnsan: «Mən öldükdən sonra (qəbidən) çıxardılıb diriləcəyəmmi?» deyə soruşur. Məgər insan ilk öncə onu heçdən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryam 66-67). «Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək». (ər-Rum 27). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı. Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşacaqdır: «Məgər bu doğru deyilmi!» Onlar: «Bəli, Rəbbimizə and olsun ki, doğrudur!» deyə cavab verəcəklər. Allah buyuracaqdır: «Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı». (əl-Əhqaf 33-34).



əl-Bas (öldükdən sonra diriliş) sabit, dəyişməz bir haqdır. Kitab, sünnə və müsəlmanların icma ilə qəbul etdikləri həqiqətdir. Bu xüsusda ayələr olduqca çoxdur. Uca Allah öldükdən sonra diriliş haqqında Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər, imanları artsın. Bu böyük gün üçün əməl etsinlər.
ƏL-BAS - Öldükdən Sonra Dirilisi - İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR

1. Qurani Kərimdə ayələr dəlildir ki, Allah Qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır». (ət-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi qorxutduğunuz əzab və ya Qiyamət günü) doğrudurmu?» deyə xəbər alacaqlar. Onlara belə cavab ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunus 53).

2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?» deyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır»«. (Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə 36-40). «Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).

3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Muhəhəmməd!) Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğurdan da o, ölüləri dirildəndir. Allah hər şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qup-quru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Allah hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc 5-6). əl-Aqili rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur… Mən dedim: «Ey Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini Allahın nemətləri arasından bildirərəm. Sən yerüzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bu bir daha canlanmaz deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən. Allaha and olsu ki, o sizləri bir araya gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız»218.

4. Allah Qurani Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz». (əl-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». (əl-Əhqaf 33).

5. Allah insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik». (Sad 28). «Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta ha 15). «O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31).

6. Allah Qurani Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaqdır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir»219.

7. Allah Qurani Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. (əl-Bəqərə 55-56). «(Ya Məhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi?» Allah onlara: «Ölün!» dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. (əl-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatını bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısan?» deyə soruşdu. O da: «Bir gün bəlkədə bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O, şəxsə bunlar aydın olduqda: «Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Məhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! ölüləri nə cür diriltdiyini mənə göstər!» dedikdə, Allah: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» buyurmuşdu. İbrahim: «Bəli, inanı-ram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 259-260).

Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrmiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).


HƏŞR VƏ MƏHŞƏR

Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları üçün Həşr olunacaqlarına da iman edirlər. İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97). «O, gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacayıq». (Kəhf 47). «O, gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilərlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar, öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim əlehissəlam olacaqdır». Aişə - radıyallahu anhə dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»220. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Ey Allahın Rəsulu! Nəcə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyada onu iki ayağı üstündə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?»221.



Movqif (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyacan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Muhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyrdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar qiyamət günü o, qədər tərləyəcəklər ki, onların tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir (Oranı isladacaqdır). Onlardan birinin təri qulaqlarının ortasına qədər çatacaqdır»222.

Əməllərinə görə isə bir qrup insanlar o, dəhşətli bir gündə Allah subhənəhu və təalə nin kölgəsi altında olacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahın qiyamət günü kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını Allah yolunda vermiş gənclər, qəlbi məscidlərə bağlı olan, Allah xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və «Mən Allahdan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə Allahı yad edib ağlayan»223. Allah bizi də onlardan etsin. Amin!



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə