Tövsiyə məktub. Dekabr. F. 12 Babazanlı kənd filial kitabxanası



Yüklə 28,07 Kb.
tarix21.06.2018
ölçüsü28,07 Kb.



Tövsiyə məktub.

Dekabr.

F.12 Babazanlı kənd filial kitabxanası.

Metodika və biblioqrafiya şöbəsi bildirir ki, mərkəzi kitabxanada “Beynalxalq Uşaq hüquqlarının

Müdafiəsi günü” münasibəti ilə “ Uşaqlar – bizim sabahki hakimlərimizdir”adlı tədbir keçirilmişdir.

Tövsiyə edirik ki,kitabxananizda mövzu ilə bağlı tədbir keçirilsin, sərgi təşkil olunsun.Tədbirdə kənd məktəbinin şagird və məktəb müəllimləri, yaşlı nəslin nümayəndələri, bələdiyyə işçiləri iştirak edə bilər. MKS-nin işçi heyətindən də dəvət edə biərsiz.

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”

Ulu öndər Heydər Əliyev

Uşaqlar - bizim sabahkı hakimlərimizdir, bizim dünyagörüşümüzün, əməllərimizin tənqidçiləridir”.



M.Qorki.

Uşaqların hüquqlarının müdafiəsi ilə baqlı BMT baş Məclisi 1989-cu il noyabr ayının 20-də Konvensiya qəbul edib. Azərbaycan bu konvensiyanı 1992-ci il iyul tarixli 236 saylı qərarına əsasən ratifikasiya edib. Bu bayram Azərbaycanda da hər il qeyd edilir. Konvensiyanın prinsipi əsasən uşaq şəxsiyyətidir. Konvensiya bu işə qoşulmuş ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək üçün şərait yaratmağa çağırır. Burada əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətlərindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Lakin şərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Bunlar – yaşamaq hüququ qrupu, inkişaf hüququ qrupu, müdafiə hüququ qrupu, və iştirak hüququ qrupudur. Bu hüquqlar qrupu dövlətləri uşaqlara gücləri çatdığı qədər cəmiyyətin həyatında yaxından iştirak etmək üçün şərait yaratmağa, onların şəxsiyyət olaraq yetişməsini təmin etməyə çağırır. Məlumdur ki, uşaq hüquqları konvensiyasının yerinə yetirilməsinə beynəlxalq miqyasda Birləşmiş Millətlər Təşkilatının Uşaq fondları – YUNİCEF nəzarəti yerinə yetirir. Bu təşkilatın respublikadakı nümayəndəliyi təhsil, səhiyyə, sahəsində aparılan islahatların təşkilində yardım edir. 54 maddədən ibarət Konvensiyada bütün hüquqlar 4 qrupa ayrılır. İnkişaf hüququ - bu qrupda olan hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq, istirahət etmək, tədbirlərə cəlb edilmə, iştirak etmə, azad fikir və din hüquqları aiddir. Müdafiə hüququ – bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar , məsələn , qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin inkişafı kimi məsələlər əhatə edir. İştirak hüququ – bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək. Yaşamaq hüququ – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi təlabatları təmin etmək hüquqları aiddir. Həmçinin qrup qida ,tibbi xidmətə malik olmaq kimi hüquqları əhatə edir. Artıq bir neçə ildir ki, Azərbaycanda Uşaq hüquqları aylığı keçirilir. Aylıq çərçivəsində Azərbaycanın şəhər və rayonlarında uşaq hüquqlarının təbliğinə xidmət edən " dəyirmi masa" lar, treninq-seminarlar keçirilir,kitabxanalarda orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr sərgilər təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının ğücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qrumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perespektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalanmışdır. Daha sonra İlham Əliyevin uşaqlara olan qayğısına misal olaraq 2009-cu ili "Uşaq ili" etməsini göstərmək olar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Diabetli uşaqlara ən yüksək qayğı", "Talasemiyasız həyat naminə" adlı layihələr həyata keçirilmiş, məktəblər, bağçalar, internat evləri tikilmişdir.

Metodika və biblioqrafiya şöbəsi

http://cls.az/uploads/image/668921447314249.jpg

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hərrəngvəsimvolbirözəlmənadaşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bayraq günü münasibətilə 12 saylı Kitabxana 6 saylı məktəblə birlikdə tədbir keçirmişlər .Tədbirdə müəllimlər geniş məruzələr söyləmiş, şagirdlər bayraq haqqında şerlər söyləmişdilər.

Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibəti ilə kitabxanada sərgi təşkil olunmuş, oxucularla söhbət aparılmışdır.

Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyidir

Bu gün Azərbaycanın böyük bəstəkarı, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür.

 Ü. Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. İlk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alıb.

Bəstəkar 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Ü. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazılıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi.

Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazılıb. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

Üzeyir bəy Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. O, “Arşın mal alan” musiqili komediyasını burada yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

Ü. Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib.

Bəstəkarın doğum günləri uzun illərdir ki, Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur.


Bəxtiyar Vahabzadə 90 illik yubleyi

Bu gün drammaturq, ədəbiyyatşünas, xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. 


Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanıb, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanıb lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. 

12 saylı Babazanlı kənd kitabxanasında kitab sərgisi təşkil olunmuşdur.



Metodika və bibloqrafiya söbəsi

Yarıyeva Səadət.
: front -> files -> libraries -> 2467 -> documents
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Kitabxana işi haqqında azərbaycan respublikasinin qanunu
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi SÜleyman rüSTƏMİN 110 illiyi münasibətilə Metodiki vəsait Sinəmdə bir dərya sözüm var yenə
documents -> Multikulturalizm ILI
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Laçın bizi gözləyir
documents -> Yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə