Toxumçuluq haqqında Azərbaycan Respublİkasının Qanunu



Yüklə 151,08 Kb.

tarix29.08.2018
ölçüsü151,08 Kb.


Toxumçuluq haqqında 

 

Azərbaycan Respublİkasının Qanunu 



 

  

 



Bu Qanun Azərbaycan Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını 

müəyyən edir. 

 

I fəsil 


 

 Ümumİ müddəalar 

 

Maddə 1. Əsas anlayışlar 



Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir: 

 

«toxumçuluq» — kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə 



edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər 

sistemi; 

 

«toxum» — sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, 



şitil, soğanaq, kök yumruları və s.) orqanı; 

 

«orijinal toxum» — ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə originatorun nəzarəti 



altında seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum; [1] 

 

«super elit toxum» — orijinal toxumun çoxaldılmasından alınmış toxum; 



 

«elit toxum» — super elit toxumun çoxaldılmasından alınmış toxum; 

 



«reproduksiyalı toxum» — elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum; 

 

«sort» — eyni genotip, genotiplər qrupu və fenotiplərin əlamətlərini səciyyələndirən, həmin botaniki 



taksona aid digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu; 

 

«sortdəyişmə» — bitki sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz olunması; 



 

«sorttəzələmə» — sorttəmizliyi və bioloji keyfiyyətləri pisləşmiş toxumların həmin sortun yüksək 

reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi; 

 

«aprobasiya» — toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən 



zədələnməsinin və alaqlanma dərəcəsinin təyini; [2] 

 

«sortluq və səpin keyfiyyətləri» — toxumun sorta məxsus genetik təmizliyi və səpinə yararlılığının kompleks 



göstəriciləri; [3] 

 

«ticarət dövriyyəsinə daxil olma» — satış məqsədilə tədarük olunan, saxlanılan və mübadilə üçün istifadə 



edilən toxumlar; 

 

«dövlət reyestri» — müəlliflik və patent hüququ mühafizə olunan bitki sortlarının dövlət qeydiyyat siyahısı; 



 

«toxum istehsalçılarının reyestri» — toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət toxumçuluq 

xidmətində attestasiyadan keçmiş fiziki və hüquqi şəxslərin uçotu siyahısı;[4] 

 

toxum partiyası — mənşəyinə və keyfiyyətinə görə eyni olan toxum kütləsi;  



 

originator — mühafizə olunan sortun əlamətlərinin qorunmasını təmin edən hüquqi və ya fiziki şəxs;  

 

aprobator — bitkilərin sortluq və toxumluq əkinlərində aprobasiya aparmaq hüququ olan fiziki şəxs;  



 


toxum istehsalçıları — dövlət reyestrinə daxil edilmiş sortların toxumunun istehsalı ilə məşğul olan hüquqi 

və fiziki şəxslər;  

 

qrunt nəzarəti — bitkilərin və onların toxumlarının konkret sorta mənsub olmasını müəyyənləşdirmək üçün 



xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq təmizliyinin müqayisəli təyini;  

 

laboratoriya üsulu ilə sortluq nəzarəti — laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq 



təmizliyinin və onun müəyyən sorta mənsub olmasının təyin edilməsi. [5] 

 

Maddə 2.     Toxumçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 



Toxumçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan «Seleksiya nailiyyətləri 

haqqında» Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik 

aktlarından ibarətdir. 

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində toxumçuluq üzrə müəyyən edilmiş qaydalar bu 



Qanunda nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 

 

Maddə 3.     Toxumçuluğun məqsəd və vəzifələri 



Toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və 

müxtəlif iqlim şəraitini dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. 

 

Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq 



keyfiyyətlərini saxlamaq üçün  sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi 

artırılmasıdır. 

 

Maddə 4.     Toxumçuluğun obyektləri və subyektləri 



Toxumçuluqda istifadə edilən bitki materialları, onların hibridləri, populyasiyaları, klonları, xətləri, 

toxumçuluğun obyektləridir. 

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum istehsalı, tədarükü, 



ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər toxumçuluğun subyektləridir. 

 



Maddə 5.     Toxumçuluq subyektlərinin uçotu və qeydiyyatı 

Toxumçuluqla məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

 

Maddə 6.     Toxumçuluğun əsas prinsipləri 



Toxumçuluq fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir: 

 

sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin 



qorunub saxlanması; [6] 

 

toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması; 



 

istifadə olunan sort üzərində müəllifin və patent sahibinin hüquqlarının qorunması; 

 

istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcburiliyi; 



 

sortun rayonlaşma qaydalarına əməl edilməsi. 

 

II fəsil 



 

 Toxumçuluğun dövlət İdarəçİlİyİ 

 

Maddə 7.     Dövlət toxumçuluq xidməti 



Azərbaycan Respublikasında dövlət toxumçuluq xidməti toxumçuluğun idarə edilməsindən və toxumçuluğa 

dövlət nəzarətindən ibarətdir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

 

Dövlət toxumçuluq xidmətinin fəaliyyəti və vəzifəli şəxslərin səlahiyyətləri müvafiq qaydada təsdiq olunmuş 



əsasnamələr və təlimatlarla müəyyən olunur. 

 

Maddə 8.     Dövlət toxumçuluq xidmətinin hüquqları 




Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir: 

 

toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət etmələrinə nəzarəti həyata keçirmək; [7] 



 

toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları vermək; [8] 

 

sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək 



və onları təhlil etmək; 

 

dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları çıxdaş 



etmək və onların toxumluq məqsədilə satılmasını qadağan etmək; [9] 

 

toxumçuluq subyektlərini attestasiyadan keçirmək və uçota almaq;[10] 



 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq subyektlərindən sortun patent sahibi ilə lisenziya 

müqaviləsi bağlanmasını tələb etmək; 

 

toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan 



Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün prokurorluğa , 

məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 

 

toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək; [11] 



 

toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək; 

 

müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, idarələr və təşkilatlar yaradılması üçün təkliflər 



vermək; [12] 

 

aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiya edilməsini təşkil etmək;  



 


dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti 

aparmaq;  

 

ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq; [13] 



 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

 

Maddə 9.     Dövlət toxumçuluq xidmətinin vəzifələri 



Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır: 

 

toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək; 



 

tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta toxum fondlarının yaradılması üçün təkliflər 

hazırlamaq; 

 

toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları 



səlahiyyətli orqanların təsdiqinə vermək; 

 

toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat 



formalarının nəşrini təşkil etmək; [14] 

 

toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək; 



 

toxumçuluq sahəsində beynəlxalq əməkdaşlığın və kooperasiyanın inkişaf etdirilməsini əlaqələndirmək; 

 

toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək; 



 

toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; 

 

toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin etmək; [15] 




 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 

III fəsil 



 

  Toxumçuluğun təşkİlİ 

 

Maddə 10. Toxumçuluq sistemi 



Toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından, sığorta fondunun və 

dövlət toxum ehtiyatlarının yaradılmasından ibarətdir. 

 

Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri toxumçuluq sisteminin yaradılması zamanı nəzərə 



alınır və müvafiq icra hakimiyyəti orqanlarının normativ aktları ilə tənzimlənir. 

 

Maddə 11. Toxum istehsalı 



Mühafizə olunan sortların toxumlarının istehsalı toxumçuluğun əsas prinsiplərinə riayət edilməsi şərtilə 

həyata keçirilir. 

 

Orijinal, super elit və elit toxumların istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi-



tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı toxumların istehsalı dövlət və 

bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort 

müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit toxumların istehsalı ilə məşğul ola 

bilərlər. [16] 

 

Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə davamlı əkin materialları 



müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti 

altında ixtisaslaşdırılmış tinglik təsərrüfatında istehsal olunur.[17] 

 

Maddə 12. Toxumçuluq subyektlərinin attestasiyası 



Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslər müvafiq qaydada təsdiq edilmiş əsasnaməyə uyğun 

olaraq dövlət toxumçuluq xidmətində attestasiyadan keçirlər və toxum istehsalçılarının reyestrinə daxil 

edilirlər. 



 

Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi və fiziki şəxslərin istehsal etdikləri toxumlara 

sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilmir.[18] 

 

Maddə 13. (Çıxarılıb) [19] 



Maddə 14. (Çıxarılıb) [20] 

Maddə 15. Toxum fondları, onların yaradılması və istifadəsi 

Məhsul istehsalçılarını təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii 

fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək məqsədilə dövlət, yerli və sığorta toxum fondları 

yaradılır. 

 

Toxum fondlarına dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən 



toxumları tədarük edilir. 

 

Toxum fondlarının həcmi, tədarük, saxlanma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanları 



tərəfindən müəyyən edilir. 

 

Toxum fondlarına toxum tədarükü müvafiq icra hakimiyyəti orqanları ilə toxumçuluq subyektləri arasında 



bağlanmış müqavilələr əsasında həyata keçirilir. 

 

Dövlət sığorta və yerli toxum fondlarına sifariş müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 



 

Naxçıvan Muxtar Respublikasında dövlət və sığorta toxum fondlarının yaradılması və istifadəsi Naxçıvan 

Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

 

Dövlət, sığorta və yerli toxum fondları müvafiq icra hakimiyyəti orqanlarının sərəncamında olur. 



 

Sığorta toxum fondu hər il təzələnir. 

 

Sığorta toxum fondunun müəyyən edilmiş müddətdə başqa məqsədlər üçün istifadəsi qadağandır. 



 


Toxum fondlarının əmtəəlik məhsuldan yaradılmasına bir qayda olaraq yol verilmir. Müstəsna hallarda 

toxum fondlarının əmtəəlik məhsuldan yaradılması müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata 

keçirilə bilər. 

 

IV fəsil 



 

Toxumçuluq müəssİsələrİ və toxumçuluqda sahİbkarlıq fəalİyyətİ [21] 

 

Maddə 16. Dövlət toxumçuluq müəssisələri 



Dövlət toxumçuluq müəssisələri öz fəaliyyətlərini təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipi ilə 

həyata keçirirlər. Toxumçuluğun inkişafını dəstəkləmək üçün dövlət büdcəsindən bu sahəyə məqsədli 

vəsaitlər ayrıla bilər. Dövlət toxumçuluq xidməti belə müəssisələrə yalnız onların əsas fəaliyyət 

istiqamətlərinə aid məhsullara sifariş müəyyən edir, digər   məhsullara müəssisə sərbəst sərəncam verir. 

[22] 

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət toxumçuluq 



müəssisələrinin fəaliyyətinə və idarə edilməsinə dövlət bələdiyyə və digər orqanların qarışmasına yol 

verilmir. 

 

Aqrar islahatı zamanı dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi «Aqrar 



islahatının əsasları haqqında» və «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının 

Qanunları ilə tənzimlənir. 

 

Maddə 17. Qeyri-dövlət toxumçuluq müəssisələri [23] 



Qeyri-dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi formalarını təsisçilər müstəqil müəyyən edir, 

onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

 

Maddə 18. Fərdi toxumçuluq fəaliyyəti [24] 



Fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər bu qanunda nəzərdə tutulmuş hal istisna 

olmaqla yalnız reproduksiyalı toxumların istehsalı və satışı ilə məşğul ola bilərlər. 

 

Maddə 19. Toxumçuluq subyektlərinin hüquqları 




Mülkiyyət formasından asılı olmayaraq toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər 

aşağıdakı hüquqlara malikdirlər: 

 

sahibkarlıq fəaliyyətini müstəqil qurmaq; 



 

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, istehsal edilən məhsullara sahiblik, istifadə və 

sərəncam hüquqlarını sərbəst həyata keçirmək; 

 

dövlət toxumçuluq xidmətindən güzəştli şərtlərlə toxum, uçot-hesabat sənədləri almaq, istehsal etdikləri 



məhsullara keyfiyyət sənədləri verilməsini tələb etmək; 

 

toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək; 



 

toxumçuluqda tətbiq edilən maliyyə-kredit, gömrük və başqa güzəştlərdən istifadə etmək; [25] 

 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 



 

Maddə 20. Toxumçuluq subyektlərinin vəzifələri 

Toxumçuluq subyektlərinin vəzifələri aşağıdakılardır: 

 

toxumçuluğa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək; 



 

toxumçuluğun əsas prinsiplərinə riayət etmək; 

 

patent sahibi ilə müəyyən edilmiş qaydada bitki sortlarının toxumlarından istifadəyə görə haqq 



ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq; [26] 

 

ticarət dövriyyəsinə daxil edilən toxumların sənədlərində göstərilmiş sortluq və səpin keyfiyyətlərinə 



təminat vermək; 

 



dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq; 

 

hər bir sort üzrə, müəyyən edilmiş formada, toxumların sortluq və səpin keyfiyyətlərinin sənədləşdirilməsini 



aparmaq və onları bir il müddətində saxlamaq; 

 

bitki karantini tələblərinə əməl etmək; 



 

müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlumat vermək; 

 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



 

V fəsil 


 

  Toxumların dövrİyyəsİ 

 

Maddə 21. Toxumların dövriyyəyə daxil edilməsi 



Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətləri dövlət 

standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir. 

 

Maddə 22. Toxumların sortluq və səpin keyfiyyətlərinin sertifikatlaşdırılması [27] 



Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir. 

 

Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq 



edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. [28] 

 

Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin laboratoriyalarında aparılır. 



 

Dövlət standartlarının tələblərinə cavab verən toxumlara dövlət toxumçuluq xidməti tərəfindən sortluq və 

səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. [29] 

 



Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir. 

 

Maddə 23. Toxumların qablaşdırılması və etiketləşdirilməsi 



Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar müvafiq qaydada qablaşdırılır və etiketləşdirilir. 

 

Etiketdə toxumun keyfiyyəti haqqında tam məlumatlar verilir. 



 

Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların qablarında müvafiq xəbərdarlıq yazıları olur. 

 

Etiketdə və ya müşayiətedici sənədlərdə toxumların istifadəsi üzrə təhlükəsizlik qaydaları haqqında 



məlumatlar olur. 

 

Maddə 24. Toxumların ticarət dövriyyəsinə daxil edilməsi 



Azərbaycan Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və 

fitosanitar sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir. [30] 

 

Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: 



 

rayonlaşmamış sortların; 

 

sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların;  



 

qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; 

 

sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; [31] 



 

sort qarışığı olan toxumların. 

 

Maddə 25. Toxumların karantin mühafizəsi 




Toxumların karantin obyektlərindən mühafizəsi Azərbaycan Respublikasının fitosanitar nəzarəti haqqında 

qanunvericilik aktlarına uyğun həyata keçirilir. [32] 

 

Maddə 26. Toxumların əldə edilməsi, istifadəsi və satışı 



Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi ilə bağlanmış lisenziya 

müqaviləsi əsasında həyata keçirilir. 

 

Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış lisenziya müqaviləsində patent 



sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort 

müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [33] 

 

Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda istifadə oluna bilər: 



 

beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə; 

 

müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən; 



 

seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə. 

 

(Çıxarılıb) [34] 



 

Toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji 

və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol 

verilmir.[35] 

 

Maddə 27. Toxumların idxal və ixracı 



Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və 

fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər.  

 

Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə 



nümayiş etdirmək məqsədilə idxal oluna bilər. Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik 


dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız 

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan 

Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir. Bu toxumların 

gətirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müstəsna hallarda və qaydada yol 

verilə bilər. [36] 

 

Toxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir. 



 

Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların ixrac və idxal edilməsində 

beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. 

 

İxrac edilən toxumların sortluq və səpin keyfiyyətlərinin ekspertizası Beynəlxalq Toxum Assosiasiyasının 



(İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır. [37] 

 

VI fəsil 



 

  Toxumçuluğa dövlət hİmayəsİ və qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət 

 

Maddə 28. Toxumçuluğun stimullaşdırılması 



Azərbaycan Respublikasının qanunvericilik aktlarında güzəştli investisiya, qiymət, kredit və vergi siyasəti 

vasitəsilə toxumçuluğa dövlət himayəsi həyata keçirilir. 

 

Toxum fondlarının yaradılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi maliyyə ehtiyatları 



ayrılır. 

 

Toxum fondlarının dəyərinin 50 faizi  istehsalçılara qabaqcadan ödənilir. 



 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota əsasında elmi-tədqiqat və tədris 

müəssisələrinin təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumların 

istehsalına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.  [38] 

 



Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət 

büdcəsindən təsərrüfatlara subsidiya ödənilir. Subsidiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

Toxumluq bitkilər qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən sığortalanır. [39] 



 

Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması 

nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclər dövlət tərəfindən kompensasiya 

edilir. 


 

Maddə 29. Toxumçuluğun elmi təminatı 

Azərbaycan Respublikasında toxumçuluğun elmi təminatı müvafiq elmi-tədqiqat və ali tədris müəssisələri 

tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət tərəfindən maliyyələşdirilir. 

 

Maddə 30. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 



Karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkini, səpini, tədarükü və 

satışı: 


 

sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların 

idxalı, ixracı və ticarət dövriyyəsinə daxil edilməsi; [40] 

 

toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsi, yaxud keyfiyyət 



göstəricilərinin bilərəkdən təhrif olunması; [41] 

 

lisenziya müqaviləsi bağlanmadan bitki sortlarının toxumlarından istifadə edilməsi; 



 

toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsi; 

 

toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərinin aparılmasında saxtakarlığa yol verilməsi və 



qanunvericiliyin pozulmasına yönəldilmiş digər hallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 

məsuliyyətə səbəb olur. 

 



Toxumçuluq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

  

 



Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV 

 

  



 

Bakı şəhəri, 11 mart 1997-ci il 

 

                 № 257-IQ 



 

  

 



  

 

  



 

 

 



  

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 



 

  

 



1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)  




 

2.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)  

 

3.       3 dekabr 2002-ci il tarixli 389-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 7) 

 

4.       20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) 

 

5.       1 fevral  2007-ci il tarixli nömrəli 238-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 205 ) 

 

6.       27 fevral 2007-ci il tarixli 251-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398) 

 

7.       1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, 



№ 29) 

 

8.       1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)  

 

9.       22 oktyabr 2013-cü il tarixli 774-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” 



qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, 

maddə 1289) 

 

10.    14 iyun 2016-cı il tarixli 287-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 



iyul 2016-cı il, № 156) 

 

  



 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 




 

  

 



 

 

-------------------------------------------------------------------------------- 



 

[1] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 1-ci maddənin dördüncü abzasında 

"seleksiya yolu ilə" sözlərindən sonra "originatorun nəzarəti altında" sözləri əlavə edilmişdir. 

 

  

 



[2] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 1-ci maddənin on birinci abzasında 

"əkinlərin" sözü "toxumluq əkinlərin" sözləri ilə əvəz edilmişdir. 

 

  



 

[3] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997)) ilə 1-ci maddənin on ikinci abzası yeni 

redaksiyada verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

«sortluq və səpin keyfiyyətləri» — toxumların sorttəmizliyinin və səpinə yararlılıq dərəcəsinin göstəriciləri; 

 

  

 




[4] 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 

29) ilə 1-ci maddəsinin on beşinci abzasında "şəxslərin qeydiyyat" sözləri "şəxslərin uçotu" sözləri ilə əvəz 

edilmişdir. 

 

  



 

[5] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 1-ci maddəyə on altıncı-iyirmi 

birinci abzaslar əlavə edilmişdir. 

 

  

 



[6] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 6-cı maddənin ikinci abzasında 

"sortun səciyyəvi və fərqli xüsusiyyətlərini təyin etməyə imkan verən oxşarlıq" sözləri "sortun səciyyəvi 

xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq" sözləri ilə əvəz edilmişdir. 

 

  

 



[7] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddənin ikinci abzasında 

"qanunvericilik aktlarına və normativ hüquqi sənədlərə" sözləri "qanunvericiliyə" sözü ilə əvəz edilmişdir. 

 

  



 

[8] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddənin üçüncü abzasında 

"şəhadətnamələr" sözü "uyğunluq sertifikatları" sözləri ilə əvəz edilmişdir. 

 

  

 




[9] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddənin beşinci abzasında 

"normalara" sözü "şərtlərə" sözü ilə əvəz edilmişdir. 

 

  



 

[10] 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, 

№ 29) ilə 8-ci maddəsinin birinci hissəsinin altıncı abzasında "qeydiyyata" sözü "uçota" sözü ilə əvəz 

edilmişdir. 

 

  

 



[11] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddənin doqquzuncu 

abzasında "qapalı rayonlar" sözləri "əlverişli şəraiti olan ərazilər" sözləri ilə əvəz edilmişdir. 

 

  



 

[12] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 8-ci maddənin on birinci abzasında 

"müəssisələr, idarələr və təşkilatlar" sözləri "müəssisələri, idarələri və təşkilatları" sözləri ilə, "yaratmaq" 

sözü "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yaratmaq" sözləri ilə əvəz edilmişdir.  

 

  



 

20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddənin on birinci abzası 

yeni redaksiyada verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələri, idarələri və təşkilatları müvafiq icra hakimiyyəti 

orqanı ilə razılaşdırmaqla yaratmaq; 



 

  

 



[13] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 8-ci maddəyə on ikinci-on 

dördüncü abzaslar əlavə edilmişdir. Maddənin əvvəlki on ikinci abzası müvafiq olaraq on beşinci abzas 

hesab edilmişdir. 

 

  

 



[14] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 9-cu maddənin beşinci abzasında 

"şəhadətnamələrin" sözü "sertifikatların" sözü ilə əvəz edilmişdir. 

 

  



 

[15] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 9-cu maddəyə yeni onuncu abzas 

əlavə edilmişdir. Maddənin əvvəlki onuncu abzası müvafiq olaraq on birinci abzas hesab edilmişdir. 

 

  

 



[16] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 11-ci maddənin ikinci hissəsi yeni 

redaksiyada verilmişdir. 

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

Orijinal və super elit toxumların istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elm-

istehsalat birliklərinin, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, elit və 

reproduksiyalı toxumların istehsalı isə ixtisaslaşdırılmış toxumçuluq və digər  təsərrüfatlarda həyata keçirilir. 

 



  

 

[17] 3 dekabr 2002-ci il tarixli 389-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 7) ilə 11-ci maddəyə üçüncü hissə əlavə 

edilmişdir.  

 

  

 



[18] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 12-ci maddənin ikinci hissəsində 

"keyfiyyət şəhadətnamələri" sözləri "sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları" 

sözləri ilə əvəz edilmişdir. 

 

  

 



[19] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 13-cü maddə çıxarılmışdır.  

 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



 

Maddə 13. Sorttəzələmə müddəti  

İstehsal edilən toxumların sorttəzələmə müddətini müəllifin və ya patent sahibinin tövsiyəsinə əsasən 

dövlət toxumçuluq xidməti müəyyən edir. 

 

  

 



[20] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 14-cü maddə çıxarılmışdır.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 


Maddə 14. Toxumçuluq üzrə qapalı rayonlar 

Yüksək keyfiyyətli toxumlar yetişdirməyə əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədilə dövlət 

toxumçuluq xidməti müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə toxum istehsalı üzrə qapalı rayonlar 

müəyyən edə bilər. 

 

  

 



[21] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə IV fəslin adı yeni redaksiyada 

verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

Toxumçuluqda sahibkarlıq fəaliyyəti 

 

  

 



[22] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 16-cı maddənin birinci hissəsinin 

birinci cümləsi yeni redaksiyada verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

Dövlət toxumçuluq müəssisələri tam təsərrüfat hesabı və müqavilələr əsasında fəaliyyət göstərir və dövlət 

toxumçuluq xidmətinin tabeliyindədirlər. 

 

  



 

[23] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 17-ci maddə yeni redaksiyada 

verilmişdir.  

 



Əvvəlki redaksiyada deyilirdi: 

 

Maddə 17. Təsisatlı toxumçuluq  



Təsisatlı toxumçuluğa aşağıdakılar aid edilir: 

 

dövlət toxumçuluq xidməti sisteminə daxil olmayan dövlət idarələri, təşkilatları, konsernləri və şirkətlərinin 



nəzdində fəaliyyət göstərən toxumçuluq qurumları; 

 

toxumçuluqla məşğul olan qeyri-dövlət müəssisələri. 



 

Belə müəssisələrin təşkilati-hüquqi formalarını təsisçilər müstəqil müəyyən edir, onların yaradılması və 

fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

 

  



 

[24] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 18-ci maddənin mətni yeni 

redaksiyada verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

Azərbaycan Respublikasında daimi yaşayan fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada fərdi toxumçuluq fəaliyyəti ilə məşğul ola bilərlər. 

 

  



 

[25] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 19-cu maddənin 6-cı abzasından 

"vergi güzəştlərindən" sözləri "başqa güzəştlərdən" sözləri ilə əvəz edilmişdir.  

 

  



 

[26] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 20-ci maddənin dördüncü abzası 

yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

 

toxumlarından istifadə etdikləri bitki sortlarının patent sahibi ilə lisenziya müqaviləsi bağlamaq; 



 

  

 



[27] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 22-ci maddənin adı yeni 

redaksiyada verilmişdir.  

 

  



 

Əvvəlki redaksiyada deyilirdi: 

 

Maddə 22. Toxumların sortluq və səpin keyfiyyətlərinin təhlil və sənədləşdirilməsi 



 

  

 



[28] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 22-ci maddənin ikinci hissəsində 

"Əkinlərin" sözü "Toxumluq əkinlərin" sözləri ilə əvəz edilmişdir. 

 

  



 

[29] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 22-ci maddənin dördüncü 

hissəsində "şəhadətnamələr" sözü "uyğunluq sertifikatları" sözləri ilə əvəz edilmişdir. 

 



  

 

[30] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 24-cü maddənin birinci hissəsində 

"toxum şəhadətnaməsi" sözləri "sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı" sözləri ilə 

əvəz edilmişdir. 

 

  



 

[31] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 24-cü maddənin ikinci hissəsinin 

üçüncü abzasında "şəhadətnaməsi" sözü "sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı" 

sözləri ilə, beşinci abzasında "şəhadətnaməsinin" sözü "sortluq və səpin keyfiyyətlərini təsdiq edən 

uyğunluq sertifikatının" sözləri ilə əvəz edilmişdir. 

 

  

 



[32] 27 fevral 2007-ci il tarixli 251-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398) ilə 25-ci maddəsində "bitki karantini" 

sözləri "fitosanitar nəzarəti" sözləri ilə əvəz edilmişdir. 

 

  



 

  

 



[33] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 26-cı maddəyə yeni ikinci hissə 

əlavə edilmişdir. Maddənin əvvəlki ikinci hissəsi müvafiq olaraq üçüncü hissə hesab edilmişdir. 

 

  



 


[34] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 26-cı maddənin üçüncü 

hissəsindən beşinci və altıncı abzaslar çıxarılmışdır.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

əmtəəlik məhsul emalı məqsədilə; 

 

istehsalçıların daxili ehtiyaclarını ödəmək məqsədilə (kənara satmamaq şərtilə). 



 

  

 



[35] 14 iyun 2016-cı il tarixli 287-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 

iyul 2016-cı il, № 156) ilə 26-cı maddəsinə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir. 

 

  

 



[36] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 27-ci maddənin birinci və ikinci 

hissələri yeni redaksiyada verilmişdir.  

 

Əvvəlki redaksiyada deyilirdi: 



 

Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyatdan keçmiş, perspektivli sayılan 

sortların toxum şəhadətnaməsi və fitosanitar sertifikatı olan toxumları idxal oluna bilər. 

 

Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və toxumçuluq 



subyektinin daxili ehtiyaclarını ödəmək məqsədilə idxal oluna bilər. 

 

  



 


22 oktyabr 2013-cü il tarixli 774-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 

noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 

1289) ilə 27-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “icazə verilmir” sözləri “yalnız “Mədəni 

bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası 

Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir” sözləri ilə əvəz edilmişdir və üçüncü 

cümlə çıxarılmışdır. 

 

  

 



[37] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 27-ci maddənin beşinci hissəsində 

"Beynəlxalq Toxum Assosiasiyasının" sözləri "Beynəlxalq Toxum Assosiasiyasının (İSTA)" sözləri ilə əvəz 

edilmişdir.  

 

  

 



[38] 1 fevral 2007-ci il tarixli nömrəli 238-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 205 ) ilə   dördüncü hissədə "orijinal və 

super elit toxumların" sözləri "orijinal, super elit və elit toxumların" sözləri ilə əvəz edilmişdir və maddəyə 

yeni məzmunda beşinci hissə əlavə olunmuşdur və beşinci və altıncı hissələr müvafiq olaraq altıncı və 

yeddinci hissələr hesab edilmişdir. 

 

  



 

[39] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997)) ilə 28-ci maddəyə yeni dördüncü və 

beşinci hissələr əlavə edilmişdir. Maddənin əvvəlki dördüncü hissəsi müvafiq olaraq altıncı hissə hesab 

edilmişdir. 

 

  



 

[40] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 30-cu maddənin ikinci abzasında 

"şəhadətnaməsi" sözü "uyğunluq sertifikatı" sözləri ilə əvəz edilmişdir.  

 



  

 

[41] 20 sentyabr 2005-ci il tarixli 996-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 997) ilə 30-cu maddənin üçüncü abzasında 

"toxumların qiymətləndirilməsi" sözləri "toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi" sözləri ilə əvəz 



edilmişdir 

: docs -> pdf
pdf -> Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
pdf -> Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar
pdf -> Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
pdf -> “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
pdf -> Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
pdf -> Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə