Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə209/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

İzahlı şəriət hökmləri

       627 

 

Əgər təyyarənin sürəti  yerin  fırlanma sürətindən iki qat  artıq 



olsa  təbiidir  ki,  hər  on  iki  saatda  bir  dəfə  yerin  ətrafına 

fırlanacaqdır və iyirmi dörd saatda iki dəfə sübhün açılışını, iki 

dəfə  günortanı  və  iki  dəfə  qürubu  görəcəkdir.  Ehtiyat-vacib 

budur  ki,  hər  sübh  açılanda  sübh  namazını,  hər  günorta  zamanı 

zöhr  və  əsr  namazını  və  hər  qürubdan  sonra  məğrib  və  işa 

namazını qılsın. Əgər təyyarənin sürəti yerin fırlanma sürətindən 

üç qat artıq olsa hər dəfə öz vəzifəsinə əməl etsin. 

Məsələ 2965: Əgər səfər etdiyi təyyarənin sürəti yerin hərəkət 

sürətinə  bərabər  olsa  və  məğribdən  məşriğə  doğru  getsə  gərək 

beşlik namazları öz vaxtlarında qılsın. Həmçinin əgər onun sürəti 

yerin sürətindən az olsa da, hökm eynidir, amma əgər onun sürəti 

yerin  sürətindən  daha  artıq  olsa,  məsələn  hər  üç  saatda,  yaxud 

ondan  az  vaxtda  yerin  ətrafına  dolansa,  onun  məsələsi  qeyd 

olunanlardan aydın olur. 

Məsələ 2966: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs 

sübh açılandan sonra öz şəhərində oruc niyyəti edib hava yolu ilə 

səfər  etsə  və  hələ  sübh  açılmadığı  bir  şəhərə  çatsa  sübh  açılana 

qədər yeyib, içib və orucu batil edən digər işlər edə bilər. 



Məsələ  2967:  Əgər  bir  şəxs  Ramazan  ayında  günortadan 

sonra  öz  şəhərindən səfər edib hələ  günorta  olmamış bir şəhərə 

çatsa  ehtiyat-vacibə  görə  orucunu  açmamalı  və  onu  sona 

çatdırmalıdır. 



Məsələ  2968:  Əgər  bir  şəxsin  vəzifəsi  səfərdə  oruc  tutmaq 

olsa  və  öz  yerində  Ramazan  ayının  hilalını  gördükdən  sonra 

üfüqün  fərqli  olmasına  görə  hələ  hilalın  görünmədiyi  bir  yerə 

getsə həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayının 

hilalını  gördüyü  bir  ölkədə  bayram  keçirib  sonra  bir  yerə  getsə 

ki,  üfüqün  fərqli  oluğuna  görə  hələlik  hilal  orada  görünməyib,  

ehtiyat-vacibə  görə  gərək  o  günün  qalanını  orucunu  açmasın 

onun qəzasını da yerinə yetirsin. 




628        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Məsələ  2969:  Əgər  mükəlləf  ilin  altı  ayının  gecə,  altı  ayının 

gündüz olduğu yerdə olsa ehtiyat-vacibə görə namaz və orucunu 

adi  şəkildə  yerinə  yetirə  biləcək  bir  yerə  səfər  eləsin.  Əgər 

ixtiyarlı  halda  səfər  etməsə  və  ya  edə  bilməsə  gərək  namaz  və 

oruclarını hər iyirmi dörd saatda bir gecə və gündüzü olan yerin 

vaxtları ilə yerinə yetirsin.  



Məsələ  2970:  Lakin  hər  iyirmi  dörd  saatında  gecə-gündüz 

olan bir şəhərdə olsa hətta gündüzü iyirmi üç saat, gecəsi isə bir 

saat, ya əksinə olsa onun namazının vaxtı xüsusi vaxtlara tabedir. 

Amma  oruca  gəldikdə  isə  mümkün  olduğu  qədər  Ramazan 

ayının orucunu o yerin şəri saatına uyğun tutması vacibdir. Əgər 

oruc  tutmaq  onun  üçün  çox  çətin  olsa  sonradan  onun  qəzasını 

yerinə yetirsin. 

Məsələ  2971:  Əgər  bir  şəxs  kosmosa  səfər  etsə  gərək  hər 

iyirmi dörd saatda öz namazlarını hərəkət etdiyi yerin vaxlarına 

uyğun qılmalıdır. Əgər səfərdə vəzifəsi oruc tutmaq olsa, gərək 

oruclarını tutsun.  



BƏXT YOXLAMA BİLETLƏRİ (LOTOREYA BİLETLƏRİ) 

Məsələ  2972:  Bəxt  yoxlama  biletləri  bir  vərəqədir  ki,  bəzi 

şirkətlər  onu  müəyyən  məbləğə  satır  və  iltizam  verirlər  ki,  bu 

vərəqələri  alanların  içərisində  püşk  ataraq  püşk  kimin  adına 

çıxsa,  ona  müəyyən  məbləğdə  mükafat  versin.  Bu  iş  bir  neçə 

vəch ilə təsəvvür olunur: 

Birinci; Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək 

deyil, mədrəsə, məktəb, körpü saldırmaq kimi xeyriyyə işlərində 

iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı yoxdur. Bu 

halda əgər püşk bir adamın adına çıxsa, hədiyyənin xərcini təmin 

edən halda, iki cür təsəvvür edə bilərik. 

1.  Hədiyyənin  xərcini  (həqiqi  və  ya  hüquqişəxs)  məsələn: 

biletləri  paylayan  müssisə  öz  malından  versə,  onu  qəbul  etmək 

icazəlidir.  




İzahlı şəriət hökmləri

       629 

 

2. Hədiyyənin xərclərini biletlərin müqabilində verilən puldan 



ödəsələr, sahibi bilinməyən hökmündədir. 

İkinci;  Pulu  müsabiqədə  udmaq  ümüdü  ilə  biletlərin 

müqabilində  verərsə,  şübhəsiz  bu  müamilə  haram  və  batildir. 

Əgər püşk atmada püşk bir nəfərin adına çıxsa, hədiyyəni qəbul 

etmək işkallıdır və sahibi bilinməyən hökmündədir.  




630        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

AYƏTULLAHUL-UZMA HACI ŞEYX YƏDULLAH 

DUZDUZANİ TƏBRİZİ CƏNABLARININ HƏYATINA QISA 

BAXIŞ 

Həzrət  Ayətullahul-uzma  hacı  Yədullah  Duzduzani  Təbrizi 

şəmsi  tarixi  ilə  1314-ci  ildə  Təbriz  şəhərində  dindar  bir  ailədə 

dünyaya göz açmışdır. Atası hacı Əbdul Həmid Təbriz şəhərinin 

dindar  və  xeyirxah  tacirlərindən  olub.  Onun  babaları  illər  öncə 

Təbriz  şəhərinin  70  km  yaxınlığında  yerləşən  Duzduzan 

kəndindən

 

köç etmiş və Təbriz şəhərində yerləşmişdirlər.  



İBTİDAİ VƏ ALİ TƏHSİLİ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  şəmsi  tarixi  ilə  1322-ci 

ildə  Ərəb  və  Fars  dillərinin  ədəbiyyatını  özündə  əhatə  edən 

məktəbə  qəbul  olub,  dərsələrini  mərhum  hacı  mir  Mahmud  ağa 

və mərhum hacı Mirzə Fərəcullanın yanında oxudu.  

Dini  elmlərə  olan  əlaqəsinə  görə  şəmsi  tarixi  ilə  1325-cı  ildə 

Həsən  Paşa  adlı  dini  mədrəsəyə  qəbul  oldu.  Ayətullahul-uzma 

Duzduzani  Təbrizi  az  bir  müddət  ərzində  dini  elmlərə  olan 

əlaqəsinə  görə  tələbələrin  içində  seçilirdi.  O  mədrəsədəki 

ustadlarından  dini  alim  Höccətul-islam  vəl-muslimin  hacı  mirzə 

Rəsul Şahidini qeyd etmək olar.  

Şəmsi  tarixi  ilə  1329-cu  ildə  Təbriz  şəhərində  olan  digər 

ustadlardan bəhrələnmək üçün Talibiyyə elmi hövzəsində dərsini 

davam  etdirməyə  başladı.  Ədəbiyyat,  məntiq,  usul,  Şərhi-lümə 

kitablarını aşağıda qeyd olunan ustadlar ilə oxumuşdur. Mərhum 

şeyx  Həsən  Çilopəz  ilə  Haşiyeye  Molla  Abdullah  kitabını, 

mərhum  Mirzağa  Bağmişei  ilə  Muğniyul-ləbib  kitabını,  hacı 

mirzə Əli Bağmişeyi ilə Şərhi lümə kitabını, mərhum hacı mirza 

Əliəsğər  Əxi  Cahani  və  mərhum  hacı  seyyid  Rza  Mərəndi  ilə 

Şərhi  lümə  kitabını,  mərhum  hacı  mirza  Əbulfəz  Siddiq  Sərabi 




İzahlı şəriət hökmləri

       631 

 

ilə  Məalimul-usul  kitabını,  mərhum  seyyid  Hadi  Xosrovşahi  ilə 



Şərhi lümə kitabını oxumuşdur. 

Qeyd etmək lazımdır ki, Ayətullahul-uzma Duzduzani Təbrizi 

tələbəliyinin  ilk  illərindən  Təbrizin  “xala  oğlu”  məscidində 

ədəbiyyat tədris etmiş və tələbələr yetişdirmişdir. 



QUMA HİCRƏTİ 

O,  şəmsi  tarixi  ilə  1332-ci  ildə  hələ  on  səkkiz  yaşına 

çatmamışdı dərslərini təkmilləşdirmək üçün Qum şəhərinə hicrət 

etdi.  Səthin  digər  dərslərini  Ayətullah  Mühəmməd  Mücahid 

Təbrizi, şeyx Əhməd Payani, seyyid Həsən Qazi Təbatəbai, şeyx 

Razi Nəcəfi Təbrizinin (r.h) yanında oxumuşdur. 



İCTİHADİ TƏHSİLİ 

O  şəmsi  tarixi  ilə  1337-ci  ildə  atası  dünyasını  dəyişəndən 

sonra  həcc,  Peyğəmbərin  məscidi  və  ətəbati-aliyat  ziyarətinə 

getdi.  Ziyarətini  yerinə  yetirdikdən  sonra  Qum  şəhərinə 

qayıdaraq dərslərini böyük ustadların xidmətində oxumuşdur.  

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  dərslərini  mərhum 

Ayətullahul-uzma hacı seyyid Həsən Təbatəbai Brucerdi (r.h) ilə 

oxumağa  başladı.  O  zaman  Ayətullahul-uzma  Brucerdinin  (r.h) 

dərsləri həzrət Məsumənin 

(ələyha səlam)

 hərəmində təşkil olurdu. 

üç il onun dərslərində iştirak etdi. Ayətullahul-uzma Brucerdinin 

vəfatindan sonra üsul dərslərini İslam İnqilabının böyük Rəhbəri 

mərhum  Ayətullahul-uzma  Xumeyninin 



(Allah  ona  rəhmət  etsin)

 

dərslərində  iştirak  etdi,  bu  dərslər  Səlmasi  məscidində  təşkil 

olunurdu.  

O  həzrət  həmçinin  Ayətullahul-uzma  seyyid  Gülpayqani, 

mirzə Haşim Amuli, seyyid Mühəmməd mühəqqiq Damad Yəzdi 

və şeyx Həsən Fərid Əraki 



(Allah onlara rəhmət etsin)

 kimi şəxslərin 

dərslərində iştirak etmişdir. 



632        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Həmçinin  Ayətullahul-uzma  hacı  seyyid  Kazim  Şəriət 



Mədarinin fiqh və üsul dərslərindən iyirmi beş il bəhrələnmişdir. 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  o  fəqihin  seçilmiş 

tələbələrindən  biridir  ki,  iyirmi  beş  il  kamil  şəkildə  onun 

hüzurunda  fiqh  və  üsul  dərslərindən  bəhrələnib  və  içtihad 

etmişdir.  

Bunu  da  qeyd  etmək  lazımdır  ki,  ətabati  aliyatın  ziyarətinə 

gedəndə  Nəcəf  elimi  hövzəsinin  böyük  ustadlarının  dərslərində 

iştirak  etmişdir.  O  ustadların  adlarını  burada  qeyd  edirik. 

Ayətullahul-uzma  seyyid  əbul-Qasim  Xoi,  Ayətullahul-uzma 

hacı seyyid Mohsin Təbatəbai Həkim və Ayətullahul-uzma hacı 

seyyid Məhmud Şahrudi 

(Allah onlara rəhmət etsin)

. 

FƏLSƏFƏ DƏRSİ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  fiqh  və  üsul  elmlərinin 

kənarında  əqli  elmlərə  də  xüsusi  diqqət  yetirmişdir.  O  fəlsəfə 

dərslərini  “Əlmizan”  təfsirinin  müəllifi  mərhum  Əllamə  seyyid 

Mühəmməd  Hüseyn  Təbatəbai  Təbrizi 

(Allah  ona  rəhmət  etsin)

  ilə 


oxumuşdur. Elə o dövrdə də bir dövrə kamil şəkildə “Mənzumei 

Səbzivari” kitabını hövzədə tədris etmişdir. 



QURANA ƏLAQƏSİ 

 Ayətullahul-uzma  Duzduzani  Təbrizi  tələbəlik  illərinin 

əvvəlində  Qurani-Kərimi  oxuma  və  tədris  etmək  əlaqəsi  ilə 

secilirdi.  Quranın  təfsir  dərslərini  isə  şəmsi  tarixi  ilə  1342-ci 

ildən başlamış və hal-hazırda tədris etməkdədir. Həzrətin əvvəlki 

dərsləri Quran surələrinin tərtibi və nazil olma səbəbləri ilə bağlı 

idi,  amma  hal-hazırda  tədris  etdiyi  təfsir  dərsləri  “Təfsire 

mövzui”  Qurani-kərimin  mövzular  əsasında  təfsiridir.  Bu  cür 

zəhmətlərin  nəticəsidir  ki,  onun  bir  neçə  cild  kitabı  oxucuların 

ixtiyarına verlmişdir. 




İzahlı şəriət hökmləri

       633 

 

ELMİ İCAZƏ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  baxmayaraq  ki,  elmi 

icazə  almaq  fikrində  deyildi,  lakin  hövzənin  böyük  ustadları 

tərəfindən elmi icazələri almağa nail oldu. 



İCTİMAİ VƏ DİNİ XİDMƏTLƏRİ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizinin  tədrisi  və  dini 

hökmlərin  təbliği  Qum,  Tehran,  Kərəc  və  Təbriz  şəhərlərində 

olmuşdur, bundan əlavə çox faydalı dini və ictimai xidmətləri də 

olmuşdur onlardan bir neçəsini aşağıda qeyd edirik. 

1-Tehran  şəhəri  Ceyhun  praspektində  yerləşən  Cavadul-

Əimmə (ə) adına məscidi tikdirmişdir. 

2-Təbriz şəhərində 450 illik tarixi olan 63 sütunlu məscidi tam 

təmir  etdirmişdir  və  hal-hazırda  bu  məscid  Təbriz  şəhərində 

möminlərin ibadət üçün toplaşdığı məscidlərindən biridir. 

3-Təbriz  şəhərində  Talibiyyə  mədrəsəsinin  kitabxanasını 

təmir etdirmişdir. 



RUHANİLƏRİN TƏBLİĞ MƏQSƏDİ İLƏ MÜXTƏLİF 

MƏNTƏQƏLƏRƏ GÖNDƏRİLMƏSİ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  miladi  tarixi  ilə  1971-

1978-ci  illər  arasında  mübəlliğləri  500-dən  çox  kənd  və  şəhərə 

təbliğ  və  tədris  məqsədi  ilə  göndərmişdir.  Mübəlliğlərə  göstəriş 

verib  ki,  insanları  bidət  və  əqidə  çaşqınlığından  agah  etsinlər, 

dini  hökmləri  onlara  tədris  etsinlər,  eyni  zamanda  mübəlliğlərlə 

şərt etmiş ki, şəhər və kənd əhalisindən təbliğ haqqı almasınlar. 

Bu  cür  təbliğlər  layiqli  nəticəyə  səbəb  olmuşdur  və  bu  kimi 

təbliğ  proqramları  başqa  şəhərlərdə  də  məsələn;  Xürrəmabad, 

Həştrud və Reydə icra olunmuşdur. 




634        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

ETİQADİ BAXIMDAN YOLLARINI AZANLARLA 

MÜBARİZƏ  

Diqqətinizə  çatdıraq  ki,  insanları  haqq  əqidə  və  düşüncədən 

azdırmaq  məqsədi  ilə  yayılmış  qruplar  məsələn:  vəhabilik, 

sufilik,  bəhaiyyət  və  bu  kimi  qruplarla mübarizə  məqsədi  ilə 

miladi  tarixi  ilə  1997-ci  ildən  eytibarən  Ayətullahul-uzma 

Duzduzani  Təbrizi,  Höccətul-islam  hacı  şeyx  Davud  İlhami  və 

Höccətul-islam  hacı  şeyx  Mühəmməd  Mərdaninin  rəhbərliyi  ilə 

təşkil 


olunmuş   “İslamda  Qadağa  Edilmiş  Əqidələrlə 

Mübarizə”   adı  altında  təşkilat  öz  fəaliyyətinə  başladı.  Bu 

təşkilatın  gördüyü  fəaliyyətlərdən  biri  bu  cür  əqidələrin  batinini 

ifşa  edən  kitabçaları  və  bu  kimi  proşuraları  nəşr  edib  cəmiyyət 

arasında  paylanılması  olmuşdur.  Bu  kimi  təbliğlərlə  ölkənin 

daxilində  və  xaricində  insanlara  təmənnasız  olaraq  xidmət 

göstərilmişdir.  O  kitablardan  bir  neçəsinin  adlarını  sizin 

diqqətinizə çatdırırıq: 

1.Sufilik pak olan İmamların 

(ələyhimus-səlam)

 nəzərində. 

2.Şiələrin arasında sufiliyin yaranması. 

3.Nemətullah və Gunabadi firqələri. 

4.Zəhbiyyə, Veysiyyə və Xaksariyə firqələri.  

5.Əliyullah (Əli allahilər) fırqəsinə kiçik bir baxış. 

6.Vəhabilik əqidəsinin iki istiqaməti. 

7.Bəhaiyyət sufilikdən yaranmışdır.  

Həmçinin  təşkilat  bu  istiqamətdə  ehtiyac  olan  kitabları  alıb 

insanların istifadəsinə vermişdir. 

DİNİ MƏRASİMLƏRİN TƏŞKİL OLMASI 

O təbliğ məqsədi ilə dini mərasimlər keçirdərdi və bu məclisin 

iştirakçıları  çavan  və  yaşli  nəsildən  ibarat  idi.  Bu  kimi 

mərasimlər  yeni  üsulla  təşkil  olunaraq  iki  hissəyə    bölünərdi, 

birinci  hissə  yeniyetmələrlə  və  ikinci  hissə  isə  yaşli  nəsillə 



İzahlı şəriət hökmləri

       635 

 

keçirilirdi,  bu  cür  mərasimlərdən  bir  neçəsini  sizin  nəzərinizə 



çatdiririq.  

1.Miladi tarixi ilə  1974-çi ildə  Təbriz  şəhərində  “Həzrəti  Əli 

(ə) məktəbi” adi altinda təşkil olunmuş həftəlik mərasim, bu kimi 

mərasimlərdən  biri  idi.  Amma  bu  mərasimlərin  xüsusiyyəti 

bundan  ibarət  idi  ki,  mərasimlər  böyük  zallarda  keçirilmiş  və 

iştirakçilar  əsasən  universitet  müəllimləri,  tələbələri  və  ziyalı 

təbəqədən təşkil olunmuşdur. 

2.Dini  təlim-tərbiyə  və  maarifləndirmə  məqsədi  ilə  Təbriz 

şəhrinin  məscidlərində  səkkiz  və  on  iki  yaşli  uşaqlar  və  yeni 

yetmələrdən  ibarət  olan  həftəlik  məclislər  təşkil  olunurdu.  Bu 

məclislər  ruhanilər,  tacirlər  və  ziyalı  təbəqəsinin  təşəbbüsü 

nəticəsində  min  nəfərə  yaxın  yeniyetmələrin  Quran  dərsi,  dini 

hökümlər,  əqidə  məsələləri  və  dini  surudların  öyrənilməsinə 

şərait yaradıldı. 



TƏDRİS 

Qeyd  olunduğu  kimi,  Ayətullahul-uzma  Duzduzani  Təbrizi 

tələbəliyinin ilk illərindən “Talibiyyə” mədrəsəsində tədris etmiş 

və tələbələr  yetişdirmişdir. Qum  şəhərinə köçəndən sonra da  bu 

işini davam etdirmişdir.  

Tədris  və  tələbə  yetişdirmək  onun  üçün  o  qədər 

əhəmiyyətlidir ki, bir neçə il istisna olmaqla heç vaxt dərslərini 

tətil  etməmişdir.  O  bir  neçə  dəfə  səth  dərslərini  tədris  edəndən 

sonra  hövzənin  tələbələrinin  istəyi  ilə  miladi  tarixi  ilə  1980-ci 

ildən  etibarən  Qum  şəhərində  Fiqh  və  Üsul  elimlərinin  xaric 

dərslərini  tədris  etmişdir.  Hal-hazırda  da  fiqh  elminin  xaric 

dərsini tədris edir. 



ALİMLƏRİN SÖZÜNDƏ 

Ayətullahul-uzma Şəriətmədari: 


636        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Möhtərəm  alim,  fəzilətli  insan,  tanınmış  alimlərdən  biri 



Höccətul-islam  vəl-muslimin  hacı  mirzə  Yədullah  Duzduzani 

(onun elmi feyzi davamlı olsun) o kəslərdəndir ki, dərin düşüncə 

və tədqiqatlar ilə birgə olaraq mənim dərs və bəhslərimdə iştirak 

etmiş  nəticədə  də  arzu  və  istəyinə  yetişmişdir.  O  ciddi  səy 

göstərərək  çalışmış  elm  və  düzgün  yolda  qədəm  götürməklə  ali 

bir  mərtəbəyə  nail  olmuşdur.  Belə  ki,  o  bu  günümüzdə  elminə 

əməl  edən  və  tədqiqatçı  möhtərəm  alimlərdəndir.  Allah  onun 

xeyr  və  bərəkətini  davamlı  etsin  və  elm  əhli  arasında  onun 

bənzərlərini  çoxaltsın. 

Ayətullahul-uzma Gulpayqani: 

Möhtərəm  alim,  əllamə  Höccətul-islam  vəl-muslimin  hacı 

mirzə  Yədullah  Duzduzani  (Allah  ona  qüvvət  versin)  o 

şəxsiyyətlərdəndir ki, keçmiş alimlərin yolunu getmiş, gücünü və 

ömrünün  bir  hissəsini  də  dini  elimləri  öyrənməyə  xərcləmiş, 

üstünlük və fəzilət əldə etmişdir. 



MƏRCƏİYYƏTİ 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  cənabları  Qum  elmi 

hövzəsində  elm,  təqva  və  fəqihliydə  məşhur  şəxsiyyətlərdən 

biridir.  Böyük  şəxsiyyətlər,  mömin  və  dindar  şəxslər  ondan 

“İzahlı şəriət hökmləri” adlı kitab istəyirlər. O, öz şəri fətvalarını 

müsəlmanların ixtiyarında qoydu. Onun “İzahlı şəriət hökmləri” 

adlı  kitabı  dəfələrlə  çap  olunmuşdur.  Onun  “İzahlı  şəriət 

hökmləri”  adlı  kitabı  ərəb  və  fars  dillərində  mövcuddur.  Hal-

hazırda  İran,  Pakistan,  Azərbaycan  və  digər  xarici  ölkələrdə 

onun çoxlu müqəllidləri vardır.  



ƏSƏRLƏRİ 

Dini  elmləri  tədris  etdiyi  və  bu  elmlərin  tədrisi  genş  şəkildə 

vaxt tutduğu üçün kitab yazmağa vaxt tapmamasına baxmayaraq 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  dinin  müxtəlif  sahələrində 




İzahlı şəriət hökmləri

       637 

 

əsərlər  yazmışdır  və  bu  əsərlərdən  bəzisini  sizin  nəzərnizə 



çatdırırıq. 

1-  İrşadul-mominin.  (Azərbaycan  dilinə  tərcümə  olunmuş  və 

Möminlərin yolu adı ilə çap olunmuşdur). 

2-  Təhqiqul-lətif  hovlə  əl-tovqiiş-şərif.  (İmam  Zamanla  (ə.c) 

görüşməkliyin həqiqəti). 

3- Təğyire cinsiyyət. (Cinsiyyəti dəyişdirmək olarmı?).  

4- Tozihul-Məsail. (Şəri hökmlərin izahı). 

5- Haşiyə əla əl-Urvətul-vusqa. 

6- Haşiyə əla Minhacus-salehin. 

7- Xums dər əsr Peyğəmbər (s). 

8-  Duruse  hovləl-məad.  (Qiyamət  gününə  aid  olan  ayələrin 

şərhi). 


9- Durus holə Əl- Movt, vəl-həyat, əl-Bərzəx və Əşratus-saə. 

(Quranda  ölüm  və  həyat,  bərzəx  və  qiyamətin  barəsində  nazil 

olmuş ayələrin şərhi).  

10- Durus hovlə nuzulil-Quran.  

11- Risaleye Hilaliyye. (Ay görünməsinə aid olan hökümlərin 

elmi izahı).  

12- Kitabu Qisas. (Qisas hökmləri). 

13- Mulhəqate tozihul-məsail. 

14- Mənasike-Həcc (Həcc əməllərinin izahı). 

15- İsteftaat. 

16-  Təfsire  tərtibiye  surehayi  əz  Quran.  (Quran  ayələrinin 

şərhi). 


17- Xaric üsul dərsləri (Üsul əl-Figh) 

AYƏTULLAHUL-UZMA DUZDUZANİNİN 

DƏRSLƏRİNDƏN YAZILAN KİTABLAR 

1- Əl-Bəyanul-bahir fi səlatil-musafir, (müsafir namazına aid 

olan  xaric  dərsləri)  yazanı:  Höccətul-islam  vəl-muslimin  hacı 

şeyx Yusif Yəqubi.  




638        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

2-Zəkat hökmlərinin xaric dərsləri. 



3-Camaat namazın hökmlərinin xaric dərsləri. 

4-Xüms hökmlərinin xaric dərsləri. 

5-Təqrirate Həlqi lehye. 

6-Təqrirate Məkasibi muhərrəmə. 

Ayətullahul-uzma  Duzduzani  Təbrizi  bunlarla  yanaşı  İslam 

dinini tam şəkildə əhatə edən muxtəlif əsərlər də yazmışdır. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə